Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə58/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   54   55   56   57   58   59   60   61   ...   69
Pedaqogika imtahan cavabları

təsərrüfat sənədləri. 
Məktəbin tədris-pedaqoji sənədləri aşağıdakılardır: Şagirdin şəxsi işi, sinif 
jurnalı, maraq üzrə kurs məşğələlərinin jurnalı, əsas təhsil haqqında 
şəhadətnamə blanklarının uçotu və verilməsi kitabı, orta təhsil haqqında attestat 
blanklarının uçotu və verilməsi kitabı, pedaqoji işçilərin şəxsi heyətinin uçotu 
kitabı, məktəbin pedaqoji şurasının protokolu kitabı, məktəb şurasının protokołu 
kitabı, məktəb üzrə əmr kitabı, buraxılan və əvəz edilən dərslərin uçotu kitabı. 
Məktəbin maliyyə-təsərrüfat sənədlərinə aiddir: məktəbin texniki pasportu
əsas vəsaitlərin inventar siyahısı, materialların anbar uçotu kitabı, müəssisənin 
ehtiyacı üçün materialların verilməsi cədvəli, istismarda olan az qiymətli və tez 
köhnələn əşyaların hərəkətinin operativ uçotu cədvəli, məktəbin kitabxana 
fondunun inventar kitabı. 
61.Məktəbdə sosial pedaqoqun fəaliyyəti haqqında fikirlərinizi bildirin. 
Sosial pedaqoq kimdir və onun fəaliyyəti nədən ibarətdir? Sosial pedaqoq 
məktəbdə uşaqların inkişafı və tərbiyəsi istiqamətində ailə, məktəb və 
ictimaiyyət üçbucağının qarşılıqlı əlaqəsini təşkil edir. Onun fəaliyyəti uşaqlarla 
əlaqələrin qurulmasını, yaş və psixoloji xüsusiyyətlərin öyrənilməsini, müxtəlif 
növ ictimai, faydalı fəaliyyat istiqamətlərinin təşkilini nəzərdə tutur. Müasir 
dövrdə uşaq və yeniyetmələrin yaş xüsusiyyətləri ilə bağlı üzləşdikləri 
problemlərin öhdəsindən gəlməsində, onların fəaliyyətinin səmərəli istiqamətə 
yönləndirilməsində sosial pedaqoqların böyük rolu vardır. Bununla yanaşı, sosial 
pedaqoq ailə və uşağın fəaliyyətini dəstəkləməli, davranış problemləri olan 
şagirdlərə mənfi təsirlərin qarşısını almalı, ehtiyac yarandıqda isə hüquqi yardım 
göstərməlidir. Sosial pedaqoqun vəzifələri aşağıdakılardan ibarətdir. 
• Uşaq sosial mühitə uyğunlaşmaqda çətinlik çəkəndə, şagirdlərə dəstək və 
yardım göstərir. 


• Valideyn müxtəlif səbəbləra görə öhdəliklərini yerinə yetirmədikdə uşağı 
həyati risklərdən, ailə problemlərindən qoruyur, ona müvafiq yardım 
göstərir. 
• Şagirdlərlə sosial mühit arasında vasitəçi rolunda çıxış edir. 
• Şagird, ailə, pedaqoji kollektiv, uşaq problemləri və mühafizəsi ilə məşğul 
olan dövlət strukturları, qeyri-hökümət təşkilatlarının nümayəndələri üçün 
məsləhət, görüş, seminar və təlimlər təşkil edir. 
• Sosial mühitdə humanist, mənəvi cəhətdən sağlam münasibətlərin 
yaradılmasını tənzimləyir. 
• Şagirdlər üçün psixoloji cəhətdən komfortlu və təhlükəsiz mühitin təmin 
olunması, onların həyat və sağlamlığının qorunmasına şərait yaradır. 
• Himayəyə ehtiyacı olan, fiziki imkanları məhdud, ekstremal vəziyyətlərə 
düşən şagirdlərə kömək məqsədilə müəllim, valideyn, xüsusi xidmət 
mütəxəssisləri, xeyriyyə cəmiyyətləri və s. ilə əlaqələr qurur. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin