Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Təlimdə diferensiallaşmanın idarə edilməsi yollarını müəyyənləşdirin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə14/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   10   11   12   13   14   15   16   17   ...   69
Pedaqogika imtahan cavabları

14.Təlimdə diferensiallaşmanın idarə edilməsi yollarını müəyyənləşdirin. 
Diferensiallaşdırma şagirdlərinizin nəyi əldə etməsi barədə aydın təsəvvürün 
olmasıdır. Bu məqsədlə müəyyən dövr ərzində şagirdlərin qiymətləndirmə 
vasitələrini nəzərdən keçirib təhlil edərək onların mövcud bilik və nailiyyət 
səviyyəsini müəyyənləşdirmək və həmin məlumatlar əsasında ayrı-ayrı 
şagirdlərin xüsusi təlim nəticələrinə nail olmaq üçün ehtiyaclarını təmin etmək 
lazımdır. Şagirdlər yaxın və uzaq gələcək üçün təlim nəticələrini bilməlidirlər, yəni 
icrası yaxın gələcəyi və ya uzun müddəti əhatə edən tapşırıqlar haqqında 
məlumata malik olmalıdırlar. Hədəflər real olmalı, məlumat bazası və şagirdlərin 
bilikləri əsasında qurulmalı, onların maraq, meyil, təlabatlarını əhatə etməli və 
şagirdlərlə müzakirə olunmalıdır. Daha sonra isə müvafiq diferensiallaşma 
strategiyaları, prosesin idarə olunma üsulu nəzərdən keçirilməlidir.
Difensiallaşmanı təmin etmək məqsədilə fəaliyyətin ardıcıllığı:
1. Sinifdəki şagirdlərin əksəriyyətini əhatə etmək üçün məqsəd və vəzifələr geniş 
olmalıdır. Eyni məqsədə çatmaq üçün bir neçə üsuldan istifadə etmək olar. 
2. Şagirdlər üçün tapşırıqlar hazırlayarkən əvvəlki biliklərlə əldə olunacaq 
nəticələr arasında əlaqə yaradın. Şagirdlər üçün real təlim nəticələrinin müəyyən 
edilməsi təlim motivasiyasının yaranma yollarından biridir. Təlim nəticələrinə 
çatmağın digər bir yolu da təlim nəticələrinin arzuedilən olmasıdır. Bu nəticələr 
asanlıqla deyil, çalışma nəticəsində əldə olunmalıdır. Müxtəlif qrup şagirdlər 
üçün 
fərqli 
səviyyəli 
təlim 
nəticələrinin 
müəyyənləşdirilməsi 
artıq 
diferensiallaşdırma prosesinin başladığını göstərir.
3. Bir və daha artıq tapşırıq, fəaliyyət növünü seçin, 2-ci bənddəki faktorların, 
material və resursların mövcudluğunu, şərt və təlimatların müvafiq tərzdə 
şagirdlərə çatdırılmasını, dil səviyyəsinin şagirdlərə uyğun olmasını yoxlayın. 
4. Planlaşdırmaya qiymətləndirmə də daxil edilməlidir. Bu, bir neçə yolla 
reallaşdırıla bilər, məsələn, sual-cavab, kiçik qrup müzakirələrində iştirak, sinifdə 
sorğular aparmaq, tapşırıq üzərində işləyən şagirdləri suallar vasitəsi ilə 
istiqamətləndirmək və müvafiq qeydlər aparmaq, testlər tərtib etmək. 
Qiymətləndirmə hədəf və təlim nəticələri əsasında həyata keçməlidir. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin