Fərdi seçmə seleksiya və toxumçuluq işində istifadə olunur. Bu
üsulun mahiyyəti ondan ibarətdir ki, ayrı-ayrı bitkiləri seçib, onların
nəslini ayrılıqda öyrənib artırırlar. Hər bir ləkdə bir bitkinin nəsli becərilir.
Öz-özünə tozlanan bitkilərin təmiz xətt, çarpaz tozlanan bitkilərin nəsli
ailə adlanır. Seleksiya öz-özünə tozlanan bitkilərlə fərdi seçməni bir
dərəcəli, çarpaz tozlanan bitkilərlə işlədikdə isə çox dərəcəli və yaxud ardı
kəsilməyən seçmə variantlarından istifadə edir. Fərdi seçmə üsulu ilə
alınan sort bir bitkinin nəslidir.
Fərdi seçmə kütləvi seçməyə nisbətən mürəkkəb və çox əmək tələb
~ 239 ~
edir. Lakin bu çətinliklərə baxmayaraq fərdi seçmə çox effektlidir. Bir çox
mədəni bitkilərin sortları fərdi seçmə üsulu ilə yerli və seleksiya
sortlarından alınıb.
Son illər alimlər bir sıra dənli bitkilərdə dəninin ehtiyat zülallarını
elektroforez etməklə, elektroforetik zülal komponentləri ilə dənin
keyfiyyəti arasında əlaqə olduğunu müəyyən etmişdir. Məlumdur ki, hər
bir polipeptid onu kodlaşdıran gen üçün marker ola bilər. Tədqiqatlar
göstərdi ki, hər bir növ və sort özünəməxsus elektroforetik zülal
komponentlərinə malikdir və bu komponentlər xarici mühit şəraitinə
məruz qalmırlar.
Seleksiya prosesində seçmə bitkinin morfoloji və kəmiyyət
əlamətlərinə görə aparılır, bu əlamətlər isə becərmə və iqlim şəraitinin
təsirindən dəyişdiyinə görə çox vaxt ən yaxşı sortlar pis şəraitə düşdükdə
çıxdaş edilir.
Elektroforetik zülal komponentləri ilə dənin keyfiyyəti arasında əlaqə
müəyyən olduğu və bu zülal komponentlərinin xarici mühit şəraitinin
təsirindən dəyişmədiyi məlum olduqdan sonra uzun illər sərf etmədən
seleksiya prosesinin ilkin mərhələsində düzgün seçmə aparmaq
mümkündür.
Heyvanların seleksiyası
İnsanlar min illər ərzində kortəbii, plansız seçmə apararaq bir sıra
qaramal, qoyun, at, toyuq və s. heyvanların cinslərini yaratmışlar.
Bitkiçilikdə olduğu kimi heyvandarlıqda da insana lazım olan kəmiyyət və
keyfiyyət əlamətlərinin məlum genetik qanunlar əsasında nəsillərə
ötürüldüyü aşkara çıxarılmışdır. Əlamətlərin Mendel qanunları ilə nəslə
ötürülməsi, genlərin autosom cinsiyyət xromosomları ilə ilişikli surətdə
nəsillərə ötürülməsi qanunları, Vavilovun irəli sürdüyü homoloji sıralar
qanunu və digər qanun və qanunauyğunluqlar ev heyvanların
seleksiyasında mühüm rol oynayır.
Heyvanları bir sıra təsərrüfat əhəmiyyətli əlamətlərinə görə seçirlər.
Bəzi heyvanları dərisinə görə saxlayıb, artırıb çoxaldırlar. Bu heyvanlarda
dərinin keyfiyyəti, rəngi iqtisadi əhəmiyyətə malikdir. Bu əlamətləri idarə
edən genlərin müəyyən olunması, irsiyyətinin xüsusiyyətlərini müəyyən
etməyin böyük əhəmiyyəti vardır. Məsələn, su samurunda (norka)
mutasiya nəticəsində 20 cüt gen rəngin inkişafını idarə edir. Su samurunun
müxtəlif dəri örtüyünün rənglərinin inkişafını təmin edən genlərin allellər
seriyası öyrənilmişdir. Məlum olmuşdur ki, su samurunun dəri örtüyünün
~ 240 ~
rəngi bir sıra dominant və resessiv genlərin müxtəlif dərəcədə uzlaşması
sayəsində əmələ gəlir.
Heyvanlarda kəmiyyət əlamətlərinin: südün miqdarı, diri çəkisi,
yumurtanın sayı, çəkisi və s. kimi əlamətlər insanlar üçün əhəmiyyət kəsb
edir. Ona görə də bu əlamətlərin irsən keçməsinin qanunauyğunlaqlırını
öyrənmək çox lazımdır. Qeyd edək ki, bu kəmiyyət əlamətlərinin irsən
keçməsi çox mürəkkəbdir. Burada bir sıra genlərin polimer, epistatik,
pleyotrop qarşılıqlı təsiri nəzərə alınmalıdır. Bundan başqa kəmiyyət
əlamətləri müəyyən dərəcədə xarici amillərdən – iqlim şəraiti, yem və s.-
dən də asılı olaraq dəyişkənliyə uğrayır. Keyfiyyət əlamətləri də kəmiyyət
əlamətlərinə uyğun irsiliyə və dəyişkənliyə malik olduğu müəyyən
edilmişdir.
Azərbaycanda qədim zamanlardan xalq seleksiyası nəticəsində bir
sıra qaramal, qoyun, at, camış və s. heyvanların yerli cinsləri yaranmışdır.
Qaramalda çəki, süd və süddə yağ faizinin artırılması istiqamətində
seleksiya işləri aparılmışdır. Bu məqsədlə yerli inəklərlə İsveç, Qırmızı
səhra və s. inək cinslərinin buğaları ilə çarpazlaşdırma apararaq
“Azərbaycan qonur” mal cinsi yaradılmışdır.
Qoyunçuluq sahəsində seleksiya işləri əsas etibarı ilə ətlilik, yunluluq
istiqamətində aparılmışdır. Hazırda dünyada 250-dən yuxarı qoyun cinsləri
məlumdur. Azərbaycanda qoyunçuluq ilə qədim zamanlardan məşğul
olurlar. Azərbaycanda müxtəlif iqlim şəraitinə uyğun, yüksək dağ
yataqlıqlarına davamlı Qarabağ, Bozax, Qaradolaq, Balbas, Şirvan kimi
qoyun cinsləri yaradılmışdır. Yerli qoyunlarla merinos cinsləri arasında
çarpazlaşdırma aparılaraq “Azərbaycan dağ merinosu” cinsi yaradılmışdır.
Bu cins həm aran, həm də dağ otlaqlarına uyğunlaşmış zərif yun verən və
yüksək dəri çəkiyə malikdir.
Quşçuluq sahəsində seleksiya işləri əsasən yumurtalıq, ətlik, ətlik-
yumurtalıq, yumurtalıq-ətlik istiqamətində aparılmışdır. Hazırda
Azərbaycanda quşçuluq təsərrüfatı çox inkişaf etmişdir.
Seleksiya işinin genetik əsaslarını öyrənmək, seçmə və
hibridləşmənin mahiyyətini izah etməyə, yeni bitki sortları və heyvan
cinsləri yaratmağa imkan vermişdir.
~ 241 ~
ƏDƏBİYYAT
1.
Axundov M.A. Genetika. Bakı, 1966.
2.
Axundov M.A. İnsanın genetikasına səyahət. B., 1975.
3.
Axundov M.A., İsmayılov A.S. Genetika, B.: Maarif, 1981.
4.
Abdullayev M., Abiyev H. Ümumi histologiya. B.: Maarif, 1975.
5.
Axundova E.M. Ekoloji genetika. B., 2004.
6.
Альберт Б., Брей Д., Льюис Дпс., Рэфф, Робертс К., Уотсон Дпс.
Молекулярная биология клетки. Москва, изд-во: Мир, Т.1-5, 1986-
1987.
7.
Айала. Введение в популяционную и эволюционную генетику. М.:
Мир, 1984.
8.
Афанасьев Ю.Н., Юрина Н.А., Алешин Б.В. и др. Гистология. М.,
1989.
9.
Babayev M. Genetikadan məsələlər. B.: Çaşıoğlu, 2006.
10.
Babayev M., Məcidov M. Genetikadan praktikum. B.: Çaşıoğlu, 2005.
11.
Жимулев И.Ф. Общая и молекулярная генетика. Новосибирск,
изд-во: Новосибирского университета, 2002.
12.
Quliyev R.Ə., Əliyeva K.Ə. Genetika, dərslik. BDU-nun nəşriyyatı,
2002.
13.
Qarayev S.F., Məmmədova P.Ş., Həbibova A.Q. Biokimyanın əsasları.
B.: Təfəkkür, 2002.
14.
Гершензон С.М. Основы современной генетики. Киев, 1983.
15.
Дубинин Н.П. Общая генетика. М., 1976.
16.
Əmirova F.C., Hüseynov M.B. Sitologiya. B., 1999.
17.
Hacıyev D.B., Əliyev C.D., Əliyev R.Ə. Tibbi biologiya. B., 1993.
18.
Hacıyev D.B., Əliyev C.D., Əliyev R.Ə. Biologiya. B.: Maarif, 2002.
19.
Hüseynov Ə., Babayev M. Məşhur biologiya alimləri. B.: Maarif,
2002.
20.
Лобашев М.Е., Ватти К.В., Тихомирова М.М. Генетика с основами
селекции. М., 1970.
21.
Nəcəfov C.Ə., Əliyev R.Ə., Əzizov Ə.R. Tibbi biologiya və
genetikanın əsasları. B., 2008.
22.
Робертис де Э., Новицкий В., Саес Ф. Биология клетки. М.: Мир,
1973.
23.
Зенгбуш П. Молекулярная и клеточная биология. Т.2, М., 1982.
24.
L.Carlos Junqueira, Jose Carnerio, Robert O. Kelley “Temel
Histoloji”, İstanbul, “Barış kitabevi”, 1993.
~ 242 ~
MÜNDƏRİCAT
səh.
Giriş.............................................................................................................4
I.İrsiyyətin molekulyar əsasları................................................................7
1.1.Nuklein turşularının kəşfi.......................................................................7
1.2.Nuklein turşularının kimyəvi guruluşu və xassələri.............................11
1.3. DNT molekulunun replikasiyası.........................................................14
1.4.Zülalların biosintezi- irsi informasiyaların reallaşmasının əsasıdır.....18
1.5.Genetik kodun xüsusiyyətləri...............................................................19
1.6.Molekulyar biologiya mövqeyindən gen..............................................20
1.7. m-RNT molekulunun prosessinqi.......................................................25
1.8. Eukariotlarda genomun quruluşu........................................................27
1.9. Genomun ölçüsü..................................................................................30
1.10.Eukariot xromosomlarında genlərin yerləşməsi.................................31
1.11.Molekulyar genetikaya aid məsələlər.................................................33
II.İrsiyyətin sitoloji əsasları.....................................................................37
2.1. Plazmatik membran.............................................................................38
2.2.Sitoplazma və hüceyrə orqanoidləri.....................................................39
2.3.Xromosomların sayı və quruluşu.........................................................41
2.4.Hüceyrənin bölünməsi..........................................................................45
2.5.Mitoz bölunmə.....................................................................................47
2.6.Hüceyrənin meyoz bölünməsi, mahiyyəti və tipləri.............................48
2.7.Cinsi çoxalma. Qametogenez...............................................................54
2.8. Mayalanma..........................................................................................56
2.9. Bitkilərdə cinsiyyətli çoxalma.............................................................57
2.10.Cinsiyyətli çoxalmanın qeyri-müntəzəm tipləri.................................58
III. Klassik genetikanın əsasları. Mendel qanunu.................................61
3.1.Q.Mendelin klassik təcrübələrinin xüsusiyyətləri................................63
3.2.Genetik işarələr və terminlər................................................................64
3.3.Monohibrid çarpazlaşdırma..................................................................65
3.4.Mendelin dominantlıq qanunu..............................................................66
3.5.Əlamətlərin parçalanması qanunu........................................................67
3.6.Monohibrid çarpazlaşmaya aid məsələlər............................................73
3.7. Natamam dominantlığa aid məsələlər.................................................80
3.8.Dihibrid və polihibrid çarpazlaşdırma..................................................86
3.9.Dihibrid çarpazlaşmaya aid məsələlər..................................................91
3.10.Qeyri-allel genlərin qarşılıqlı təsırı....................................................96
~ 243 ~
3.11.Genlərin komplementar təsiri.............................................................97
3.12.Genlərin epistatik təsiri....................................................................100
3.12.Genlərin polimer təsiri......................................................................102
3.13.Genlərin pleyotrop təsiri...................................................................103
3.14.Genlərin modifikasiyalaşdırıcı təsiri................................................104
IV.Cinsiyyətin genetikası.......................................................................106
4.1.Cinsiyyətin biologiyası.......................................................................107
4.2. Cinsiyyətin təyinində xromosom nəzəriyyəsi...................................108
4.3.Cinsiyyət xromosomları ilə ilişikli genlərin irsiliyi...........................111
4.4.Dişiləri heteroqamet olan canlılarda cinsiyyətlə ilişikli irsilik...........115
4.5.Xromosomların aralanmaması ilə əlaqədar genlərin cinsiyyətlə ilişikli
irsiliyi..................................................................................................117
4.6.Ginandromorfizm...............................................................................120
4.7. Cinsiyyəti izah edən balans nəzəriyyəsi............................................121
4.8.Cinsiyyətin formalaşmasını izah edən fizioloji nəzəriyyə.................123
4.9. Cinsiyyətin differensiasiyası.............................................................124
4.10. Ontogenezdə cinsiyyətin dəyişilməsi..............................................125
V.Genlərin ilişikliyi və krossinqover....................................................127
5.1. Genlərin ilişikliyi qanunu..................................................................128
5.2. İlişikli qrupların təyini.......................................................................132
5.3. Genlərin xromosomlarda yerləşməsi.................................................133
5.4. Genetik xəritə. Genetik xəritə haqqında anlayış...............................134
5.5. Mikroorqanizmlərin genetik xəritəsi.................................................137
5.6. Krossinqoverin sitoloji sübutu...........................................................138
5.7. Krossinqoverin mexanizmi................................................................140
5.8. Krossinqoverə təsir edən faktorlar....................................................143
VI.Dəyişkənlik onun əhəmiyyəti və formaları.....................................146
6.1.Modifikasiya.......................................................................................146
6.2.Kəmiyyət əlamətlərinin dəyişməsinin qanunauyğunluqları...............148
6.3. Mutasiya............................................................................................152
6.4.Nöqtəvi (gen) mutasiyaları.................................................................153
6.5.Xromosom mutasiyaları.....................................................................158
6.6.Xromosom dəyişmələrinin mexanizmi..............................................163
6.7. Genom mutasiyaları..........................................................................164
6.8. Poliploidiya.......................................................................................164
6.9.Aneuploidiya......................................................................................170
~ 244 ~
6.10.Heyvanlarda poliploidiya.................................................................172
6.11.Sitoplazmatik mutasiyalar................................................................174
VII Populyasiyanın genetikası...............................................................176
7.1. Populyasiyanın öyrənilmə üsulları....................................................176
7.2.Populyasiyanın genetik strukturunu təyin edən metodlar.................177
7.3.Populyasiya və təmiz xətlərin genetik strukturunda əsas
qanunauyğunluqlar.............................................................................178
7.4. Hardi-Vaynberq qanunu, gen tarazlığı və onu müəyyən edən
üsullar................................................................................................179
7.5.Populyasiyanın genetik strukturuna miqrasiyanın təcrid faktorlarının
təsiri..................................................................................................180
7.6.Çarpazlaşmanın populyasiyanın genetik strukturuna təsiri................182
7.7. Populyasiyanın genetik strukturuna mutasiya prosesinin təsiri........182
7.8.Populyasiyanın genetik strukturuna seçmənin təsiri..........................184
7.9.Populyasiya genetikasına aid məsələlər.............................................185
VIII. İnsan genetikası.............................................................................190
8.1. İnsan genetikasının öyrənilmə üsulları..............................................190
8.2.İnsanda qanın xassələrinin irsiyyəti...................................................196
8.3. Qan qruplarının irsiyyətinə aid məsələlər.........................................197
8.4. Qanın irsi xəstəlikləri........................................................................200
8.5. İnsanın xromosom quruluşu..............................................................201
8.6.İnsanda autosom xromosomları ilə ilişikli dominant əlamətlərin
irsiyyəti...............................................................................................203
8.7.İnsanda autosom resessiv əlamətlər...................................................209
8.8.İnsanda cinsiyyətlə ilişikli əlamətlər..................................................211
8.9.Cinsiyyətlə ilişikli irsiyyətə aid məsələlər.........................................213
8.10.İnsanın xromosom kompleksində baş verən dəyişilmələr-
heteroploidiya..................................................................................217
IX. Ontogenezin genetikası....................................................................220
9.1.Embrional dövrdə ilkin differerensiasiya prosesləri..........................221
9.2.Toxumaların differensiasiyası............................................................221
9.3.Genotip və fenotip..............................................................................222
9.4. Penentrantlıq və ekspressivlik...........................................................222
X.Seleksiyanın genetik əsasları.............................................................224
10.1. Seleksiya üçün başlanğıc material...................................................225
~ 245 ~
10.2.Homoloji sıralar qanunu...................................................................226
10.3.Seçmə üçün dəyişkənliklər mənbələri..............................................228
10.4. Süni mutasiyaların seleksiyada istifadəsi........................................229
10.5.Kimyəvi maddələrlə mutant formaların alınması.............................231
10.6. Poliploidiyanın bitki seleksiyasında istifadəsi................................231
10.7. Seleksiyada hibridləşmədən istifadə olunması. Hibridləşmənin
tipləri...............................................................................................232
10.8.Qohum çarpazlaşma- inbridinq........................................................233
10.9. Qeyri- qohum çarpazlaşma-autbridinq............................................234
10.10.Uzaq hibridləşmə............................................................................234
10.11.Heterozis və onun seleksiyada istifadəsi........................................235
10.12.Erkəkciklərin sitoplazmatik dölsüzlüyündən seleksiyada istifadə
olunması..........................................................................................236
10.13. Seçmə............................................................................................237
10.14.Heyvanların seleksiyası..................................................................239
Ədəbiyyat................................................................................................241
Dostları ilə paylaş: |