53.Tərbiyə prosesində sosial xüsusiyyətlərin nəzərə alınmasının vacibliyini
əsaslandırın
K.D.Uşinski bildirmişdir ki, əgər müəllim
insan tərbiyə etmək istəyirsə, şagirdi
hərtərəfli tanımalı,
öyrənməli, təlim verdiyi şəxsiyyətin xüsusiyyətlərini yaxşı
bilməlidir.
İnsanların dərk edilməsinin ən sadə üsulu özünü onun yerin
qoymaqdır. Buna identifikasiya deyilir. Əlbəttə, bu, heç də yeganə üsul deyil,
lakin qarşılıqlı fəaliyyətdə, real situasiyalarda insanlar identifikasiyadan istifadə
edirlər. İdentifikasiya ilə ona məzmunca yaxın olan empatiya arasında sıx əlaqə
mövcuddur.
Empatiya digər insanı emosional şəkildə qəbul etmə bacarığıdır,
onun daxili aləminə daxil olmaq, onun bütün fikir və düşüncələrini, hisslərini
qəbul etməkdir.
İnsanın özünün və digərlərinin şəxsi xüsusiyyətlərinin dərk edilməsinin məntiqi
forması refleksiyadır. O, insanı, davranış əlamətlərini araşdıraraq
təhlil edib,
məntiqi nəticələrə gəlmək deməkdir.
Stereotipləşdirilmə
şəxsiyyətlərarası
düşüncənin,
dərkin
mühüm
mexanizmlərindən biridir. Ətrafdakıların və onlarla qarşılıqlı əlaqənin təsiri
nəticəsində hər bir insanda konkret fikirlər yaranır. İnsanlar
adətən həmin
fikirlərə əsaslanaraq başqalarına qiymət verirlər.
Altı qrup sosial-qavrama stereotipi fərqləndirilir:
1)Antropoloji
2)Etnomilli
3)Sosial-status
4)Sosial-rol
5)Ekspressiv-estetik
6)verbal-davranış
Dostları ilə paylaş: