Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə60/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   56   57   58   59   60   61   62   63   ...   69
Pedaqogika imtahan cavabları

Əlamətlər nəzəriyyəsi müəssisədə və ya işə qəbulda keçirilən müsahibələr 
zamanı aparılan psixometrik testlərin əsasını təşkil edir. Bu nəzəriyyələrə tənqidi 
yanaşanlar onun əsas çatışmazlığı kimi prosesin həddindən artıq sadələşdirilmiş 
olduğunu vurğulayırlar.
Davranış nəzariyyələri yaxşı lider və menecerin davranışlarını araşdırırlar. Bu 
davranışlara dəstək, əlaqə qurmaq və kömək göstərmək aiddir.
Təşkilatı nəzəriyyələr daha çox menecmenti əhatə edir və müəssisənin 
əhəmiyyətini, fəaliyyətini araşdırır. Müəssisənin iş prinsipinin anlaşılmasına 
xüsusi diqqət yetirilir, müəssisənin keçmiş və cari fəaliyyati, onlar arasındakı 
əlaqələr təhlil olunur. Keçmiş fəaliyyətin düzgün qiymətləndirilməsi, onunla cari 
mövcud fəaliyyət arasında daimi əlaqələrin qurulması, müqayisələrin aparılması 
menecerə gələcək fəaliyyətini dəqiq proqnozlaşdırmaq va planlaşdırmaq imkanı 
verir. 
Hakimiyyət və təsir nəzəriyyələrində əsas diqqət liderin komanda üzərində 
hakimiyyətinə fokuslanır və liderliyə dair vertikal yanaşma tətbiq edilir, yəni 
müxtəlif vəziyyətlərdə, problem həllində liderin tabeliyində olan komanda 
üzvləri ilə danışıqların aparılmasına üstünlük verilir. 
Sosial mübadilə nəzəriyyələri komandada birgə fəaliyyəti nəzərdə tutur.
Transformasiya nəzəriyyələri uzaqgörən liderliyin əsasıdır. Komanda ümumi 
məqsədlərə nail olmaq üçün birgə çalışır, lider isə komandanın imkanlarını 
genişləndirir. 
64.Liderlik və menecment üslubları arasında məna əlaqələri yaradın. 
Liderlik liderlə müəssisədə çalışanlar, komanda üzvləri arasındakı münasibətləri 
əhatə edir. Aşağıda liderlik və menecmentə dair ənənəvi və müasir üslubların 
təsviri verilir: 
Demokratik lider personal ilə müxtəlif variantların müzakirəsini aparır və 
optimal həll yolunu seçir. O, adətən, nümunə olur, müəssisənin inkişafı ilə 
bağlı təklifləri dəstəkləyir, ilkin məsləhətləşmələrdən sonra əməkdaşlara 


yeni ideyaların həyata keçirilməsi ilə bağlı təşəbbüs irəli sürmək üçün 
şərait yaradır. İclaslar əvvəlcədən müəyyənləşdirilmiş formada – gündəlik 
əsasında keçirilir, komanda üzvlərinə fikirlərini ifadə etmək imkanı verilir 
və yaranan problemlərin müzakirəsinə zəmin yaradılır.
Qarışmayan lider, adətən, komanda üzvlərinin kifayət qədər peşəkarlığına 
əmin olduğu üçün fəaliyyətinə müdaxilə etmir, onlara sərbəstlik verir. Bu 
idarəetmə üslubunda əməkdaşlar eyni komandanın tərkibində fəaliyyət 
göstərsələr də, işlərini ayrı-ayrılıqda tənzimləyirlər. Kompleks xidmətlər 
göstərən müəssisədə hər xidmət fərdi struktura və hədəflərə malikdir. 
Belə vəziyyətdə lider daha çox menecer funksiyası yerinə yetirir, lazım 
gəldikdə müxtəlif xidmətlərin fəaliyyətini koordinasiya edir və belǝliklə də, 
komanda üzvlərinin təcrübəsindən yararlanmaq üçün imkan yaranır. 
Qarışmayan lider tipi bütün məsələləri və problem yarandıqda da 
məsuliyyəti digərlərinin öhdəsinə buraxır. 
• Avtokratik lider struktur, təşkilat, təchizat və münasibətlərin bütün 
aspektlərinə nəzarət edir. Sadek bu tip lideri torun mərkəzindəki 
hörümçəyə bənzətmişdir. O, öz fikir və fəlsəfəsini hər kəsə məcburi qəbul 
etdirir. Komanda üzvləri onlara diktə edildiyini, fikirlərinə dəyər 
verilmədiyini və dinlənilmədiyini açıq-aydın görürlər.
Məsləhətçi lider əməkdaşlara suallarla müraciət edir, onları dinləyir və 
əksər hallarda müəssisənin fəaliyyəti və göstərdiyi xidmətlər haqqında 
peşəkar olduqları üçün qərar qəbulunda fikirlərini nəzərə alır. Məsləhətçi 
lider iki tipə ayrılır: avtokratik məsləhətçi və demokratik məsləhətçi. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin