Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Təlimdə müəllimin davranış strategiyalarını qarşılaşdırın



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə67/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   61   62   63   64   65   66   67   68   69
Pedaqogika imtahan cavabları

74.Təlimdə müəllimin davranış strategiyalarını qarşılaşdırın. 
Müəllimin özünəinamı, resurs, vəsaitlər, qaydaları tətbiqetmə bacarığı şagirdlərə 
böyük təsir göstərir. Birinci dərs uyğunlaşma dövrüdür, şagirdlər müəllimi 
tanımağa çalışır, uyğunlaşmağa başlayırlar, məhz belə məqamda sinif otağında 
baş verənlərə görə özlərinin məsuliyyət daşıdıqlarını anlamalıdırlar. Ədalətli və 
məntiqli davranış nəticəsində müəllim öyrənənlərin böyük əksəriyyəti tərəfindən 
qəbul olunur. Təlimdə müəllimin davranış strategiyalarına bunlar aiddir. 
Vəziyyəti yumşaltmaq 
Təcrübəsiz müəllimlər peşəkar müəllimlərlə müqayisədə şagirdləri daha çox 
danlayırlar. Çox güman ki, bunun səbəbi onların düzgün jest və mimikalardan 
istifadə etmək bacarığının nisbətən az inkişaf etməsidir. Unutmaq olmaz ki, 
istənilən halda müəllim səs tonunu yüksəltməməlidir. 
Vəziyyəti tənzimləmək 
İlk dərsiniz uğursuz keçə bilər, lakin bu, müəllimi həvəsdən salmalı deyil, adətən, 
belə hallar baş verir. Nəticə çıxararaq, növbəti dərslərin daha yaxşı təşkili üçün 
strategiyalar qurmaq ən optimal həll yoludur. Təcrübəli yoldaşlarınızdan da 
məsləhət alıb dərslərini müşahidə edə bilərsiniz. Müşahidələr nəticəsində fikir və 
məsləhətlər almaq mümkündür. Gördüklərinizlə bağlı müəllimlə müzakirələr 
aparın, digər həmkarlarınızdan da dərs prosesində sizi izləmələrini xahiş edin, 
təkliflər vermələrini istəyin. 
Özünəinamın əskikliyi 
Müəllim digər peşə sahiblərindən daha həssas insandır, çünki canlı obyektlə 
qarşı-qarşıya fəaliyyət göstərir. Sinifdəki müəllimlik bacarığınız daha çox şəxsi 
keyfiyyətlərinizdən, müxtəlif fikir və düşüncə sahibi olan şagirdlərlə yaxşı 
münasibət yaratmaq bacarığınızdan asılıdır. Müəllimlik fəaliyyətiniz sizi 
izləyənlər tərəfindən təhlil və şərh edilir. Elə təhlillər nəticəsində güclü və zəif 
cəhətlərinizlə qarşılaşmaq məcburiyyətində qalırsınız. Ziddiyyətli müşahidəçilər 
tərəfindən qərəzli məsləhətlər almaq isə əlavə stress yaşamağınıza səbəb ola 
bilər. Təcrübəniz çoxaldıqca, fəaliyyətiniz genişləndikcə özünəinam hissiniz də 
artacaq. 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin