Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Sensor təlimin üstünlüklərini müəyyənləşdirin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə5/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   2   3   4   5   6   7   8   9   ...   69
Pedaqogika imtahan cavabları

5. Sensor təlimin üstünlüklərini müəyyənləşdirin. 
Sensor təlimə görə öyrənmə prosesi şagirdlərin hiss və duyğu orqanlarının 
(görmə, eşitmə, toxunma, dadma və iybilmə) oyanması nəticəsində baş verir. 
Öyrənmə prosesi duyğu orqanları və görmə vasitəsilə baş verir, yəni, duyğu 
orqanları nə qədər çox fəallaşarsa, mənimsəmənin səviyyəsi də bir o qədər 
yüksək olar. Görmə vasitəsilə öyrənənlər hər şeyin necə yaranmasını müşahidə 
etməyə, eşitmə vasitəsilə öyrənənlər izahatları dinləməyə, hərəki fəaliyyətlə 
öyrənənlər isə hər şeyə toxunmağa, təcrübədən keçirməyə üstünlük verirlər. Hər 
bir insanda bir növün daha yaxşı inkişaf etməsinə baxmayaraq, digərləri də 
müəyyən dərəcədə özünü göstərir. Bəzi dərslərdə dad və iybilmə, əksəriyyətində 
isə görmə, eşitmə və toxunmaya üstünlük verilməlidir. Vizuallar öyrəndiklərini 
görməyə üstünlük verirlər. Onlar xəyallarında rəsm çəkir və onları 
təsəvvürlərində canlandırırlar. Auditorlar məlumatı eşidərək qavrayırlar. Onlar 


eşitdikləri fikir, musiqi və digər səsləri tez xatırlayırlar. Kinestetiklər hərəkət 
vasitəsilə öyrənməyə üstünlük verir, yeniliyi tətbiq etməyə meyilli olurlar. 
Vizual şagird: 
Yazılı şəkildə təqdim olunmuş məlumata üstünlük verir; 
Beynində şəkillər canlandırır;
Qeydlər aparır; 
Didaktik kartları xoşlayır; 
Geyimdə rəngləri uyğunlaşdırır; 
İzahatdan əvvəl diaqram və ya sxemi görməyə üstünlük verir 
Vizual öyrənməni işə salan verbal siqnallar: 
Vəziyyəti görürsünüz? 
Nəzərdə tutduğumu görürsünüz?
Təsəvvür edin ki.... 
Şəkli görürsünüz? 
Auditor şagirdlər 
Özünü eşitməyə ehtiyac duyur; 
Öyrəndiyini təkrarlayır 
Ucadan oxuyur; 
Səsli öyrənir, 
Adətən tapşırığı təkrarlamağı xahiş edir; 
Auditor öyrənməni işə salan auditor siqnallar 
Mən səni eşitdim 
Bu ağlabatan səslənir 
Sizi aydın və dəqiq eşidirəm 
Bu necə səslənir? 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin