Diqqətin şagirdlərin öyrənmə prosesinə yönəldilməsi
Adətən, gənc müəllimin diqqət mərkəzində şagirdlərin nəyi və necə öyrənməsi
deyil, müəllimin dərsi necə öyrətməsi olur. Bu, təəccüblü deyil.
Çünki ənənəvi
təlimin müəllimin qarşısında qoyduğu tələb belə idi. Müasir təlim modelləri və
ya üsulları şagirdlərin öyrənməsi prosesini ön plana çəkir, pedaqoqu da həmin
istiqamətə yönəldir. Məktəb illərini yada salsaq,
ilk növbədə xatirəmizdə
müəllimi dinləyən şagirdlərin qaldığını görərik. İstənilən fəaliyyətə şagirdlərin
fərdi reaksiyası dərindən müşahidə olunmalı və tədris olunan fənn çərçivəsində
onların bacarıq, maraq və təcrübələri ilə əlaqələndirilməlidir.
Əldə olunan
məlumat şagirdlərin nailiyyətləri və eyni zamanda, müəllimlərin onların müxtəlif
ehtiyaclarını qarşılamaq üçün nə qərarlar verməsini təmin edir. Beləliklə,
şagirdlərin nəyi və necə öyrənməsi diqqət mərkəzində dayanır.
Şagirdlərin ünsiyyəti və əməkdaşlığı.
Dərs prosesində şagirdlər arasındakı
ünsiyyətin, davranışın, o cümlədən
verdikləri cavabların təhlilini etmək maraqlı
və eyni zamanda, çox faydalıdır.
Bunun üçün sinifdəki şagirdlərin siyahısını tutub, qarşılarında müvafiq qeydlər
etmək (məsələn, şagirdlər sual verdikdə siyahıda qarşısına qırmızı işarə,
suala
cavab verdikdə, digər şagirdlərin dərsə qoşulmasını təmin edən təkliflər etdikdə
isə qara işarə qoya bilərsiniz) zəruridir.