Əmiraxur: XV - XVI əsrlərdə Azərbaycan ordularında minik
heyvanlarına nəzarət və nəqliyyat məsələlərinə rəhbərlik etmək əmiraxurun
öhdəsinə düşürdü. Qoşunların əsas minik vasitəsi olan at ilxılarının ümumi sayı
haqqında hökmən əmiraxurun məlumatı olmalı idi. Sultan Əhməd Cəlayirinin
məğlub olub qaçmasından sonra əsir alınmış düşmən əmiraxurlarına Qara Yusifin
verdiyi suallar bu fikrin təsdiqi üçün olduqca səciyyəvidir: ―Sultanın neçə atı
vardı? O özü ilə neçə at aparmış olar? Ordumuzun əlinə daha neçə at keçə bilər?‖
[66, 66].
Müharibə vaxtı ordu ilə birlikdə əmiraxurlar da döyüşürdülər [66, 83; 56,
427, 463].
Möhürdar: Görkəmli saray əmirləri nümayəndələrindən biri olan
möhürdarın da müəyyən fəaliyyəti olmuşdur, lakin mənbələrdə qaraqoyunlu və
ağqoyunlu möhürdarları haqqında olduqca az məlumat vardır. Həsən bəy Rumlu
da, əsasən, səfəvi dövrü hadisələrinin təsvirində möhürdar haqqında kiçik qeydlər
etmişdir.
Möhürdar şahın xüsusi möhürünü qoruyan şəxsə deyilirdi [63, 25]. Onun
sənədlərə vurduğu möhür şahın imzası demək idi [36, 19]. Zərurət olduqda
möhürdar hərbi səfərlərdə də iştirak edir, şəxsən döyüşürdü [65, 293; 58, 40; 97,
138]. Bu vəzifə çox şərəfli və məsuliyyətli hesab edilirdi. Həsən bəy Rumlu yazır
ki, 912 (150/07)-ci ildə I Şah İsmayılın möhürdarı Sarı Əli kürdlərlə döyüşdə
öldürülmüş və bu vəzifə bir müddət heç kimə etibar edilməmişdi. 913 (1507/08)-cü
ildə I Şah İsmayıl Əlaüddövlə Zülqədərlə döyüşən vaxt ağqoyunlu sultanları
tərəfindən illərlə Diyarbəkrdə vali olmuş Əmir bəy Mosullu qızılbaş şahının yanına
gələrək, hörmətə layiq görulmüş və bir il boş qalan möhürdar vəzifəsi ona
verilmişdi [65, 93].
Həsən bəy Rumlu möhürdarın möhürünü ―böyük möhur‖ adlandırır [65,
484].
Qorçibaşı: Bu istilah altında xüsusi şah alayının üzvləri olan qorçi
dəstələrinin rəhbəri başa düşülür. XV əsrdə bu məfhumun işlənməsinə dair hələlik
məlumat yoxdur, lakin XVI əsrdən etibarən qorçi dəstələrinin sayca çoxalıb
dövlətin hərbi həyatında mühüm rol oynaması ilə əlaqədar olaraq, qorçibaşı
vəzifəsi də müəyyən edilmiş və bu vəzifənin sahibi dövlətin ən etibarlı
şəxslərindən biri olmuşdur.
Mənbələrə əsasən müəyyən
etmək
olur ki, dövlətin ümumi
qorçibaşısından başqa ayrı-ayrı vilayətlərin, habelə hər bir qorçi dəstəsinin də öz
qorçibaşısı var imiş. Məsələn, I Şah İsmayılın hakimiyyətinin ilk illərində onun
qorçilərinə rəhbərliyi Durmuş xan Şamlu [81, 240b] və Dədə bəy Zülqədər [65, 88;
43
88, 269] etmişlər. Sonralar isə səfəvi qorçibaşısının Sarı Pirə adlı bir əmir olduğu
məlumdur [65, 286; 77, 158]. Bu üç qorçibaşının hər biri dövlətin baş qorçibaşıları
olmuşlar ki, onlar ən etibarlı əmirlər arasından seçilib bu vəzifəyə layiq
görülmüşdülər. Bəzi vilayət qorçibaşılarının nüfuzu onların hətta hakim vəzifəsinə
çəkilməsinə səbəb olmuşdu. Məsələn, 926 (1519/20)-cı ildə I Şah İsmayılın əmri
ilə Şirazın hakimi öldürülmüş, onun yerinə Əli sultan adlı qorçibaşısı hakim təyin
olunmuşdu [88, 279].
Qorçibaşının qorçilər üzərində böyük ixtiyar və səlahiyyəti olmuşdur.
Müəyyən şikayəti olan hər bir qorçi yalnız qorçibaşı vasitəsilə öz şikayətini
hökmdara çatdıra bilərdi, əks təqdirdə o, qorçilikdən kənar edilirdi [61, 339a].
Qorçibaşı öz qorçiləri ilə hərbi yürüşlər vaxtı şahı müşayiət etməli idi [65,
286, 345]. Qorçibaşı Sevindik bəy Əfşar uzun illər I Şah Təhmasibə sədaqətlə
xidmət etmişdir [65, 286, 332; 81, 257a, 269b]
22
. Şirvanşah Şahruxun qorçibaşısı
Padar adlı bir şəxs idi ki, Həsən bəy Rumluya görə o, vilayətin bütün ―mədaxil və
məxaricindən‖ (yəni ölkənin bütün daxili və xarici yollarından) xəbərdar idi [65,
286]. Bu məlumat əsas verir ki, hökmdar yanında böyük səlahiyyətə malik olan
qorçibaşı dövlətin ərazisinə də yaxşı bələd imiş.
Başqa bir qorçibaşıya misal olaraq 954 (1547/48)-cü ildə öldürülən Şirvan
qorçibaşısı Əhməd bəy Ustaclunu göstərmək olar [81, 257a, 274a; 88, 296, 301].
O, səfəvilər tərəfindən Şirvanın müstəqilliyinə son qoyulandan sonra (1538) orada
hakim olan Əlqas Mirzəyə xidmət göstərir, onun qorçilərinə rəhbərlik edirdi.
Bəzən tarixçilər qorçibaşı və əmirül-üməra istilahlarını eyni mənada
işlədirlər. Belə ki, I Şah İsmayılın məşhur əmiri Abdal bəy Dədə həm əmirül-
üməra [98, 137; 61, 288], həm də qorçibaşı kimi göstərilmişdir [98, 141]. Lakin
qorçibaşı və əmirül-üməra mənsəblərinin hər dövrdə eyniləşdirilməsi həm bir sıra
mənbələr, həm də tədqiqatçılar tərəfindən təsdiq edilmir. Həsən bəy Rumlu və
Qazi Əhməd Qəffari Abdal bəy Dədənin əmirül-üməra yox, qorçibaşı olduğunu
söyləmiş [65, 88; 88, 269], tədqiqatçılardan O. Ə. Əfəndiyev və S. M. Onullahi də
bu iki vəzifənin hər birinin ayrı-ayrılıqda fəaliyyət göstərdiyini qeyd etmişlər [52,
105; 11, 40]. Lakin istər ―Əhsənüt-təvarix‖də, istərsə də dövrün başqa
mənbələrində təxminən XVI əsrin ikinci yarısında əmirül-üməra istilahının
işlənmədiyi açıq-aşkar nəzərə çarpır. Təsadüfi deyil ki, I Şah Təhmasib bütün hərbi
əməliyyatlarını qorçibaşı Sevindik bəy vasitəsilə icra edirdi. Orta əsr tarixçiləri I
Şah Təhmasib vaxtı dövlətin əmirül-üməra mənsəbinin və onu aparan şəxsin adını
göstərmirlər. II Şah İsmayılın hakimiyyəti dövründə də bu vəzifə xatırlanmamış,
ancaq onun əvəzinə ―qorçibaşılıq mənsəbi‖ Allahqulu bəy Əfşarın əlində olduğu
göstərilmişdir [58, 213]. II Şah İsmayılın vəfatından sonra da kimin şah olması
məsələsini həll edən iki şəxsdən biri məhz qorçibaşı olmuşdur [58, 220].
22
I Şah Təhmasibin hakimiyyəti illərində qorçibaşılar, əsasən, əfşar tayfası əmirlərindən təyin
edilmişlər [55,48].
44
Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, XVI əsrin birinci yarısında
haqqında danışdığımız hər iki vəzifə fəaliyyətdə olmuş, lakin həmin əsrin ikinci
yarısında sarayda qorçibaşının rolu artmış və əmirül-üməra mənsəbi bir müddət
onunla əvəz olunmuşdur. Qorçibaşı vəzifəsinin əhəmiyyəti I Şah Təhmasib
zamanında xüsusilə artmışdı [55, 48]. Təsadüfi deyildir ki, qorçibaşı XVIII əsrə
qədər ən yüksək hərbi vəzifə kimi mövcud olmuşdur. ―Təzkirətül-müluk‖-da
əmirlərdən bəhs olunarkən, ən əvvəl qorçibaşının adı çəkilmiş və bu vəzifənin
sahibi ―əzəmətli dövlət adamlarının ən ümdə əmiri‖ adlandırılmışdır [63, 5, 7].
Yenə də bu əsərdən məlum olur ki, bəylərbəyi (əmirül-üməra—Ş. F.) daha saray
daxilində fəaliyyət göstərməyərək saraydankənar əmirlər sırasına daxildir [63, 4].
V. F. Minorski də qorçibaşı vəzifəsini əmirül-üməra ilə eyniləşdirmişdir
[99, 75]. Onun bu fikrini yalnız XVI əsrin ikinci yarısına aid etmək olar, çünki
yuxarıda deyildiyi kimi, Səfəvi dövləti yaranmağa başlarkən, dövlətdə həm
qorçibaşı, həm də əmirül-üməra vəzifələri olmuşdur.
Dostları ilə paylaş: |