Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə68/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   61   62   63   64   65   66   67   68   69
Pedaqogika imtahan cavabları

Hislərin idarə olunması 
Müəllimlik fəaliyyəti dövründə sizi məyus, inamsız və ya əsəbi edən hadisələrlə 
rastlaşa bilərsiniz. Çalışın, işinizə refleksiv yanaşın. Bu, obyektivliyi qorumağa və 
çətin vəziyyətlərdən nəticə çıxarmağa kömək edəcək. İstənilən problemin aradan 
qaldırılması üçün digər müəllimlərlə məsləhətləşin, müşahidə və müzakirələr 
aparın. 
Münasibətlərin qurulması 
İnsanlar, adətən, özlərinə uyğun dəyər, münasibət və yanaşmalara malik 
şəxslərlə ünsiyyət qururlar. Lakin müəllim müxtəlif düşüncə, və dəyərlərə sahib 
şagirdlərlə ünsiyyət yaratmaq məcburiyyətindədir. Sinifdə hər kəs üçün bərabər 
imkanlar yaratmaq həvəssiz şagirdləri motivasiya etmək münasibətlərin 
qurulmasında ən vacib şərtdir. 
Tədris resurslarına qarşı məsuliyyət hissinin aşılanması 
Ləvazimatların itirilməsi və ya zədələnməsi ilə bağlı hər məktəbin və müəllimin 
fərqli yanaşması vardır. Həmkarlarınızdan bu haqda məsləhət və kömək ala 
bilərsiniz. İstənilən problemi əvvəlcədən təxmin edib onun qarşısını almaq daha 
asandır. Dərsin sonunda vəsaitlərin qaytarılması və yoxlanılması prosesi əlavə 
vaxt tələb etdiyi üçün təlim, fasilə müddətinin düzgün bölüşdürülməsi mütləqdir. 
Bu, ehtimal olunan problemin qarşısını ala bilər.  
Vaxtın səmərəli idarə olunması 
Burada üç əsas məqama diqqət yönəltmək lazımdır: 
• Dərs keçmək müəllimin işinin yalnız bir hissəsidir, 
• İlk dərsə hazırlaşmaq daha çox vaxt apara bilər; 
• Dərsə kifayət qədər yaxşı hazırlaşılmasa, əlavə stress yaşamaq labüddür. 
75.Öyrənmə prosesində davranış və həvəsləndirmənin əhəmiyyətini sübuta 
yetirin. 
Dərsləri müşahidə etməzdən əvvəl təlim prosesinin səmərəsini artıran, 
öyrənməni maksimum səviyyəyə çatdıran şagird davranışının idarə olunmasına 
dair məktəbin strategiyaları, davranış qaydaları ilə tanışlıq vacibdir. Bunlar 
müvafiq şagird davranışını formalaşdırmaq üçün xüsusi üsul yaratmaq məqsədilə 
istifadə edilir. Fəaliyyətə başladığınız məktəbdə bəzi müəllimlərin həmin 
üsullardan faydalanmadığını görsəniz də sizin onlara riayət etməniz önəmlidir. 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin