Hərəkətə ehtiyacı var
Jestlərdən istifadə edir;
Diqqət çatışmazlığı ilə üzləşir;
Əl və ayaqları ilə hərəkət edir
Kinestetik öyrənməni işə salan siqnalların nümunələri
Mən bunu tutdum
Bu, mövzunu əhatə etməyə imkan verir
Razısınızsa, əlinizi qaldırın.
6. Tədqiqat əsaslı təlimin məzmununu şərh edin.
Tədqiqat metodu şagirdlərin prosesə cəlb olunmasını
və məzmunun daha
darindən qavranılmasını həqiqətin, məlumatın, biliklərin araşdırılmasını nəzərdə
tutur. Uşaq dünyamı araşdıraraq kəşf edir və bu səbəbdən da anadan olduğu
gündən etibarən axtarışdadır. Tədqiqat prosesi məlumatın toplanılması və
insanın hissi orqanları vasitəsilə tətbiqi deməkdir. Müasir təhsilin əsas məqsədi
şagirdlərə nəzəri
biliklərin verilməsi deyil, onlarda müxtəlif bacarıqların
formalaşması və fəaliyyətin təşkilidir. Hazırda istənilən məsələ haqqında evdən
çıxmadan çox asan məlumat əldə etmək mümkündür. Lakin bu rahatlıqda öz
növbəsində digər problem yaradır: məlumat bolluğunda düzgün olanı necə
seçmək? Belə olan halda müəllim məlumat və biliklərin toplanılmasına deyil
onların arasında faydalı və tətbiq oluna bilənlərə üstünlük verməlidir ki, bu da öz
növbəsində tədqiqat əsaslı təlimin mahiyyətini təşkil edir. Tədqiqat prosesində
şagirdlər dünya, ətraf aləm haqqında məlumat
əldə etmə və anlama prosesi
qururlar. Tədqiqat düzgün cavabı tapmaqdan daha çox sual və problemin uyğun,
münasib həllinin axtarışı, şagirdlərin məlumatın faydalı biliklərə çevrilməsi üçün
göstərdikləri səy, müxtəlif biliklərin yaranması və onların geniş tətbiqidir.
Tədqiqat əsaslı təlim şagirdyönümlü yanaşmanı əks etdirdiyi üçün məzmunun
məlumat emalı və problem həlli vasitəsilə mənimsənilməsini təmin edir. Müəllim
təlimdə şagirdlərə hazır biliklərin verilməsini deyil, onların şagirdlər tərəfindən
əldə edilməsini, araşdırılmasnı təşkil edir. Şagirdlərin bu prosesə fəal qatılması
təlimi onlar üçün daha maraqlı edir və əldə olunan biliklər isə daha dərin və uzun
müddətli yaddaşda həkk olunur. Qiymətləndirmədə
şagirdlərin bilik və
bacarıqları qiymətləndirilir və ümumilikdə, inkişaf dinamikası izlənilir. Təlimin bu
növü şagirdləri gələcək peşə fəaliyyətinə, həyata hazırlayır. O,
həmçinin
şagirdləri tədqiqat aparmağa, problem araşdırmağa
həvəsləndirərək müxtəlif
mənbələrdən olan resursların istifadəsini mümkün edir.
Dostları ilə paylaş: