Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Təhsil mühitinin – sinfin idarə olunması prosesinin təsvirini verin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə64/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   61   62   63   64   65   66   67   68   69
Pedaqogika imtahan cavabları

70.Təhsil mühitinin – sinfin idarə olunması prosesinin təsvirini verin. 
Təlim davamlı, yaradıcı və problemin həllinə yönələn bir fəaliyyətdir. Şagirdlər 
fərdi xüsusiyyətlərə malikdirlər və təcrübəli müəllim bu xüsusiyyətləri, inkişaf 
dinamikasını nəzərə alaraq müvafiq məzmun, fəaliyyət hazırlamalıdır. Məsələn, 
əgər istənilən məsələyə dair müzakirə və ya polemika baş veribsə, peşəkar 
müəllim problemin müzakirəsini dərslə əlaqələndirərək şagirdləri məsələnin 
həllinə yönəldir, təcrübədə tətbiqə imkan yaradır və onların yanaşmasından 
gələcəkdə istifadə edir. Müxtəlif siniflərdə məzmun eyni olsa da, nadir hallarda 
bir dərs digərini təkrarlayır, yəni iki sinifdə dərsin eyni tərzdə keçməsi mümkün 
deyil. Sinfin və təlim mühitinin idarəolunması məsələləri çox vaxt davranış 
məsələləri ilə əlaqələndirilir. Əlbəttə, şagirdlərin təlimə marağını artırmaq, onları 
həvəsləndirmək üçün müəllim bir sıra səmərəli strategiyalardan istifadə 
etməlidir, yəni çalışmalıdır ki, müsbət nümunələr vasitəsi ilə onları formalaşdırıb 
inkişaf etdirməklə xoşagəlməz, arzu olunmaz davranışların qarşısını alsın. Bu o 
deməkdir ki, müəllimin əsas vəzifələrindən biri, diqqət yetirdiyi vacib məsələ 
təlimi səmərəli təşkil etməkdir. Şübhəsiz, bu hər zaman asan olmur. Prosesə bir 
sıra məqamlar təsir göstərir. Rocers bunu belə izah edir: “Təlim bəzən qeyri-
müvafiq şəraitdə təşkil olunur: balaca otaqlar, narahat mebellər, hərəkət etmək 
üçün lazımlı sahənin azlığı, təlim məqsədlərinə nail olmaq üçün 45 dəqiqə vaxt, 
25-30 nəfər, bəzən hətta özlərini burada görmək belə istəməyən fərqli və unikal 
şagirdlər. Bu halda niyə müəllimin rolu dəyişməz olaraq qalmalıdır?” Müəllimin 
ən əsas rolu, vəzifəsi müxtəlif inkişaf səviyyəsi və fərdi xüsusiyyətləri olan 
şagirdləri təlim prosesinə cəlb edib təlimdə əlverişli mühit yaratmaqdır. Bu 
məqsədlə hər dərs diqqətlə planlaşdırılmalı və ona məsuliyyətlə hazırlaşılmalıdır. 
Bunun üçün dərsin hər mərhələsi ölçülüb-biçilməlidir. Əlbəttə, suallar, 
gözlənilməz vəziyyətlər hər bir dərsdə qaçılmazdır. Lakin qarşıya çıxan sual və 
problemlərin əksəriyyəti əvvəlcədən gözlənilən olduğu üçün onların həlli də 
qabaqcadan planlaşdırıla bilər. Ümumiyyətlə, istənilən hadisənin qarşısını 


əvvəlcədən almaq daha asandır, nəinki artıq baş vermiş hadisənin nəticələrinin 
aradan qaldırılması. Dərsi planlaşdırarkən müəllim təkcə nəyi və necə tədris 
edəcəyini, şagirdləri bu prosesə necə yönəldəcəyini deyil, hansı nəticələr əldə 
edəcəyini də düşünməlidir. Məsələn, əgər dərsdə hər hansı bir musiqi və video 
rolikə baxmağı planlaşdırırsınızsa, müvafiq avadanlığı və diski əvvəlcədən 
yoxlamalısınız. Bu, bir tərəfdən, vaxta qənaətə, digər tərəfdən də dərsdə 
uğursuzluğun qarşısının alınmasına zəmin yaradır. Peşəkar müəllim necə 
olmalıdır? Hansı müəllim peşəkar sayılır? Peşəkar müəllimin xüsusiyyətlərinə hər 
bir şagirdin fərdi cəhətlərinə diqqət edilməsi, yeni mövzunun əvvəlkinin əsasında 
verilməsi, mövzular arasında əlaqənin qurulması, şagirdlərin bilik və 
bacarıqlarının səviyyəsinin nəzərə alınması aiddir. Müəllimin peşəkarlığının ən 
əsas xüsusiyyəti şagirdlərin səviyyəsindən asılı olmayaraq, onların inkişafını 
təmin etməkdir. Təlimin səmərəli yollarının müəyyən edilməsi müəllimin peşəkar 
biliklərinin formalaşmasının əsasını təşkil edir. Şagirdlərin səviyyəsinə uyğun 
seçilən üsul təlim prosesində daha çox səmərə verir. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin