Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Menecer və lider arasındakı fərqi müəyyənləşdirin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə59/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   55   56   57   58   59   60   61   62   ...   69
Pedaqogika imtahan cavabları

62.Menecer və lider arasındakı fərqi müəyyənləşdirin. 
Təhsil müəssisəsinin keyfiyyətli xidmət göstərməsi onun səmərəli idarə 
olunmasından asılıdır. İdarəetmədə səmərəlilik təhsil müəssisəsini idarə edənin 
şəxsi keyfiyyətlərinə bağlı amildir. Təhsil müəssisəsini idarə edən şəxslər iki qrupa 
bölünürlər: lider və menecer. Hər iki istilah bir-biri ilə sıx əlaqədədir. Menecment 
məhdud resurslarla daha yaxşı, mükəmməl nəticələrin ǝldə olunmasına kömək 
göstərən təşkilati bacarıqların mövcudluğunu tələb edir. Buraya daxildir: vaxt, 
görüşlər, strukturlar, sistemlər, resurslar, insanlar, komandalar, maddiyyat. 
Menecment mexaniki fəaliyyətdir, sistem və strukturları əhatə edir. Liderlik isə 
daha dinamikdir, insan, dəyərlər, innovasiyalarla əlaqəlidir, paylaşma, motivasiya 
və çağırışları nəzərdə tutur. Liderlik və menecerlik bacarıqları eyni olmasa da
yaxşı lider eyni zamanda yaxşı menecer, inzibatçı, idarəçi olmalıdır. Daha dəqiq 
desək, yaxşı liderin fəaliyyəti həm liderin, həm də menecerin işini əhatə edir. 
Səmərəli lider menecment və liderlik üçün kifayət qədər vaxt ayırır, hədəfləri 
müəyyənləşdirməklə yanaşı, sistemi idarə edir, bütün istiqamətləri diqqətdə 
saxlayır. O, bütöv komandanı və üzvləri dəstəkləyir, lazımi kömək göstərir
səmərəli fəaliyyət üçün struktur və sistemlərin işini, komanda tərkibində 
tapşırıqların yerinə yetirilməsini təşkil edir. Lider komandanın fəal üzvü kimi onu 
idarə etməli, komandada fəaliyyət göstərən hər kəs üçün əlçatan olmalı, şəffaf 
fəaliyyət göstərməlidir. 


63.Liderliklə bağlı müxtəlif nəzəriyyə və yanaşmaları dəyərləndirin. 
Liderliklə bağlı müxtəlif nəzəriyyə və yanaşmalar mövcuddur: Əlamətlər 
nəzəriyyəsi liderlərdə ümumi xüsusiyyətlər axtarır liderlik təlim-tərbiyənin deyil, 
təbiətin nəticəsidir, insan lider kimi formalaşmır, o, lider kimi doğulur.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin