Çevik mühit
Müəllim tədrisi reallaşdırmaq, əlverişli şərait
yaratmaq məqsədilə təlim
məkanında tez-tez dəyişikliklər edir. Avadanlığın yerini dəyişdirmək fərdi və ya
qrup işinin təşkilinə zəmin yarada bilər. Təlim məkanında çevik dəyişikliklər
şagirdlərə təlim məqsədləri və fərdi istəklərinə görə nə vaxt və harada öyrənmək
üçün seçim imkanı verir.
Təlim mədəniyyəti
Flip model təlimdə şagirdyönümlü yanaşma əsasında təşkil olunur, sinif fəaliyyəti
mövzunun
daha dərin öyrənilməsinə, araşdırılmasına təkan verir. Şagirdlər
biliklərin qurulmasında, yaradılmasında, təlimin
qiymətləndirilməsində fəal
iştiraka cəlb olunurlar.
Məzmun
Flip təlim metodundan istifadə edən müəllimlər şagirdlərin mövzunu dərindən
mənimsəmələri üçün daim müxtəlif metod və yanaşmalar axtarışında olurlar.
Pedaqoq nəyi və necə öyrədəcəyini, hansı materiallardan yararlanacağını
öncədən müəyyənləşdirməlidir. Çünki təlim materialı şagirdlərin mənimsəməsini
yüksəltməyə zəmin yaradan əsas amillərdəndir.
Dostları ilə paylaş: