Azərbaycan XV-XVI əsrləRDƏ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə9/29
tarix24.05.2023
ölçüsü0,96 Mb.
#121411
1   ...   5   6   7   8   9   10   11   12   ...   29
Şahin Fərzəıiyev

Divan əmiri: Mənbələrdə ―əmir-i divan‖ adlanan bu əmirin vəzifəsinin 
məzmunu barədə hələlik müəyyən bir məlumatın olmadığını bildirən V.F. 
Minorski divan əmirinin xüsusi divanı olduğunu qeyd edib yazmışdır ki, onun 
divanı həm sədrin, həm də vəzirin divanından üstün olmuşdur [112, 162]. 
Doğrudan da, tanış olduğumuz mənbələrin heç birində divan əmiri vəzifəsinin 
məzmunu şərh edilməmişdir. Lakin məlumdur ki, divan əmiri ―digər əmirlərdən 
yüksəkdə duraraq, böyük ixtiyara malik idi‖ [11, 40]. 
Bəzən döyüşdə qalib gələn tərəfə əhəmiyyətli köməklik göstərən şəxs ona 
ehtiyac olduqda, divan əmiri vəzifəsinə layiq görülürdü. Məsələn, 810 (1407/08)-
cu ildə Əlincə qalasında baş verən qiyam yatırıldıqdan sonra qalanın yeni hakimi 
olan Qara İsgəndər üsyan başçılarından biri olan Şəhriyarı divan əmiri etmişdi [64, 
262a]. Bu misalla güman etmək olar ki, vilayət, şəhər və qala divanlarının hər 
birinin öz divan əmiri olmuşdur. Qaraqoyunluların başçısı Qara Yusif olduğu 
halda, Şəhriyarı divan əmiri vəzifəsinə sülalənin başçısı yox, şahzadə İsgəndər 
təyin etmişdi. Atası ilə məsləhətləşmədən belə hərəkət edən şahzadə, görünür ki
ona təhvil verilən Əlincəni öz mülkü hesab etmiş və qala divanının əmiri olmağı 
Şəhriyara məsləhət görmüşdü. 
Digər qaraqoyunlu şahzadəsi Pirbudağın Bağdaddakı divan əmiri Mir Əli 
Şükür adlı əmir olmuşdur [56, 364, 373]. 
Səfəvilər dövründə də bu vəzifə qalmaqda idi. I Şah Təhmasibin divan 
əmiri Məsum bəy Səfəvi olmuşdur [77, 209, 220; 58, 77] ki, o, Həsən bəy 
Rumlunun məlumatına görə sonradan şahın vəkili təyin edilmişdi [65, 411, 490] 
Bəzi mənbələrdə divan əmiri və əmirül-üməranın vəzifələri bir-birinin 
qarşılığı kimi işlənir. Mir Yəhya Qəzvini yazır: ―Divan əmiri olan Çayan sultan 
Ustaclu vəfat etdi, onun yerini oğlu Bayazid sultana verdilər. O da bir neçə gündən 
sonra öldü və əmirül-üməralıq mənsəbinə Div sultan Rumlu təyin edildi‖ [98. 
150a]. 
Yaxud Budaq Qəzvini göstərir: ―Divan əmirliyi Çayan sultan Ustacluya 
verildi və əmirül-üməra oldu‖ [61, 288a]. Yenə də bu müəllif yazır ki, I Şah 
İsmayılın vəsiyyətinə görə Div sultan Rumlu əmirül-üməra və ―əmir-i divanlıq 
möhürünü əmirlərin möhüründən yuxarı vurdu‖ [61, 297b]. 
Bu misallardan aydın olur ki, bəzi tarixçilərin əsərlərində divan əmiri və 
əmirül-üməra mənsəbləri eyniləşdirilmişdir. Həsən bəy Rumlu və Qazi Əhməd 
Qəffari də Çayan sultanın Çaldıran vuruşmasından sonra əmirül-üməra olduğunu 
göstərirlər [65, 150; 81, 277a]. Bunlardan belə nəticəyə gəlmək olar ki, divan əmiri 


42 
vəzifəsini aparan şəxs bütün əmirlərin yox, yalnız divan əmirlərinin rəhbəri olmuş, 
eyni zamanda əmirül-üməra adlandırılmışdır. Dövlətin əmirül-ümərası isə divan, 
ordu və sərhəd əmirlərinin rəhbərliyini etmiş, divan əmiri də onun tabeliyində 
olmuşdur. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin