düşüncə tərzinə görə məhdudlaşır. Adətən, təlim nəticələrini əldə etmək üçün
şagirdlərə müəyyən tapşırığı müxtəlif formalarda təklif etməkdən daha çox yalnız
bir yolla təqdim etməyə üstünlük verilir. Öyrənmə
prosesi yaddasaxlama
metodlarından asılıdır: hər hansı elm sahəsində elementlərin simvollarının, dil
dərslərində yeni sözlərin öyrənilməsi, riyaziyyatda
düstur və cədvəllərin
yaddaşda saxlanılması və s. Bu kimi proseslər bir o qədər maraqlı olmasa da,
vacibdir. Əgər şagirdlərin məlumatı yadda saxlamasını,
əldə olunan biliklərdən
istifadəsini, yəni onların tətbiqini istəyiriksə,
onda mövcud səviyyələrini
yüksəltməli, biliklərini möhkəmlətməli və dərk etmələrini gücləndirməliyik. Bu,
müxtəlif mövzular daxil olmaqla, şagirdlərin maraq, meyil və tələbatlarına uyğun
mövzuların seçiminə geniş imkan yaradır, həvəsləndirmə tapşırıqları vasitəsi ilə
diferensiallaşmanı təmin edir. Məsələn, şagirdlərin durğu işarələri barədə
biliklərini möhkəmləndirmək üçün:
-Şagirdlərə durğu işarələrinin çıxarıldığı mətnə
düzgün durğu işarələrinin
yerləşdirilmələsini tapşırın.
-1-ci bənddəki tapşırığı oxşar şəkildə müsahibə hesabatı mətni üzərində tətbiq
edin.
-1 və 2-ci bənddəki tapşırıqlara bənzər tapşırıq yerinə yetirin, lakin öncə mətnləri
şagirdlərlə birlikdə oxuyun.
-İstənilən müsahibənin audio yazısını şagirdlərlə birlikdə dinləyin,
daha sonra
müsahibə haqqında dəqiq nümunələrdən istifadə edərək hesabat yazmağı
tapşırın.
-Şagirdlərə sinif yoldaşları və müəllimlərlə müəyyən mövzu da müsahibə
aparmaları və müsahibənin qeydləri əsasında hesabat yazmalarını tapşırın.
-Şagirdlərə tamaşa üçün səhnəcik ssenarisi hazırlamaq tapşırığını verin.
Beləliklə, müxtəlif həvəsləndirici üsullardan istifadə
edərək şagirdlərin durğu
işarələri barədə bilikləri möhkəmləndirilir. Lakin əldə olunan nəticə tapşırığın
çətinliyi və şagirdlərin bacarıqlarından asılı olaraq dəyişir. Bu, diferensiallaşma və
inkişafdır.
Dostları ilə paylaş: