YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə16/20
tarix16.03.2017
ölçüsü3,69 Kb.
#11677
1   ...   12   13   14   15   16   17   18   19   20

5.  Düzgün (+) və yanlış (–) ifadələri qeyd edin: 
 
   Şərtsiz reflekslər orqanizmin daxili mühitinin sabitliyini təmin edir. 
  Şərtsiz reflekslərin mərkəzi beyin qabığında yerləşir. 
  Şərti reflekslər təlim nəticəsində formalaşır və  insanı mühitin dəyişən 
şəraitinə uyğunlaşdırır. 
  Düşüncəli fəaliyyət – ətraf mühitə uyğunlaşmanın ali formasıdır. 
  Şifahi nitqin formalaşmasında sağ yarımkürələrin alın payı iştirak edir. 
  Mücərrəd təfəkkür ikinci siqnal sisteminin iştirakı ilə baş verir. 
  Uşaqlarda daha güclü iradi yaddaş olur. 
 
6.  Düzgün cavabı seçin: 
  Ali sinir fəaliyyətinin hansı formaları yeni doğulmuş  uşaqda olmur, lakin 
həyatın sonrakı dövründə, insanlarla  ünsiyyətdə olduğu zaman meydana çıxır? 
А) Şüur və nitq;  В) Elementar düşüncəli fəaliyyət; С) Şərtsiz reflekslər. 
  İnstinkt nəyin cəmidir? 
A) Şərti reflekslərin; В) Şərtsiz reflekslərin;  С) Bacarıqların. 
  İ.P.Pavlovun təcrübəsində it üçün qida necə qıcıqlandırıcıdır? 
А) Şərti; В) Şərtsiz; С) Təsirsiz. 
  Baş beyin qabığının elektrik fəallığının tez-tez dəyişməsi, ətrafların dartılması 
hansı yuxu  fazası üçün səciyyəvidir? 
А) Tez və ləng yuxu fazası; В) Ləng yuxu fazası;  С) Tez yuxu fazası. 
  Qısamüddətli yaddaşa aiddir: 
А) Bloknota baxaraq telefon nömrəsinin yığılması; В) Şagirdin dərsdə dinlədiyi 
məlumat; С) Yuxarı sinif şagirdinin yaddaşında qalan vurma cədvəli. 
 
7.  Suallara cavab verin: 
  Əsəbiləşmək və hiddətlənmək nəticəsində insanın ürək döyüntülərinin sayı 
artır. Bu hadisənin fizioloji mexanizmini izah etməyə çalışın. 
  Nə üçün sürücüyə “Qarşıda çuxur var” söylədikdə o, çuxuru görməsə belə 
avtomobilin əyləcini dərhal basır? 
 
8.  Ləng yuxu (L/Y) və tez yuxuya (T/Y) aid əlamətləri əks etdirən düzgün 
sıranı seçin: 
1.  10–15 dəqiqə davam edir.  
2.  Orqanizmin bütün sistemlərinin fəallığı azalır.  
3.  Bədən temperaturu yüksəlir. 
4.  Əzələlər boşalır.  
5.  Bədən temperaturu aşağı düşür.  
6.  Əzələlər yığılır. 
7.  1–1,5 saat davam edir.  
8.  Orqanizmin bütün sistemlərinin fəallığı artır.   
 

 
155
                                          
 
 
 
 
 
 
 
 
 
      
                A)                    B)                        C)                              D) 
 
9.  Sxemləri tamamlayın: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
10. Mənfi və müsbət emosiyalar həyatımızda hansı rol oynayırlar?  
 
___________________________________________________________ 
___________________________________________________________ 
1 T/Y
2 L/Y
3 T/Y
4 L/Y
5 L/Y
6 T/Y
7 L/Y
8 T/Y
1 L/Y 
2 T/Y
3 T/Y
4 T/Y 
5 T/Y 
6 L/Y
7 L/Y
8 L/Y
1 L/Y 
2 L/Y
3 T/Y
4 L/Y
5 T/Y
6 L/Y
7 T/Y 
8 T/Y
1 T/Y
2 T/Y 
3 T/Y
4 L/Y
5 L/Y
6 L/Y
7 L/Y
8 T/Y

 
156
BÖLMƏ 3. EKOLOJİ SİSTEMLƏR.  
İNSAN VƏ ƏTRAF MÜHİT 
 
 
 
 
 
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ  
REALLAŞDIRILACAQ ALT STANDARTLAR 
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI:  
7 saat 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 
 
 
      1 saat
 
 
 
Dərs 51 / Mövzu 40: 
ORQANİZMİN YAŞAYIŞ MÜHİTİ. EKOLOJİ 
AMİLLƏR 
 
Mövzu ilə tanışlıq məqsədilə  şagirdlər mövcud biliklərə  əsaslanaraq sualları 
müzakirə edirlər. Bu mərhələdə BİBÖ cədvəlindən istifadə oluna bilər. 
 
Tədqiqat sualı: 
Canlı orqanizmlərə ekoloji amillərin necə təsir göstərir? 
 
Alt 
STANDART  
4.1.1. Ekoloji amillərin canlıların həyatında rolunu şərh edir, 
təqdimatlar hazırlayır.  
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Abiotik amillərin canlıların həyatında rolunu şərh edir. 
  Temperatur və rütubətin bitkilərə  və heyvanlara təsiri 
nəticəsində yaranan uyğunlaşmalara aid təqdimatlar hazırlayır.  
 
 
Əsas  
ANLAYIŞ VƏ 
TERMİNLƏR  
Ekoloji amillər, abiotik, biotik, antropogen amillər, dözümlülük, 
optimal intensivlik, məhdudlaşdırıcı amil 
2.1.3. Bioloji proseslərin mahiyyəti və  məzmununu, baş verən dəyişiklikləri riyazi 
üsullarla əsaslandırır. 
4.1.1. Ekoloji amillərin canlıların həyatında rolunu şərh edir, təqdimatlar hazırlayır.  
4.2.1. Regional ekoloji problemlərlə bağlı müşahidələrini ümumiləşdirib təqdimatlar 
hazırlayır. 
4.2.2. Azərbaycanda canlılar aləminin növ müxtəlifliyinin  qorunması ilə bağlı faktları 
toplayıb təqdimatlar hazırlayır. 
FƏSİL –
6
CANLILAR VƏ ƏTRAF MÜHİT 

 
157
Paraqrafın birinci hissəsi təhlil olunduqdan sonra müəllim şagirdlərlə birlikdə 
sxem tərtib edir. 
 
 
 
Dərsin əsas məzmunu 
• Orqanizmlərin yaşayış mühiti və ekoloji amillər: abiotik, biotik və antropogen. 
• Ekoloji amillərin orqanizmə təsir intensivliyi: optimal intensivlik, dözümlülük 
həddi, məhdudlaşdırıcı amil.  
• Mühitin abiotik amilləri: işıq, temperatur, rütubət. 
 
 
Təklif olunan cədvəl, sxem və krossvordlar  
Şagirdlər dərslikdə təklif olunan qrafikin sadələşmiş formasını dəftərə köçürürlər. 
  
 
 
 
Dözümlülük hәddi
A
şa
ğ
ı
 
h
әdd
 
 
Y
uxar
ı h
әdd 
 
Mәhvolma
Mәhvolma 
Am
ilin 
әlveri
şlilik
 d
әr
әc
әsi
 
 
Normal hәyat 
fәaliyyәti zonası
Amilin intensivliyi
S
ıx
ınt
ılı
  
zo
n

S
ıx
ınt
ılı
  
zo
n

Opti
mu

Biotik 
 (canlı təbiət) 
 
Orqanizmlərin bir-
birinə təsiri: bitkilərin 
həşəratlarla tozlanması, 
orqanizmlər arasında 
rəqabət, yırtıcılıq, 
simbioz və s. 
Antropogen
           
(insan fəaliyyəti) 
 
Canlı orqanizmlərin 
həyat şəraitinin 
dəyişdirilməsi ilə 
müşayət olunan insan 
fəaliyyəti. 
 
EKOLOJİ 
FAKTORLAR 
Abiotik
  
(cansız təbiət) 
 
İşıq, rütubət, atmosfer 
təzyiqi, havanın 
temperaturu, torpaqda 
mineral duzların 
miqdarı, torpağın 
nəmişliyi və aerasiyası 
və s. 

 
158
 
Əlavə olaraq şagirdləri real göstəricilərlə tanış etmək olar.  
 
Bitkilərin böyüməsinin temperaturdan asılılığı 
Bitki Temperatur, 
0

minimum optimum  maksimum 
Arpa 
0 – 5 
25 – 31 
31 – 37  
Qarğıdalı 
5 – 10 
37 – 44 
44 – 50 
Balqabaq 
10 – 15  
37 – 44 
44 – 50 
Xiyar 
15 – 18  
31 – 37  
44 – 50 
 
Optimal rütubət 
Qış bağlarında, oranjereyalarda, istixanalarda yetişdirilən bitkilər üçün – 55-75 %. 
İnsan üçün – 45-65 %. 
 
Dərsə aid layihə və tədqiqat işləri üçün mövzu  
• 
Temperatur və rütubətin bitkilərə və heyvanlara təsiri nəticəsində yaranan 
uyğunlaşmalar.  
 
Elektron resurslar 
http://tana.ucoz.ru/load/269-1-0-1005 
https://www.youtube.com/watch?v=JV1msrsLHNc 
 
Qiymətləndirmə meyarları: şərhetmə, təqdimat hazırlama 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Abiotik amillərin 
canlıların həyatında 
rolunu çətinliklə 
şərh edir. 
 
Abiotik amillərin 
canlıların həyatında 
rolunu qeyri-dəqiq 
şərh edir. 
 
Abiotik amillərin 
canlıların həyatında 
rolunu şərh edərkən 
bəzi səhvlər buraxır. 
 
Abiotik amillərin 
canlıların 
həyatında rolunu 
düzgün şərh edir.
 
İŞ
IQ
Ultrabənövşəyi
qısadalğalı - 0,29 mkm-dən 
az, uzundalğalı - 0,30-0,40 
mkm
yüksək kimyəvi fəallığa 
malikdir, böyük dozalarda 
canlılara məhvedici təsir 
göstərir, az miqdarı D 
vitamininin əmələ 
gəlməsində iştirak edir 
Görünən
0,40-0,75 mkm
fotosintez üçün böyük 
əhəmiyyətə malikdir, 
heyvanların əksəriyyəti bu 
işığı görür
İnfraqırmızı
0,75 mkm-dən çox
istilik mənbəyi, insan gözü  
tərəfindən qəbul edilmir

 
159
Temperatur və 
rütubətin bitkilərə və 
heyvanlara təsiri 
nəticəsində yaranan 
uyğunlaşmalara aid 
təqdimatları yalnız 
yoldaşlarının və 
müəllimin köməyi 
ilə hazırlayır.
 
Temperatur və rütu-
bətin bitkilərə və 
heyvanlara təsiri 
nəticəsində yaranan 
uyğunlaşmalara aid 
təqdimatları  hazır-
layarkən müəllimin 
köməyindən istifadə 
edir.
Temperatur və 
rütubətin bitkilərə 
və heyvanlara təsiri 
nəticəsində yaranan 
uyğunlaşmalara aid 
təqdimatlarda kiçik 
səhvlər buraxır. 
 
Temperatur və 
rütubətin bitkilərə 
və heyvanlara 
təsiri nəticəsində 
yaranan 
uyğunlaşmalara 
aid ətraflı 
təqdimatlar 
hazırlayır. 
 
 
 
Dərs 52 / Mövzu 41:
 TƏBİİ  BİRLİKLƏR VƏ EKOLOJİ SİSTEMLƏR 
  
Keçmiş  dərsdə  və  aşağı siniflərdə qazanılan biliklərə  əsaslanaraq  şagirdlər 
sualları müzakirə edir, fərziyyələrini irəli sürürlər. 
 
Tədqiqat sualı: 
 Müxtəlif növlərin populyasiyaları və cansız təbiət arasında 
münasibətlərin xüsusiyyətləri nədən ibarətdir?  
 
Dərsin əsas məzmunu 
• Biosenoz–bioloji sistem kimi. 
• Biosenozun strukturu. 
• Süni biosenozlar. 
• Ekoloji sistem. Ekosistemdə orqanizm qrupları: produsentlər, konsumentlər, 
redusentlər 
• Qida zənciri: mahiyyəti, strukturu.  
 
Alt 
STANDARTLAR
4.1.1. Ekoloji amillərin canlıların həyatında rolunu şərh edir, 
təqdimatlar hazırlayır.  
4.2.1.  Regional ekoloji problemlərlə bağlı müşahidələrini 
ümumiləşdirib təqdimatlar hazırlayır. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Təbii birliklər və ekoloji sistemlərin xüsusiyyətləri haqqında 
mülahizələrini şərh edir. 
  Yaşadığı  ərazidə yerləşən təbii və süni ekosistemlərlə bağlı  
müşahidələrini ümumiləşdirib təqdimatlar hazırlayır. 
 
 
Əsas  
ANLAYIŞ VƏ 
TERMİNLƏR  
Biosenoz, yarus, ekoloji sistem, produsent, konsument, 
redusent, ekoloji piramida 
 

 
160
Təklif olunan cədvəl, sxem və krossvordlar  
 
 
 
Biosenozda orqanizm 
qrupları 
Anlayışın izahı Misallar 
Produsentlər Üzvi 
maddələrin istehsal-
çıları. Onlar Yer üzərinə 
düşən günəş enerjisini  üzvi 
birləşmələrin kimyəvi rabi-
tələr enerjisinə çevirir. 
Bitkilər, sianobakteriyalar 
Konsumentlər Üzvi 
maddələrlə qidalanan 
heterotroflar. Produsentlər 
tərəfindən sintez olunmuş 
üzvi birləşmələri mənim-
səyir, digər maddələrə 
çevirir.  
1-ci dərəcəli konsumentlər: 
otyeyən heyvanlar, 
bitkilərdə parazitlik edən 
göbələklər. 
2-ci dərəcəli konsumentlər 
- yırtıcılar 
EKOLOJİ SİSTEM
İqlim
Torpaq
Bitkilər
Heyvanlar
Mikroor-
qanizmlər
Göbələklə

 
 
R
 
 
 
 
 

• 
Y
• 
B
pro
 
El
htt
htt
Redusentlər 
ərsə aid layihə
Yaşadığınız əraz
Bioloji modellər
oqnozlaşdırılma
lektron resursl
tps://www.youtu
tps://www.youtu
 
• 
• 

Prod
məh
onla
qeyr
parç
mad
və tədqiqat işl
zinin təbii və sü
r üzərində ekos
ası. 
lar 
ube.com/watch?
ube.com/watch?

161
dusent və konsum
hv olduqdan sonr
arın üzvi maddələ
ri-üzvi maddələr
çalayır, mineral 
ddələrə çevirirlər
ləri üçün mövz
üni ekosistemlər
istemlərdə baş v
?v=tJjGmEpb19
?v=CEiAYkxhzM

mentlər 
ra 
əri 
ə qədər 
. 
Əsasən
göbələ
 
zular  
rinin müqayisəs
verən dəyişiklik
9M 
MU 
n bakteriyalar və 
əklər 
si. 
klərin 
 

 
162
Qiymətləndirmə meyarları: şərhetmə, təqdimat hazırlama 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Təbii birliklər və 
ekoloji sistemlərin 
xüsusiyyətləri 
haqqında 
mülahizələrini 
çətinliklə şərh edir. 
 
Təbii birliklər və 
ekoloji sistemlərin 
xüsusiyyətləri 
haqqında mülahizə-
lərini şərh edərkən 
çoxlu səhvlər 
buraxır. 
Təbii birliklər və 
ekoloji sistemlərin 
xüsusiyyətləri 
haqqında 
mülahizələrini 
əsasən şərh edir. 
 
Təbii birliklər və 
ekoloji sistemlərin 
xüsusiyyətləri 
haqqında 
mülahizələrini 
ətraflı şərh edir. 
 
Yaşadığı ərazidə 
yerləşən təbii və 
süni ekosistemlərlə 
bağlı  müşahidə-
lərini ümumiləşdirir, 
təqdimatları yalnız 
yoldaşlarının 
köməyi ilə 
hazırlayır. 
Yaşadığı ərazidə 
yerləşən təbii və 
süni ekosistemlərlə 
bağlı  müşahidə-
lərini ümumiləşdirir, 
təqdimatlar hazırla-
yarkən müəllimin 
köməyindən istifadə 
edir. 
Yaşadığı ərazidə 
yerləşən təbii və 
süni ekosistemlərlə 
bağlı müşahidələrini 
ümumiləşdirir, 
təqdimatlar 
hazırlayır, lakin 
qeyri-dəqiq faktlar 
təqdim edir.  
Yaşadığı ərazidə 
yerləşən təbii və 
süni ekosistemlər-
lə bağlı  müşahi-
dələrini ümumi-
ləşdirib dolğun 
təqdimatlar 
hazırlayır. 
 
 
Dərs 53 / Mövzu 42:
 BİOLOJİ  RİTMLƏR 
 
Keçmiş  dərsdə  və  aşağı siniflərdə qazanılan biliklərə  əsaslanaraq  şagirdlər 
sualları müzakirə edir, fərziyyələrini irəli sürürlər. 
– Orqanizmlər yaşayış mühitinə necə uyğunlaşırlar? 
– Orqanizmlər mühitin təsirinə qarşı necə müqavimət göstərirlər? 
 
Tədqiqat sualı:
  Bioloji proseslərin intensivliyinə abiotik  faktorları necə təsir 
göstərir?  
 
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Kiçik qruplarda müzakirə”, yaxud hər 
hansı digər üsul ilə aparıla bilər. Tədqiqat zamanı şagirdlərə əlavə mətn, foto  və 
videomateriallar təqdim etmək məqsədəuyğundur. Təklif olunan sxem, yaxud  
cədvəllər tədricən doldurulur. 
 
Alt 
STANDART  
4.1.1. Ekoloji amillərin canlıların həyatında rolunu şərh edir, 
təqdimatlar hazırlayır.  
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Canlı orqanizmlərin həyatında bioloji ritmlərin  rolunu şərh 
edir. 
  Canlı orqanizmlərin həyatında bioloji ritmlərin  əhəmiyyətinə 
dair təqdimatlar hazırlayır.  
 
 
Əsas  
ANLAYIŞ VƏ 
TERMİNLƏR  
Bioloji ritm, “bioloji saat”, fotoperiodizm 

 
163
Dərsin əsas məzmunu 
• “Bioloji ritm” anlayışı. 
• Bitki və heyvanlarda sutkalıq, fəsil ritmləri. 
• Fotoperiodizm. 
 
 Təklif olunan cədvəl, sxem və krossvordlar  
 
 
 
 
 
 
 
 
 
Bioloji ritmlər 
Sutkalıq ritmlər
Fəsil ritmləri
Çiçəklərin sübhdən açılması Quşların cənub rayonlarına uçub getməsi 
İnsanda yuxu və ayıqlıq Qonur 
ayıların yuxulaması 
Kirpilərin gecə fəallaşması 
Məməlilərin tüləməsi 
İnsanın tənəffüs ritmi 
Bitkilərin yazda oyanması 
 
İnsanda avitaminozlar 
 Payızda xəzan hadisəsi 
 Quşların yuva qurması 
 Bitkilərdə tumurcuqların şişməsi 
 
İlk çiçəkləyən bitkilərin bitməsi 
 Bitkilərdə meyvə və toxumların əmələ gəlməsi 
 
Həşəratlarda inkişaf mərhələlərinin bir- birini əvəz 
etməsi 
 
Şagirdləri maraqlı əlavə məlumatlarla da tanış etmək faydalı olardı.  
1755-ci ildə  botanik Karl Linney bitkilərin çiçəkləməsi barədə öz çoxillik 
müşahidələrinin nəticələrinə əsaslanaraq “Somnus plantarum” (“Bitkilərin yuxu-
su”) adlanan məşhur  əsərini nəşr etdirdi. O, sutka ərzində  ləçəklərin hərəkətinin 
ritmini onların daxili və xarici tərəfinin qeyri-bərabər böyüməsi ilə izah etdi.  
Ləçəklərin vaxtında bağlanması tozcuqları  şehlə islanmaqdan qoruyur, quruduq-
dan sonra isə ləçəklər açılır və həşəratların tozcuqlara çatmasına imkan yaranır. 
Adətən, çiçəyin belə açılması ertəsi gün, bəzi bitkilərdə isə daha gec baş verir. Bu 
müşahidələr “botaniklərin kralını” (həmkarları K.Linneyi belə adlandırırdılar) 
çiçək saatı düzəltmək fikrinə yönəldir. Dairəni sektorlara bölür, onların hər birinin 
daxilində sutkanın müəyyən vaxtında çiçəkləyən və çiçəkləri bağlanan bitkiləri 
yerləşdirirlər. K.Linney belə çiçək saatını Upsaladakı  məşhur botanika bağında 
yaradır. (http://www.botanichka.ru/blog/2015/03/08/tsvetochnyie-chasyi-mifyi-i-
realnost/).  
 
Bioloji 
ritmlər 
Sutkalıq 
ritmlər
Fəsil 
ritmləri
Yerin Günəş ətrafında 
fırlanması ilə əlaqədar 
baş verir.
Yerin öz oxu ətrafında 
fırlanması nəticəsində 
baş verir.

 
164
 
Ayın dörd fazası ilə bağlı alimlər aylıq bioritmləri də qeyd edirlər: 1-ci faza – 
yeni ay, 2-ci faza – böyüyən ay, 3-cü faza – bütöv ay, 4-cü faza – kiçilən ay.  
Böyüyən ay fazasında insan daha fəal olur. Kiçilən ay fazasında isə orqanizmin 
həyat fəaliyyəti aşağı düşür, fəallıq azalır, yorğunluq hiss edilir.  Bütöv ay (3 gün) 
və yeni ay (3 gün) fazalarına xüsusi diqqət yetirmək lazımdır. Bu dövrdə  eşitmə, 
diqqət, görmə  aşağı düşür, daha doğrusu, özünüqoruma zəifləyir. Müşahidələrə 
görə, həmin günlərdə nəqliyyat qəzaları daha çox qeyd olunur.    
 
Dərsə aid layihə və tədqiqat işləri üçün mövzular  
• 
İnsan orqanizminin bioritmləri. Bioritmlərin insan orqanizminə təsiri. 
 
Elektron resurslar 
https://www.youtube.com/watch?v=cPd_ZFRoZbc 
https://www.youtube.com/watch?v=G6N1uZIt5sU 
 
Qiymətləndirmə meyarları: şərhetmə, təqdimat hazırlama 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Canlı orqanizmlərin 
həyatında bioloji 
ritmlərin  rolunu 
çətinliklə şərh edir
 
Canlı orqanizmlərin 
həyatında bioloji 
ritmlərin  rolunu 
şərh edərkən tez-tez 
səhvlər buraxır. 
 
Canlı orqanizmlərin 
həyatında bioloji 
ritmlərin  rolunu 
əsasən şərh edir. 
 
Canlı 
orqanizmlərin 
həyatında bioloji 
ritmlərin  rolunu 
faktlar 
əsasında 
şərh edir. 
 
Canlı orqanizmlərin 
həyatında bioloji 
ritmlərin  əhəmiy-
yətinə dair təqdi-
matları yalnız 
yoldaşlarının 
köməyi ilə 
hazırlayır.
 
Canlı orqanizmlərin 
həyatında bioloji 
ritmlərin  əhəmiy-
yətinə dair təqdi-
matlar hazırlayarkən 
müəllimin köməyin-
dən istifadə edir.
 
Canlı orqanizmlərin 
həyatında bioloji 
ritmlərin  
əhəmiyyətinə dair 
təqdimatlar 
hazırlayır, lakin 
qeyri-dəqiq faktlar 
təqdim edir. 
Canlı 
orqanizmlərin 
həyatında bioloji 
ritmlərin  
əhəmiyyətinə dair 
təqdimatlar 
hazırlayır. 
 
 

 
165
Dərs 54 / Mövzu 43: 
ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ 
  
Mətnlə tanış olmazdan əvvəl  şagirdlər mövcud biliklərə  əsaslanaraq mühit 
amillərinin (ekoloji faktorlar) xüsusiyyətlərini əks etdirən “klaster” tərtib edirlər: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sonra şagirdlər sualları müzakirə edirlər: 
– Müasir cəmiyyətdə antropogen amillər hansı rol oynayır? 
– Sizin fikrinizcə, ətraf mühitin çirklənməsinin əsas mənbəyi nədir?  
– Ətraf mühitin çirklənməsinin hansı növlərini tanıyırsınız? 
– Ətraf mühitin çirklənməsi problemdirmi?   
– Yer kürəsinin hansı hissəsində çirklənmə daha çox və ya daha az üzə çıxır? 
– Ətraf mühitin qorunmasını müdafiə edən hansı təşkilatları tanıyırsınız? 
 
Tədqiqat sualı:
  Ətraf mühitin çirklənməsi insan üçün hansı təhlükə yaradır? 
 
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Kiçik qruplarda müzakirələr”  üsulu ilə 
aparıla bilər. Bunun üçün 3 qrup yaranır, dərslikdəki mətnlə yanaşı şagirdlər əlavə 
mətn və  şəkillərlə  təmin olunur. İşin nəticələri  əlavə materiallardan asılı olaraq 
plakat, qrafik, diaqram, sxem və cədvəllər formasında tərtib oluna bilər.  
 
Suyun çirklənməsi. 
 
 
Atmosferin çirklənməsi. 
 
 
Torpağın çirklənməsi. 
 
 
Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin