-müəllim tərəfindən tapşırığın həllinə maraq yaradılması;
-qrupda hər bir şagirdin fəaliyyətini və fəallığını təmin etmək üçün onların sayının
3-5 nəfər olması;
-tapşırığın şərtinin aydın izah edilməsi.
Kooperativ təlimin ənənəvi müəllimyönümlü yanaşmadan fərqi şagirdlərin fərdi,
bir-biri ilə rəqabət şəklində deyil, birgə fəaliyyət göstərməsidir. Tədqiqatlar sübut
edir ki, təlimin bu növü məzmunun
dərindən öyrənilməsinə, şagird
nailiyyətlərinin yüksəldilməsinə xidmət edir, fəallığa və yaradıcılığa həvəsləndirir,
problem həlli və komandada iş bacarıqları formalaşdırır.
Kooperativ təlimin üstünlükləri:
Qrup işi şagirdlərə fərqli insanlarla işləmək imkanı verir. Bu zaman onlar müxtəlif
mədəniyyət, fikir və düşüncə sahibləri
ilə əlaqə və ünsiyyət qurur, hər kəsə
empatiya ilə yanaşır, hamını olduğu kimi qəbul edir, istənilən məsələnin həllində
fikir mübadiləsi aparır, çevik qərar qəbul edirlər. Şəxsiyyətlərarası
əlaqənin
qurulması şagirdlərdə sosial bacarıqları inkişaf etdirir, həmyaşıdları
ilə əlaqə
qurmağa zəmin yaradır, şagirdlərin öyrənmə prosesinə fəal qatılmasını təmin
edir. Şagirdlər müxtəlif fərdi xüsusiyyətlərə və inkişaf səviyyəsinə malik olduqları
üçün müəllim təlim prosesini planlaşdırarkən hər bir
şagirdin üstünlük verdiyi
öyrənmə üsulunu nəzərə almalı və ona əsas müvafiq yanaşmadan istifadə
etməlidir.
Dostları ilə paylaş: