Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


“İdarəetmə” və “rəhbərlik” anlayışlarını şərh edin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə53/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   49   50   51   52   53   54   55   56   ...   69
Pedaqogika imtahan cavabları

56.“İdarəetmə” və “rəhbərlik” anlayışlarını şərh edin 
Ümumtəhsil müəssisəsinin qarşısında dayanan vəzifələrin uğurla həyata 
keçirilməsi məktəbin idarə olunması, ona rəhbərlik edilməsi səviyyəsindən 
asılıdır. Müasir şəraitdə təlim-tərbiyə məsələlərinin kompleks həllində məktəbin 
idarə olunmasının, ona rəhbərliyin rolu dayanmadan artmaqdadır. İdarəetmə ilǝ 
müqayisədə “rəhbərlik” anlayışı daha geniş məna kəsb edir. Çünki rəhbərlik 
idarəetmənin bütün həlqələri üzrə əsas istiqamətləri və başlıca məsəlǝləri 
müəyyənləşdirir. Məktəbin idarə olunması ilə bağlı bütün məsələlər 
məktəbşünaslıq 
adlanır. 
Məktəbşünaslıq 
pedaqoji 
elmin 
məktəbin 
idarəolunmasının məqsədi, məzmunu və metodlarını, məktəbə rəhbərlik 


sistemini özündə ehtiva edən bir sahəsidir. Başqa sözlə, məktəbşünaslıq – 
cəmiyyət və dövlət tərəfindən məktəbin qarşısına qoyulan vəzifələri uğurla həll 
etmək məqsədilə həyata keçirilən təşkilati-pedaqoji tədbirlər sistemidir. 
Məktəbşünaslığın mövzusu məktəb işinin təşkili və idarəolunması prosesi, 
obyekti məktəbin idarəolunması üzrə təhsil orqanları və məktəb rəhbərliyinin 
çoxcəhətli fəaliyyətidir. İdarə etmək- fəaliyyət göstərmək, təsir etməkdir. 
İdarəetmǝ ilə əlaqədar işlər bir neçə mərhələdən ibarət olur, Məsələn, hər bir iş 
məqsəddən başlandığı kimi, idarəetmə də həmişə elmi cəhətdən əsaslandırılmış 
məqsədin irəli sürülməsindən başlayır. Sonra vəziyyət öyrənilir və müvafiq 
məlumat əldə edilir. Həmin məlumat əsasında görüləcək işin proqramı tutulur. 
Bu proqram üzrə işin təşkili təmin olunur. Daha sonra, işin gedişi nəzarətdə 
saxlanılır, yeri gəldikcə stimullaşdırma, təshih işi aparılır, pedaqoji təsir edilir, əks-
əlaqələr yaradılır və s. Nəhayət, işin sonunda məlumatlar ümumiləşdirilir. Təhlil 
edilib qiymətləndirilir və gələcək fəaliyyət üçün müvafiq nəticələr çıxarılır.
“Rəhbərlik” daha geniş anlayışdır. O, məktəbi idarəetməni həyata keçirən
fəaliyyətin əsas xətlərini, başlıca vəzifələrini müəyyənləşdirən, proseslərin 
təşkilinə istiqamət verən şəxsdir. Məktəbə direktor rəhbərlik edir. Məktəb 
həyatının əsas məsələləri demokratik prinsiplər əsasında kollegial orqanlarda – 
məktəb və pedaqoji şuralarda həll olunur. İdarəedici tərəf rəhbər və kollegial 
orqan nə qədər çevik, səriştəli və peşəkar fəaliyyət göstərərsə, məktəbin 
idarəetmə işləri də bir o qədər uğurla gedər. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin