İşgüzar oyunlar. İşgüzar
oyunlardan,
əsasən,
yeni
materialın
möhkəmləndirilməsində, yaradıcı bacarıqların inkişaf etdirilməsində, ümumi
bacarıqlarının formalaşdırılmasında istifadə olunur. O, şagirdlərə təlim
materialın müxtəlif mövqelərdən öyrənməyə və qavramağa imkan yaradır.
13.Şagirdlərin qruplaşdırılmasının əhəmiyyətini əsaslandırın. Beynəlxalq təcrübədə şagirdlərin qruplara bölünməsi müxtəlif dövrlərdə fərqli
formalar və prinsiplər əsasında həyata keçirilmişdir. Adətən məktəblərdə
şagirdləri səviyyələr üzrə qruplaşdırma birləşdirmə və strukturlaşdırmadan
istifadə edilmişdir.
Səviyyələr üzrə qruplaşdırma təlimdə yüksək nailiyyətlər əldə edən şagirdlərin
bir sinfə, orta səviyyəlilərin başqa sinfə və ən aşağı nəticələr göstərən şagirdlərin
isə digər sinfə yerləşdirilməsidir.
Birləşmədə müxtəlif səviyyəli şagirdlərin bir araya gətirilməsinə üstünlük verilir.
Burada zəif təlim nəticələri nümayiş etdirən, oxumağa həvəsi olmayan
şagirdlərin eyni sinifdə birləşdirilməsi rəğbətləndirilmir.
Strukturlaşdırmada şagirdlər konkret bir fənn üzrə əldə etdikləri nəticələrə görə
sinifdə birləşdirilir. Səviyyələr üzrə qruplaşdırma və birləşmə şagirdlərin ümumi
intellektual səviyyəsi haqqında ideyanı dəstəkləsə də, strukturlaşma şagirdlərin
müxtəlif məzmun və fənlər üzrə qabiliyyət və nailiyyətlərinin fərqli olmasına
əsaslanır.
Müxtəlif dövrlərdə qruplaşdırılma, onun nəticələri və təlim prosesinin
səmərəsinə təsiri alimlərin tədqiqat mövzusu olmuşdur. Son zamanlar bu məsələ
yenidən diqqət mərkəzinə gəlmiş və hazırda geniş müzakirə predmetinə
çevrilmişdir. Bu araşdırmalar qruplarda müxtəlif bacarıqlı şagirdlərin sosial
cəhətdən inkişafını sübut etmişdir. Tədqiqatçıların bir qismi müxtəlif bilik və
bacarıqlara malik şagirdlərin qruplaşdırılmasında sosial əlaqələrin güclənməsi
fikrini irəli sürmüş, digər tədqiqatçılar isə riyaziyyat, dəqiq elmlər və dilin
tədrisində bilik və bacarıqların bir xətt üzrə inkişafını qeyd edərək
strukturlaşmanın faydasını vurğulamışlar.