Məlumatların iĢlənilməsi
118
Hər bir cavab variantı əvvəlcədən mötəbər hakimlər tərəfindən
müxtəlif ballarla qiymətləndirilmiĢdir və müddəanın nömrəsinin yanında
mötərizədə verilmiĢ ―açarda‖ qeyd olunmuĢdur. Bunun səbəbi odur ki,
simptonlara daxil edilmiĢ əlamətlər onun ağırlığının müəyyən edilməsində
müxtəlif qiymətlərə malikdirlər.
Maksimal qiymət olan 10 balı hakimlər sipmtom üçün ən göstəriĢli
olan əlamətə veriblər. ―Açara‖ uyğun olaraq aĢağıdakı hesablamalar aparılır:
1) ―tükənmənin‖ hər 12 simptomun hər biri üçün ayrılıqda balların cəmi
müəyyən olunur, 2) ―tükənmənin‖ formalaĢmasının hər üç fazasının hər biri
üçün simptom göstəricilərinin cəmi hesablanır, 3) ―emosional tükənmə‖
sindromunun yekun göstəricisi – 12 simptomun hamısının göstəricilərinin
cəmi tapılır.
“Gərginlik”
1. Psixi travma yaradan şəraitlərin təəssüratları: +1 (2), +13 (3), +25
(2), -37(3), +49 (10), +61 (5), -73 (5).
2. Özündən məmnun olmamaq: -2 (3), +14 (2), +26 (2), -38 (10), -50
(5), +62 (5), +74 (3).
3. Qəfəsə sıxışdırılmaq: +3 (10), +15 (5), +27 (2), +39 (2), +51 (5),
+63 (1), -75 (5).
4. Həyəcan və depressiya: +4 (2), +16 (3), +28 (5), +40 (5), +52 (10),
+64 (2), +76 (3).
―Rezistensiya”
1. Qeyri adekvat seçici emosional reaksiya vermə: +5 (5), -17 (3),
+29 (10), +41 (2), +53 (2), +65 (3), +77 (5).
2. Emosional - əxlaqi dezorientasiya: +6 (10), -18 (3), +30 (3), +42
(5), +54 (2), +66 (2), -78 (5).
3. Emosiyaların qənaət sahəsinin genişləndirilməsi: +7 (2), +19 (10),
-31 (2), 43 (5), +55 (3), +67 (3), -79 (5).
4. Professional vəzifələrin reduksiyası: +8 (5), +20 (5), +32 (2), -44
(2), +56 (3), +68 (3), +80 (10).
“Azalma”
1. Emosional defisit: +9 (3), +21 (2), +33 (5), -45 (5), +57 (3), -69
(10), +81 (2).
2. Emosional kənarlaşma: +10 (2), +22 (3), -34+ (2), +46 (3), +58
(5), +70 (5), 82 (10).
3. Şəxsiyyətin kənarlaşması (deperonalizasiya): +11 (5), +23 (3), +35
(3), +47 (5), +59 (5), +72 (2), +83 (10).
4. Psixosomatik və psixoveqetativ pozulmalar: +12 (3), +24 (2), +36
(5), +48 (3), +60 (2), +72 (10), +84 (5).
Nəticələrin interpretasiyası: Təklif olunmuĢ metodika ―emosional
tükənmə‖ sindromunun mənzərəsini təfsilatı ilə verir. Hər Ģeydən əvvəl
119
ayrıca götürülmüĢ simptomlara fikir vermək lazımdır. Hər bir simptomun
ifadəlilik dərəcəsi 0 – 30 bal arasındadır.
9 və daha az bal – baĢ tutmamıĢ simptomlar.
10 – 5 bal – yaranmaqda olan simptomlar.
16 və daha çox bal – baĢ tutmuĢ simptomlar.
20 və daha çox bal göstəricisi olan simptomlar və ya bütün
―emosional tükənmə‖ sindromu üzrə dominant olanlara aiddirlər.
Bu metodika ―tükənmənin‖ bütün aparıcı simptomlarını görməyə
imkan verir. Dominantlıq edən simptomlarını görməyə imkan verir.
Dominantlıq edən simptomların formalaĢmaqda olan stressin hansı fazasına
aid olduğunu və onların hansı fazada sayca çox olduğunu qey etmək çox
vacibdir. Nəticələrin interpretasiyasında növbəti addım stressin inkiĢaf
fazaları olan sorğu ―gərginlik‖, ―rezistensiya‖ və azalmanın göstəricilərini
baĢa düĢməkdir. Onlardan hər birində qiymətləndirmə 0-120 bal arasında ola
bilər. Amma fazaların aldığı balların müqayisəsi düzgün deyildir, çünki bu
onların nisbi rolu və ya sindroma əlavəsi haqqında heç nə demir. Məsələ
ondadır ki, onlarda ölçülən hadisələr əhəmiyyətli dərəcədə fərqlidirlər –
daxili və xarici faktorlara reaksiyalar, psixoloji müdafiə üsulları, əsəb
sisteminin vəziyyəti. Göstəricilərin miqdarına görə ancaq hər bir fazanın nə
dərəcədə formalaĢması, hansı fazanın böyük və ya kiçik dərəcədə
formalaĢması haqqında qərar çıxarmaq düzgündür.
36 və daha az bal – faza formalaĢmayıb;
37-60 bal – faza formalaĢma mərhələsindədir;
61 və daha çox bal – formalaĢmıĢ faza.
―Tükənmə‖ sindromunun müxtəlif formalaĢma fazaları üçün
hesablanmıĢ kəmiyyət göstəriciləri və məzmunu ilə əməliyyatlar apararaq
Ģəxsiyyətin kifayət qədər ətraflı xarakteristikasını vermək olar və həm də heç
də az mühüm olmayan baĢqa bir Ģeyi də - profilaktika və psixokorreksiyanın
fərdi tədbirlərini hazırlamaq olar. AĢağıdakı məsələlər iĢıqlandırılır:
-
Hansı simptomlar dominantlıq edir;
-
―Azalma‖ hansı formalaĢmıĢ və dominantlıq edən simptomlarla
müĢayiət olunur;
-
―Azalma‖ (əgər aĢkar olunubsa) ―tükənmə‖nin simptomatikasına daxil
olan professional fəaliyyət faktorları ilə və ya subyektiv faktorlarla izah
oluna bilərmi?;
-
Hansı simptom (simptomlar) Ģəxsiyyətin emosional vəziyyətini daha
da ağırlaĢdırır;
-
Əsəb gərginliyini azaltmaq üçün istehsal Ģəraitinə hansı istiqamətlərdə
təsir göstərmək lazımdır;
-
ġəxsiyyətin davranıĢının hansı əlamətləri və aspektləri korreksiya
olunmalıdır ki, emosional ―tükənmə‖ ona, professional fəaliyyətinə və
partnyorlarına ziyan vurmasın.
120
K. HEKK, X. HESS.
NEVROZUN EKSPRESS-DĠAQNOSTĠKASININ METODIKASI
Sual və ya mülahizə ilə tanıĢ olduqdan sonra ―hə‖ və ya ―yox‖ cavabını
vermək lazımdır.
1. Sizə elə gəlmir ki, daxilən gərginsiniz?
2. Mən çox vaxt fikirlərə elə güclü Ģəkildə dalıram ki, yuxum qaçır.
3. Mən hiss edirəm ki, çox tez inciyirəm.
4. TanıĢ olmayan adamlarla danıĢmağa baĢlamaq mənim üçün
çətindir.
5. Heç bir səbəb olmadan sizdə tez-tezmi yorğunluq və laqeyidlik
hissi yaranır?
6. Çox vaxt mənə elə gəlir ki, insanlar məni tənqidi baxıĢlarla
süzürlər.
7. Siz onlardan qurtulmaq istəsəniz də baĢınızdan çıxmayan mənasız
fikirlər sizi tez-tezmi təqib edir?
8. Mən kifayət qədər əsəbiyəm.
9. Mənə elə gəlir ki, məni heç kim baĢa düĢmür.
10. Mən çox tez qıcıqlanıram.
11. Mənim əleyhimə qaldırılmıĢ adamlar olmasaydılar, mənim
iĢlərim daha müvəffəqiyyətlə gedərdi.
12. Mən xoĢagəlməz hadisələri ürəyimə salıram və uzun müddət
unuda bilmirəm.
13. Hətta mümkün ola biləcək uğursuzluq haqqında düĢünmək belə
məni həyəcanlandırır.
14. Məndə çox qəribə və qeyri-adi hisslər olur.
15. Heç bir səbəb olmadan siz bəzən Ģad, bəzən də qəmgin
olursunuzmu?
16. Gün ərzində mən lazım olduğundan çox arzulara və xəyallara
qapılıram.
17. Sizin əhvali-ruhiyyənizi dəyiĢmək asandırmı?
18. Mən çox vaxt öz utancaqlığımı gizlətmək üçün özümlə mübarizə
aparıram.
19. Mən xoĢbəxt görünən insanlar kimi olmaq istəyirəm.
20. Mən bəzən titrəyirəm və ya üĢütməyə baĢlayıram.
21. Ciddi bir səbəb üzündən və ya olmadan sizin əhvali-ruhiyyəniz
tez-tez dəyiĢirmi?
22. Siz hətta real təhlükə olmayanda bəzən qorxu hissi
keçirirsinizmi?
23. Tənqid və ya töhmət mənə çox pis təsir edir.
121
24. Bəzən mən elə narahat oluram ki, hətta bir yerdə otura bilmirəm.
25. Siz bəzən əhəmiyyətsiz Ģeylərə görə həddindən artıq narahat
olursunuzmu?
26. Mən çox vaxt narazılıq hiss edirəm.
27. Mən hər hansı bir tapĢırığı və ya iĢi yerinə yetirəndə diqqətimi
çətinliklə cəmləyirəm.
28. Mən sonradan peĢmançılığını çəkdiyim çoxlu Ģeylər edirəm.
29. Mən daha çox xoĢbəxt olduğumu deyə bilərəm.
30. Mən özümə kifayət qədər əmin deyiləm.
31. Bəzən mən öz-özümə çox miskin görünürəm.
32. Çox vaxt mən özümü sadəcə olaraq çox pis hiss edirəm.
33. Mən öz fikirlərimdə çox qurdalanıram.
34. Tam dəyərli olmamağım haqqında fikir məni narahat edir.
35. Bəzən mənim hər yerim ağrayır.
36. Mən həmiĢə sıxılmıĢ vəziyyətdə oluram.
37. Mənim əsəblərimə nə isə olub.
38. Mən tanıĢ olanda danıĢmaq üçün söz tapa bilmirəm.
39. Mənim üçün ən çətin mübarizə öz-özümlə apardığım
mübarizədir.
40. Siz bəzən hiss edirmisinizmi ki, çətinliklər böyük və dəf
olunmazdır?
Məlumatların iĢlənilməsi
Təsdiqedici cavabların miqdarını hesablamaq lazımdır: cəmin 24
baldan çox olması yüksək nevroz ehtimalından xəbər verir. Bir daha qeyd
edirik ki, bu metodika ancaq ilkin və ümumiləĢdirilmiĢ informasiyanı verir.
Son nəticələri ancaq Ģəxsiyyəti dərindən öyrəndikdən sonra çıxarmaq olar.
L.Ġ.VASSERMANIN NEVROZLAġMA SƏVĠYYƏSĠNĠN
DIAQNOSTĠKASININ METODĠKASI
Özünüzü yoxlayın: aĢağıdakı mülahizələr və situasiyalarla tanıĢ
olaraq ―hə‖ və ya ―yox‖ cavabını seçin. NevrozlaĢmanın səviyyəsini
müəyyən etmək üçün verilən suallar orientasiya xarakteri daĢıyır.
1. Bədənimin müxtəlif hissələrində mən tez-tez yanğı, sancı,
keyləĢmə, ürpəĢmə hiss edirəm.
2. Mən nadir hallarda təngnəfəs oluram və məndə güclü ürək
döyünmələri olmur.
3. Həftədə bir dəfə və ya daha tez-tez mən çox vaxt həyəcanlı və ya
əsəbi oluram.
122
4. Mənim baĢım tez-tez ağrıyır.
5. Həftədə iki-üç dəfə gecələr məni qorxulu yuxular narahat edir.
6. Son zamanlar mən özümü hər zaman olduğundan pis hiss edirəm.
7. Demək olar ki, hər gün məni qorxudan nə isə baĢ verir.
8. Elə vaxtlar olub ki, mən həyəcanlandığıma görə yata bilməmiĢəm.
9. Adətən iĢ mənə böyük gərginliklə baĢa gəlir.
10. Bəzən mən elə əsəbləĢmiĢ vəziyyətdə oluram ki, bu mənə
yatmağa mane olur.
11. Vaxtın çox hissəsini mən həyatdan narazı olaraq keçirirəm.
12. Məni daim nə isə narahat edir.
13. Mən öz tanıĢlarım və dostlarımla az-az görüĢməyə çalıĢıram.
14. Həyat mənim üçün demək olar ki, həmiĢə gərgindir.
15. Mənim üçün hər hansı bir məsələ və ya iĢ üzərində diqqətimi
toplamaq çox çətindir.
16. Mən gün ərzində çox yoruluram.
17. Mən gələcəyə inanıram.
18. Mən çox vaxt qəmgin düĢüncələrə dalıram.
19. Bəzən mənə elə gəlir ki, mənim baĢım həmiĢə olduğundan yavaĢ
iĢləyir.
20. Mənim üçün ən çətin mübarizə özümlə apardığım mübarizədir.
21. Mən demək olar ki, həmiĢə kimin və ya nəyin isə barəsində
narahat oluram.
22. Mənim özümə inamım azdır.
23. Mən tez-tez özümə qarĢı inamsızlıq hiss edirəm.
24. Həftədə bir neçə dəfə qarnımın yuxarı hissəsindəki (cinağın
altında) xoĢagəlməz hisslər məni narahat edir.
25. Bəzən məndə elə hiss yaranır ki, sanki mənim qarĢımda çoxlu
çətinliklər yaranmıĢdır.
26. Həftədə bir dəfə və ya daha tez-tez mən heç qəfildən bütün
bədənimi bürüyən istilik hiss edirəm.
27. Arabir mən özümü həddindən çox yüklədiyim üçün əldən
düĢünürəm.
28. Mən necə geyindiyimə çox diqqətlə yanaĢıram.
29. Son vaxtlar mənim görmə qabiliyyətim zəifləyib.
30. Ġnsanlar arasındakı münasibətlərdə çox vaxt ədalətsizlik hökm
sürür.
31. Məndə elə güclü narahatçılıq keçirdiyim dövrlər olub ki, hətta bir
yerdə oturub qala bilməmiĢəm.
32. Mən imkan olan kimi məmnuniyyətlə rəqs edirəm.
33. Mən imkan daxilində insanların çox olduğu yerlərdən uzaq
qalmağa çalıĢıram.
34. Mənim mədəm məni çox narahat edir.
123
35. Etiraf edirəm ki, bəzən boĢ Ģeylərə görə həyəcan keçirirəm.
36. Mən əsəbi və deyingən olduğum üçün çox vaxt özüm dilxor
oluram.
37. Həftədə bir neçə dəfə məndə elə hiss olur ki, sanki nə isə dəhĢətli
bir Ģey olacaq.
38. Mənə elə gəlir ki, yaxınlarım məni pis baĢa düĢür.
39. Çox vaxt mənim ürəyimdə və ya sinəmdə ağrılar olur.
40. Qonaq gedəndə mən adətən bir küncdə otururam ya da ancaq bir
nəfərlə danıĢıram.
Məlumatların iĢlənilməsi
Müsbət cavabların miqdarını hesablamaq lazımdır. AlınmıĢ nəticə nə
qədər yüksəkdirsə, nevrozlaĢmanın səviyyəsi də bir o qədər yüksəkdir.
Səviyyələrin interpretasiyası: NevrozlaĢmanın yüksək səviyyəsi aĢkar
emosional qıcıqlanmanın varlığından xəbər verir ki, bunun da nəticəsində
neqativ həyəcanlanmalar (həyəcanlılıq, gərginlik, narahatlıq, çaĢqınlıq,
əsəbilik) baĢ verir: təĢəbbüskar olamamaqdan xəbər verir, hansı ki, arzuların
təmin olunmaması ilə bağlı olan həyəcanların yaranmasına səbəb olur:
eqosentrik Ģəxsiyyətə çevrilməkdən xəbər verir, hansı ki, somatik duyğulara
və Ģəxi çatıĢmazlıqlara yönələn ipoxondrik fiksasiyaya səbəb olur;
nevrozlaĢmanın yüksək səviyyəsi həm də ünsiyyətdə çətinliklərdən, sosial
asılılıqdan və cəsarətsizlikdən də xəbər verir.
NevrozlaĢmanın aĢağı səviyyəsi isə emosional sabitlikdən,
həyəcanların sakit fonundan (sakitliyın aĢağı səviyyəsi isə emosional
sabitlikdən,
həyəcanların
sakit
fonundan
(sakitlik,
optimizm),
təĢəbbüskarlıqdan, Ģəxsi həqiqət hissindən, müstəqillikdən, sosial cəsarətdən,
asanlıqla ünsiyyətə girməkdən xəbər verir.
A.BASS VƏ A.DARKI.
AQRESSĠYANIN GÖSTƏRĠCĠLƏRĠ VƏ FORMALARININ
DĠAQNOSTĠKASININ METODĠKASI
A.K.Osnitski tərəfindən uyğunlaĢdırılmıĢdır.
VerilmiĢ mülahizələri oxuyaraq və ya dinləyərək onların sizin
davranıĢ stilinizə, sizin həyat tərzinizə nə qədər uyğun gəldiyini təxminən
müəyyən edin və dörd mümkün cavabdan ―bəli‖, ―yəqin ki, bəli‖, ―yəqin ki,
xeyir‖, ―xeyr‖ – birini seçin.
1. Bəzən mən kimə isə ziyan vurmaq arzusunun öhdəsindən gələ
bilmirəm.
2. Bəzən sevmədiyim insanlar haqqında qeybət edirəm.
3. Asanlıqla özümdən çıxıram, amma asanlıqla da sakitləĢirəm.
4. Əgər məndən lazımi qaydada xahiĢ etməsələr, xahiĢi yerinə
yetirmərəm.
124
5. Mən mənə çatmalı olanları heç də həmiĢə ola bilmirəm.
6. Mən bilirəm ki, adamlar arxamca danıĢırlar.
7. Əgər mən baĢqa adamların hərəkətlərini bəyənmirəmsə, onda bunu
onlara hiss etdirirəm.
8. Mən birini aldatmalı olanda vicdan əzabı çəkirəm.
9. Mənə elə gəlir ki, mən adam vurmağı bacarmaram.
10. Mən o dərəcədə əsəbləĢmirəm ki, əlimə keçəni ora-bura tullayım.
11. BaĢqalarının nöqsanlarına qarĢı həmiĢə güzəĢtlə yanaĢıram.
12. QoyulmuĢ qaydalardan xoĢum gəlməyəndə mən onları pozmaq
istəyirəm.
13. BaĢqa adamlar əlveriĢli Ģəraitdən demək olar ki, həmiĢə istifadə
edə bilirlər.
14. Mənə qarĢı gözlədiyimdən daha çox dostcasına yanaĢan
adamlardan ehtiyatlanıram.
15. Mən çox vaxt adamlarla razılaĢmıram.
16. Bəzən mənim ağlıma elə fikirlər gəlir ki, mən onlara görə
utanıram.
17. Əgər biri məni vursa mən eyni Ģeylə ona cavab qaytara bilmərəm.
18. Mən əsəbləĢəndə qapıları çırpıram.
19. Mən kənardan göründüyümdən daha çox əsəbiyəm.
20. Əgər biri özünü rəis kimi aparırsa mən ona qarĢı çıxıĢ edirəm.
21. Mənim taleyim məni kədərləndirir.
22. DüĢünürəm ki, insanların çoxu məni sevmir.
23. Əgər insanlar mənimlə razılaĢmırsa, özümü onlarla mübahisə
etməkdən saxlaya bilmirəm.
24. ĠĢləməmək üçün aradan çıxanlar özlərini təqsirkar hesab
etməlidirlər.
25. Məni və ya mənim ailəmi təhqir edən Ģəxs yəqin ki, dalaĢmaq
istəyir.
26. Mən kobud zarafatlar edə bilmirəm.
27. Biri məni ələ salıb güləndə məni qəzəb bürüyür.
28. Adamlar özlərini rəis kimi aparmağa baĢlayanda hərdən hesab
edirəm ki, onlar ―qudurub‖ özlərindən çıxmasınlar.
29. Demək olar ki, hər həftə zəhləm gedən adamlardan birini
görürəm.
30. Çoxları mənə paxıllıq edirlər.
31. Mən tələb edirəm ki, insanlar mənim hüquqlarıma hörmət
etsinlər.
32. Mən valideyinlərim üçün az Ģey etdiyim üçün kədərlənirəm.
33. Bizi daim təngə gətirən adamlar burunlarından çırtma ilə
vurulmağa layiqdirlər.
34. Bəzən mən qəzəbdən qaĢqabaqlı oluram.
125
35. Mənimlə layiq olduğumdan daha pis rəftar ediləndə mən buna
görə məyus olmuram.
36. Kimsə məni özümdən çıxarmaq istəyəndə, mən ona fikir
vermirəm.
37. Mən buna biruzə verməsəm də, hərdən paxıllıq mənim içimi
yeyir.
38. Bəzən mənə elə gəlir ki, hamı mənə gülür.
39. Mən hətta hirslənəndə də kobud söyüĢlər söymürəm.
40. Günahlarımın bağıĢlanmasını istəyirəm.
41. Hətta biri məni vursa da, nadir hallarda zərbəyə zərbə ilə cavab
verirəm.
42. Bəzən mənim dediyim kimi olmayanda inciyirəm.
43. Bəzən adamları yanımda görəndə əsəbləĢirəm.
44. Mən heç kəsə sözün əsl mənsında nifrət etmirəm.
45. Mənim prinsipim belədir: ―heç vaxt yadlara etibar etmə‖.
46. Biri məni əsəbləĢdirəndə mən onun haqqında düĢündüyün hər
Ģeyi onun üzünə deməyə hazıram.
47. Sonradan peĢmançılığını çəkdiyim çoxlu Ģeylər edirəm.
48. Mən hirslənəndə kimi isə vura bilərəm.
49. On yaĢımdan bəri mən möhkəm hirslənməmiĢəm.
50. Çox vaxt özümü partlamağa hazır olan barıt çəlləyinə
bənzədirəm.
51. Mənim nə hiss etdiyimi bilsəydilər məni yola gediləsi mümkün
olmayan adam hesab edərdilər.
52. HəmiĢə düĢünürəm ki, görəsən hansı gizli səbəblər insanları
mənə, mənə xoĢ olan bir Ģey etməyə məcbur edir.
53. Mənim üstümə qıĢqıranda mən də cavabında qıĢqırıram.
54. Uğursuzluqlar məni məyus edir.
55. Mən baĢqalarından nə tez – tez nə də gec – gec dalaĢmıram.
56. Çox acıqlı olduğum üçün əlimə keçən hər Ģeyi bir-bir sındırdığım
yadıma gəlir.
57. Bəzən hiss edirəm ki, davanı birinci baĢlamağa hazıram.
58. Bəzən hiss edirəm ki, həyat mənimlə ədalətsizcəsinə rəftar
etmiĢdir.
59. Əvvəllər elə bilirdim ki, insanların çoxu düz danıĢır, amma indi
buna inanmıram.
60. Ancaq hirslənəndə söyüĢ söyürəm.
61. Düzgün hərəkət etməyəndə vicdan əzabı çəkirəm.
62. Əgər öz hüquqlarımı müdafiə etmək üçün güc tətbiq etmək
lazımdırsa, mən bunu edərəm.
63. Bəzən öz qəzəbimi stolu çırpmaqla ifadə edirəm.
126
64. XoĢuma gəlməyən adamlara qarĢı münasibətdə bir qədər kobud
oluram.
65. Mənim mənə ziyan vura biləcək düĢmənlərim yoxdur.
66. Mən hər hansı bir adamı o, buna layiq olsa da, yerində oturda
bilmirəm.
67. Çox vaxt düĢünürəm ki, düzgün yaĢamıram.
68. Məni dalaĢmağa vadar edə biləcək adamlar tanıyıram.
69. Xırda Ģeylərə görə məyus olmuram.
70. Ġnsanların məni hirsləndirməyə və ya təhqir etməyə cəhd etmələri
haqqında fikir mənim baĢıma nadir halda gəlir.
71. Çox vaxt insanları sadəcə olaraq hədələyirəm, amma hədələri
həyata keçirmək niyyətim olmur.
72. Son vaxtlar mən çox zəhlətökən olmuĢam.
73. Mübahisə edəndə çox vaxt səsimi qaldırıram.
74. Ġnsanlara olan pis münasibəti gizlətməyə çalıĢıram.
75. Nəyə görə isə mübahisə etməkdənsə razılaĢsam yaxĢıdır.
Adi Ģəraitdə məlumatların iĢlənməsi zamanı ―bəli‖, ―yəqin ki, bəli‖
cavabları birləĢdirilir (―bəli‖ cavabı kimi toplanırlar), eləcə də ―xeyr‖ və
―yəqin ki, xeyr‖ cavabları da (―xeyr‖ cavab kimi toplanırlar) birləĢdirilir.
Açar 1
(sınağın sorğu üzrə nəticələrinin iĢlənilməsi üçün)
1. Fiziki aqressiya (ə* = 11):
1+, 9-, 17-, 25+, 33+, 41+, 48+, 55+, 62+, 68+.
2. Verbal aqrssiya (ə = 8):
7+, 15+, 23+, 31+, 39-, 46+, 53+, 60+, 66-, 66-, 71+, 73+, 74-, 75-.
3. Dolayı aqressiya (ə = 13):
2+, 10+, 18+, 26-, 34+, 42+, 49-, 56+, 63+.
4. Neqativizm (ə = 20):
4+, 12+, 20+, 28+, 36-.
5. Əsəbilik (ə = 9):
3+, 11-, 19+, 27+, 35-, 43+, 50+, 57+, 64+, 69-, 72+.
6. ġübhəlik (ə = 11):
6+, 14+, 22+, 30+, 38+, 45+, 52+, 59+, 65-, 70-.
7. Ġnciklik (ə = 13):
5+, 13+, 21+, 29+, 37+, 44+, 51+, 58+.
8. Təqsirkarlıq (ə = 11):
8+, 16+, 24+, 32+, 40+, 47+, 54+, 61+, 67+.
* əmsal deməkdir
Nömrəsində ―-― niĢanı olan suallar həm də cavabların əks niĢanla
qeyd olunmasını tələb edirlər: əgər cavab ―bəli‖ olubsa, onda biz onu ―xeyr‖,
əgər cavab ―xeyr‖ olubsa, ―bəli‖ kimi qeyd edirik. Aqressivliyin hər bir
parametrində mötərizələrdə göstərilmiĢ əmsala vurulmuĢ balların miqdarı
127
müqayisə üçün əlveriĢli olan normalaĢdırılmıĢ göstəricilər əldə etməyə
imkan verir, hansılar ki, fərdi və qrup nəticələrini xarakterizə etməyə imkan
verir (sıfır qiymətlər nəzərə alınmır).
Açar № 2
(və nəticələrin analizi üçün blank)
―1‖
―2‖
―3‖
―4‖
―5‖
―6‖
―7‖
―8‖
1+
2+
3+
4+
5+
6+
7+
8+
9-
10+
11-
12+
13+
14+
15+
16+
17-
18+
19+
20+
21+
22+
23+
24+
25+
26-
27+
28+
29+
30+
31+
32+
33+
34+
35-
36-
37+
38+
39-
40+
41+
42+
43+
44+
45+
46+
47+
48+
49-
50+
51+
52+
53+
54+
55+
56+
57+
58+
59+
60+
61+
62+
63+
64+
65-
66-
67+
68+
69-
70-
71+
72+
73+
74-
75-
11
13
9
20
13
11
8
Yekun göstəricilər:
(―1‖ + ―2‖ +‖3‖) : 3= AĠ – aqressivlik indeksi (―6‖ + ―7‖) : 2= DĠ –
düĢmənçilik indeksi.
A. Bass və A.Darki aqressiyanın onların rəyinə görə mühüm olan
göstəricilərini və formalarını aĢkara çıxarmaq üçün sorğu təklif ediblər.
1. Fiziki qüvvənin baĢqa Ģəxsə qarĢı yönəldilməsi – FĠZĠKĠ
AQRESSĠYA.
2. Neqativ hisslərin forma vasitəsilə (dava-dalaĢ. qıĢqırıq, zingilti),
eləcədə baĢqa adamlara qarĢı yönəldilmiĢ söz birləĢmələrinin məzmunu
(hədə-qorxu, qarğıĢlar, söyüĢ) ilə edilməsi – VERBAL AQRESSĠYA.
3. BaĢqalarına qarĢı yönəldilmiĢ qeybətlərin, zarafatların dolayı yolla
ifadəsi və istiqamətlənməmiĢ, nizamlanmamıĢ qəzəb partlayıĢları (qıĢqırıq,
ayaqları yerə çırpmaq və s.) – DOLAYI AQRESSĠYA.
4. Adətən nüfuza və rəhbərliyə qarĢı yönəldilmiĢ müxalifətçi davranıĢ
forması, hansı ki, tələblərə, qaydalara, qanunlara passiv müqavimətdən aktiv
hərəkətlərə qədər inkiĢaf edə bilər – NEQATĠVĠZM.
5. ƏsəbləĢməyə meyllilik, azacıq qıcıqlanma nəticəsində
coĢqunluqla, kəskinliklə, kobudluqla cavab verməyə hazırlıq – ƏSƏBĠLĠK.
128
6. Ġnsanlara münasibətdə inamsızlığa və ehtiyatlılığa meyllilik, hansı
ki, ətrafdakıların zərər vurmaq nniyyətində olduğuna olan inamdan irəli gəlir
– ġÜBHƏLĠLĠK.
7. Məhz kimdənsə və ya bütün dünyadan əsil və ya uydurma əzablara
görə narazılıq, qəzəb hissi ilə ĢərtləndirilmiĢ paxıllıq və nifrətin ətrafdakılara
qarĢı biruzə verilməsi – ĠNCIKLIK.
8. Müayinədən keçirilənin özünün pis adam olması, pis hərəkətlər –
zərərli, qəzəbli və ya vicdansızcasına etməsi haqqında mümkün olan
inamından irəli gələn münasibət və hərəkətlər – özünə və ətrafdakılara –
AQRESSĠYA və ya TƏQSĠRKARLIQ HĠSSĠ.
Sorğuda bəzi motivasion təhriflər (məsələn, sosial arzuolunmazlıqla
əlaqədar olaraq) ola bilər. Əldə olunmuĢ məlumatların etibarlı olmasını əlavə
olaraq yoxlamaq tələb olunur (ya retestin, ya da digər metodikaların yardımı
ilə). Bu sorğunun məktəb Ģagirdləri (altıncı sinifdən yuxarı) və müəllimləri
(fənn müəllimləri və ―psixoloq‖ ixtisası üzrə təcrübə keçən müəllimlər) ilə iĢ
zamanı tətbiqi sonrakı korreksiya iĢi üçün kifayət qədər diaqnostik və
konstruktivdir.
Dostları ilə paylaş: |