Azad tərbiyə texnologiyaları əsasən uşağa azad seçim, həyat fəaliyyətində daha
geniş imkan verməyi nəzərdə tutur. Seçim zamanı
subyekt mövqeyini
reallaşdırmaq üçün uşağa daha əlverişli üsullardan istifadəyə zəmin yaradılır, o,
öz iç dünyasının çağırışı ilə nəticəyə can atır.
2. Ənənəvi təlim texnologiyalarının əsas xüsusiyyətləri arasında məna
əlaqələri yaradın
“Ənənəvi təlim” termini təlimin sinif-dərs formasında qurulmasını nəzərdə tutur.
Bu, XVII əsrdə Y.A.Komenski tərəfindən formalaşdırılmış didaktika prinsipində öz
əksini tapmışdır.
Ənənəvi sinif-dərs texnologiyalarının fərqli əlamətləri aşağıdakılardır:
-Şagirdlər demək olar ki, eyni yaş və hazırlıq səviyyəsinə görə eyni sinfi təşkil edir
və bütün məktəb təlimi dövründə həmin tərkib daimi olaraq qorunub saxlanılır;
-Sinif vahid illik plan və proqram əsasında cədvələ uyğun çalışır.
Bunun
nəticəsində
uşaqlar məktəbə gəlməli, eyni zamanda
bu iş müəyyən edilmiş
günün müəyyən saatlarına təsadüf etməlidir;
-Məşğələlərin əsas vahidi dərsdir; dərs adətən bir tədris fənninə, mövzuya həsr
olunur ki, bunun nəticəsində sinifdə şagirdlər eyni material üzərində işləyirlər;
-Şagirdlərin işinə dərsdə müəllim rəhbərlik edir: o, onların tədris
fənninə görə
nəticələrini
qiymətləndirir, hər bir şagirdin nailiyyətlərini ayrı-ayrılıqda
qiymətləndirir və dərs ilinin axırında şagirdlərin
növbəti sinfə keçirilməsi
haqqında qərar qəbul edir;
-Tədris kitabları əsasən ev işləri üçün tətbiq edilir.
Dostları ilə paylaş: