Azərbaycan XV-XVI əsrləRDƏ


Ordu, onun təşkili və vəziyyəti



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix24.05.2023
ölçüsü0,96 Mb.
#121411
1   ...   8   9   10   11   12   13   14   15   ...   29
Şahin Fərzəıiyev

Ordu, onun təşkili və vəziyyəti: XV əsrdə ordu sarayın ixtiyarındakı 
qoşundan və ayrı-ayrı vilayətlərdə yaşayıb, yalnız müharibə vaxtı cəmlənərək öz 
başçıları (sərdar) ilə birlikdə hökmdarın köməyinə yollanan döyüşçü dəstələrindən 
(çərik) ibarət olmuşdur. Qoşunlarda həm süvari, həm də piyada hissələr vardı [66, 
114, 236; 56, 109, 286]. 
XVI əsrdə də dövlətin müntəzəm ordusu olmamışdır. Qızılbaş döyüşçüləri 
əsasən müharibə gözlənilən vaxt ayrı-ayrı əmirlərin feodal qoşunlarının tərkibinə 
daxil edilir və süvari dəstələr şəklində döyüşə yollanırdılar [55, 50]. 
Mənbələrdə ―ordu‖ sözu ―ləşkər, qoşun‖, ordunu təşkil edən əsgərlər isə 
―mülazim, əsgər, qulluqçu, nökər, dilavər‖ (qaraqoyunlu və ağqoyunlularda) 
adlandırılmışlar, səfəvi döyüşçülərinə isə ―qazi, mülazim, mürid‖ deyilmişdir [66, 
49, 51; 58, 59, 89, 272; 65, 14, 347; 56, 471]. Döyüşçülərə illik məvacib verilirdi 
ki, bu da ―ordu divanı‖ (―divan-i ləşkər‖) tərəfindən icra edilirdi [56, 439]. 
Ordu ayrı-ayrı dəstələrə bölünmüşdü [66, 44, 45, 82, 127]. Silahlar 
arasında qılınc, xəncər, ox, kaman, tüfəng, balta, gürz və qaladağıdan silahlar—
rəadə, mancanaq da vardı [66, 48, III; 65, 13, 67; 18, 72]. Ağqoyunlu və səfəvi 
ordusu az olsa da, topla silahlanmışdı [66, 608; 28, 25]. Silahlar silah anbarında 
(qurxanə) saxlanılır [66, III; 81, 266a; 18, 72] qurxanəyə xüsusi başçılar 
(cəbbədarlar) rəhbərlik edirdilər [66, 111]. 
Həsən bəy Rumlu yazır ki, Qara Yusif, Cahanşah və Cüneyd Səfəvinin 
döyüşçülərinin əksəriyyəti zirehli (cövşənpuş) idilər [65, 64, 66]. Kəcim adlı örtük 
də döyüş libasları sırasına daxil idi [65, 468; 77, 252]
25

Döyüşə surən (əsgərlərin nərəsi), nəfir (şeypur), nağara, gəbrəgə (böyük 
nağara), təbil və bayraqla yollanardılar [66, 60, 65, 452]. Hücum vaxtı kərənay 
(uzun zurna), qələbə çalınanda isə nağara səsləndirilərdi [65, 217]. Döyüş zamanı 
əsgəri qüvvələrin bir hissəsi ehtiyatda durur (tərh), vuruşmanı müşahidə edir və 
lazım olduqda döyüş meydanına çıxırdılar [65, 146, 200; 72, 357]. 
Qoşunlar mənsub olduqları yerin adı ilə adlandırılırdı: Qarabağ, Muğan, 
Şirvan qoşunu və s. [65, 286, 328; 81, 239b; 77, 236]. 
Müharibə gözlənilən vaxt yerlərə istimalətnamə (cəlbedici məktub) 
göndərilib, ənam vəd edilər və beləliklə, qoşun toplanışı sürətləndirilərdi [66, 574; 
56, 359, 439; 58, 81]. Vilayətlərdə yaşayan əmir və feodallar fərman alan kimi öz 
dəstələri ilə köməyə gəlir, yalnız müharibə qurtarandan sonra geri qayıdırdılar [66, 
441]. 
25
Ə. Nəvayinin yazdığına görə, kəcimi döyüş günü geyinər və onu atın da üstünə sərərdilər [66, 128]. 


47 
Müharibə ərəfəsində hökmdarlar arasında hərbi ittifaq yaranırdı. 817 
(1414/15)-ci ildə şirvanşah I İbrahim qaraqoyunlu Qara Yusiflə döyüşməkdən ötru 
Şəki hakimi Şəmsəddin Əlinin oğlanları və Gürcüstan valisi Konstantinlə ittifaqa 
girmişdi [64, 254a]. 
Müharibə baş tutmadıqda, ya dövlətlər arasında ümumi razılıq əldə 
ediləndə sülhnamə (süllh müqaviləsi) tərtib edilirdi [66, 393]
26

Məğlubiyyətə uğrayan tərəfin məşhur əmirlərinin qalib gələn tərəfə cəlb 
edilməsindən ötru nəvazişnamə (nəvaziş məktubu) yazılırdı [66, 461]. Qələbə 
xəbərini qonşu dövlətlərə bildirməkdən ötru fəthnamə (qələbə məktubu) yollanırdı 
[66, 631; 98, 145a]. Çətinliklə ələ keçirilən şəhərin əhalisindən müqavimət göstərib 
orduya ziyan vurduğu üçün böyük məbləğdə təzminat alınırdı [64, 124a]. Başqa 
dövlət başçıları qalib tərəfi qələbə münasibətilə təbrik (təhniyət) edir, töhfə 
yollayırdılar [65, 86]. 
Bəhs olunan dövrdə ordunun müxtəlif hissələri belə adlandırılmışdır: 
Cəvanğar yaxud meysərə - sol cinah [66, 44; 57, 382, 394]. 
Bərənğar yaxud meymənə - sağ cinah [66, 44]. 
Qul - ordunun mərkəzi [66, 127; 57, 394]. 
Mənqəlay - qoşunun ön hissəsi [66, 112, 126]. Mənqəlayın da bərənğar 
və cəvanğarı olurdu [65, 38; 68, 38]. Mənqəlayda minlərlə döyüşçü vuruşurdu [65, 
247], çünki mənqəlay hücumunun döyüşün sonrakı gedişi üçün böyük əhəmiyyəti 
vardı. 
Ordu ilə əlaqədar olan istilahlardan biri də ―yasaq‖dır. Şahın asılılığında 
olan əmirlərin hamısı əmr alan kimi ətraf yerlərdən qoşun toplamağa başlardılar ki, 
bu, yasaq adlanardı [66, 625]. Yasaqdan ötrü əyalətlərə əmir və yüzlərlə mülazim 
göndərilirdi [81, 273a, 274b; 88, 303]. 
Döyüş başlanmazdan əvvəl ordunun müəyyən bir dəstəsi kəşfiyyata 
göndərilir və həmin dəstə qarovul adlanırdı [66, 218; 65, 258]. Qarovula məşhur 
əmirlər rəhbərlik edirdi [65, 257]. Qarovulun vəzifəsi düşmənin vəziyyətini 
öyrənmək və mümkün olduqda əsir ələ keçirib geri qayıtmaq idi ki, bu əməliyyat 
mənbələrdə ―zəbangiri‖ (―dil tutmaq‖) adlanmışdır [66, 448, 457; 88, 289]. 
İndi də hərbi vəzifələrə nəzər salaq: 
Təvaçi. Müharibə gözlənilən təqdirdə tabeliyindəki əyalətlərə gedərək, 
hərbi qüvvə toplayan və ayrı-ayrı qoşun dəstələri arasında əlaqə yaradan əmirlər 
belə adlanmışlar. Onlar döyüşçüləri səfərbər edir, ordunun yerini bildirirdilər [66, 
212; 65, 114; 18, 73]. Döyüşçülərin sayı və ordunun müharibə qüdrəti onun ―təvaçi 
dəftəri‖ adlanan xüsusi kitabçasında qeyd edilərdi [68, 32; 112, 163]. Təvaçinin 
vəzifəsi hərbi işlərlə əlaqədar olduğundan Ç. N. Seddon nəşr etdiyi ―Əhsənüt-
26
Həsən bəy Rumlu göstərir ki, 862 (145/58)-ci ildə Cahanşah və Sultan Əbu Səid arasındakı 
sülhnaməni ―Kitab-i Diyarbəkriyyə‖nin müəllifi Əbubəkr Tehrani yazmışdı [64, 189a] 


48 
təvarix‖ə yazdığı qeydlərdə (―Notes on the Text‖) təvaçini ―qoşunu müşayiət edən 
məmur‖ kimi göstərir [65, 7]. 
Həsən bəy Rumlu təvaçilərin qoşun toplamaqdan ötrü tez-tez əyalətlərə 
yollandıqlarını nəzərə çatdırmışdır [64, 226a, 246a; 66, 212; 65, 114]. Təvaçi fəal 
döyüşçü kimi də təsvir olunmuşdur [66, 431, 445]. Bizim müəllif təvaçilərin 
səlahiyyəti barədə də söhbət açır. Belə ki, 871 (1466/67)-ci ildə Cahanşahla oğlu 
Pirbudaq arasında baş verən vuruşma zamanı məğlubiyyətə uğrayan Pirbudağı 
Cahanşahın təvaçisi Pir Məhəmməd bəy və şahzadə Məhəmmədi Mirzə 
öldürmüşdülər [66, 445; 56, 361]. 
―Əhsənüt-təvarix‖də qaraqoyunlu Pirbudağın - Məhəmməd Əlişir [66, 
446], Uzun Həsənin - Xəlil [66, 431], onun oğlu Sultan Xəlilin - Qara Məlik [66, 
580], I Şah İsmayılın - Əbdi bəy Şamlu [65, 78] adlı təvaçiləri olduğu qeyd edilir. 
Şahlarla birlikdə şahzadələrin də təvaçiləri olduğundan belə nəticə çıxarmaq olar 
ki, ümumi dövlət təvaçilərindən başqa ayrı-ayrı əyalətlərdə də təvaçilər fəaliyyət 
göstərmişlər. Mənbələrdə təvaçilərin divanı (―divan-i əmarət-i təvaçi-yan‖ yaxud 
―divan-i təvaçi‖) olduğu göstərilmişdir [56, 426; 69, 28]. 
Tuqaçi. ―Əhsənüt-təvarix‖də qaraqoyunlu, ağqoyunlu və səfəvi tuqaçiləri 
haqqında məlumat verilmiş və bəzən bu istilah tarixçi və tədqiqatçılar tərəfindən 
―təvaçi‖ sözü ilə eyniləşdirilmişdir [56, 329]
27

Doğrudur, bu istilahın məzmunu barədə hələlik əlimizdə məlumat 
yoxdursa da, ancaq tuqaçilərin fəaliyyəti haqqında ötəri qeydlərə rast gəlmək 
mümkündür. Ç. N. Seddon tuqaçinin ―xəbəraparan‖ (―beaqeq‖) olduğunu bildirir 
[65, 3]. Həsən bəy Rumlu tuqaçinin elçi sifətilə göndərildiyi barədə söz açdığına 
görə [64, 251a] bu vəzifə sahibinin, həqiqətən də, xəbəraparan olduğunu güman 
etmək olar. 
―Əhsənüt-təvarix‖ əsəri iki cür tuqaçi haqqında məlumat verir: şəhər 
tuqaçisi [64, 196a], ləşkər tuqaçisi [66, 325]. Bizim müəllif bildirir ki, Cahanşah 
tuqaçi Seyid Əhmədi 857 (1453/54)-ci ildə İsfahanı dağıtmağa yollamış və tuqaçi 
özü ilə 50 min nəfər bel və külünglü adam götürüb, şəhər barısını yerlə yeksan 
etmişdi [64, 196a; 18, 74]. Bu misaldan tuqaçinin təkcə xəbəraparan deyil, 
həmçinin müxtəlif tapşırıqların da icraçısı olduğu aydınlaşır. 
Həsən bəy Rumlu Əlpavutu [66, 461] Cahanşahın, Qara Pirini [64, 121a] 
Rüstəm Ağqoyunlunun, Xəlfa bəyi [65, 27] Sultanəli Səfəvinin tuqaçiləri kimi 
göstərmiş, əmirlərin tuqaçiləri olduğunu bildirmişdir. Onun məlumatına əsasən 933 
(1526/27)-cü ildə qızılbaş əmiri Qazuq sultanın Əhmədağa Çavuşlu adlı tuqaçisi 
olduğu məlumdur [65, 199]. 
―Əhsənüt-təvarix‖də tuqaçi divanı (divan-i əmarət-i tuqaçi) olduğu da 
göstərilir [66, 461]. 
27
Ə. Nəvayi təvaçi və tuqaçi vəzifələrinin eyni olduğunu bildirir [66, 830] 


49 
Çərxçi. Döyüş zamanı meydana öncə çıxarılan dəstə olmuşdur. 
Qaraqoyunlu və ağqoyunlu qoşununda, güman ki, işlənməyən bu istilahın 
mənbələrə əsasən səfəvilər dövründə yarandığını müəyyənləşdirmək olur. Orduda 
çərxçi döyüşçülərinin sayı min nəfərdən çox olurdu [65, 95]. Onlar müharibənin ilk 
anlarında meydana çıxarılırdılar [65, 67, 135]. 
Çərxçilərə rəhbərlik edən şəxs çərxçibaşı adlanır [58, 139], bu vəzifə 
məşhur əmirlərə verilirdi. 920 (1514/15)-ci ildə baş verən Çaldıran vuruşmasında 
əmir Xanməhəmməd Ustaclu və Sarı Pirə qızılbaş çərxçi dəstələrinə rəhbərlik 
edirdilər [65, 146; 58,42]. 
Çərxçilərin döyüş məharəti bir sıra tarixi mənbədə öz əksini tapmışdır [65, 
67, 95; 76, 28b; 58, 40]. 
Muçi. Döyüş vaxtı böyük fəaliyyəti olan hərbi dəstələrdən biri idi. Həsən 
bəy Rumlunun yazdığına görə, 965 (1557)-ci ildə I Şah Təhmasibə qarşı üsyan 
edən türkmən Əbanın üzərinə göndərilən döyüşçülər məhz muçi və çərxçilərsiz 
getdiklərindən məğlub edilmişdilər [65, 404]. 
Ehtimal ki, bu istilah da səfəvilər dövründə yaranmışdır, çünki XV əsr 
hadisələrinin təsvirində muçi dəstələri haqqında məlumata rast gəlmirik. Ç. N. 
Seddon ―muçi‖ sözünün heç bir lüğətdə olmadığını yazır [65, 12]. Doğrudan da, 
hələlik onun lüğəvi mənası aşkar edilməmişdir. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin