1.11. Hormonlar
Hormon sözü 1902-ci ildə ingilis fizioloqları M.Beyliss
və E.Starling tərəfindən elmə daxil edilmiş və yunanca
“oyadıram” deməkdir. Hormonlar orqanizmdə daxili sekresiya
vəzilərində (qalxanvari, mədəaltı, böyrəküstü və s.) sintez
olunur. Daxili sekresiya vəzilərində sintez olunan hormonlar
haqqındakı elm endokrinologiya adlanır. Hal-hazırda dünya
alimləri tərəfindən bu elmin inkişafına xüsusi olaraq fikir
verilir.
Çünki
insan
orqanizminin
normal
fəaliyyəti
hormonların bioloji və fizioloji xüsusiyyətlərindən çox asılıdır.
Orqanizmin xüsusi üzv və toxumalarında sintez olunan qana və
ya limfaya ifraz edilən müxtəlif orqanlara təsir göstərən,
spesifik fizioloji aktiv maddələrə hormonlar deyilir. Hormonlar
180
qan və ya digər toxuma mayeləri vasitəsilə orqanizmin hər
tərəfinə yayılaraq özlərinə məxsus üzv və toxumaların
funksiyalarını tənzimləyirlər. Orqanizmin müxtəlif hüceyrələri-
nin həyat-fəaliyyəti zamanı əmələ gələn və müəyyən fizioloji
aktivliyə malik olan mübadilə məhsullarına (metabolizm)
parahormonlar deyilir. Karbonat turşusu, sidik cövhəri, karbon
qazı və s. maddələr parahormonlara aiddir. Orqanizmdə sintez
olunan, fizioloji təsirə malik, lakin hormon haqqında deyilən
tərifə uyğun gəlməyən bir qrup maddələr də vardır ki, onlara
hormonoidlər
deyilir.
Hormonoidlər
qrupuna
hüceyrə
hormonları, toxuma hormonları, bitki hormonları və bir sıra
digər maddələr aiddir. Hüceyrə hormonları yalnız əmələ
gəldikləri hüceyrələrin daxilində təsir göstərir, toxuma
hormonları isə sintez olunduqları yerin yaxınlığındakı
üzvlərinə təsir göstərən fizioloji aktiv maddələrdir. Bitki
hormonları ən çox bitki orqanoidlərində və qida məhsullarında
geniş yayılmışdır.
Hormonlar spesifikliyə malik, xüsusi vəzilərdə istehsal
olunan qana ifraz edilən yüksək bioloji aktivliyə malik üzvi
maddələrdir. Bu xassəyə uyğun olan hormonlar orqanizmin
həqiqi hormonları hesab olunur.
Hormonlar kimyəvi
quruluşundan asılı olaraq müəyyən bir bioloji təsir
mexanizminə malikdirlər.
Hormonların
təsnifatı.
Hal-hazırda
100-dən
artıq
hormonların
varlığı
aşkar
edilmişdir.
Onlar
kimyəvi
quruluşlarına görə bir-birilərindən kəskin surətdə fərlənirlər.
Hormonlar kimyəvi quruluşuna görə yox, sintez olunduqları
vəzilərin adına uyğun olaraq adlandırılırlar. Məsələn, mədəaltı
vəzinin Langerhans adacıqlarında sintez olunan hormonlardan
biri insulin adlanır (latınca insulin–“adacıq” deməkdir).
Bundan başqa tireotropin, prolaktin, vazopress hormonlarının
adları onların orqanizmdə daşıdıqları funksiyaları özlərində əks
etdirir. Hormonlar kimyəvi təbiətinə görə üç böyük qrupa
bölünürlər.
181
1. Polipeptid və zülal təbiətli hormonlar.
2. Aromatik aminturşularının törəmələri olan hormonlar.
3. Steroid hormonları.
Birinci qrupa–sadə (prolaktin, insulin və s.), mürəkkəb
zülal (tireotropin, lipotrieopin və s.) və polipeptid (qlükaqon,
kortikotropin, kalsitonin, vazopressin, oksitosin və s.)
hormonları aiddir. Aromatik aminturşularının törəmələri olan
qrupa isə əsasən böyrəküstü, qalxanabənzər və s. hormonlar aid
edilir. Steroid hormonları sterenlərdən sintez olunurlar. Bunlara
böyrəküstü
vəzinin
qabıq
maddəsinin
hormonları
(kortikosteroidlər) və cinsiyyət hormonları (androgenlər və
estrogenlər) aiddir. Bəzi hormonların fizioloji və bioloji
xüsusiyyətləri haqqında məlumatla tanış olaq.
Qalxanabənzər vəzi hormonları. Onun çəkisi normal
halda insan orqanizmində 25-30 qram olmaqla, qanla yaxşı
təchiz olunmuş orqandır. Qalxanabənzər vəzinin əsas
hormonlarına tərkibində yod olan tiroksin və triyodtiroksin
aiddir. Bu hormonlar orqanizmdə sintez olunan tireoqlobulin
zülalının tərkibində olan tirozin qalıqlarına yod atomlarının
birləşməsi nəticəsində əmələ gəlir. Bu prosesi sxematik olaraq
aşağıdakı kimi göstərmək olar:
1) OH OH
+ J
2
→ J J
CH
2
CH
2
CHNH
2
CHNH
2
COOH COOH
Tirozin Diyodtriozin
182
2) OH CH
2
–CH–COOH
J J NH
2
+ J J →
CH
2
–CHNH
2
–COOH OH
OH CH
2
–CH–COOH
CH
3
J J NH
2
→ CHNH
2
+
J J
COOH O
Alanin Tiroksin
Orqanizmdə qanın tərkibində üçyodtironinin də varlığı da
müəyyən edilmişdir. Bu maddə tərkibcə tiroksinə oxşayır,
ancaq fəallığı ondan 10-15 dəfə artıqdır.
OH CH
2
–CHNH
2
–COOH
J J
J J
O
Üçyodtrionin
Qalxanabənzər vəzində monoyodtirozinə də rast gəlinir.
Bunların
əsas
nümayəndəsi
olan
tiroksinin
maddələr
mübadiləsində rolu böyükdür. Đnsan orqanizmində yod
çatışmadıqda
qeyd
olunan
qalxanabənzər
vəzinin
hormonlarının sintezi pozulur. Yod isə orqanizmə yalnız qida
maddələri vasitəsilə daxil olur. Qida vasitəsilə qəbul olunmuş
183
yod həzm sistemindən qana sovrulur. Sağlam şəxslərin qanında
10-15 mq% yod olmalıdır. Orqanizmdə yod birləşmələri
əsasən üç formada olur.
1. Zülallarla birləşmiş şəkildə (tireoqlobulinin tərkibində).
2. Tiroksin və mono-di və üçyodtironinin tərkibində.
3. Qeyri-üzvi yod birləşmələri şəklində.
Üzvi və qeyri-üzvi yod birləşmələrinin bir-birinə nisbəti
yod əmsalı adlanır. Bu əmsal adətən 0,2÷0,5-ə bərabər olur.
Qalxanabənzər vəzi qanın tərkibində olan yodu özündə
toplayır. Üzvi və qeyri-üzvi yod birləşmələri fermentlərin təsiri
ilə (sitoxromoksidaza, peroksidaza və s.) parçalanaraq, sərbəst
yoda çevrilirlər. Sonra isə qeyd olunan hormonlar sintez
olunur. Əgər qida vasitəsilə yod az və ya heç daxil olmadıqda
qalxanabənzər vəzi hormonlarının sintezi pozulur. Bu da
orqanizmin zəifləməsinə, arıqlamasına, çəpgözlük əlamətinin
baş verməsinə, ürək döyüntünün artmasına, əllərin titrəməsinə
və s. əlamətlərin meydana çıxmasına səbəb olur. Daha doğrusu,
bu hallar, hal-hazırda əhali arasında geniş yayılmış “zob”
deyilən xəstəliyin əmələ gəlməsinə səbəb olur. Qalxanabənzər
vəzi hormonlarının insan orqanizmi üçün əhəmiyyəti
böyükdür. Bu vəzin hormonları insanlarda boy artımına,
ümumi inkişafa, zülal, karbohidrat, yağ, su və duz
mübadiləsinin
tənzimlənməsinə,
sinir
sisteminə,
ürək
xəstəliklərinə və cinsiyyət orqanlarına da təsir göstərir. Bu
hormonların çatışmaması nəticəsində orqanizmin zülallara və
yağlara olan tələbatı kəskin surətdə artır. Đnsanların çox qida
qəbul etməsinə baxmayaraq yenə də arıqlama halları müşahidə
olunur. Belə ki, nəticədə sidiklə ifraz olunan azotun, sidik
cövhərinin miqdarca daha çox artmasına şərait yaranır. Yüksək
dozalarda dərman preparatları, o cümlədən tiroksin qəbul
etdikdə, orqanizmin yağ ehtiyatı azalır, karbohidratların
(polisaxaridlərin)
parçalanması
sürətlənir.
Bu
zaman
monosaxaridlərin (qlükozanın) qanda miqdarı bir qədər
yüksəlir, qaraciyəin qlikogen ehtiyatı azalır.
184
Böyrəküstü vəzi hormonları. Böyrəküstü vəzilərin həm
qabıq, həm də beyin hissəsində çoxlu hormonlar sintez olunur.
Bu vəzilərin çəkisi insanlarda 10-12 qramdır. Bunların
çəkisinin 10% beyin qatından, 90% isə qabıq qatından
ibarətdir. Böyrəküstü vəzinin beyin maddəsinin hormonları
katexolaminlər adlanır. Bu hormonlara–adrenalin, noradrenalin
və izopropiladrenalin aiddir. Bu hormonlar orqanizmdə
tirozindən və fenilalanindən sintez olunur.
HO HO CHOH
HO HO CH
2
CH–CH
2
–NH–CH
3
NH
2
OH
Adrenalin Noradrenalin
HO
HO
H–C–OH
H
2
C–NH–CH(CH
3
)
2
Đzopropiladrenalin
Hormonal aktivliyə malik olan maddələr arasında
kimyəvi quruluşu ilk dəfə öyrənilən–adrenalindir. Bu maddə
ilk dəfə 1901-ci ildə Takamine tərəfindən, böyrəküstü vəzin
beyin maddəsindən alınmış və 1902-ci ildə isə sintetik yolla
əldə edilmişdir. Kimyəvi quruluşuna görə adrenalini α-
metilaminetanolpirokatexin də adlandırmaq olar. Adrenalinin
biosintezinin ilk mərhələsi, tirozinin, tirozinaza (fenolaza və ya
185
fenoloksidaza) fermentinin iştirakı ilə oksidləşərək, dihidroksi-
fenilalaninə (DOFA) çevrilməsindən ibarətdir. Alınmış maddə,
dekarboksilaza fermentinin təsiri ilə karboksilsizləşərək,
dofaminə (hidroksitiramin) çevrilir. Dofamin böyrəküstü
vəzilərdə yığılıb qalmır, onun yan zənciri dərhal β-hidroksil-
ləşmə prosesinə məruz qalır və nəticədə noradrenalin sintez
olunur. Sonra noradrenalin də adrenalinə çevrilir. Bu proses
sxematik olaraq aşağıdakı kimi gedir.
CH
2
–CH–COOH
Ferment
––––→
HO NH
2
Tirozin
Ferment
HO CH
2
–CH–COOH
––––→ →
HO NH
2
(DOFA)
HO CH
2
–CH
2
–NH
2
HO CH–CH
2
–NH
2
→ → →
HO HO OH
Dofamin Noradrenalin
HO CH–CH
2
–NH–CH
3
↔
HO OH
Adrenalin
186
Adrenalin noradrenalinin törəməsidir, onun metilləşmə-
sindən əmələ gəlir. Onu orqanizmə çox kiçik dozalarda (bədən
çəkisinin hər 1 kq-na 0,0001÷0,00001 mq) fizioloji təsir
göstərir. Adrenalinin optimal dozası ürəyin yığılmasını
sürətləndirir, qan damarlarını daraldaraq, arterial təzyiqi
yüksəldir. O əzələ fəaliyyətini tənzimləyir, onun tonusunu,
işləmə qabiliyyətini artırır.
Adrenalin qaraciyərdə və əzələlərdə olan qlikogenin
parçalanmasını
sürətləndirməklə
yanaşı,
həm
də
karbohidratların mübadiləsində tənzimləyici funksiyasını
yerinə yetirir. O, qlikogenin parçalanmasının ilk mərhələsi olan
fosforoliz prosesini artırmaqla, onun qlükozaya qədər
parçalanmasını sürətləndirir. Adrenalin qanda qlükozanın
çoxalmasına şərait yaradır.
Noradrenalin əsasən damarların divarlarında olan əzələ
liflərinə təsir edərək, onları daraldır və qan təzyiqini artırır. O,
karbohidrat mübadiləsinə və toxumalarda gedən oksidləşmə
prosesinə adrenalinə nisbətən 5-8 dəfə zəif təsir göstərir.
Đzopropiladrenalin insanların böyrəküstü vəzilərində çox
az miqdarda təsadüf edilir. Onun yüksək dozaları güclü
damargenəldici təsir göstərir, orta dozaları isə ürək
yığılmasının ritmini surətlə artırır.
Böyrəküstü vəzilərin qabıq maddəsində sintez olunan
hormonlar kimyəvi quruluşuna görə steroidlər qrupuna
aiddirlər. Hal-hazırda bu vəzinin qabıq hissəsinin ekstraktından
50-dən çox steroid təbiətli birləşmələr alınmışdır. Lakin bu
birləşmələrin yalnız səkkizi bioloji aktivliyə malikdir, digərləri
isə hormonların biosintezi zamanı aralıq məhsul kimi əmələ
gələn maddələrdir. Bu hormonların quruluşunun əsası
tsiklopentanperhidrofenantrenin törəmələridir. Bu qrup hor-
monları çox vaxt kartikosteroidlər və ya kortikoidlər adlandırır-
lar.
Bunlara misal olaraq kartikostereni, kortizonu, kortizolu,
aldosteronu və qeyrilərini göstərmək olar.
187
CH
2
OH
C=O
CH
3
HO
CH
3
O =
Kortikosteron
CH
2
OH
C=O
CH
3
OH
O
CH
3
O =
Kortizon
188
CH
2
OH
C=O
CH
3
OH
HO
CH
3
O=
Kortizol
CH
2
OH
C=O
HOCH
HO
CH
2
O=
Aldosterol
Bu hormonlar zülalların, karbohidratların, yağların və
mineral maddələrin mübadiləsində iştirak edirlər. Orqanizmə
göstərdikləri əsas fizioloji təsirə görə kortikosteroidlər 2 qrupa
bölünürlər:
1. Karbohidrat və zülal mübadiləsinə təsir göstərən
kortikosteroidlər – qlükokortikoidlər.
2. Mineral maddələr və su mübadiləsini tənzimləyən
kortikosteroidlər – mineralokortikoidlər.
189
Mədəaltı vəzi hormonları. Bu vəzin insan orqanizmində
çəkisi 80-90 qramdır. Mədəaltı vəzinin əsas hormonu
insulindir. Bu hormon Langerhans adacıqlarında beta-
hüceyrələrində sintez olunur. Hal-hazırda məlum olmuşdur ki,
o sadə zülaldır. Đnsulinin nəinki kimyəvi tərkibi, hətta, onun
quruluşu da müəyyən edilmişdir. Đnsulin ilk dəfə 1963-cü ildə
Sengerin laboratoriyasında sintez edilmişdir. Ona görə də
Senger Nobel mükafatı laureatıdır. Đnsulinin tərkibində 51
aminturşusunun qalığı vardır. Onun molekulu iki disulfid
rabitəsi ilə birləşmiş iki polipeptid zəncirindən ibarətdir. Bu
zəncirlərdən birinin (A-polipeptidin) tərkibində 21, digərində
isə (B-polipeptid) 31 aminturşusunun qalığı vardır. Đnsulin
mədəaltı vəzində qeyri-aktiv şəkildə ifraz olunur. Onun qeyri-
aktiv forması proinsulin adlanır. Proinsulinin molekulunda 84
aminturşusunun qalığı vardır. Onun tərkibindən 33 aminturşusu
qalığından ibarət polipeptid ayrılır və fəallaşmış formada
insulin əmələ gəlir. Đnsulin mədəaltı vəzində fasiləsiz olaraq
sintez olunur.
Đnsulin
molekullarında
əmələ
gəlmiş
kompleks
birləşmələrin tərkibində sink atomlarına (0,3%) da rast gəlinir.
O qlükozanın qandan toxumalara keçməsini, onun toxumalar
tərəfindən energetik material kimi istifadə olunmasını və
qlikogenin sintezini sürətləndirir. Đnsulin karbohidratların
mübadiləsinin tənzimlənməsində iştirak edir. O, adrenalinin
əksinə təsir göstərərək, qanda qlükozanın miqdarını azaldır və
onun qlikogenə çevrilməsini təmin edir. Orqanizmdə istənilən
qədər insulin olmadıqda, qanda qlükozanın miqdarı çoxalır,
nəticədə şəkərli diabet deyilən xəstəlik əmələ gəlir. Đnsanlar bu
xəstəliyə qarşı mübarizə aparmaq üçün gündəlik qida rasionla-
rına düzgün əməl etməlidirlər. Belə ki, əsasən orta və yaşlı
hətta sağlam insanlar da gün ərzində şəkərli məhsullardan, o
cümlədən tərkibində nişasta olan qidalardan–çörəkdən, kartof-
dan, makaron məmulatlarından və qeyrilərindən az istifadə
etməlidirlər. Đnsanlar düzgün qidalanmaqla qanda olan qlüko-
190
zanın miqdarını nizamlaya bilərlər. Belə olan halda insanların
şəkər xəstəliyinə tutulmasının qarşısı xeyli azalmış olar.
Burada dahi Nizami Gəncəvinin bir misrasını qeyd etmək
istəyirəm: “Bir incə saflığı olsa da suda, artıq içiləndə dərd
verir o da”.
Qlükaqon. Bu hormon mədəaltı vəzinin alfa hüceyrələrin-
də əmələ gəlir. Onun tərkibində 29 aminturşusunun qalığı
vardır. Son zamanlar məlum olmuşdur ki, tam təmizlənməmiş
kristallik formada olan insulinin tərkibində başqa bir hormon–
qlükaqon da olur. O əvvəlcə insulinin əksinə təsir göstərərək,
qanda qlükozanın miqdarını yüksəldir, sonra isə onu uzun
müddət aşağı səviyyədə saxlayır.
Qlükaqon qlikogenolitik təsirinə görə adrenalinə oxşayır.
Lakin adrenalindən fərqli olaraq qlükaqon arterial təzyiqi
yüksəltmir. O, piy toxuması hüceyrələrinə təsir göstərir.
Qlükaqon piy toxumalarından qliserinin və yağ
turşularının ayrılmasını tezləşdirir, onların qana keçməsini
sürətləndirir. O, lipaza qrup fermentlərinin fəallığının
artmasına təsir göstərir. Toxumalarda mövcud qlükozanın,
fruktozanın və başqa şəkərlərin yağ turşularına və xolesterinə
çevrilməsinə mane olur.
Bundan başqa, insan orqanizmində mövcud cinsiyyət,
hipofiz və başqa hormonların da rolu böyükdür. Onlar
orqanizmdə baş verən fizioloji və biokimyəvi proseslərin
gedişində
iştirak
edirlər,
maddələr
mübadiləsinin
tənzimlənməsində mühüm əhəmiyyət kəsb edirlər. Düzgün
qidalanmaqla qeyd olunan hormonların fəaliyyətini artırmaqla
yanaşı onların bioloji rolunu tənzimləmək mümkündür.
Hormonoidlər. Đnsan orqanizmində hormonlar kimi
fizioloji təsirə malik, lakin daxili sekresiya vəzilərində sintez
olunmayan bir qrup üzvi birləşmələr də vardır ki, onlara
hormonoidlər deyilir. Qida məhsullarında hormonoidlərdən
oksitriptofanamin (serotan), histamin geniş yayılmışlar. Onlar
bitki və heyvan mənşəli məhsulların emalı zamanı aromatik
191
aminturşularının dekarboksilsizləşməsindən əmələ gəlirlər. Bu
hormonoidlər insan orqanizmində maddələr mübadiləsi zamanı
da əmələ gəlir. Bunlara olan ehtiyac qida vasitəsilə də ödənilir.
Oksitriptofanaminin quruluş düsturu və sintezi aşağıdakı
kimidir:
HO CH
2
–CH–COOH
NH
2
Oksitriptofan
HO CH
2
–CH
2
–NH
2
+ CO
2
Oksitriptofanamin
Histamin hormonoidi isə histidin adlanan aminturşunun
dekarboksilsizləşməsi zamanı əmələ gəlir.
N CH
2
–CH–COOH N CH
2
–CH
2
–NH
2
NH
2
+CO
2
NH NH
Histidin Histamin
Histamin və oksitriptofanamin hormonoidləri əsasən
alkoqollu və alkoqolsuz içkilərin istehsalı zamanı əmələ
gəlirlər. Onlar qida məhsullarının (pivə, şərab, konyak, şampan
və s.) dadına, ətrinə müsbət təsir göstərirlər. Qida
məhsullarının spesifik xüsusiyyətlərinin əmələ gəlməsində
iştirak edirlər. Bu hormonoidlər kaqor, madera, desert tipli
şərabların dadının, ətrinin əmələ gəlməsində mühüm rol
oynayırlar. Onlar ət və ət məhsullarının, süd və süd
192
məhsullarının da tərkibində geniş yayılmışlar. Qeyd olunan
hormonoidlər ət və süd məhsullarının (kolbasa, sosiska, pendir,
kefir və s.) tərkibində daha geniş yayılmışdır. Son zamanlar
müəyyən olunmuşdur ki, hormonoidlər ən çox qıcqırma prosesi
zamanı aromatik aminturşuların çevrilmələrindən və xüsusi
mayalar tərəfindən sintez olunurlar.
Yuxarıda qeyd olunanlardan aydın olur ki, hormonların
insan orqanizmində çox böyük əhəmiyyəti vardır. Onlardan
müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunur.
Hormonlar insan orqanizmində baş verən maddələr mübadiləsi
prosesinin tənzimlənməsində mühüm rol oynayırlar.
Dostları ilə paylaş: |