1.4.2.Suda həll olan vitaminlər
B
1
-vitamini. Polyak alimi K.Funk 1912-ci ildə düyü
kəpəyindən beri-beri xəstəliyinə müalicəvi təsir göstərən
bioloji aktiv bir maddə aldı və o bu maddəni B vitamini
adlandırdı. Daha sonra məlum oldu ki, bu alınmış maddə
müxtəlif maddələrin qarışığından ibarətdir. B
1
vitaminin
tərkibində həm kükürd, həm də amin qrupu olduğuna görə
tiamin də deyilir. Kimyəvi təbiətinə görə tiamin də deyilir.
80
Kimyəvi təbiətinə görə tiamin pirimidin nüvəsi ilə tiazol
həlqəsindən əmələ gəlmişdir.
Bu vitamin qidada az və ya heç olmadıqda insanlarda
beri-beri deyilən xəstəlik əmələ gəlir, xəstəlik əsasən ürəyin və
sinir sisteminin fəaliyyətinin pozulması ilə müşahidə olunur.
B
1
-vitamininin çatışmazlığının qarşısı alınmadıqda ümumi
zəiflik, tez yorulma halları müşahidə olunur. Ürəyin həcmi
böyüyür, ritmi pozulur, döyünməsi artır. Bundan başqa qidada
B
1
-vitamini çatışmadıqda su mübadiləsi pozulur. Bu zaman
xəstələr ağızlarının qurumasından və susuzluqdan şikayət
edirlər. Bu vitamin bitkilərdə sərbəst halda yox, birləşmiş
şəkildə tiaminpirofosfatın tərkibində olur. B
1
vitamininin
quruluşu aşağıdakı kimidir.
N = C–NH
2
H
3
C–C C – CH
2
N
+
C–CH
3
N CH HC C–CH
2
–CH
2
OH
S
B
1
-vitamini
N =C–NH
2
H
3
C–C C –CH
2
N
+
C–CH
3
N –CH HC C–CH
2
–CH
2
–O–
S
O O
–P–O–P–OH
OH OH
Tiaminpirofosfat (TPF)
81
Tiaminpirofosfat da orqanizmdə sərbəst halda yox,
karboksilaza fermentinin tərkibində olur. Yəni tiaminpirofosfat
karboksilaza fermentinin kofermentidir. Buna görə də ona
karboksilaza
da
deyilir.
Bundan
başqa
B
1
-vitamini
lipotiamindifosfatın (LTDF) tərkibində olub, ketoturşuların
(piroüzüm
və
α-ketoqlütar
turşuları)
oksidləşməklə,
karboksilsizləşməsini kataliz edən fermetlərin, yəni bəzi
dehidrogenazalarla birləşmiş şəkildə olur.
B
1
vitamini orqanizmdə çatışmadıqda sulu karbonların
aralıq mübadiləsi, daha doğrusu piroüzüm turşusunun
mübadiləsi karboksilsizləşmə prosesində pozulur. Nəticədə
piroüzüm turşusunun toxumadaxili oksidləşmə zamanı karbon
qazı və suya qədər parçalanması prosesi pozulur. Bu da B
1
vitamininin
çatışmazlığı
nəticəsində
kokarboksilaza
fermentinin orqanizmdə sintezinin pozulması ilə əlaqədardır.
Bu
zaman
əmələ
gəlmiş
piroüzüm
turşusunun
oksidləşməsi davam etmir. Onun bir hissəsi süd turşusuna
çevrilir. Sonra toxumalarda piroüzüm və süd turşuları miqdarca
artır. Əsasən beyin toxumalarında gedən karbohidrat
mübadiləsi kəskin surətdə pozulur. Belə şəraitdə ketoturşular
başqa orqanların toxumalara nisbətən beyin toxumasında daha
çox olur. Ona görə də beri-beri və ya polinevrit xəstəliyində ilk
növbədə mərkəzi sinir sistemi pozulur. Bu avitaminoz vaxtında
müalicə olunmadıqda insanlarda iflic xəstəliyi baş verir. Qeyd
etmək lazımdır ki, orqanizmə B
1
vitamini qəbul edildikdə bu
xəstəlik sağalır. Ona görə də insanlar hər gün keyfiyyətli qida
qəbul etmək rejiminə xüsusi olaraq fikir verməlidirlər. Bu
vitamin çatışmadıqda aminturşularının aminsizləşməsi və
yenidən aminləşmə, aminturşu mübadiləsi pozulur.
B
1
vitamini
insan
orqanizmi
tərəfindən
sintez
olunmadığına görə ona olan tələbat yalnız qida məhsulları
hesabına ödənilir. Heyvan mənşəli qida məhsullarına nisbətən
bitki mənşəli qida B
1
vitamini ilə daha zəngindir. Dənli
bitkilərin qabığında, noxudda, meyvələrdə, kökümeyvəlilərdə
82
B
1
vitamininə daha çox təsadüf olunur. Đnsanın B
1
vitamininə
gündəlik ehtiyacı 3-4 mq-dır. Qida məhsulları düzgün
saxlanılmadıqda B
1
-vitamini miqdarca azalır. Ona görə də qida
məhsullarının saxlanmasına düzgün riayət etmək lazımdır.
B
2
vitamini. Bu vitaminə başqa sözlə riboflavin də deyilir.
B
2
vitamini metilləşmiş izoalloksazinlə ribitol spirtinin
birləşməsindən əmələ gəlmişdir.
Bu
vitamin
sarı
rəngli
olub,
temperaturun
və
ultrabənövşəyi şüaların təsirinə davamsızdır. Orqanizmdə B
2
vitamini çatışmadıqda tənəffüs və ürək ritminin tənzimi
pozulur. Qida məhsullarında B
2
vitamini az və ya heç
olmadıqda orqanizmdə qlikogen ehtiyatının azalmasına səbəb
olur.
OH OH OH
CH
2
– C –C– C–CH
2
OH
N N H H H
H
3
C–C C=O
H
3
C–C NH
N CO
B
2
vitamini
Bu vitamin tənəffüs prosesində iştirak edən flavin
fermentlərinin tərkibində flavinmononukleotid (FMN) və
flavin adenindinukleotid (FAD) formasında olur.
Daha doğrusu, B
2
vitamini FMN və FAD-ın tərkibində
olur. Qidada B
2
vitamini çatışmadıqda FMN və FAD-ın əmələ
gəlməsi pozulur. Bu da flavin fermentlərinin sintezinin
pozulması deməkdir.
83
Bundan
başqa
B
2
vitamini
insan
orqanizmində
çatışmadıqda ağız və gözün selikli qişasının zəifləməsi,
tüklərin tökülməsi müşahidə olunur.
B
2
vitamini çatışmadıqda dilin üst səthinin selikli qişası
atrofiyalaşır, göbələyə bənzər məməciklər əmələ gəlir. Belə
insanlarda normadan artıq ağız suyunun olması müşahidə
olunur. B
2
vitamini insan orqanizmində maddələr mübadiləsi
zamanı hemoqlobinin sintezində də iştirak edir.
Ona görə də insan orqanizmində uzun müddət bu vitamin
çatışmadıqda çox vaxt qan azlığı deyilən xəstəlik meydana
çıxır. Bundan başqa B
2
vitamininin heyvandarlıqda da böyük
əhəmiyyəti vardır. Belə ki, bu vitamin çatışmadıqda
heyvanların boy inkişafı pozulur. Đnsan orqanizmində ürək
ritminin və tənəffüs prosesinin tənzimlənməsində bu vitamin
mühüm rol oynayır.
Müəyyən olunmuşdur ki, riboflavin və ya B
2
vitamini
insan orqanizmində yağların mənimsənilməsinə təsir göstərir.
O, B
1
vitamininin insan orqanizmində bioloji təsirini
gücləndirir və mərkəzi sinir sisteminin fəaliyyətini daha da
normal hala salır. B
2
vitamini mədəaltı vəzə müsbət təsir
göstərərək, insulin hasilatını sürətləndirir. B
2
vitamini
çatışmadıqda
insanlar
tam
dəyərli,
keyfiyyətli
qida
məhsullarından istifadə etməklə, bu avitaminozu müalicə edə
bilərlər.
Bitkilərdə bu vitaminin sintezi həm işıqda, həm də
qaranlıqda gedir. B
2
vitamininin bitki mənşəli məhsullarından
ən çox taxılın qabığında 0,5 mq%, meyvə-tərəvəzlərdə 0,03-0,1
mq%, heyvan mənşəli məhsullardan – balıqda 0,4 mq%, süddə
0,1 mq%, mal ətində 0,2 mq% olur.
Đnsan orqanizmində B
2
vitamini sintez olunmadığına görə
ona olan ehtiyac yalnız qida məhsulları hesabına ödənilir. B
2
vitamininə olan tələbat əsasən bitki mənşəli məhsulların
hesabına ödənilir. Bu vitaminə olan gündəlik tələbat 2-4 mq-
dır.
84
B
3
vitamini. Bu vitaminə pantoten turşusu da deyilir.
B
3
vitamini aminsizləşmiş valinin metilləşmiş törəməsi ilə
β-alanindən ibarət olub, quruluşu aşağıdakı kimidir:
CH
3
OH
HO –H
2
C–C – CH–CO–NH–CH
2
–CH
2
–COOH
CH
3
B
3
vitamini və ya pantoten turşusu
Pantoten turşusu açıq-sarı rəngli yağabənzər maddədir.
Đnsanın, heyvanların və bitkilərin həyatında B
3
vitamininin rolu
böyükdür. Đnsan və heyvan orqanizmi bu vitamini sintez etmək
qabiliyyətinə malik deyildir. Ona görə də ona olan tələbat
yalnız qida məhsulları hesabına ödənilir. B
3
vitamini canlı
orqanizmdə gedən bir çox biokimyəvi reaksiyaların gedişində
iştirak
edən
koferment–A-nın
tərkibində
olur.
Qida
məhsullarında B
3
vitamini olmadıqda koenzim–A-nın əmələ
gəlməsi pozulur. Bu da orqanizmdə maddələr mübadiləsinin,
əsasən sulukarbonların və yağların mübadiləsinin pozulması ilə
nəticələnir. Pantoten turşusu çatışmadıqda insanların sinir
sistemində, ürək fəaliyyətində dəyişikliklər baş verir. Hətta bu
vitamin çatışmadıqda tüklərin piqmentasiyası və tökülməsi
müşahidə olunur. Qida məhsullarının tərkibində B
3
vitamini az
olduqda ayaqların göynəməsi xəstəliyi də baş verir. Bu
vitaminlər zəngin olan qida məhsulları ilə qidalandıqda bu
xəstəliklər aradan qaldırılır. Pantoten turşusu bitkilərin yaşıl
yarpaqlarında, tərəvəzlərdə çox olur. B
3
vitamini ən çox
buğdada 1 mq%, kartofda, kələmdə, göydə 0,4-1,0 mq%, dənli
bitkilərdə, üzümdə 0,1-2,0 mq% rast gəlinir. Bundan başqa bu
vitamin süddə, yumurtada, ətdə və qaraciyərdə də çox olur.
Đnsanın B
3
vitamininə olan gündəlik tələbatı yaşlılarda 10 mq,
uşaqlarda isə 15-20 mq-dır.
85
B
6
vitamini. Bu vitaminə başqa sözlə piridoksin də
deyilir. B
6
vitamini piridinin törəmələri olan piridoksin,
piridoksal və piridoksalamindən ibarətdir.
O
CH
2
OH C H
HO CH
2
OH HO CH
2
OH
H
3
C H
3
C
N N
piridoksin piridoksal
CH
2
NH
2
HO CH
2
OH
H
3
C
N
piridoksamin
Piridoksin
orqanizmdə
oksidləşərək
piridoksala,
aminləşərək piridoksaminə çevrilir. Bu vitamin piridoksalın
fosforlu
törəməsi
olan
fosfopiridoksalın
tərkibində
transaminləşmə və ya təkrar aminləşmə və dekarboksilləşmə
proseslərini kataliz edən aminotransferaz və dekarboksilaz
fermentlərinin kofermentidir.
Bu vitamin qidanın tərkibində çatışmadıqda sinir
sisteminin
müxtəlif
cür
pozulmaları,
ürək
və
əsəb
xəstəliklərinin əmələ gəlməsinə şərait yaranır. B
6
vitamini
qidanın tərkibində əsasən fosfopiridoksal və fosfopiridoksamin
şəklində olur. Bundan başqa B
6
vitamini insan orqanizmində
ətirli və ya aromatik aminturşularının nümayəndəsi olan
tirozinin çevrilməsi nəticəsində sintez olunur. Qəbul olunmuş
86
qidada qeyd olunan aminturşusu çatışmadıqda piridoksinin
miqdarı orqanizmdə istənilən normada olmur.
Onların quruluş düsturu aşağıdakı kimidir:
O OH
C H CH
2
NH
2
HO CH
2
OP HO CH
2
O–P O
H
3
C H
3
C OH
N
N
fosfopiridoksal fosfopiridoksamin
Bundan başqa B
6
vitamini fosfopiridoksal şəklində
tərkibində sulfidril qrupları (H) saxlayan aminturşularının
digərinə çevrilməsində də iştirak edir. Beləliklə, B
6
vitamini
aminturşuların sintezində iştirak edir. Orqanizmdə B
6
vitamini
çatışmadıqda aminturşuların və zülalların sintezi pozulur.
B
6
vitamini yüksək temperaturun təsirinə qarşı davamlı
olub, qida məhsullarının birləşməsində və konservləşdiril-
məsində öz bioloji aktivliyini itirmir. B
6
vitamini ən çox
düyüdə 0,5 mq%, buğdada 1-2 mq%, kartofda 0,2 mq%,
üzümdə 0,1 mq% olur. Paxlalı bitkilərlə B
6
vitamini daha
zəngindir. Heyvan mənşəli ərzaq məhsullarından yumurtanın
sarısında 0,3 mq%, ətdə 0,6 mq%, qaraciyərdə 1-2 mq% B
6
vitamini olur. Đnsan orqanizminin bu vitaminə olan gündəlik
tələbatı 2-3 mq-dır.
PP vitamini. Bu vitamin nikotin turşusu və onun amidi
olan nikotinamiddən ibarətdir. Onlar canlı orqanizmdə bir-
birinə çevrilmək qabiliyyətinə malikdirlər.
1935-ci ildə dünya şöhrətli alim O.Varburq təmiz halda
sintez etdiyi koferment olan qlükozo-6-fosfatdehidrogenazanın
tərkibində nikotin turşusunun amidinin varlığını aşkar etmişdir.
Alimin bu kəşfi fermentlərin tərkibində başqa vitaminlərin də
olmasına imkan yaratmışdır.
87
Nikotin turşusu və onun amidinin quruluşu aşağıdakı
kimidir:
COOH CONH
2
Nikotin turşusu
Nikotinamid
PP vitamini maddələr mübadiləsi prosesində mühüm rol
oynayır. Belə ki, bu vitamin toxuma tənəffüsü prosesini kataliz
edən fermentlərin, anaerob dehidrogenazaların prostetik
qruplarını təşkil edən NAD-i (nikotinamidadenindinukleotid),
NADF-ni (nikotinamidadenindinukleotid fosfatın) tərkibində
olur. Bu vitamin insan orqanizmi tərəfindən sintez olunmur. PP
vitamininə olan ehtiyac yalnız qida hesabına ödənilir. Ərzaq
məhsullarında PP vitamini olmadıqda və ya az olduqda
tərkibində NAD və NADF olan bir sıra oksidoreduktaz qrup
fermentlərinin sintezi və maddələr mübadiləsi pozulur. Qidada
PP vitamini olmadıqda insanlarda pellaqra deyilən xəstəlik
əmələ gəlir. Bu xəstəliyin başlanğıc mərhələsində ümumi
zəiflik halları müşahidə olunur. Sonra həzm prosesi və sinir
sistemində dəyişikliklər meydana çıxır. Daha sonra əsasən
dərinin açıq yerlərində, sifətdə və əllərdə simmetrik yaralar,
huşsuzluq halı da əmələ gəlir. Orqanizmdə PP vitamini
çatışmadıqda həm də karbohidrat mübadiləsinin aralıq
məhsullarından biri olan piroüzüm turşusunun parçalanması
pozulur. Bu da əsasən inkişafda olan orqanizmin (uşaqların)
böyüməsinə pis təsir göstərir. Bu vitamin ən çox bitki mənşəli
qida məhsullarının tərkibində olur. PP vitamini düyünün
qabığında hətta 150 mq%-ə qədər olur. Bundan başqa bu
vitamin buğdada 5-7 mq%, noxudda 2-3 mq%, kartofda 1-2
mq%, meyvə-tərəvəzdə 0,2-0,7 mq%-ə qədər olur. Đnsanların
bu vitaminə olan gündəlik tələbatı 25 mq-dır.
88
C vitamini. Bu vitaminə başqa sözlə askorbin turşusu da
deyilir. C vitamini oksidləşmə-reduksiya reaksiyalarında aktiv
iştirak edir. Onun oksidləşmiş forması dehidroaskorbin turşusu,
reduksiya olunmuş forması isə askorbin adlanır.
Askorbin
və
dehidroaskorbin
turşuları
canlı
orqanizmlərdə bioloji aktivliyə malik olub, asanlıqla bir-birinə
çevrilirlər. C vitamini insan orqanizmində sintez olunmur. Ona
olan tələbat yalnız qida məhsulları hesabına ödənilir.
Askorbin turşusu askorbinatoksidaza fermentinin təsiri ilə
dehidroaskorbin turşusuna (DAT) çevrilir. Bu turşu qlütationun
və
NADF-ın
iştirakı
ilə
dehidroaskorbinatreduktaza
fermentinin təsiri ilə askorbin turşusuna (AT) çevrilir.
Bu vitamin təbiətdə üç formada: askorbin turşusu,
dehidroaskorbin turşusu və kompleks şəkildə zülallarla
birləşmiş formada aktiv fəaliyyət göstərərək, müxtəlif
biokimyəvi reaksiyalarda iştirak edir. Bu vitaminin mühüm
xüsusiyyətlərindən ən əsası ondan ibarətdir ki, o insan
orqanizmində antioksidant funksiyasını yerinə yetirir. Belə ki,
bu
vitamin
bəzi
xəstəliktörədici
mikroorqanizmlərin
fəaliyyətini
ləngitməklə
yanaşı,
həm
də
insanların
soyuqdəyməyə qarşı müqavimətini artırır. C vitamini maddələr
mübadiləsi prosesində aminturşularından lizinin, tirozinin və
triptofanın sintezini sürətləndirir. Son zamanlar o da müəyyən
olunmuşdur ki, C vitamini orqanizmdə koferment xüsusiyyətini
də yerinə yetirir. Belə ki, C vitamini tioqlükozidaza
fermentinin tərkibində aktiv qrup kimi fəaliyyət göstərir.
Bundan başqa o da müəyyən olunmuşdur ki, insan
orqanizmində C vitamini normadan az olduqda yağların da
biosintezi pozulur, bu da qanda xolesterinin miqdarca
artmasına səbəb olur.
C vitamini heyvan mənşəli qida məhsullarının tərkibində
çox az olmaqla, əsasən bitki mənşəli məhsulların tərkibində
olur. Đnsanlar uzun müddət bitki mənşəli qida məhsulları ilə
qidalanmadıqda
orqanizmdə
maddələr
mübadiləsinin
89
pozulması prosesi baş verir. C vitamininin çatışmaması
nəticəsində əmələ gələn xəstəlik ən çox şimal ölkələrində və ya
meyvə-tərəvəzin az olduğu vaxtlarda, qış aylarında daha geniş
yayılır. C vitamininin quruluşu aşağıdakı kimidir:
OH OH
C C
C–OH C = O
O
-H
2
O
C–OH
+H
2
C = O
H–C H–C
HO–C–H HO–C–H
CH
2
OH CH
2
OH
L-askorbin turşusu dehidro L-askorbin turşusu
Đnsanlarda C vitamini çatışmadıqda sinqa və ya skorbut
xəstəliyi əmələ gəlir. Bu zaman insanlarda tez yorulma halları,
ruh düşgünlüyü, baş ağrıları, iştahın olmaması, ümumi zəiflik,
əsəbilik, ürək döyünməsinin artması müşahidə olunur. C
vitamininin çatışmamazlığı orqanizmdə davam etdikdə bu
xəstəlik daha da inkişaf edərək, diş ətinin şişməsi, yumşalması
və qanaması, dərialtı qansızmalar olur. Bu xəstəlik uzun
müddət davam etdikdə orqanizmdə başqa üzvlərin də
pozulmasına səbəb olur. Bu xəstəliyin müalicəsi dərman
preparatlarına nisbətən, bitki mənşəli qida məhsulları ilə
qidalandıqda daha effektli olur.
Bu vitaminin insan orqanizmində bioloji xüsusiyyəti
böyük olduğuna görə, tədqiqatçıların nəzər diqqətində
yayınmamışdır. Belə ki, məşhur Amerika biokimyaçısı, iki dəfə
Nobel mükafatı laureatı Laynus Polinq də C vitamini haqqında
90
elmi-tədqiqat işləri aparmışdır. O, C vitamininin çatışmaması
nəticəsində
baş
verən
xəstəliyi
XX
əsrin
“çuma”sı
adlandırmışdır.
L.Polinq qeyd etmişdir ki, insan orqanizmində C vitamini
çatışmadıqda həm də soyuğa qarşı davamsızlıq, soyuqdəymə
halları və yoluxucu xəstəliklərə qarşı müqavimətin zəifləməsi
baş verir.
Daha sonra L.Polinq məsləhət görür ki, belə olan halda C
vitamininə olan gündəlik tələbat insanlarda daha çox, yəni 250
mq-dan 10 q-dək olmalıdır. Göstərilən normanın uzun müddət
yox, xəstəlik sağalana qədər qəbul olunması məsləhət görülür.
C vitamini bitkilərin yaşıl hissələrində, meyvə-tərəvəzlərdə
geniş yayılmışdır.
Đnsanlarda C vitamini çatışmadıqda skorbut (sinqa)
deyilən xəstəlik əmələ gəlir. Bu xəstəliyin ilkin əlamətləri çox
qədimdəm məlum olmuşdur.
Ancaq onun klinik təsirini ilk dəfə Hipokrat qələmə
almışdır. Aclıq və müharibə illərində əhali arasında bu xəstəlik
daha geniş yayılır. Xəstəliyin əsas səbəbi qida məhsullarının
keyfiyyətsiz olması, daha doğrusu qəbul olunmuş qidanın
tərkibində C vitamininin olmaması ilə əlaqədardır.
Đnsanlar uzun müddət bitki mənşəli qida məhsulları ilə
(əsasən meyvə-tərəvəzlə) qidalanmadıqda skorbut deyilən
xəstəlik meydana çıxır.
Qeyd etmək lazımdır ki, meyvə-tərəvəzlərin saxlanması
zamanı C vitamini miqdarca azalır. Meyvə-tərəvəzləri 5+10
0
C
temperaturda saxladıqda C vitamininin itkisi nisbətən az olur.
Ağ üzüm sortlarına nisbətən qırmızı üzümlərdə C vitamini
daha çox olur.
Hal-hazırda meyvə-tərəvəz məhsullarını elə müasir
üsullarla saxlanılır ki, onların tərkibində C vitamini miqdarca
çox az dəyişir. Bu da sözsüz ki, C vitamininin parçalanmasını
kataliz edən askorbinatoksidaza fermentinin aktivliyi ilə
əlaqədardır. Saxlanma zamanı elə rejim seçilir ki, qeyd olunan
91
fermentin aktivliyi daim sabit qalmaqla dəyişmir. Bu da C
vitamininin meyvə-tərəvəz məhsullarında parçalanmasının
qarşısını alır. C vitamini əvəzolunmayan vitamindir. Đnsanların
C vitamininə olan gündəlik tələbatı 50-100 mq-dır.
Meyvə-tərəvəzlərin tərkibində C vitamininin miqdarı
aşağıdakı cədvəldə göstərilmişdir:
Cədvəl 5
Məhsulun adı
C vitamini, mq %-lə
1. Üzüm
2. Alma
3. Kələm
4. Kartof
5. Pomidor
6. Göy soğan
7. Limon
8. Pərpətöyün
9. Qarağat
10. Đtburnu meyvəsi
3-15
5-30
10-50
10-20
20-40
40-60
50-80
200-300
100-400
1000-4000
P vitamini. Bu vitamin askorbin turşusunun çox yayıldığı
bitki mənşəli qida məhsullarında olur. Sinqa xəstəliyinin
müalicəsində askorbin turşusu ilə yanaşı, P vitamininin də rolu
böyükdür. Bu vitamin əsasən bitkilərin tərkibində olur. Bitki
mənşəli qida məhsullarından bioloji aktivliyinə görə P
vitamininə rutin, hesperidin və pirokadexin aiddir. Onların
molekul formulunun əsasını flavon təşkil edir. Kimyəvi
tərkibinə görə rutin kversitrinin, hesperidin, hesperetinin,
prokatexin isə katexinin və epikatexinin törəməsidir. Rutinin
kimyəvi tərkibi aşağıdakı kimidir:
OH O
O –(C
12
H
21
O
9
)
HO – OH Rutin
OH
O
92
Rutin flavon piqmentləri qrupuna aid olan qlükoziddir.
Formulada C
12
H
21
O
9
–monosaxaridlərin nümayəndəsi
olan ramnoza və qlükozanın birləşməsindən əmələ gələn
disaxariddir. Həmin disaxarid flavon nüvəsilə birlikdə P
vitaminini əmələ gətirir. P qrupu vitaminləri (rutin, hesperidin
və pirokatexin) sarı və ya narıncı rəngli piqmentlər olub, suda
pis həll olur.
Bu vitamin ən çox bibərdə, çay yarpağında, qara
qarağatda, limonda və üzümdə çox miqdarda olur. Qara
qarağatda rutinin miqdarı 1,6% olur. P vitamini çatışmadıqda
qan damarlarının sızma qabiliyyəti pozulur. Daha doğrusu, qan
dövranı prosesi pozulur. Orqanizmdə P vitamini çatışmadıqda
C avitaminoz prosesi baş verir, yəni orqanizmdə C vitamini də
çatışmır.
Hal-hazırda P vitaminini itburnu meyvəsinin çay
yarpağından və sitrus bitkilərindən istehsal edirlər.
H vitamini (biotin). Bu vitamin karbon turşularının (o
cümlədən yağ turşularının) sintezində asetilkoenzim-A-nın
dekarboksilsilləşməsində sidik cövhərinin və purin əsaslarının
sintezində mühüm əhəmiyyətə malikdir. Bu yağ turşularının
sintezinin aralıq mərhələlərində iştirak edən ferment sisteminin
kofermentidir. Kimyəvi quruluşuna görə biotin tiofen
həlqəsinin,
sidik
cövhərinin
və
valerian
turşusunun
birləşməsindən əmələ gəlmişdir.
NH CH– CH–(CH
2
)
4
–COOH
O=C S
NH CH– CH
2
Bütün canlıların həyat fəaliyyətində biotinin mühüm rolu
vardır. Đnsanlarda bu vitaminin çatışmaması nəticəsində əl və
ayaqlarda dermetit xəstəliyi inkişaf edir, dərinin quruması və
93
qabıqlaması müşahidə olunur. Bunlardan başqa biotin
avitaminozu zamanı yorğunluq, əzələ ağrıları, ürək bulanması,
sinir sisteminin funksiyasının pozulması halları baş verir.
Biotin canlı aləmdə bitki və heyvan mənşəli qida
məhsullarında çox geniş yayılmış bioloji aktiv maddədir. O, ən
çox qaraciyərdə, böyrəkdə, yumurtanın sarısında, süddə,
kartofda, soğanda və ispanaqda olur. Đnsan orqanizmi qismən
də olsa biotini sintez etmək qabiliyyətinə malikdir. Đnsan
orqanizminin biotinə və ya H vitamininə olan tələbatı 150-200
mkq-dır.
B
15
vitamini. Bu vitaminə panqam turşusu da deyilir.
Panqam turşusu piroüzüm və süd turşularının toxumadaxili
oksidləşməsini sürətləndirir. Đlk dəfə Krebs öz əməkdaşları ilə
bir yerdə ərik toxumunun ekstraktından bioloji aktivliyə malik
maddə almışdır. O bu maddəni panqam turşusu adlandırmağı
təklif etmişdir. Bu vitamin ürək-damar sisteminin fəaliyyətinə,
yağların mübadiləsinə müsbət təsir göstərir. Bundan başqa, B
15
vitamini alkaqolla və narkotik maddələrlə zəhərlənmədə yaxşı
təsir göstərir. Panqam turşusu düyü kəpəyinin, pivə mayasının,
qaraciyərin tərkibində çox olur. Gün ərzində bu vitaminə olan
tələbat 100-150 mq-dır. Panqam turşusu D-qlükon turşusu ilə
dimetil sirkə turşusunun mürəkkəb efiri olub, quruluşu
aşağıdakı kimidir:
COOH
H–C–OH
HO–C–H
H–C–OH O
CH
3
CH
2
O–C–CH
2
–N
CH
3
B
15
vitamini (panqam turşusu)
94
Para-aminobenzoy turşusu. Bu vitaminin kimyəvi
quruluş formulu aşağıdakı kimidir:
H
2
S COOH
Para-aminobenzoy turşusu bir sıra xəstəlik törədici
mikroorqanizmlərin inkişafını ləngidir. Ərzaq məhsullarında bu
vitamin çatışmadıqda gənclərdə boy inkişafı ləngiyir, tüklər
ağarır. Para-aminobenzoy turşusu fol turşusunun sintezində
istifadə olunur. Bu vitamin buğdada, düyüdə, qaraciyərdə daha
çox olur. Đnsan orqanizmi üçün gündəlik tələbat tam
aydınlaşdırılmamışdır.
Fol turşusu. Bu vitaminə pteroilqlütamin turşusu da
deyilir. Bu vitaminə bitkilərdə həm sərbəst, həm də zülallarla
birləşmiş şəkildə təsadüf olunur. Fol turşusu nukleotidlərin,
nuklein turşularının biosintezində, zülalların mübadiləsində,
qanın əmələ gəlməsində iştirak edir. Fol turşusu insan
orqanizmi tərəfindən sintez olunur. Bu vitamin paxlalı
bitkilərdə, kartofda, ispanaqda və qaraciyərdə çox olur.
Fol turşusunun əmələ gəlməsində pteridin, para-
aminobenzoy və qlütamin turşuları iştirak edir. Kimyəvi
formulu aşağıdakı kimidir:
N N
H
2
N CH
C–CH
2
–NH – – CO–NH
N CH–COOH
(CH
3
)
3
Fol turşusu COOH
|