II.
“F
2
” AMĠLĠ
―—― Ġntravert. Ürəksizlik, utancaqlıq, "özüm elə kifayətdir",
Ģəxsiyyətlərarası münaqiĢələrdə arxa planda, geridədir. Ola bilsin tancaq
olmasın, burada gizlilik təmkinlilik ola bilər,.
―+ ―. Ekstravert. Sosial əlaqələri yaxĢı qurur və dəstəkləyir.
III. “F
3
” AMĠLĠ
"—" Senzitivlik, kövrək emosionallıq, incəliklərə həssaslıq, bədii yumĢaqlıq
ola bilər, sakitlik, nəzakət; düĢüncələrin müxtəlifliyinə görə qərarların qəbul
olunmasında çətinliklər
― + ―. Reaktiv müvazinət, sabitlik, gülərüzlülük, qətiyyət, tədbirlilik, həyatın
incəlikləri fikir verməmək meyli. AĢkara, açığa yönəldilmiĢdir. Çox tələsik,
kifayət qədər ölçülüb-biçilməmiĢ hərəkətlərə görə çətinliklər.
IY. “F
4
” AMĠLĠ
" -". Konformluluq, tabe etmə, asılılıq, passivlik, təmkinlilik. Dəstəyə
ehtiyac duyur və onu insanlarda axtarır. Qrup normalarına yönəlmək meyli.
« + ». Müstəqillik, təcavüzkarlıq, cəsarət, bərk tutma, zirəklik, tezlik.
T. LIRININ ġƏXSIYYƏTLƏRARASI MÜNASIBƏTLƏRIN
DIAQNOSTIK METODIKASI
Bu metodika 1954-cü ildə T.Liri, Q.Leforj, R.Sazek tərəfindən
yaradılmıĢdır və subyektin özü haqqında və ideal ―Mən‖ haqqında
təsəvvürlərin tədqiqi, habelə kiçik qruplarda qarĢılıqlı münasibətlərin
öyrənilməsi üçün nəzərdə tutulmuĢdur. Bu metodika vasitəsilə insanlara
münasibətin daha çox yayılmıĢ tipi özünüqiymətləndirmə və qarĢılıqlı
qiymətləndirmədə müəyyənləĢdirilir.
173
ġəxsiyyətlərarası münasibətlərin tədqiqi zamanı əsasən iki faktor önə
çıxır: amirlik-tabelik və xeyirxahlıq-aqressivlik. Məhz bu faktorlar
Ģəxsiyyətlərarası qavrayıĢ prosesində insan haqqında ümumi təsəvvürü
müəyyən edir. Bu faktorlar M.Arqayl tərəfindən Ģəxsiyyətlərarası davranıĢ
stilinin təhlili zamanı əsas komponentlər kimi göstərilmiĢ və mahiyyətinə
görə Ç.Osqudun semantik differensialının üç oxundan ikisi (qiymətləndirmə
və güc) ilə əlaqələndirilə bilər. B.Beylzin rəhbərliyi altında Amerika
psixoloqlarının çoxillik tədqiqatlarında qrup üzvünün davranıĢı iki dəyiĢənin
əsasında qiymətləndirilir. Bu dəyiĢənlər üç oxun (amirlik-tabelik,
xeyirxahlıq-aqressivlik, emosionallıq-analitiklik) yaratdığı üçölçülü
məkanda təhlil olunur.
T. Liri əsas sosial istiqamətləri təsvir etmək üçün Ģərti olaraq
sektorlara bölünmüĢ dairə Ģəklində sxem iĢləyib hazırlamıĢdır. Bu dairədə
üfüqi və Ģaquli oxlar boyunca dörd istiqamət iĢarələnmiĢdir: amirlik-tabelik,
xeyirxahlıq-düĢmənçilik. Öz növbəsində bu sektorlar fərdi münasibətlərə
uyğun olaraq daha səkkiz hissəyə bölünmüĢdür. Daha dəqiq təsvir üçün
dairəni 16 sektora bölürlər. Lakin əksər hallarda iki əsas oxa nisbətən
istiqamətlənən oktantlardan istifadə olunur.
T. Lirinin sxemi belə bir təsəvvürə əsaslanır ki, sınaqdan keçirilən
Ģəxsin nəticələri dairənin mərkəzinə nə qədər yaxın olarsa, bu 2 dəyiĢənin
qarĢılıqlı əlaqəsi də bir o qədər güclü olar. Hər bir istiqamətin ballarının
cəmi Ģaquli (amirlik-tabelik) və üfüqi (xeyirxahlıq-düĢmənlik) oxlarının
üstünlük təĢkil etdiyi indeksə çevirilir. Alınan göstəricilərlə çevrənin
mərkəzi arasındakı məsafə interpersonal davranıĢın adaptivliyini və ya
ekstremallığını göstərir.
Sorğu vərəqi 128 qiymətləndirici müddəadan ibarətdir. Bunlardan hər
8 münasibət tipinin hər birində yüksələn intensivlik üzrə sıralanmıĢ 16 bənd
yaranır. Metodika elə qurulmuĢdur ki, hər hansı bir münasibət növünün
müəyyənləĢdirilməsinə yönəlmiĢ müddəalar ardıcıl olaraq deyil, xüsusi
Ģəkildə yerləĢirlər: onlar dörd-dörd qruplaĢdırılır və müəyyən sayda
təyinlərdən sonra təkrarlanırlar. Sorğu materialı üzərində iĢ zamanı hər tipin
münasibətlərinin miqdarı hesablanır.
T. Liri metodikadan insanların müĢahidə edilən davranıĢını
qiymətləndirmək üçün (yəni ―kənardan‖ qiymətləndirilən davranıĢı),
özünüqiymətləndirmə üçün, yaxın adamların qiymətləndirməsi, ideal ―mən‖-
in təsviri üçün istifadə etməyi təklif etmiĢdir. Diaqnostikanın bu səviyyələri
ilə müvafiq olaraq cavab üçün təlimat dəyiĢir.
Səviyyənin maksimal qiyməti 16 baldır, amma o, münasibətlərin ifadə
olunmasının 4 dərəcəsinə bölünmüĢdür:
0-4 bal – aĢağı
adaptiv davranıĢ
5-8 bal – opta
174
9-12 bal – yüksək
ektremal davranıĢ
13-16 bal – ekstremal
patologiya
Müxtəlif
diaqnostik
istiqamətlər
Ģəxsiyyətin
tipini
müəyyənləĢdirməyə, habelə ayrı-ayrı aspektlər üzrə məlumatları müqayisə
etməyə imkan verir. Məsələn, ―sosial ―mən‖, ―real ―mən‖, ―mənim
partnyorlarım‖ və s.
Metodika respondentə ya siyahı (əlifba sırası ilə və ya təsadüfi
Ģəkildə), ya da ayri-ayrı kartlarda təqdim oluna bilər. Ona özü haqqında
təsəvvürlərə uyğun olan, baĢqa insana və ya onun idealına aid olan
müddəaları qeyd etmək təklif olunur.
Nəticədə sorğu vərəqinin xüsusi ―açarı‖ vasitəsilə hər oktant üzrə
balların hesablanması aparılır. AlınmıĢ ballar diskoqrama köçürülür və bu
zaman dairənin mərkəzindən olan məsafə həmin oktant üçün balların sayına
uyğun gəlir (0-16). Vektorların ucları birləĢdirilir və Ģəxsiyyət profilini
əmələ gətirir.
amirlik
aqressivlik
xeyirxahlıq
tabelilik
Ġki əsas faktor olan amirlik və xeyirxahlıq üzrə xüsusi formullar
vasitəsilə göstəricilər müəyyənləĢdirilir.
Amirlik = (I-V) + 0,7 x (VIII+II-IV-VI)
Xeyirxahlıq = (VII-III) + 0,7 x (VIII-II-IV+VI)
AlınmıĢ məlumatın keyfiyyətli təhlili müxtəlif insanların təsəvvürləri
arasındakı fərqi nümayiĢ etdirən diskoqramların müqayisəsi üsulu ilə həyata
keçirilir. S.B. Maksimov tərəfindən refleksiyanin dəqiqliyinin indeksi,
Ģəxsiyyətin qrupda vəziyyətinin müvəffəqiyyət dərəcəsinin qavranılmaĢının,
Ģəxsiyyətin qrupun rəyini dərk etmə dərəcəsinin, qrupun Ģəxsiyyət üçün
əhəmiyyətinin fərqləri göstərilmiĢdir.
175
Bu metodika psixoloji uyğunluq problemini öyrənməyə imkan verir və
ailə məsləhətxanaları, qrup Ģəkilli psixoterapiya və sosial-psixoloji treninq
praktikasında çox vaxt istifadə olunur.
Ətrafdakılara münasibət tipləri
I. Avtoritar
13-16 – hökmlü, despotik xarakteri, diktator, qrup fəaliyyətinin bütün
növlərində liderlik edən güclü Ģəxsiyyət tipi. Hamıya tövsiyyələr verir,
öyrədir, hər bir iĢdə öz fikirlərinə güvənməyə çalıĢır, baĢqalarının
məsləhətlərini qəbul etməyi bacarmır. Ətrafdakılar bu amirliyi görürlər,
amma bununla belə onu qəbul edirlər.
9-12 – dominant, enerjili, səlahiyyətli, avtoritetli lider, iĢlərində
uğurlu, məsləhət verməyi sevir, özünə qarĢı hörmət tələb edir.
0-8 – özunə əmin olan insandır, lakin lider olması vacib deyil, dirəncli
və inadcıl.
II. Eqoist
13-16 – hamıdan üstün olmağa, lakin eyni zamanda hamıdan kənarda
olmağa çalıĢır, özünə vurğun, öz xeyrini bilən, sərbəst və özünü sevən.
Çətinlikləri ətrafdakıların üzərinə atır, lakin bir qədər adamayovuĢmaz,
özündən razı, özünü tərifləyən, zəhlətökən.
0-12 – eqoist xüsusiyyətlər, özünə güvənmə, rəqabətə meylli.
III. Aqressiv
13-16 – ətrafdakılara qarĢı münasibətdə sərt və qəddar, sərt,kobud,
aqressivlik asosial davranıĢa qədər apara bilər.
9-12
–
tələbkar,
düzgünlüyü
sevən,
açıq,
baĢqalarını
qiymətləndirmədə ciddi və kəskin, barıĢmaz, hər Ģeydə ətrafdakıları
təqsirləndirməyə meylli, istehzalı, ironik, tez hirslənən.
0-8 – tərs, inadkar, sözünün üstündə duran və enerjili.
IV. Şübhəlilik
13-16 – düĢmən və qəzəbli dünyaya qarĢı münasibətdə soyuq, hər
Ģeydən Ģübhələnən, küskün, hamıdan Ģübhələnməyə meylli, kinli, daima
hamıdan Ģikayətçi (xasiyyətin Ģizoid tipi).
9-12 – hər Ģeyə tənqidi yanaĢan, hamıdan Ģübhələndiyi üçün və ona
göstətilə biləcək pis münasibət qorxusundan interpersonal münasibətlərdə
çətinliklər yaĢayan, özünəqapalı, skeptik, insanlardan ümidi kəsilmiĢ, öz
neqativliyini verbal aqressiyada göstərir.
0-8 – bütün sosial hadisələrə və ətrafdakı insanlara qarĢı tənqidi
münasibət.
V. Müti
13-16 – itaətcil, öz Ģəxsiyyətini kiçiltməyə meylli, zəif xarakterli,
hamıya və hər Ģeydə güzəĢtə gedən, həmiĢə özünü ən axırıncı yerə qoyur və
176
özünü mühakimə edir, günahları öz üzərinə yazır, passiv, hər hansı bir daha
güclü insanda dayaq tapmağa çalıĢır.
9-12 – utancaq, mülayim, tez utanan, vəziyyəti nəzərə almadan daha
güclüyə tabe olmağa çalıĢir.
0-8 – təvazökar, ürkək, güzəĢtə gedən, emosional cəhətdən təmkinli,
tabe olmağı bacaran, öz fikri olmayan, bütün vəzifələrini vicdanla və sakitcə
yerinə yetirən.
VI. Asılı
13-16 – özündən qətiyyən əmin olmayan, beynindən çıxmayan
qorxulara və əndiĢələrə malik, hər bir səbəbdən həyəcanlanan, ona görə də
baĢqalarından, özgənin fikrindən asılı olan.
9-12 – qorxaq, sözə baxan, aciz, müqavimət göstərməyi bacarmayan,
ürəkdən inanır ki, baĢqaları həmiĢə haqlıdır.
0-8 - üzüyola, yumĢaq, kömək və məsləhət gözləyən, inanan,
baĢqalarını vəsf etməyə meylli, nəzakətli.
VII. Xeyirxah
9-12 – hamıyla mehriban və lütfkar, qəbul olunmağa və sosial təqdirə
meylli, vəziyyətdən asılı olmayaraq hamı üçün ―yaxĢı olmaq‖ tələbini yerinə
yetirməyə çalıĢan, mikroqrupun məqsədləri üçün çalıĢan, sıxıĢdırıb
çıxartmaq və sakitləĢdirmək üçün inkiĢaf etmiĢ mexanizmlərinə malik,
dəyiĢkən emosionalı (xarakterin isteroid tipi).
0-8 - əməkdaĢlığa, kooperasiyaya meylli, problemlərin həllində və
konfliktli vəziyyətlər-də güzəĢtə gedən, ətrafdakıların fikirlərilə razılaĢmağa
çalıĢan, Ģüurlu Ģəkildə üzüyola, insanlarla münasibətdə ―yaxĢı davranıĢ‖
prinsiplərinə, qaydalarına və Ģərtlərinə əməl edən, qrupun məqsədlərinə nail
olmaqda təĢəbbüskar, kömək etməyə, diqqət mərkəzində olmağa çalıĢan,
ünsiyyətli, münasibətlərdə xeyirxahlıq və istiqanlılıq göstərir.
VIII. Altruist
9-16 – həddən ziyadə məsuliyyətli, həmiĢə öz maraqlarını qurban
verən, hamıya kömək etməyə və can yandırmağa çalıĢan, öz köməklərilə
zəhlə tökən, ətrafındakılara qarĢı münasibətdə həddən artıq aktiv,
baĢqalarının əvəzinə məsuliyyəti öz üzərinə göturən (bu əks Ģəxsiyyət tipini
gizlədən zahiri ―maska‖ da ola bilər).
0-8 – insanlara qarĢı münasibətdə məsuliyyətli, nəzakətli, yumĢaq,
xoĢməramlı, insanlara qarĢı emosional münasibətini acımaqla, rəğbət, qayğı,
mehribançılıq göstərməklə aĢkar edir, ətrafındakıları sakitləĢdirməyi və
cəsarətləndirməyi bacarır, təmənnasız və həssasdır.
Sorğu vərəqəsinin mətni
Özünüz haqqında təsəvvürlərinizə uyğun gələn cavabların qarĢısında
―+‖ iĢarəsini qoyun (əgər tam əmin deyilsinizsə, iĢarəni qoymayın).
177
I.
1. BaĢqaları onun haqqında xeyirxahlıqla
düĢünürlər
2. Ətrafdakılarda təəsurat yaradır
3. Əmr etməyi bacarır
4. Dediyinin üstündə durmağı bacarır
II.
5. ġəxsi ləyaqət hissinə malikdir
6. Müstəqildir
7. Öz qeydinə qala bilər
8. Etinadsızlıq göstərə bilər
III 9. Sərt olmağı bacara bilir
10. Ciddidir, lakin həm də ədalətlidir
11. Səmimi ola bilir
12. BaĢqalarına qarĢı tənqidi münasibət göstərir
IV 13. Özünü yazıq göstərməyi sevir
14. Çox vaxt qəmgindir
15. Ġnamsızlıq göstərməyə qadirdir
16. Tez-tez ümidsizliyə qapılır
V 17. Özünə qarĢı tənqidi olmağı bacarır
18. Özünün haqlı olmadığını boynuna almağı bacarır
19. Həvəslə tabe olur
20. GüzəĢtə gedir
VI 21. Alicənabdır
22. Tez məftun olur və təqlidə meyllidir
23. Hörmətcildir
24. Təqdir axtarandır
VII 25. ƏməkdaĢlıq qabiliyyətinə malikdir
26. BaĢqaları ilə yola getməyə çalıĢır
27. Xeyirxah, xoĢməramlıdır
28. Diqqətli və mehribandır
VIII 29. Nəzakətlidir
30. Təqdir edəndir
31. Kömək çağırıĢlarına cavab verir
32. Təmənnasızdır
I 33. Heyran etməyi bacarır
178
34. BaĢqaları yanında hörməti var
35. Rəhbərlik etmək qabiliyyətinə malikdir
36. Məsuliyyətli olmağı xoĢlayır
II 37. Özünə əmindir
38. Özünə güvənir və dediyinin üstündə durur
39. Bacarıqlı və iĢgüzardır
40. YarıĢmağı sevir
III 41. Lazım olanda ciddi və qətiyyətlidir
42. Amansızdır, lakin qərəzsizdir
43. Tündməcazdır
44. Açıq və düz danıĢandır
IV 45. Əmr altında olmağı xoĢlamır
46. Skeptikdir
47. Onun xoĢına gəlmək çətindir
48. Tez inciyən və xırdaçıdır
V 49. Tez karıxır
50. Özünə əmin deyil
51. GüzəĢtə gedəndir
52. Təvazökardır
VI 53. Tez-tez baĢqalarının köməyinə gedir
54. Avtoritetlərə çox hörmət edir
55. Məsləhətləri məmnuniyyətlə qəbul edir
56. Sadəlövhdür və baĢqalarını sevindirməyə çalıĢır
VII 57.Rəftarda həmiĢə lütfkardır
58. Ətrafındakıların rəyini qiymətləndirir
59. Ünsiyyətli və xoĢrəftardır
60. YumĢaq ürəklidir
VIII 61. Mehribandır, sakitləĢdirməyi bacarır
62. ġəfqətli və ürəyiyumĢaqdır
63. BaĢqalarının qayğısına qalmağı xoĢlayır
64. Təmənnasız və əliaçıqdır
I 65. Məsləhət verməyi sevir
66. Samballılıq təəsuratı yaradır
67. Zabitəli və amiranədir
179
68. Ġxtiyar sahibidir
II 69. Lovğadır
70. Təkəbbürlü və özünübəyənəndir
71. Ancaq özünü düĢünür
72. Hiyləgər və öz xeyrini güdəndir
III 73. BaĢqalarının səhvlərinə dözmür
74. Mənfəətpərəstdir
75. Açıq danıĢandır
76. Çox vaxt bədxahdır
IV 77. Qeyzlidir
78. ġikayət etməyi sevir
79. Qısqancdır
80. Ġncikliyi uzun müddət yadda saxlayır
V 81. Vicdan əzabı çəkməyə meyllidir
82. Utancaqdır
83. Qeyri-təĢəbbüskardır
84. Həlim və mülayimdir
VI 85. Asılıdır, qeyri-müstəqildir
86. Tabe olmağı xoĢlayır
87. BaĢqalarına qərar qəbul etməyə imkan verir
88. Asanlıqla yanılır
VII 89. Asanlıqla dostların təsiri altına düĢür
90. Ġstənilən adama inanmağa hazırdır
91. Hamıya qarĢı fərq qoymadan iltifatlıdır
92. Hamıya rəğbət bəsləyir
VIII 93. Hər Ģeyi bağıĢlaya bilir
94. Həddən artıq Ģəfqətlidir
95. ÇatıĢmazlıqlara qarĢı alicənab və dözümlüdür
96. Himayəçilik etməyə çalıĢır
I 97. Müvəffəqiyyət qazanmağa çalıĢır
98. Hər kəsdən heyranlıq gözləyir
99. BaĢqalarına göstəriĢ verir
100. Müstəbiddir
180
II 101. snobdur (insanlar haqqında Ģəxsi
keyfiyyətlərinə görə deyil, rütbə və var-dövlətə görə
mühakimə yürüdür)
102. ġöhrətpərəstdir
103. Eqoistdir
104. Soyuq və sərtdir
III 105. Acıdil və riĢxəndçidir
106. Kinli və qəddardır
107. Çox vaxt hirslidir
108. DaĢürəkli və laqeyddir
IV 109. Kinlidir
110. Təzadlı ruha malikdir
111. Ġnadkardır
112. Heç kəsə inanmır və hamıdan Ģübhələnir
V 113. Çəkingəndir
114. Utancaqdır
115. Tabe olmağa son dərəcədə hazırdır
116. Ġradəsizdir
VI 117. Demək olar ki, heç vaxt, heç kimə etiraz etmir
118. Zəhlə tökən deyil
119. Sevir ki, ona qəyyumluq etsinlər
120. Həddən artıq sadəlövhdür
VII 121. Hər kəsin rəğbətini qazanmağa çalıĢır
122. Hamıyla razılaĢır
123. HəmiĢə səmimidir
124. Hamını sevir
VIII 125. Ətrafdakılara qarĢı həddən artıq mərhəmətlidir
126. Hər kəsə təsəlli verməyə çalıĢır
127. Öz zərərinə olaraq baĢqalarının qayğısına qalır
128. Hədsiz rəhmdilliklə insanları korlayır.
181
RENE JĠLĠN METODĠKASI
Rene Jilin uĢaq proyektiv metodikası uĢağın Ģəxsiyyətlərarası
münasibərlər sferasının və onun ailədaxili münasibətləri qavramasının
tədqiqi üçün nəzərdə tutulmuĢdur. Metodikanın məqsədi uĢağın sosial
uyğunlaĢmasını, eləcə də onun ətrafdakılar ilə qarĢılıqlı münasibətlərini
öyrənməkdir.
Metodika vizual-verbal olmaqla, uĢaqları və ya böyükləri və uĢaqları
təsvir edən 42 Ģəkillərdən və mətn tapĢırıqlarından ibarətdir. Onun istiqaməti
- uĢaqlar üçün vacib olan və onların digər insanlarla münasibələrinə toxunan
müxtəlif həyat situasiyalarında davranıĢ xüsusiyyətlərini aydınlaĢdırmaqdır.
Metodika ilə iĢləməzdən əvvəl uĢağa məlumat verilir ki, ondan
Ģəkillərə aid verilən sualların cavablarını gözləyirlər. UĢaq səkillərii gözdən
keçirir, suallara qulaq asır və ya oxuyur və cavab verir.
UĢaq təsvir olunmuĢ insanlar arasinda özünə yer tapmalıdır və ya
özünü Ģəkildə bu və ya digər yeri tutmuĢ personajlardan birinə oxĢatmalıdır.
O, müəyyən bir Ģəxsə yaxın və ya uzaq göstərilən bir kəsi seçə bilər. Mətn
tapĢırıqlarında uĢağa tipik davranıĢ formasını seçmək təklif olunur, həm də
bəzi tapĢırıqlar sosiometrik tipli olur. Beləliklə, bu metodika uĢağın onu
əhatə edən müxtəlif insanlara (ailəsi daxil olmaqla) və hadisələrə qarĢı
münasibəti haqqında informasiya toplamaq üçün imkan yaradır.
R.Jilin metodikasını digər proyektiv testlərdən fətqləndirən sadəlik və
sxematiklik sayəsində sınaqdan keçən uĢaq heç bir çətinlik çəkmir və həm də
onun nisbətən çox formalizasiyası və kvantifikasiyası üçün imkan yaradır.
Nəticəlrin keyfiyyətli Ģəkildə qiymətləndirilməsi ilə yanaĢı
Ģəxsiyyətlərarası münasibətlərin uĢaq proyektiv metodikası həm də bir sıra
dəyiĢənlər üzrə psixoloji müayinələrin nəticələrini həm də kəmiyyətcə
təqdim etməyə imkan verir.
UĢağın Ģəxsiyyətlərarası münasibətlər sistemini xarakterizə edən
psixoloji materialları Ģərti olaraq iki böyük grupa bölmək olar:
1) UĢağın konkret-Ģəxsi münasibətlərini xarakterizə edən dəyiĢən: ailə
üzvlərinə münasibət (ana, ata, nənə, bacı v.s), dosta və ya rəfiqəyə
münasibət, avtoritar Ģəxsə münasibət v.s.
2) UĢağın özünü xarakterizə edən və müxtəlif münasibətlərdə aĢkara
çıxan dəyiĢənlər: ünsiyyətlilik, hamıdan uzaqlaĢmaq, dominantlığa meyllilik,
davranıĢın sosial adekvatlığı. Metodikanı tətbiq etmiĢ bütün müəlliflər 12
əlaməti qeyd edirlər:
1)
anaya qarĢı münasibət;
2)
ataya qarĢı münasibət;
3)
ata və anaya bir ər –arvad kimi münasibət;
4)
qardaĢlara və bacılara qarĢı münasibət;
5)
nənə və babaya qarĢı olan münasibət;
182
6)
dosta qarĢı münasibət;
7)
müəllimə qarĢı münasibət;
8)
hər Ģeyi öyrənmək həvəsi;
9)
dominantlığa can atma;
10)
ünsiyyətlilik;
11)
hamıdan uzaqlaĢmaq;
12)
adekvatlıq
Müəyyən bir Ģəxsə qarĢı olan münasibət uyğun nünasibətlərin
müəyyən olunmasına yönəldilmiĢ tapĢırıqların maksimal sayına əsaslanaraq
həmin Ģəxsin seçimlərinin miqdarı ilə ifadə olunur .
R. Jelenin bu metodikasını sırf proektiv testlərin sırasına aid etmək
olmaz, bu, anket ilə proyektiv testlər arasında olan keçid formasıdır. Onun
böyük üstünlüyü də məhz elə bundadır. O, həm Ģəxsiyyəti dərindən
öyrənmək üçün, həm də ölçülmələri və statistik iĢləmələri tələb edən
tədqiqatlarda da istifadə oluna bilər.
ġkalanın
nömrəsi
ġkalanın təyinatı
TapĢırığın nömrəsi
TapĢırıql
arın
ümumi
sayı
1
anaya qarĢı münasibət
1-4, 8-15, 17-19, 27, 38,
40-42
20
2
ataya qarĢı münasibət
1-5, 8-15, 17-19, 37, 40-
42
20
3
ata və anaya bir ər –
arvad kimi münasibət
1-4, 6-8, 14, 17, 19
10
4
qardaĢlara və bacılara qarĢı
münasibət
1, 2, 4, 5, 6, 8-19, 30, 40,
42
20
5
nənə və babaya qarĢı olan
münasibət
1, 4, 7-13, 17-19, 30, 40,
41
15
6
dosta qarĢı münasibət
1, 4, 8-19, 23, 30, 33-35,
40
20
7
müəllimə qarĢı münasibət
1, 4, 5, 9, 11, 13, 17, 19,
26, 28, 30, 32, 40
15
8
hər Ģeyi öyrənmək həvəsi
5, 22-24, 26, 28-32
10
9
dominantlığa can atma
20-22, 39
4
10
ünsiyyətlilik
16, 23-24
4
11
hamıdan uzaqlaĢmaq
9, 10, 14-16, 17, 19, 22-
24, 29, 30, 40-42
15
12
adekvatlıq
9, 25, 28, 32-38
10
183
RENE JĠLENĠN METODĠKASINA STĠMUL MATERĠALI
1.Bu stolun arxasında bir çox adam oturub. Özünün oturduğun yeri iĢarə ilə
göstər.
2.oturacağın yeri iĢarə ilə göstər
3. harada oturacağını iĢarə ilə göstər
184
4. indi isə bu masada öz ətrafına bir neçə adam yerləĢdir. Onların
sənin nəyin olduğunu qeyd et (ata, ana, bacı, qardaĢ, sinif yoldaĢı, dostun və
s.)
5.bax, bu masa arxasında, onun baĢında bir nəfər adam oturub. Sən
onu yaxĢı tanıyırsan. Özün harada oturardın? Bu adam kimdir?
6.Öz ailənlə birlikdə tətil günlərini elə bir yerə qonaq gedəcəksən ki,
onların böyük evi vardır. Burada bir neçə otaq tutmaq imkanı var. Sən hansı
otağı seçərdin?
185
QardaĢ
ata və ana
bacı
7.Uzun bir müddətdir ki, sən tanıĢların evində qalırsan. Özün üçün
hansı otağı seçərdin?
ata və ana
baba və nənə
8. Yenə tanıĢların yanındasan. Bəzi adamların və sənin otağının
yerini göstər.
9. Bir adam var ki, ona sürpriz verməyə qərara gəlmisiniz. Sən bunu
etmək istəyərdim?
Kimin üçün?
Bəlkə sənin üçün fərq etmir?
Bu barədə burada yaz:
10. Sən bir müddət ərzində istirahət etmək imkanını əldə etmisən.
Getdiyin yerdə isə yalnız iki yer var. Bir yer ənindir, bəs o birisi? Özünlə
kimi götürərdin?
Bu barədə indi yaz:
11. Sən çox bahalı bir əĢyanı itirmisən. Bu xoĢagəlməz hadisə barədə
kimə birinci olaraq danıĢardın?
Bu barədə indi yaz:
12. Sənin diĢin ağrıyır. DiĢi çəkdirmək üçün həkimə getməlisən.
Özünlə kimi götürəcəksən?
Tək gedəcəyəm
Kimisə yanımda aparacağam
Həmin adamın kim olduğunu burada yaz:
13. Sən imtahan vermisən.
Bu barədə ən birinci olaraq kimə xəbər verəcəksən?
186
Bu barədə indi yaz:
14. Sən Ģəhərin qırağında gəzintidəsən. Bu Ģəkildə özünü göstər:
15. Daha bir gəzinti. Özünün burada harada olduğunu iĢarə ilə göstər:
16. Bəs burada haradasan?
187
17. Bu Ģəkildə isə bir neçə adamı, o cümlədən özünü
yerləĢdir.Ģəkilini çək yaxud da baĢqa cürə iĢarələ. Həmin adamların kim
olduğunu göstər:
18. Sənə və bir neçə baĢqa adamlara hədiyyə veriblər.
Kiməsə səninkindən daha yaxĢı hədiyyə verdilər.
Onun yerində kimi görmək istəyərdin?
Bəlkə sənin üçün heç bir fərq eləmir?
19. Sən uzaq bir səfərə getməyə hazırlaĢırsan. Öz yaxın və əziz
adamlarından uzaq düĢəcəksən.
Kimin üçün daha çox darıxacaqdın?
Bu barədə yaz:
20. Budur, sənin yoldaĢların gəzintiyə gedirlər. Bunlarla yanaĢı sən
də gedirsən. Özünü burada iĢarə ilə göstər.
21.
Kiminlə daha çox oynamağı xoĢlayırsan?
188
Öz yaĢıdlarımla
Özümdən kiçik olanlarla
Özümdən böyük olanlarla
Cavablardan birini seç və altından xətt çək
22. Bura oynamaq yeridir. Sən burada haradasan? Qeyd et.
23. Budur sənin dostların. Onlar nəyinsə üstündə dalaĢırlar. Sən
burada haradasan?
24. Sənin dostların oyun qaydaları üstündə dalaĢırlar. Sən burada
haradasan?
189
25. Dostlarından biri zarafatca səni itələdi və yerə yıxdı. Əvəzinə sən
nə edəcəksən?
Ağlayacağam
Müəllimə Ģikayət edəcəyəm
Onu vuracağam
Onu qınayacağam
Heç nə deməyəcəyəm
Seçdiyin cavabın altından xətt çək.
26. Bu adamı sən yaxĢı tanıyırsan. O, zalda oturanlara nə isə deyir.
Sən burada harada oturmusan?
27. Anaya köməklik edirsənmi?
Az?
Çox?
Seçdiyin cavabın altından xətt çək.
28. Bu adamlar masa ətrafında əyləĢiblər. Onlardar biri nəyinsə
izahatını verir. Burada sən harada dayanmısan?
190
29. sən dostlarınla gəzintidəsən. Bir qadın sizə nəyisə izah edir.
Burada sən harada dayanmısan?
30. Gəzinti zamanı hamı qöy yamacda əyləĢib. Sən burada harada
oturmusan?
31. Bu adamlar zalda maraqlı tamaĢaya baxırlar. Özünü burada
iĢarələ:
191
32. Hamı cədvələ baxır, o cümlədən sən. Öz yerini burada göstərə
bilərsənmi?
33. YoldaĢlarından biri sənə gülür. Əvəzinə sən nə edəcəksən?
Ağlayacağam
Çiyinlərini büzərəm, vecimə deyil
Özüm ona güləcəyəm
Onu təhqir edib vuracağam
Seçdiyin cavablardan birini qeyd et.
34. YoldaĢlarından biri dostuna gülür. Əvəzinə sən nə edəcəksən?
Ağlayacağam
Çiyinlərini büzərəm, vecimə deyil
Özüm ona güləcəyəm
Onu təhqir edib vuracağam
Seçdiyin cavablardan birini qeyd et.
35.YoldaĢın sənin qələmini icazəsiz götürdü. Nə edərsən?
1.
Ağlayarsan?
2.
ġikayətlənərsən?
3.
QıĢqırarsan?
4.
Ağlamağa cəhd edərsən?
5.
Onu vurarsan?
Bu sözlərin birinin altından xətt çək.
36.Sən loto oynayırsan (dama və ya baĢqa oyunlar) və dal-badal iki dəfə
uduzursan, sən bunula razılaĢmırsan, nə edərsən?
1.
Ağlayarsan?
192
2.
Oyunu davam etdirərsən?
3.
Heç nə deməzsən?
4.
Hirslənməyə baĢlayarsan?
Bu cavabların birinin altından xətt çək.
37.Atan sənə gəzməyə çıxmağa icazə vermir. O halda nə edərsən?
1.
Susarsan?
2.
Küsərsən?
3.
Ağlamağa baĢlayarsan?
4.
Etiraz edərsən?
5.
Qadağana baxmayaraq çıxmağa cəhd edərsən?
Bu cavablardan birinin altından xətt çək.
38.Anan sənə gəzməyə icazə vermir. O halda nə edərsən?
1.
Heç nə deməzsən?
2.
Küsərsən?
3.
Ağlamağa baĢlayarsan?
4.
Etiraz edərsən?
5.
Qadağana baxmayaraq çıxmağa cəhd edərsən?
39.Müəllim çölə çıxarkən sinifi sənə etibar eləsə:
Sən bu tapĢırığı yerinə yetirməyə qadirsənmi?
40.Sən ailənlə birlikdə kinoya getmisən. Kinoteatrda çoxlu boĢ yer var. Sən
harada oturarsan? Səninlə gələnlər harada oturarlar?
193
41.Kinoteatrda çoxlu boĢ yerlər var. Sənin qohumların öz yerlərini tutublar.
Oturacağın yeri iĢarə ilə göstər.
42.Yenə də kinoteatrdasan. Sən harada oturacaqsan?
Dostları ilə paylaş: |