Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


tələblərə uyğunluğunun yoxlanması, məktəbin tǝsərrüfat fəaliyyətinə nəzarət



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə56/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   52   53   54   55   56   57   58   59   ...   69
Pedaqogika imtahan cavabları

tələblərə uyğunluğunun yoxlanması, məktəbin tǝsərrüfat fəaliyyətinə nəzarət 
və s. spesifik yoxlamalardır. 
 
59.İdarəetmə prosesində optimallaşdırmanın yollarını müəyyənləşdirin. 
Məktəbin qarşısında qoyulmuş vəzifələri operativ həll etmək üçün onun idarə 
olunmasını optimallaşdırmaq lazımdır. Optimallaşdırmanın mahiyyəti vaxt, 
qüvvə və vəsaitin səmərəli sərf edilməsi ilə yüksək nəticələrə nail olmaqdan 
ibarətdir. Məktəbi idarəetmə o zaman optimal sayılır ki, qarşıya qoyulmuş 
məqsədlər nəzərdə tutulmuş müddətdə yüksək keyfiyyətlə yerinə yetirilsin. 
Bunun üçün aşağıdakı şərtlər gözlənilməlidir: 
• kadrlarla təminatda öncədən müəyyənləşdirilmiş qaydalara amal 
edilməlidir. Məktəbdə səriştəli, işgüzar, stabil müəllim və tərbiyəçilər 
kollektivi olmalıdır. Eyni zamanda, hər bir müəllimin, tərbiyəçinin müvafiq 
normativ-hüquqi sənədlərdə müəyyənləşdirilmiş müddətdə ixtisasartırma 
kurslarına göndərilməsi və vaxtaşırı attestasiyadan keçirilməsi, qabaqcıl iş 
təcrübəsinin öyrənilməsi, yaradıcılıqla tətbiqi təmin olunmalıdır 
• məktəbin maddi-texniki bazası daim möhkəmləndirilməli, hər bir məktəb 
normal tədris binaları, müasir təlim avadanlığı, informasiya və 
kommunikasiya texnologiyaları, tədris ləvazimatları ilə təchiz edilməlidir, 
• İdarəetmə, sözün həqiqi mənasında, demokratik üsullarla aparılmalıdır. Bu 
sahədə sərt reqlamentləşdirmə, bürokratik mərkəzləşdirmə, inzibati-
amirlik halları aradan qaldırılmalı, yerli idarəetmə orqanlarının, 
valideynlərin, ictimaiyyətin geniş iştirakına, şagird öz fəaliyyətinin hər 
birinin kişaf etdirilməsinə nail olunmalıdır, məktəbdə kollektivin hər hansı 
üzvünün rəyinə hörmətlə yanaşılmalıdır; 
• idarəetmə stimullaşdırılmalı, səriştəli müəllimlər, tərbiyəçilər və digər 
işçilər maddi, mənəvi cəhətdən mükafatlandırılmalı, onların nüfuzu 
artırılmalı, pedaqoji kollektivdə sağlam psixoloji iqlim yaradılmalıdır. 


Sosioloqlar bildirirlər ki, sağlam mikroiqlim əməkhaqqı səviyyəsindən də 
vacibdir. İşlərin düzgün planlaşdırılmasına və görülmüş işlərin təhlil edilməsinə 
nail olunmalıdır; qarşıya qoyulmuş vəzifələrin nə dərəcədə yerinə yetirildiyi 
müəyyənləşdirilməli, perspektiv tədbirlər hazırlanmalı, əməyin elmi təşkilinə 
zəmin yaradılmalıdır. Göstərilən şərtlərə düzgün əməl olunması məktəbi 
idarəetməni optimallaşdırmaq, yəni nisbətən az qüvvə və vəsait sərf etməklə, 
nisbətǝn qısa müddətdə fəaliyyətdə daha yaxşı nəticələr qazanmaq yolunda ən 
etibarlı təminatdır. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin