58.Planlaşdırma və nəzarətin mahiyyətini açıqlayın. İdarəetmə prinsiplərindən biri də planlaşdırma və nəzarətdir. İdarəetmə
sistemində planlaşdırma mühüm rola malikdir. Hər bir iş planlaşdırmadan
başlanır. Planlaşdırma – şagirdlərin təlim-tərbiyəsini daha da yaxşılaşdırmaq üçün nəzərdə tutulan kompleks tədbirlərin müəyyənləşdirilməsi və sistemləşdirilməsidir. Nəzarət idarəetmənin əsas tərkib hissələrindəndir, yəni qəbul edilmiş qanunların, qərarların, sərəncamların, əsasnamələrin, qaydaların, təlimatların, əmrlərin və s. icrasının tələbə uyğunluğunu yoxlamaq deməkdir. Məktəb rəhbərləri, xüsusən də direktor əvvəlcədən planlaşdırdığı və
icra üçün kiməsə, yaxud kimlərəsə tapşırdığı işin, qərarın, əmrin, sərəncamın
necə yerinə yetirildiyini, mövcud tələblərə uyğunluğunu müntəzəm müşahidə
etməli, nöqsanları vaxtında aşkara çıxarmalı və aradan qaldırmaq üçün tədbirlər
müəyyənləşdirməlidir.
Pedaqoji rəhbərlik və idarəetmədə məktəbdaxili nəzarət mühüm yer
tutduğundan onun məqsədini, məzmununu, forma və metodlarını dəqiq
müəyyənləşdirmək, yaxşı dərk etmək mütləqdir.
Pedaqoji ədəbiyyatda nəzarətin ümumi, xüsusi və spesifik formaları təqdim olunmuşdur.
Məktəbdaxili nəzarətdə fəaliyyət göstərən ümumi formalara – tematik, frontal, kompleks və qrup halında nəzarət formaları daxildir. Xüsusi formalara fərdi nəzarət, icmal nəzarəti, izləyici nəzarət, müqayisəli nəzarət, ümumiləşdirici nəzarət və s. formalarını aid etmək olar. Məktəbdaxili nəzarətin spesifik formaları da vardır. Bunlar məktəbdaxili nəzarətin strukturuna daxil olan sahələrin özləri qədər müxtəlifdir. Dərsin müşahidəsi, sinif rəhbərinin tərbiyəvi işinin, dərs cədvəlinin tərtibinin pedaqoji