Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Pedaqoji oyun xarakterinə görə müxtəlif növlərə bölünür



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə12/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   8   9   10   11   12   13   14   15   ...   69
Pedaqogika imtahan cavabları

Pedaqoji oyun xarakterinə görə müxtəlif növlərə bölünür: 
Didaktik: dünyagörüşünün genişlənməsi, idrak fəaliyyəti; praktik fəaliyyətin 
tətbiqi, praktik fəaliyyət üçün zəruri bilik və bacarıqla formalaşması; ümumi təlim 
bacarıq və vərdişlərinin inkişafı;
Tərbiyəedici: iradi keyfiyyətlərin, müstəqilliyin tərbiyə edilməsi, monolit, estetik 
dünyagörüşlü ustanovkaların formalaşdırılması; 
İnkişafedici: diqqət, yaddaş, nitq, təfəkkür, təxəyyül, fantaziya, empatiya və 
refleksiyanın inkişafı, müqayisə etmək,
Sosiallaşdırıcı: cəmiyyətin norma və dəyərlərinə uyğunlaşma; mühitin şəraitinə 
adaptasiya; stressə nəzarət; özününizamlama; ünsiyyət. 
Məktəbəqədər dövrdə oyun texnologiyaları 
Uşaqlar üç yaşından etibarən rollu oyunlarla tanış olur, insana qarşı 
münasibətlərini dərk edir, hadisələrin daxili və xarici tərəflərini, hislərini 
müəyyənləşdirir, beləliklə də öz meyillərini qavramağa başlayırlar. Həmin yaş 
mərhələsində təxəyyül inkişaf etdiyindən şüurun simvolik funksiyası formalaşır, 
uşaq əşya və hadisələrin xassələrini digərlərinə keçirməyi, hislərini idarə etməyi 
öyrənir, onda özünü mədəni ifadə üçün vərdişlər yaranır. 
İnkişafedici oyun texnologiyası 
İnkişafetdirici oyun texnologiyalarının əsas məqsədi təlimin “ mürəkkəbə doğru” 
prinsipini digər yaradıcı fəaliyyətin “hər kəsin imkanına görə” prinsipi ilə 
birləşdirərək uşaq potensialının “pik” nöqtəyə kimi açılmasını təmin etməkdən 
ibarətdir. 
Kiçik məktəbli yaşı dövründə oyun texnologiyaları.
Kiçik məktəbli yaşı dövrünə aydın qavrayış və obrazlara asan daxil olma imkanları 
xarakterikdir. Uşaqlar bu dövrdə hər hansı fəaliyyət növünə daha tez alışır, 
müstəqil qrup oyunlarını yaxşı təşkil edirlər. Onlar müxtəlif əşyalarla


oyuncaqlarla oynayırlar və beləcə qeyri-imitasiyalı oyunlar meydana çıxır. 
Uşaqlar oyun qaydalarına müvafiq hərəkət edirlər. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin