Atmosfer və su. Burada iki mövqe ortaya çıxa bilər:
birincisi, kosmik fəzadan atmosferin yaranması və ondan da
suyun-dünya okeanının meydana gəlməsi; ikincisi isə sudan
atmosferin meydana gəlməsi. Bu barədə əvvəlcə də qeyd
olunub. Birinci məsələdə Günəşin və Yerin əmələ gəlməsi
baxışları üstünlük təşkil edir. Günəşin və Yerin tarixi var.
İ
kinci məsələdə isə belə qəbul etmək olar ki, əslində, başqa
planetlər kimi (indiki vəziyyətləri kimi) Yerdə də vaxtilə su
olmayıb. Yer kürəsi asteroidlərlə toqquşub, dağılıb və bunun
sayəsində daxilində olan su onun səthinə çıxıb, nəticədə
atmosfer meydana gəlib. Digər tərəfdən də hesab etmək olar ki,
Günəşlə Yer arasında hansı bir məqamda tarazlıq pozulub
(məsələn, Yer kürəsi bir qədər Günəşdən uzaqlaşıb), nəticədə
Yerin daxili enerjisi artıb, Yeri partladıb və suyunu bayıra
çıxarıb və nəticədə atmosfer meydana gəlib. (Böyük ehtimalla
Yer kürəsi Günəşdən uzaqlaşarsa, ilk anda Yer kürəsinn daxili
nüvəsi partlayar. Bu prinsiplə insanları zil qaranlıq yerə
atmaqla, partlatmaq, yaxud da dondurmaq olar).
Yerin üzərində hava və su demək olar ki, eyni
tərkibdədirlər. Okean dalğası ilə külək demək olar ki,
eynidirlər. Sadəcə olaraq fərq havada olan kütlənin azlığıdır.
Okean “sıxlaşmış havadan” ibarətdir. Hava axını az sıxlığı olan
sudur. Dalğa həm də ona görə əmələ gəlir ki, üzərində olan
hava axını suyun səthinə toxunur, orada özünə məkan axtarır.
Məkan axtarmaq suyu itələyir, dalğalandırır.
Qeyd: havanı çoxlu udmaqla susuzluğun qarşısını almaq
olar. Suda-quruda yaşamaq hava və suyun eyni tərkibli, lakin
müxtəlif sıxlıqlı olmasından irəli gəlir.
Qeyd: okean həm də bərk kütlənin maye halıdır,
toplumudur. Deməli, materiya ilə, minerallarla zəngindir.
Okean havaya nisbətən minerallarla daha zəngindir. Çünki bərk
materiya ilə qarışmış formadadır. Məlumdur ki, okeanda,
dənizlərdə və istənilən təbii su hövzələrində (anbarında)
dərinləşdikcə, kütlə artdıqca, sıxlıq da artır və Yerin cazibə
139
qüvvəsinin təsiri ilə sıxlaşma artmı meydana gəlir. Cazibə
udur. Bu baxımdan da okeanda batan istənilən metal və ya bərk
forma dərinə doğru udulur. Belə güman etmək olar ki, lap
dərinliklərdə batma okeanın sıxlaşmasının artmasına görə üst
hissələrinə nisbətən zəif olur. Su çox sıx olduğundan, tutaq ki,
bir gəmi və ya da hissə aşağıya doğru az sürətlə batır. Dayaz
yerdə batma sürəti sıxlaşdıqca azala bilər. Okean dibinə
aparatla enmək getdikcə çətin olar.
Kütlənin artması çoxluq hesabına baş verir. Su çoxluğunun
vertikal əsası sıxlığı yaradır. Okeanın dibinə doğru getdikcə
sıxlıq artdıqca, belə hesab etmək olar ki, həmin hissələrdə
suyun hərəkəti də zəifləyir. Lap materiya ilə sərhədlərdə
“hərəkətsiz” qalır. Okean dibləri daha çox bərk materiya
formasına yaxınlaşır. Okean dibindəki su üzə qalxanda isə
yüngülləşir,
seyrəkləşir.
Suyun
dibi
nisbi
hərəkətsiz
vəziyyətində olan materiyaya yaxın olur. Su dərinləşdikcə -
okeanlarda-dənizlərdə və s.-oksigen tərkibi də artır. Günəş
ş
üasından uzaqlaşır. Lakin okean dibində suyun, - sıx olsa da-
su maddəsi kimi qalması suyun üzərində olan hərəkətlə
ə
laqəlidir. Yəni, Yer kürəsi fırlanır, dalğalar əmələ gəlir, sualtı
axınlar əmələ gəlir və nəticədə suyun ən dərin hissəsi (1000
metrdən artıq dərində yerləşən abissal ərazilər) də sıx formada
olsa da belə, hərəkətdə olur. Okeanlarda sıxlıq dərəcəsinə görə
hərəkətlər də dərinləşdikcə zəifləyir, su sükunət halını alır.
Lakin daha çox hərəkətsiz olsa, yəni hərəkət çox zəifləsə, su
formasını dəyişə bilər. Su dərinləşdikcə sıxlaşır və sərinləşir,
oksigen artır. Bu məntiqlə hesab etmək olar ki, suyun
dərinliyinə enən aparatın çəkisi ümumən sıxlıq sayəsində artır.
Aparatın enməsi və qalxması xüsusi çətinlikləri tələb edir.
Çünki aparat üzərində su çəkisi artır və daha sıxlaşmış yerə
düşür. Təbii ki, okean dibinə yaxın ərazilərdə hərəkət –aparatın
hərəkəti yuxara hissələrə nisbətən zəif ola bilər. Həm də çox
sıxlaşmadan aparat dağıla bilər. Su dibində olan aparatın
140
qalxması təbii ki, getdikcə asanlaşmalıdır. Yuxarı qalxdıqca
aparatın çəkisi də yüngülləşməlidir.
Okeanın dibinə getdikcə su əhatəsi qaranlıqlaşır. Buradan
da qalınlaşma başlayır. Günəş okean dibini işıqlandıra bilmir.
Bu baxımdan da orada yaşayan canlılar ya kor ola bilərlər, ya
da iti görmə qabiliyyətinə malik olaraq, istənilən işıq
elementini tez görə bilərlər. Okeanın dibinin hərəkəti və su
forması halında qalması həm suüstü məkanın hərəkəti ilə
bağlıdır, həm də Yerin nüvəsindən daxil olan enerji də, belə
güman etmək olar ki, suyun “buzlaşmasının”, bərkiməsinin
qarşısını alır. Okean sularında dərinləşdikcə duzluluq və
ş
irinlilik nisbətləri də dəyişməyə məruz qalır. Ehtimal edək ki,
dərinləşdikcə su soyuyur, bu anda şirin su ehtiyatları artır.
Güman ki, okeanın dərinliklərində su üzərinə nisbətən şirindir.
Okean dibləri bərk materiya ilə yumşaq su (buna okeanın üst
hissəsinin suyunu aid etmək olar) arasında keçid formasını da
ala bilər. Okeanda su dərinləşsə, ehtimal etmək olar ki, bərk
materiyaya çevrilə bilər. Sıxlıqdan yuxarıya doğru-az sıxılmış
su ehtiyatı toplanır, ondan da yuxarıda atmosferin alt
təbəqələri-troposfer, stratosfer və s. meydana gəlir, ondan
yuxarı isə seyrəkləşmə baş verir. Deməli, sıxlıqlar daha çox
bərk materiya ətrafında meydana gəlir. Sıxlıq bərk materiyanın
cazibəsini yaradır, cazibə də üzərindəkiləri sıxlaşdırır, cəzb
edir. Kosmik məkan-planetlərarası məkan- Günəş olduğuna
görə, seyrəkləşir. Bu baxımdan da dünya okeanı atmosferin
ə
sasıdır, həm də Yer kürəsinin işıqlanmasına yardım edir, Yer
kürəsini sərinn saxlayır.
Yer kürəsində dünya okeanı duzludur. Səbəbi: belə hesab
etmək olar ki, su üzə çıxanda yerdəki faydalı qazıntılarla,
metallarla qarışıb. Ola da bilər ki, ilkin su qaynar olub və
temperaturun yüksəkliyi maddələri qarışdıra bilib. Duzluluq
bərk materiyaya yaxın bir vəziyyətdir, tərkibdir.
141
Su materiyada olan hidrogen və oksigendir. Suyun
tərkibində olan komponentlər da ona yumşaqlıq verə bilər. Ona
görə də maye haldadır.
Antarktida üzərində hava çox boş ola bilər. Burada oksigen
aşağıda çox ola bilər. Ona görə də quruya nisbətən buz
üzərində yerimə yüngül olar. Buz oksigendir. Hava ilə (Günəş
ş
üası ilə qarışanda) suya çevrilir.
Yer kürəsinin öz oxu ətrafında fırlanması
Yer kürəsinin öz oxu ətrafında fırlanması Günəş şüalarının
Yer kürəsinin kütləsinə olan təsirləri ilə yanaşı, həm də Yerin
Günəş ətrafında dövr etməsindən meydana gəlir. Belə ki, Yer
kürəsi Günəş ətrafında dövr etdikcə dövretmə sayəsində Yer
kürəsinin sürəti və sürət istiqaməti Yür kürəsini əks istiqamətdə
öz oxu ətrafında dövr etdirir. Sürətlə Günəş ətrafında dövr edən
Yer kürəsi kosmik fəzaya sürtünür, sürtünmə sayəsində qüvvə
meydana gəlir, bu qüvvə əks olaraq Yer kürəsinin öz oxu
ə
trafında fırlanmasına səbəb olur. Yer kürəsinin öz oxu
ə
trafında dövr etməsi Yer kürəsinin Günəş ətrafında
sürütnməsindən meydana gələn itələmə qüvvəsindən yaranır.
Burada sürtünmələr bir-birini əksə doğru itələyir.
Yer kürəsinin öz oxu ətrafında fırlanması atmosferi
saxlayır. Atmosferə okeanlardan qida verir. Okeanları hərəkətə
gətirir, küləklər yaranır. Gecələr soyuma proseslərinə təsir edir.
Belə qəbul etmək olar ki, okeanlar və atmosfer Yer kürəsinin
cazibə qüvvəsinin tarazlı əsaslarla paylanmasında mühüm rol
oynayır. Burada vahidlik elə cazibə qüvvəsinin ümumi
sistemliliyini saxlayır. Yer kürəsinin öz oxu ətrafında
fırlanması istiliyi soyuqla, soyuğu da istiliklə əvəzləyir. Belə
ki, gecə ilə gündüzün meydana gəlməsi ümumi atmosfer
tarazlığını təmin edir.
Yer öz oxu ətrafında fırlanmazsa, Yerin kürə şəkilli olması
nəticəsində bir tərəfdə daima qaranlıq, digər tərəfdə isə daima
142
işıqlıq olardı. Bu halda atmosfer indiki kimi olmazdı. İşıqlı
yerlərdə həddən artıq istilik və quraqlıq, qaranlıq yerlərdə isə
çox güman ki, buzluluq (buzlaqlıq), ya da buzlaqsız lap aşağı
temeperatur olardı. Yer kürəsinin isə bütövlüyündən söhbət
gedə bilməzdi. Planet yalnız qaz halında ola bilərdi. Yerin öz
oxu ətrafında fırlanması, eləcə də fəsillərin əməl gəlməsi sanki,
Yer kürəsi üçün ümumi bir termostat (termostat havanı eyni
temperaturda saxlayan cihaza deyilir) rolunu oynayır, atmosfer
həm qızır, həm də soyuyur. (Qeyd: qızma və soyuma enerjinin
aktivliyi və deaktivliyidir. Aktivliyin yüksək həddi alovun
yüksəlməsidir. Onun da ən son həddi alovsuzluqdur. Bu
baxımdan da Yer kürəsinin yanmasının ən yüksək həddi
alovsuzluğa, tükənməyə aparıb çıxara bilər. Bu məsələdə
Günəşin “sönməsi” fikirinə gəlib çata bilirik. Günəşdən gələn
işıq enerjisi istilik enerjisinə çevrilir. Yəni, sürəti azalır.
Günəşdən çıxan enerji axını daha parıltılı olur; çünki
sürətlidir. Kosmik fəzada isə parıltı azalır. Bu baxımdan da
işıq enerjisi istilik enerjisinin müəyyən sürətli həddidir).
Qarşılıqlı vəziyyətlərdə isə tarazlıq əmələ gəlir. Yer kürəsi
fırlandıqca hesab etmək olar ki, atmosferdə cərəyanları da
meydana gətirir. Yerin fırlanması onun maqnit axınına (Yer
kürəsinin maqnitosferi təbii ki, ümumi kütlədən və onun
fırlanması sayəsində meydana gələn təsir qüvvəsindən
formalaşan bir sistemli hərəkət sferası rolunu oynayır. Maqnit
təbəqəsini həm də Yerin nüvəsi və onun digər planetlərlə və
Günəşlə qarşılıqlı əlaqələri də təmin edir) səbəb olur ki, bu da
nəticədə atmofer təzyiqində dəyişikliyi yaradır. Maqnitosfer –
elm yazır ki, atmosferin xarici qatındadır və Yer kürəsini
Günəş şüalarının təsirindən qoruyur- əks təsir, yəni, Yer
kürəsinin ətrafa olan əks təsiri sahəsidir. Maqnitosfer
cazibədən,
ümumi
kütlənin
hərəkətindən
və
daxili
elementlərdən meydana gələn bir özünümüdafiə sahəsidir. Belə
hesab etmək olar ki, Yer kürəsinin atmosferinin maqnitosfer
sahəsi onun həm də daxili bütövünün ümumi qoruyucu
143
qüvvəsindən meydana gəlir. Maqnitosfer Günəş enerjisindən
də qidalanır və Günəşin cazibə və itələmə qüvvəsi sahələri
arasında aralıq bir yer tutur.
Yer kürəsinin öz oxu ətrafında fırlanması və onun
nəticələri. Günəş şüası elementlər zərrəciklərinin axınlarından
ibarətdir. Günəş şüası həm kosmik fəzadan, həm də Yerin
atmosferindən (onun təbəqələrindən) keçir və Yer kürəsinin
materiyn
144
tərəfindən hiss oluna bilmir. Dəyişmə olur; çünki Yer kürəsi bir
tərəfdən Günəşdən enerji alır, Günəşə enerji ötürür, digər
tərəfdən başqa planetlərlə paralel enerji mübadiləsini həyata
keçirir. Belə hesab etmək olar ki, Yer kürəsinin Günəşdən
qaranlıqlaşan hissəsinin çəkisi işıqlı hissəsinin çəkisindən fərqli
olur. Yer kürəsi sutka ərzində öz çəkisini artırıb-azaldır. Lakin
bu ümumi çəkisinə təsir etmir. Onun hissələri-qaranlıq və
gündüz hissələri-arasında nisbət dəyişir, hissələrdə kütlə fərqi
yaranır. Yer kürəsinin öz oxu ətrafında fırlanmasına Günəşin
ş
aquli və üfüqi düşən şüaları təsir göstərir. Günəş düşən
hissələrlər qaranlqılaşan hissələr arasında (meridianlar üzrə)
kütlə fərqi yaranır. Fəzada hərəkət Yer kürəsinin gecə-gündüz
çəki nisbətindən meydana gəlir. Yer kürəsinin öz oxu ətrafında
fırlanması sayəsində okeanların, dənizlərin atmosferlə nisbəti
tarazlanır. Atmosferin Yer kürəsi üzrə nisbətən taraz qaydada
paylanılması prosesləri baş verir. Gecə-gündüz əsasən
atmosferin nisbətən tarazlı formalaşmasına təsirlərini edir.
Gecə-gündüz hadisələri Yerin cazibə qüvvəsini tarazlayır. Yer
kürəsinin fırlanması dünya okeanının dağılmasının qarşısını
alır. Eyni zamanda atmosferin (hava axınının) tarazlı axın
etməsinin əsaslarını yaradır.
Yer kürəsi əgər öz oxu ətrafında fırlanmazsa, onda
ümumiyyətlə Yer kürəsinin mövcudluğundan söhbət gedə
bilməz. Təsəvvür edək ki, Yer kürəsi öz oxu ətrafında
fırlanmır. İndiki kimi bir forması mövcuddur. Günəş şüasını da
qəbul edir. Nəticələri necə ola bilər:
-Yer kürəsi Günəş şüasının ardıcıl düşməsindən öz
kütləsinin tamamilə dəyişər, Yer kürəsi şişər və partlayar,
yalnız zəif əlaqədə olan qaz halında olar;
-Yer kürəsinə ardıcıl düşən Günəş şüası dünya okeanını
buxara çevirər, planetin atmosferini məhv edər;
-Yerin bərk materiyası isə tamamilə əriyər;
-Yerin daxili nüvəsi üzünə çıxar və partlayar.
145
Bütün planetlər və peyklər hərəkət edərək, öz oxları
ə
trafında fırlanaraq, planetləri ətraflarında dövr edərək özlərini
qoruyurlar.
Yer
öz
oxu
ə
trafında
fırlandıqca
Günəşlə
olan
təmaslarından, Günəşin dünya okeanı ilə təmaslarından
atmosferini yaradır. Fırlanma sayəsində bərk materiya ilə
dünya okeanı arasında meydana gələn təzyiq fərqləri sayəsində
atmosferin hərəkəti və paylanması hadisələri baş verir.
Strukturlararası proseslər makro prosesləri meydana gətirir və
onun tərkib hissələrinə çevrilir.
Ay haqqında
Oksigen “enerjisizlikdir”, ona görə də boşluqdur.
Sıxılmanı isə hidrogen molekulları əmələ gətirir. Hidrogen
hərəkətdə olanda həm sıxılır, həm də genişlənir. Oksigen
genişlənən,
hidrogen
sıxılandır.
(Hidrogen
hərəkətdə
olduğundan
həm
də
genişlənəndir,
seyrəkləşdiricidir.
Hidrogenin sıxıcı funksiyası onun müəyyən məkanda hərəkət
fəallığı və təsirləri ilə əlaqəli ola bilər). Elm qeyd edir ki, Ay
Yer kürəsi ətrafında-perigey (Yer kürəsinə yaxınlaşma) və
apogeylə (Yer kürəsindən uzaqlaşma) 27 gün, 7 saat, 43,1
dəqiqə ilə çevrə trayektoriyası formasında dövr edir. Ayda
günüz isti, gecə çox soyuq olur. Ola bilər ki, günüz Günəş işığı
(enerjisi) düşən yerdə sıxlıq çox olsun, yəni hidrogen atomları
çoxluq təşkil etsin. Gecə isə oksigen çox olsun, boşluq çox
olsun, “enerjisizlik”-deaktiv (dezaktiv, passiv) enerjisizlik
meydana gəlsin. (Qeyd: elm yazır ki, ayın tərkibi heliumdan,
neon, hidrogen və arqondan, eləcə də karbon və metandan
ibarətdir. Ayın səthində atmosfer çox incədir, Ayı kosmik fəza
cisimlərindən qoruya bilmir və buna görə də meteor hissələri
çoxdur. Burada elm oksigenin olmasını inkar edir. Lakin
nəzərə almaq lazımdır ki, oksigen elə Ayın bərk materiyasının
ə
sasıdır, bərkimiş qazdır. Ayın üzərində su olmadığından
146
sıxlıq da ola bilmir. Lakin bu,bərk materiyanın özündə
oksigeni inkar edə bilməz. Suyun olması da mümkündür. Bu
da daxildə ola bilər. Ya da su halında birləşmə heç onun
daxilində də olmaya bilər. Bu birləşmə Günəş sistemi üçün
məxsusi olaraq ancaq Yer kürəsində mövcuddur. Digər
ulduzlar sistemində isə suyun olması istisna olunmur).
Ayın gecə səthinə çox boşluq ucbatından düşmək olmaz
(çətin olar). Hər şey Ay “göyündə” olar. Ay atmosferi
(Yerdəkindən yüngül olsa da belə) gecə çox sıx ola bilər. Ayın
atmosferinin günüz az sıx olması onun səthində suyun
olmaması ilə əlaqəli ola bilər. Gündüz Ayın səthinə aparatla
enmək olar, çünki sıxlıq (Günəş enerjisindən yaranan sıxlıq)
buna imkan verər. Məlumdur ki, atmosferin də kütləsi (çəkisi)
vardır. Sıxlıq onun kəmiyyətini artırr
.
Ayda gecələr oksigen
küləyinin (axının olması) inandırıcı olar. Həyat üçün vacib olan
su olarsa (planetin üzündə olarsa) təbii ki, Ayda da Yer kimi
canlı aləm üçün təbii tarazlıq, elementlər tarazlığı yaranar.
(Qeyd: tarazlıq anlayışı hər bir məkan üçün xas olandır. Bu
baxımdan da mütləq və nisbidir. Məkanlar üçün tarazlıqlar
digər məkanlar üçün fərqliliklərdir. Tarazlıqlar həm
elementlər bolluğundan, yəni çoxluqdan meydana gəlir, həm
də elementlər azlığından ortaya çıxır. İstənilən halda tarazlıq
öz məkanında məxsusidir və hər bir məkan üçün bərabərliyi
tələb edir).
Elm qeyd edir ki, Venerada hava insan üçün çox
təhlükəlidir. Hava əsasən zəhərli karbon qazından və sulfat
turşusu buludundan ibarətdir. Atmosfer qatı çox qalındır. Ona
görə də atmosfer təzyiqi çox böyükdür. Qeyd etmək olar ki,
Venera Günəşə yaxın planet olduğu üçün hidrogeni (aktivlik
yaradan elementi) çoxdur. Hidrogenin çoxluğu məhz karbonun
ə
mələ gəlməsini təmin edir. Daha çox karbonlaşma və
oksidləşmə gedir. Hidrogenin çoxluğundan da Veneranın
tərkibində olan metallar (burada metalı təşkil edən maddələr)
ola bilər ki, ərimiş formadadır. Metalların əriməsindən də
147
atmosferi qazlı və zəhərli olur. Venera üzərində daima mövcud
olan güclü enerji (hidrogen) burada daimi sıxlığı şərtləndirir.
Boşluq, yəni oksigen çox yarana bilmir. Veneranın gecəsində
ola bilər ki, Günəşin işığı olmayan hissədə atmosferdə bir
qədər “boşluq”-deaktiv hidrogen, yəni oksigen yaransın. Bunu
az ehtimal etmək olar.
Ay planetinə gecə vaxtı (Ayın özündəki gecə) kosmik
aparat endirmək gündüzə nisbətən ola bilər ki, bir qədər çətin
olsun. Çünki bu zaman Ayın qaranlıq tərəfində oksigen çox ola
bilər. Temperatur soyuq ola bilər. Yüngüllük (aparatın Aya
enmə yüngüllüyü) çox olar. Ayda su olmadığından Yerdəki
kimi atmosfer də yoxdur (elm bunu sübut edib). Ayın
gündüzündə isə Günəş olduğundan sıxlıq da ola bilər.
Planetlər arasındakı əks olunmalar və əlaqələr
Sistemlilik prinsipindən çıxış edərək, belə qəbul etmək olar
ki, planetlər arasında əlaqələr vardır. Bu da onunla izah olunur
ki, bütün planetlər vahid sistemdə fərdi və ümumi funksiya
yerinə yetirirlər. Elm hələlik doqquz planeti kəşf edib.
Planetlərin də öz peykləri vardır. Güman etmək olar ki,
Planetlər arasında işıq əlaqələri və əks olunmalar vardır. Əks
olunmanı kosmik fəza təmin edir. Işıq əlaqələri elə enerji
ə
laqələridir. Planetlər arasında olan əlaqələrdən də məhz
teleskop vasitəsilə həmin planetləri tapmaq olur. Əks olunma
və işığın axmasına görə planetləri görmək mümükün olur.
Planetlər Yer kürəsinə axan siqnallardan kəşf edilir. Həmçinin
kosmik teleskopların tədqiqatları onu deməyə imkan verir ki,
qalaktikalar arasında, eləcə də qalaktikalar daxilində siqnal
axınları vardır. Əks halda biz insanlar heç bir kosmik obyekti
müşahidə edə bilmərik, görə bilmərik. Axınlar ümumi
qalaktikaların vəhdətini və cazibə qüvvələrini meydana gətirir.
Ay Yerə yaxındır, hər iksini Günəş işıqlandırır və görmək
mümkün olur. Bunlar Günəşlə təqribən eyni məsafədə (yaxın
148
məsafədə) yerləşirlər və Günəş əks olunmaları onlar arasındakı
kosmik fəzanı da yaxşı işıqlandırırır. Ay və Yer bir-birinə işıq
ötürürlər. Çox güman ki, Yerin və Ayın arasında enerji
mübadiləsi həyata keçirilir. Bu baxımdan da hər iki planet
arasında əlaqə vardır. Ay olmasa çox güman ki, Yerdə də
cazibə qüvvəsi olmaz, maqnit tarazlığı pozular, bundan da öz
oxu ətrafında fırlanma pozular. Eyni zamanda indiki kimi
atmosfer və işıq olmaz. Yer kürəsi olmasa Ay da ola bilməz.
Bu baxımdan da Ayın təhlükəsizliyi Yerin təhlükəsizliyinə
bağlıdır. Ayın məhv olması və ya da böyük zərbə alması Yerdə
fəsadlar törədər. Bunu mütləq hesab etmək lazımdır. Ay Yer
kürəsini bir növ öz ətrafında həm də qoruyucu obyekt kimi
görür. Eləcə də Ay Yer kürəsini qoruyur, Yer kürəsi ətrafında
fırlanmaqla Yer kürəsi ətrafında enerji selinin paylanmasında
iştirak edir.
Günəş bütün planetləri işıqlandırır. O planetlər daha çox
işıqlanırlar ki, kütlələri böyükdür, Günəşlə məsafələri yaxındır,
başqa planetlərə (əks olunma sahəsinə) yaxındır, səthində
enerjini udan, işığı udan (burada zəiflədən) elementlər azdır.
Enerji keçirici elementlər (nisbətən) çoxdur. Bütün planetlər
səthində olan elementlərin Günəşlə əlaqəsindən, şüalarla
ə
laqəsindən işıqlanma yaranır. Güman etmək olar ki, yer
kürəsində dünya okeanı və buzlaqlar Yer kürəsini daha da işıqlı
edir. Həm də Günəşə yaxın olan planetlər də məntiqlə işıqlı
olmalıdırlar; çünki aktivlik var. İşıqlıq da aktivliyin elə
ə
sasıdır. Günəş işığı elə müəyyən dərəcəli maksimal
hərəkətdən yaranır.
Element (materiya, cisim) enerjini “udur”, udulmayan
enerji isə əks olunur. Günəşin düşmə kütləsi ilə əks olunma
kütləsi arasında təbii ki, sıxlıq və həcm eyni deyildir. Elə
kütləni də sıxlıq meydana gətirir. Ağır hissəciklərin sıx
toplanması kütləni artırır. Yüngül elementlərin sıx toplanması
bir tərəfdən kütləni artırır, digər tərəfdən də həcmi
genişləndirir.
149
Böyük və Yer tipli planetləri, eləcə də Günəşə yaxın olan
planetləri kəşf etmək asan olub. Çünki planetlərin əks
olunması, işıqlanması onların kəşfinə gətirib çıxarıb. Kosmik
fəzada işıq paylanılır. Paylanma sayəsində materiya görünür.
Materiya ətrafında paylanma çox olur. İşıqlanma çox olur. Yer
üzərində qurulan teleskoplar, həmçinin kosmik teleskoplar
planetləri və kainatı, o cümlədən ulduzları öyrənmək üçün
mühüm əhəmiyyətə malikdir. (Mikroskopların və teleskopların
ixtirası işıqla əlaqəli olmuşdur. Qalın qatlı obyektlərdən keçmə
linza effektini yaratmışdır). Planetlər arasında enerji əks
olunmaları (işıq əks olunmaları) təbii ki, planetlər arasında
ə
laqələri də meydana gətirir. Ona görə də Günəş sistemində hər
hansı bir planetin məhv olması digərlərinə təsirsiz ola bilməz.
İş
ıq
paylanılır,
deməli,
enerji
paylanılır.
Enerjinin
paylanmasında ümumi Günəş sisteminin enerji məkanı
formalaşır. Planetlərin birinin sistemdə çatışmazlığı mütləq
şə
kildə Günəşin kütləsinə təsir edə bilər. İndiki nizam pozular.
Deməli, planetlər bir-biriləri ilə əlaqəlidir və sıx bağlılıq
var. O da ola bilər ki, bir planetin Günəş ətrafında fırlanması
digəri ilə bağlıdır. Planetlər arasında fəza seli asılılığı da ola
bilər. Bu, o deməkdir ki, bir planetin fırlanmasından, məkan
dəyişməsindən meydana gələn sel (“materiyasız” fəza
elementinin axın) başqa xətlə hərəkət edən planetə təsir
göstərir. Bu fikir ondan irəli gəlir ki, planetlər Günəş
sisteminin tərkib hissələridir. Tərkib hissələr və onlar arasında
məkan bütövlüyü olmadan ümumi sistemin indiki kimi
fəaliyyəti də ola bilməz.
Planetlərin işıq (enerji) əks etmələri sayəsində planetlərin
yerləri, məkanları, fırlanma dairələri müəyyən oluna bilir. Bir
planetin güclü hərəkəti (Günəş ətrafında) ola bilər o biri
planetin orbital trayektoriyasına da təsir göstərsin. Hər bir
planetin fırlanmasına və fırlanma sürətinə onun çəkisi, Günəşlə
ə
laqəsi, peykləri və kosmik fəza təsir göstərir. Buradan da
qarşılıqlı mövcudluq və tarazlıq sistemi meydana gəlir.
150
Belə də qəbul etmək olar ki, hər bir planet digər planetə
eyni dərəcədə təsir göstərə bilməz. Burada kütlə, Günəşdən
olan məsafə, planetin tərkibi, ətraf təsir qüvvəsi fərqləndirici
kriteriya kimi çıxış edir. Ancaq təxmin etmək olar ki, böyük
kütləli planet kiçik kütləliyə nisbətən daha da cəzbedən
olmalıdır.
Dostları ilə paylaş: |