1.1.3. Zülalların quruluşu haqqında məlumat
Tədqiqatların nəticəsinə görə zülalların birinci, ikinci,
üçüncü və dördüncü quruluşu müəyyən edilmişdir.
Zülal molekullarında aminturşu qalıqlarının yerləşmə
ardıcıllığına zülalların birinci quruluşu deyilir. Aminturşu
qalıqlarının
birləşmə
ardıcıllığının
müxtəlifliyi
zülal
molekullarının dəyişməsinə səbəb olur. Aminturşular arasında
25
olan peptid və disulfid rabitələri zülalların birinci quruluşuna
aiddir.
Müasir analiz üsullarının (rentgenostruktur, elektron
mikroskopiyası, nüvə-maqnit rezonansı və s.) köməyi ilə
müəyyən olunmuşdur ki, zülal molekullarını təşkil edən
polipeptid zəncirlər düzxətt boyunca yox, əksinə spiralvarı
formadadır. Zülal molekullarının belə fəza konfiqurasiyası
zülalların
ikinci
quruluşu
adlanır.
Bu
quruluşun
aydınlaşdırılmasında Polinq və Korinin rolu böyük olmuşdur.
Müəyyən olunmuşdur ki, ikinci quruluşun əmələ gəlməsində
hidrogen rabitələri də iştirak edir. Hidrogen rabitələrinin
yerləşməsinə görə, zülalların ikincili quruluşunun α və β
formaları müəyyən edilmişdir.
α-strukturlu polipeptid zəncirləri molekuldaxili hidrogen
rabitələri hesabına əmələ gəlir. Belə hidrogen rabitələri
polipeptid zəncirinə spiral forması verir.
α-spiralın polipeptid zəncirləri β-spirallarla nisbətən
davamlı olur. β-strukturlu polipeptid zəncirlərinin əmələ
gəlməsində hidrogen rabitələri əsasən müxtəlif molekullar
arasında yerləşir. Müəyyən olunmuşdur ki, tərkibində çoxlu
alanin və qlisin qalıqları olan zülallar asanlıqla-struktur əmələ
gətirirlər. Zülal molekullarında polipeptid zəncirlərinin
təxminən 70%-i-spiral formasında olur. Zülalların üçüncü
quruluşu polipeptidlərin fəzadakı vəziyyətini və spiralın
formasını göstərir. Zülal molekullarının xarici forması əsasən
yumşaqşəkilli olur. Üçüncü quruluş pozulduqda zülallar bioloji
aktivliyini
itirir.Zülalların
dördüncü
quruluşu
müxtəlif
polipeptid zəncirlərinin bir zülal molekul şəklində birləşməsinə
deyilir. Daha doğrusu zülal molekullarını əmələ gətirən
polipeptidlərin bir-biri ilə birləşməsindən sonra ümumi
molekulun fəzadakı quruluşunu göstərir.
Hazırda dördüncü quruluşa malik olan çoxlu sayda
zülallar məlumdur. Belə zülallar qida sənayesində və tibbdə
geniş istifadə olunur. Bunlara misal olaraq pepsini, tripsini,
26
amilazanı, ribonukleazanı, kokarboksilazanı, laktatdehidroge-
nazanı, alkoldehidrogenazanı, askorbinatoksidazanı, poli-
fenoloksidazanı, saxarazanı və ya β-D-fruktofuranozidazanı,
malatdehidrogenazanı və başqalarını göstərmək olar.
1.1.4. Zülalların qidalanmada əhəmiyyəti
Đnsanların
gündəlik
qidasında
əvəzolunmayan
aminturşuların çox böyük əhəmiyyəti vardır. Ona görə ki,
əvəzolunmayan aminturşular orqanizm tərəfindən sintez
olunmur.
Đnsanların
aminturşularına
olan
gündəlik
tələbatı
aşağıdakı cədvəldə göstərilmişdir.
Cədvəl 1
Əvəzolunmayan
aminturşular
q-la
Əvəzolunan
aminturşular
q-la
Triptofan
Leysin
Đzoleysin
Valin
Treonin
Metionin
Fenilalanin
Lizin
1
4-6
3-4
3-4
2-3
2-4
2-4
3-5
Histidin
Argenin
Alanin
Sistin
Serin
Qlütamin turşusu
Aspargin turşusu
Prolin
Qlisin
Tirozin
1,5-2
5-6
3
2-3
3
16
6
5
3
3-4
Qeyd: Histidin və arginin uşaqlar üçün əvəzolunmayan aminturşular sayılır.
Müəyyən olunmuşdur ki, çəkisi 70 kq olan hər bir insan
gün ərzində 80-100 qram zülal qəbul etməlidir. Qəbul olunmuş
zülallar, orqanizmdə fermentlərin təsiri ilə aminturşularla və
qeyri-zülal təbiətli maddələrlə parçalanır. Sonra hər bir insanın
özünəməxsus zülalı sintez olunur.
27
Qida məhsullarının tərkibində bütün əvəzolunmayan
aminturşular lazımi qədər olduqda keyfiyyətli zülal hesab
olunur. Qidanın tərkibində bir və ya bir neçə əvəzolunmayan
aminturşu çatışmadıqda canlı orqanizmdə zülalların sintezi,
azot balansı, maddələr mübadiləsi prosesi pozulur. Beləliklə,
orqanizmin inkişafı, işgörmə qabiliyyətli, bütün fizioloji
proseslər pozulur. Keyfiyyətli qida insan və bütün canlıların
həyatı üçün çox vacibdir. Bitki mənşəli zülallara nisbətən,
heyvan mənşəli zülallar (ət zülalı, balıq, yumurta, süd və
südməhsulları) keyfiyyətli sayılır. Ona görə də qəbul olunmuş
zülalın qidada 60%-ni heyvan mənşəli məhsullar təşkil
etməlidir.
1.1.5. Zülalların təsnifatı
Bütün zülallar iki böyük qrupa bölünür:
1. Sadə zülallar (proteinlər).
2. Mürəkkəb zülallar (proteidlər).
Sadə züllar hidroliz olunduqda yalnız aminturşulara
ayrılır.
Mürəkkəb
zülallar
isə
hidroliz
olunduqda
aminturşulardan əlavə zülal təbiətli olmayan birləşmələr də
alınır. Zülal təbiətli olmayan birləşmələrə nuklein turşuları,
sulukarbonlar, fosfat turşusu, bəzi metallar, yağ turşuları və s.
aiddir.
1.1.6. Sadə zülallar
Bu qrupa albuminlər, qlobulinlər, prolaminlər, qlüteinlər
və s. aiddir.
Albuminlər-bitkilərin
bütün
toxumalarında
geniş
yayılmışdır. Suda yaxşı həll olur. Albuminlərə yumurtanın
ağında, bitkilərin yaşıl hissələrində, paxlalı bitkilərdə daha çox
rast gəlmək olar. Albumin bitki mənşəli zülalına misal olaraq
leykozini və lequmelini göstərmək olar. Leykozin bitki mənşəli
28
məhsullardan buğdanın tərkibində, lequmelin isə noxudun
tərkibində çox olur. Bu zülalların bəzi növləri kristallik şəkildə
alınmışdır.
Qlobulinlər-təmiz suda həll olmur, xörək duzunun 10%-li
məhlulunda yaxşı həll olur. Qlobulinlərin bir çox hissəsi
kristallik halda alınmışdır. Qlobulinlər ən çox bitkilərin
toxumunda olur. Noxudda lequmin, paxlada fazeolin zülalları
qlobulinlərə aiddir.
Prolaminlər-bu qrup zülallar suda pis həll olur, ancaq zəif
qələvi və turşularda, 70% etil spirtində isə yaxşı həll olur.
Prolaminlər hidroliz olunduqda çoxlu miqdarda prolin və
qlütamin turşularına ayrılır.
Bu növ zülallarda lizin çox az miqdarda olur. Hal-hazırda
aşağıdakı prolaminlər məlumdur. Buğdanın tərkibində-qliadin,
arpada-qordein, qarğıdalıda-zein və başqalarını göstərmək olar.
Qlüteinlər-ən çox bitkilərin toxumunda və yaşıl
hissələrində olur. Yalnız zəif qələvi məhlulunda (0,2%) həll
olur. Yaxşı öyrənilmiş və təmiz halda alınmış qlüteinlərə
aşağıdakılar aiddir. Buğdanın tərkibində qlüteinin, düyüdə-
orizenin və s. vardır.
1.1.7. Mürəkkəb zülallar
Mürəkkəb zülallar sadə zülallarla birlikdə qeyri-zülal
təbiətli birləşmələrdən təşkil olunmuşdur. Hidroliz olunduqda
həm aminturşular, həm də digər qeyri-zülal təbiətli fosfat
turşusu, nuklein turşuları, metallar və s. birləşmələrə ayrılır.
Mürəkkəb zülalların təsnifatı onların prostetik qruplarının
kimyəvi
təbiətinə
uyğun
adlandırılır.
Məsələn;
metalloproteidlər, fosfoproteidlər, qlikoproteidlər, nukleoprote-
idlər və qeyrilərini göstərmək olar.
Metalloproteidlər-tərkibində
sadə
zülallarla
yanaşı
müxtəlif metalların (mis, dəmir və s.) birləşməsindən əmələ
gəlmiş
mürəkkəb
zülallardır.
Bunlara
misal
olaraq
29
polifenoloksidazanı, askorbatoksidazanı, katalazanı və s.
göstərmək olar. Polifenoloksidazanı və askorbatoksidazanın
prostetik qrupları misdən, ancaq katalazanınkı isə dəmirdən
ibarətdir. Tərkibində dəmir atomları olan ferritin, transferrin və
hemosiderin metalloproteidlərin nümayəndəsi olub, bitki və
heyvan mənşəli qida məhsullarında geniş yayılmışdır.
Ferritinin molekul çəkisi 400 minə yaxındır. Onun tərkibində
üç valentli dəmir olur, transferrin suda yaxşı həll olan
metalloproteiddir. Onun molekul kütləsi 90 minə yaxın
olmaqla, tərkibində 0,13% dəmir olur. Transferrinin zülal
hissəsinə apotransferrin də deyilir. Transferrinin əsas
funksiyası dəmirin orqanizm toxumalarına daşınmasından
ibarətdir.
Transferrindən
və
ferritindən
fərqli
olaraq
hemosiderin molekulunda dəmir atomlarından başqa bəzi
nukleotidlər və karbohidratlar da olur. Onun bioloji rolu hələlik
yaxşı öyrənilməmişdir. Metalloproteidlərin başqa nümayəndəsi
olan karboanhidrataza və karboksilpeptidazanın tərkibində
prostatik qrup kimi sink ionları olur.
Son zamanlar aktiv qrupları qeyri-metal olan (flüor, brom
və s.) metalloproteidlər də aşkar edilmişdir.
Fosfoproteidlər-bunlar fosfat turşusu qalıqları ilə sadə
zülallardan
təşkil
olunmuş
mürəkkəb
zülallardır.
Fosfoproteidlər qida maddələrinin tərkibində olması çox
vacibdir. Belə ki, onlar, böyüməkdə olan orqanizmin inkişafına
yaxşı təsir göstərirlər. Fosfoproteidlərə misal olaraq süd zülalı
olan kazeini, yumurta sarısında tapılmış vitellin zülallarını
göstərmək olar.
Qidanın tərkibində olan fosfoproteidlər həm bəzi
aminturşularının, həm də mühüm bioloji əhəmiyyəti olan fosfat
turşusunun mənbəyidir. Bu zülallar insan orqanizmində baş
verən zülal mübadiləsində iştirak edirlər.
Qlikoproteidlər-onların tərkibində sadə zülaldan başqa
sulukarbonlar (qlükoza, mannoza və s.) da olur. Belə zülallar
bitkilərin selikli maddəsində çox olur. Qlikoproteidlərə misal
30
olaraq noxudun tərkibində müəyyən olunmuş visilin zülalını,
bundan başqa peroksidaza və qlükooksidaza fermentlərini
göstərmək olar.
Qlükoproteidlərə mukoproteidlər də deyilir. Qlükopro-
teidlərin molekullarında zülallarla karbohidratlar arasında
davamlı kovalent rabitələri mövcuddur. Bu vitamin ən çox
həzm şirəsinin, ağız suyunun tərkibində çoxluq təşkil edir.
Qlükoproteidlərin
hidroliz
məhsulları
arasında
sərbəst
aminturşularından başqa heksozaminlərə də rast gəlinir.
Lipoproteidlər-mürəkkəb zülal olub, sadə zülallarla
lipidlərin birləşməsindən təşkil olunmuşdur. Lipoproteidlər
bitkilərin xloroplastlarında daha çox olur. Lipoproteidlər
həlledicilərə münasibətinə görə adi lipidlərdən fərqlənir. Belə
ki, onlar suda yaxşı həll olur, ancaq üzvi həlledicilərdə isə
(spirt, efir, benzol və s.) həll olmur. Lipoproteidlər heyvan
mənşəli qida məhsullarından süddə, yumurtanın sarısında daha
çox olur.
Xromoproteidlər-mürəkkəb zülallara aid olub, sadə
zülalallarla rəngləyici maddə olan xlorofilin birləşməsindən
əmələ gəlir. Onların bəzilərinin prostetik qrupunda dəmir və
mis də olur. Xromoproteidlərin ayrı-ayrı nümayəndəsinə misal
olaraq hemoqlobini, mioqlobini və s. göstərmək olar.
Bu zülalların bəzilərinin ktiv qruplarını bir-birindən
kəskin sürətdə fərqlənir. Belə ki, xromoproteidlərin bəzilərinin
aktiv qruplarını dəmir və mis ionları təşkil edir. belə mürəkkəb
zülallara misal olaraq hemoqlobini göstərmək olar. Onun
tərkibində sadə zülalla yanaşı həm də dəmir olur.
Hemoqlobinin aktiv qrupu hemdən, zülal hissəsi isə
qlobulindən təşkil olunmuşdur. Hem–qırmızı rəngli piqment
olub, qana spesifik rəng verir, oksigenlə birləşərək onu
toxumalara daşıyır. Spesifik rəng verməklə yanaşı həm də
oksigenlə birləşərək, onu toxumalara daşıyır. Hemoqlobin
toxumalarda mübadilə zamanı əmələ gələn karbon qazının 80-
90%-ni orqanizmdən xaric olunmasına təsir göstərir.
31
Hemoqlobinin tərkibində dəmir birləşmiş şəkildə olur. Onun
aktiv qrupu olan hemin quruluşu pirrolinin törəmələrindən
təşkil olunmuşdur. Hem molekulunun quruluşu 4 pirrol
qalığından ibarətdir. Onlar bir biri ilə metin qrupları (–CH=)
vasitəsilə birləşərək ilk əvvəl porfin molekulunu əmələ
gətirirlər.
I CH II
HC CH HN
N
HC CH CH CH
NH NH
Pirrol IV N III
CH
Porfin
Hem porfinin törəməsi olub, protoporfirinlə ikivalentli
dəmir ionunun birləşməsindən əmələ gəlmişdir. Protoporfin
porfinə nisbətən daha mürəkkəb quruluşa malikdir. Kimyəvi
quruluşuna görə protoporfirini 1,3,5,8–tetrametil–2,4–divinil–
6,7–dipropionat adlandırmaq olar.
CH=CH
2
CH
3
H
3
C CH
C–CH=CH
2
N N
CH Fe
++
CH
H
3
C N N CH
3
CH
CH
2
CH
2
COOH CH
2
CH
2
COOH
Göründüyü
kimi,
hem
molekulu
protoporfirinlə
ikivalentli dəmir ionunun birləşməsindən ibarətdir.
32
Xromoproteidlərin başqa nümayəndəsindən biri də
mioqlobin zülalıdır. Hemoqlobin kimi onun da aktiv qrupu
hemdir. Hemoqlobindən fərqli olaraq mioqlobin molekulunda
1 ədəd dəmir atomu vardır. Mioqlobinin zülal hissəsi də
hemoqlobindən nisbətən fərqlidir. Belə ki, onun zülal
hissəsinin tərkibində sistin və sistein aminturşularının qalığı
aşkar olunmamışdır.
Nukleoproteidlər-çox vacib mürəkkəb zülal olub, bütün
canlı orqanizmlərin həyat fəaliyyətinin əsasını təşkil edir.
Nukleoproteidlərin prostetik qrupu nuklein turşularıdır. Onların
vacibliyini nəzərə alıb ayrıca kimyəvi təbiətini, bioloji rolunu
və sair faktorlarını qeyd etmək lazımdır.
1.2. Nuklein turşularının kimyası
Nuklein turşuları canlı orqanizmlər üçün mühüm
əhəmiyyətə malik yüksəkmolekullu birləşmələrdir. Bütün
canlı orqanizmlərdə gedən maddələr mübadiləsi prosesi
nuklein turşuları (RNT və DNT) ilə sıx əlaqədardır. Bunlar
bütün canlı orqanizmdə baş verən prosesləri idarə edirlər.
Orqanizmdə mövcud assimilyasiya və dissimilyasiya prosesi
bilavasitə onların təsiri ilə gedir. Nuklein turşularının varlığı ilk
dəfə 1868-ci ildə Đsveçrə alimi F.Mişer tərəfindən müəyyən
edilmişdir. Nuklein-latınca nüvə deməkdir. Daha sonra Kossel
hüceyrələrdə nuklein turşularının iki növ olduğunu qeyd
etmişdir. XX-əsrin ortalarında nuklein turşularının genetik
informasiyaları nəslə verilməsində rolu olduğu sübuta
yetirilmişdir. 1953-cü ildə amerikan biokimyaçıları-Uotson və
Krik nuklein turşularının makromolekulyar strukturu haqqında
nəzəriyyə irəli sürdülər. Onlar sübut etmişlər ki, nuklein
turşuları genetik informasiyaların mühafizə olunmasında, nəslə
verilməsində iştirak edir və bu informasiyaların həyata
keçirilməsini, zülalların və hüceyrə orqanoidlərinin sintezini
idarə edir.
33
1.2.1.Nuklein turşularının hidrolizi
Nuklein turşuları dezoksiribonuklein (DNT) və ribonuk-
lein turşularından (RNT) ibarətdir. Nuklein turşuları hidroliz
olunduqda purin və pirimidin əsasları, pentozalar (riboza,
dezoksiriboza), həmçinin fosfat turşusu əmələ gəlir.
Purin və pirimidin əsasları. Nuklein turşularının əmələ
gəlməsində azotlu əsaslardan purin və pirimidin iştirak edir. Bu
əsaslar bütün canlıların, o cümlədən insanların həyatında
mühüm rol oynayır. Nuklein turşularının əmələ gəlməsi zamanı
onların düzülmə ardıcıllığı mühüm bioloji funksiyanı yerinə
yetirir. Kimyəvi təbiətinə görə purin əsasları nisbətən sadə üzvi
birləşmələrdir. Purin əsasına adenin (6-aminopurin) və quanin
(2-amino-6-oksipurin) aiddir. Onların quruluşu aşağıdakı
kimidir:
N
1
=
6
CH N =C–NH
2
HC
2
5
C–
7
N HC C–N
8
CH
N
3
–
4
C–
9
NH N –C–NH
Purin Adenin (6-aminopurin)
N= C–OH
H
2
N–C C– N
CH
N– C–NH
Quanin (2-amino-6-oksipurin)
Adenin və quanin həm RNT-nin, həm də DNT-nin
tərkibində olur. Nuklein turşularının əmələ gəlməsində qeyd
olunduğu kimi pirimidin əsasları da iştirak edir, onların
tərkibində pirimidin əsaslarından sitozinə, urasilə və timinə
34
daha çox rast gəlinir. Qeyd olunan pirimidin əsaslarının
quruluşları aşağıdakı kimidir.
N = CH N = C–NH
2
N = C –OH
HC CH HO–C CH HO–C CH
N – CH N – CH N – CH
Pirimidin Sitozin Urasil
(12-oksi-6-amino 2-6dioksipirimidin
pirimidin)
N =C–OH
HO–C C–CH
3
N – CH
Timin (5-metil urasil)
Müəyyən olunmuşdur ki, sitozin hər iki nuklein
turşularının tərkibində olur, ancaq RNT-də timin və 5-
oksimetilsitozinə də təsadüf olunur.
N = C–NH
2
N =C–NH
3
HO –C C–CH
3
HO–C C–CH
2
OH
N – CH N – CH
5-metil sitozin 5-oksimetilsitozin
Pentozalar. Nuklein turşularının tərkibində pentozaların
nümayəndəsi olan riboza və dezoksiriboza olur. Nuklein
turşuları tərkibindəki pentozaların növünə görə iki cür olur:
riboza və dezoksiriboza. Riboza, ribonukleinturşusunun (RNT),
35
dezoksiriboza isə dezoksiribonuklein turşusunun (DNT)-nin
əmələ gəlməsində iştirak edirlər. Nuklein turşuları hidroliz
olunduqda müvafiq olaraq riboza və dezoksiriboza ayrılır.
Qeyd olunan pentozaların quruluş formulu aşağıdakı kimidir:
OH OH
H–C H–C
H–C–OH H–C–H
O O
H–C–OH H–C–OH
H–C H–C
CH
2
OH CH
2
OH
Riboza Dezoksiriboza
Nuklein turşularının tərkibində olan 3-cü komponent
fosfat turşusudur: H
3
PO
4
.
Beləliklə, ribonuklein və dezoksiribonuklein turşularının
əmələ gəlməsində aşağıdakı maddələr iştirak edir.
Cədvəl 2
RNT
DNT
adenin urasil
quanin riboza
sitozin fosfat turşusu
adenin 5-metilsitozin
quanin dezoksiriboza
sitozin fosfat turşusu
timin
2-ci cədvəldən göründüyü kimi ribonuklein turşusunun
əmələ gəlməsində azotlu əsaslardan timin və dezoksiriboza
olmur. Dezoksiribonuklein turşusunun əmələ gəlməsində isə
urasil və riboza iştirak etmir.
36
Nukleozidlər. Purin və pirimidin əsaslarının riboza və
dezoksiriboza ilə birləşməsindən əmələ gələn maddələrə
nukleozidlər deyilir.
Adenin, riboza ilə birləşdikdə adenozin, quanin-quanozin,
sitozinsitidin, urasil isə, uridin nukleozidləri əmələ gətirir.
Bundan başqa dezoksiriboza azotlu əsaslarla birləşdikdə,
dezoksiadenozin, dezoksiquanozin, dezoksisitidin, timin isə
dezoksisitimidin nukleozidlərini əmələ gətirir. Adenozinin
əmələ gəlməsi aşağıdakı kimi olur.
N = C–NH
2
O
HC C–N OH OH
CH
N – C–N C– C– C– C–CH
2
OH
H H H H
Adenozin
Nukleotidlər.
Nukleozidlərin
fosfat
turşusu
ilə
birləşməsindən müvafiq nukleotidlər alınır.
N = C–NH
2
O
HC C–N OH OH O
CH
N – C–N C– C– C– C–CH
2
O–P–OH
H H H H OH
Adenil turşusu (AMF).
Nuklein turşularını hidroliz etdikdə adenil, quanil, sitidil,
timidil nukleotidlərini və yaxud adenozinmonofosfat (AMF),
37
quanozinmonofosfat
(QMF),
sitidinmonofosfat
(SMF),
uridinmonofosfat (UMF) və timidinmonofosfatı (TMF) əmələ
gəlir. RNT-nin hidrolizi zamanı ribonukleotidlər, DNT-nin
hidrolizi zamanı isə dezoksiribonukleotidlər alınır. Bunlara ən
çox maya göbələklərindən alınmış adenil turşusunu və ya
adenozinmonofosfatı göstərmək olar.
Nuklein turşularının tərkibində daxil olan nukleotidlər
3-cü cədvəldə göstərilmişdir.
Cədvəl 3
RNT-nin tərkibindəki
nukleotidlər
DNT-nin tərkibindəki nukleotidlər
Adenil turşusu
Quanil turşusu
Sitidil turşusu
Uridil turşusu
Dezoksiadenil turşusu
Dezoksiquanil turşusu
Dezoksisitidil turşusu
Dezoksitimidil turşusu
5-metildezoksisitidil turşusu
Nukleotidlər, ribonukleotidlərə və dezoksiribonukleotid-
lərə ayrılır. Ribonukleotidlərin tərkibində riboza, dezoksiri-
bonukleotidlərdə isə dezoksiriboza olur. Nukleotidlər, əlavə
fosfat turşusu ilə birləşərək ribonukleozidfosfatlar və
dezoksiribonukleozidfosfatlar əmələ gətirir:
N = C–NH
2
O
HC C–N OH OH O
CH
N – C–N C– C– C– C–CH
2
O–P–O–
H H H H OH
O O
–P–O–P–OH
OH OH
Adenozintrifosfat (ATF)
38
Hüceyrələrdə ən çox nukleozid-difosfat və nukleozid-
trifosfatlara
təsadüf
olunur.
Onların
əmələ
gətirdiyi
nukleozidfosfatlar aşağıdakılardır:
Ribonukleozidfosfatlar: Qısa işarələri:
Adenozin mono,-di,-trifosfat AMF, ADF, ATF.
Quanozin mono,-di,-trifosfat QMF, QDF, QTF.
Sitidin mono,-di,-trifosfat SMF, SDF, STF.
Uridin mono,-di,-trifosfat UMF, UDF, UTF.
Dezoksiribonukleozidlər:
Dezoksiadenozin mono,-di,-trifosfat dAMF, dADF, dATF
Dezoksiquanozin mono,-di,-trifosfat dQMF, dQDF, dQTF
Dezoksisitidin mono,-di,-trifosfat dSMF, dSDF, dSTF
Dezoksitimidin mono,-di,-trifosfat dTMF, dTDF, dTTF.
Nuklein turşularının birinci, ikinci və üçüncü quruluşları
müəyyən olunmuşdur. Mononukleotidlər n-sayda efir tipli
rabitə formasında bir-biri ilə birləşərək polinukleotidləri əmələ
gətirir. Buna nuklein turşularının birinci quruluşu deyilir. Bu
prosesi sxematik olaraq aşağıdakı kimi göstərmək olar.
P
Azotlu əsas –C
1
–C
2
–C
3
–C
4
–C
5
P
C
5
Azotlu əsas –C
1
–C
2
–C
3
–C
4
P
Azotlu əsas –C
1
–C
2
–C
3
–C
4
–C
5
P
Azotlu əsas –C
1
–C
2
–C
3
–C
4
–C
5
P
39
DNT və RNT molekullarında ayrı-ayrı nukleotidlər
fosfodiefir rabitələri vasitəsilə birləşir. Onların tərkibindəki
fosfodiefir qrupları pentozanın 3-cü karbonun hidroksil qrupu
ilə, o biri pentozanın 5-ci karbonun yanındakı hidroksil qrupu
hesabına rabitə yaradır. Beləliklə, göstərilən qayda üzrə
mononukleotidlərin bir-biri ilə birləşməsindən nuklein turşuları
alınır.
Dostları ilə paylaş: |