Qəbul edilməz arqument və hərəkətlər
31. Əxlaq və qanunun icazə vermədiyi hərəkət təklif edilmir. Bu,
yalnız məhdudlaşdırıcı amillərin (əxlaq və ya üst sistemlərin)
dəyişilməsi haqda təklif verilib qəbul olunduqdan sonra mümkündür.
32. Dini dünyabaxış və prinsiplər və andlar sübut kimi istifadə edilə
bilməz. Fövqəltəbii, cənnət, cəhənnəm , o biri dünya, dini kitablardan
göstərişlər və s. səbəblər gətirilə bilməz.
195
33. İştirakçı heç bir partiyanı, milləti, təşkilatı, qrupu, varlı şəxsi,
vəzifəni təmsil edə bilməz, heç kimin adından danışa bilməz. Yalnız
özünü təmsil edir.
Mövcud normalar, ideyalar, adətlər, ənənələr, siyasi qərarlar,
müzakirəyə mane ola bilməz. Hamının əməl etdiyi adət təklifi
əsaslandıra bilməz.
34. Təklif verən başqalarından artıq rifah tələb edə bilməz
35.Təklif başqalarının hüquqlarına, həyat şəraitinə, mənafesinə, təbiətə
zərər
vurmamalıdır
36. Vəzifələr, varlı , gözəl olmaq, bərkdən qışqırmaq, və ya özünü
yazıq göstərmək, fiziki və ya silah gücü heç bir üstünlük hüququ
vermir.
37. Qəsdən, mənasız və zarafat olmamalıdır, başqalarını alçaltmaq,
istismar etmək, aldatmaq, sionizmi, antisemitizmi, rasizmi, faşizmi,
hegemonizmi, terrorizmi müdafiə etməməlidir.
38. İiştirakçıların qəsdən sözləşməsi və elm və s., qanunlar əleyhinə,
idrakdan kənar təklif və ya qərar layihəsi verməsinə yol verilmir, azad
iştirak nəticəsində bunun qarşısı alınır.
39. Siyasi discussiya və arqumentlər, siyasi metodlar, texnologiyalar
qəbul edilmir.
40. Hamının icra etdiyi adətlər, qəbul etdiyi dünyagörüşlər məsələ irəli
sürməyə və müzakirəsinə mane ola bilməz.
41. Xüsusi müstəsnaların yol verizməzliyi. Tək, müstəsna, xüsusi
hallar, yəni daha çox qışqıran, daha çox ağlayan, xüsusi imtiyazlar
tələb edən hallar baxıla bilməz. Xüsusi hallar, şəxsi tələbatlar və
problemlər ümumi məsələnin hissəsi kimi təklif və həll olunmalıdır.
Belə ehtiyacı olanların hamısının məsələsinin həlli təklif edilməlidir.
Müzakirədə hakimlik rolu
42. Discussiya –müzakirədə hakim rolu elm, texnika, sosial, ictimai
və təbiət qanunları, elmi tədqiqatlar, son elmi nailiyətlər,
qanunauyğunluqlar, bütün tarixi faktlar, təcrübə, rasionallıq
prinsipləri, qərarın keyfiyyət kriteriyaları oynayır.
Ideya, qərar, qiymət və fikirlərin sübutu isə elmi texniki faktların -
biliklərin sübutu prosedurlarına əsasən aparılır.
Əgər iştirakçılardan bəziləri bunlara məhəl qoymayaraq razılaşmırlarsa
və burada əsaslı ehtimallar varsa, məsələ müstəqil ekspertlər, elmi
institutlar tərəfindən baxılır və qiymət verilir. Sonrakı qərarla
razılaşmayanlar isə qəsdən müzakirəni pozmağa cəhd etdikləri üçün
kənarlaşdırılırlar. Bilikləri zəyif olanlar elmi texniki nümayəndə təyin
edə bilərlər. Nümayəndə yalnız bir adamın nümayəndəsi ola bilər.
196
İİ. Hazırlanmış qərar və qanunların keyfiyyət meyarları:
Rasionallıq Kriteriyaları
43. Məsələnin həlli üst sistemə uyğun olmalıdır. Fəaliyyət, maddi
resurlar ayrılması, təşkil , şərait yaradılması, sistemin ən üst
səviyyəsinə - tələblərinə, məqsədinə, mədəniyyətinə, inkişaf
istiqamətinə uyğun olmalıdır.
44. Ümumbəşəri rasionallıq. Bu ümum bəşəri mənafe, məqsəd,
strategiyalara, optimal həyat səviyyəsinə uyğunluq; habelə Millətlər
birliyinin Konstitusiyasına, qəbul etdiyi məqsədlərə uyğunluq.
45 . Ümummilli İctimai rasionallıq. Ümummilli mənafeyə, rəsmi
planlarda konstitusiyada qeyd edilmiş ümummilli strategiyalara
uyğun olmalı. Uzun dövr ( gələcək üçün) Strateji məqsədlərə,
fəaliyyət planına uyğun olması.
Ümumbəşəri
mənafe
ilə
uyğunsuzluq
olduqda
məsələ
uyğunlaşdırılmalıdır (kompensasiya, forma və məzmunu, yeri, zamanı,
icra qaydası dəyişdirilməklə).
- Konstitusiyaya uyğunluq. Konstitusiyaya, qanunlara uyğun olması,
zamanın seçilməsi , məkanın seçilməsi rasionallığı,
- Elmi qanunauyğunluq. Obyektlərin, hadisə və proseslərin real
xassələrinə və dəyişmə qanunlarına uyğunluqu,
46. İctimai yerli ərazi rasionallığı. Məsələnin aid olduğu ərazidə qəbul
olunmuş strategiyaya, həmin insanların ümumi mənafeyinə uyğun
olmalıdır.
Milli
mənafeyə
uyğunsuzluq
olduqda,
məsələ
uyğunlaşdırılmalıdır (kompensasiya, forma və məzmunu, yeri, zamanı,
icra qaydası dəyişdirlməklə)
47. Prioritetlərə uyğunluq . Baxılan dövr üçün prioritetlər siyahısında
olması . Təklif, ideya və məsələ həlli zamanı
- daha effektiv olan sahəyə üstünlük verilməlidir,
- daha çox əziyyət çəkən insana üstünlük verilir - cəmiyyətin ümumi
mənafesinə uyğunluq yerli qayda və sərəncamlardan üstündür,
- daha çox zərərli, təhlükəli məsələyə üstünlük verilməlidir,
Bu şərt həmin an prioritet olmayan, lakin zəruri yaşama haqqı olan
digər sahələrin və insanların vəziyyətini, inkişafını pisləşdirə bilməz.
48. İqtisadi rasionallıq. Daha ucuz, daha effektiv- miqdarca daha çox
faydalı, daha çox adama faydalı olma, az enerji, əmək, material ,vaxt
tələb edən, vurduğu zərəri ödəyən, daha az zərərsiz. İcra edilə bilmək
qabiliyyəti.
197
49. Texniki rasionallıq. Daha sadə və asan icra edilə bilən, təmir edilə
bilən, dəyişdirilə bilən, uyğunlaşdırıla bilən, daha etibarlı, yüksək
texniki parametrli.
50. Gələcək üçün rasionallıq. Təklif, qərar gələcək zamanda, gələcək
nəsillər üçün rasional olmalıdır. Onlara problem yaratmamalıdır.
51. Ümumbəşəri elmi idraka uyğunluq. Təklif, qərar- ümumbəşəri
idraka- ağıla uyğun və ondan geri qalmamaıdır. Bəşəriyyətin əldə
etdiyi
biliklər-layihələr,
elmi
əsərlər,
qanunauyğunluqlar
mövqeyindən əsaslandırılmalıdır və onların məsələnin həllində
tətbiqinin real nəticəsi olmalıdır. Elmi – texniki, iqtisadi, ictimai
qanunlara uyğunluğu, inkişaf qanunlarına uyğunluq;
52. Ümumbəşəri təcrübəyə uyğunluq. Ümumbəşəri tərəqqinin son
nəticələrinə - nümunələrə, modellərə, metaforalara, paradiqmalara
uyğun və onlardan geri qalmamalıdır.
53. Rasionallıq (optimallıq), cəmiyyətin bütövlükdə malik olduğu elmi
- texniki, iqtisadi, bilik və təcrübə ilə müqayisə və uyğunluq
cərçivəsində müəyyən edilməlidir. İştirakçının biliklərdən xəbəri
olmaması üzürlü deyil. O bütün zəruri bilikləri tapmalıdır.
54. Faydalılıq, lazımlılıq . Fikir, ideya insana, cəmiyyətə və təbiətə
faydalı olmalıdır (əxlaqa əməl etməklə).
55. Məqsədə uyğunluq. Ideya və təklif ictimai və şəxsin məqsədinə
uyğun olmalıdır.
56. İsrafçılıq və həddən artıq olmaması . Zəruri insani tələbata uyğun
olmalı və ölçülərin gözlənilməsi. Cəmiyyətin ümumi səviyyəsindən
artıq israf edilməməsi (bir neçə maşın, hədsiz nemətlər toplanması,
tələbatdan artıq təbii ehtiyatlar sərf olunması)
57. İnsan hüquqları və sosial prinsiplərə uyğuluq.
- Rasional cəmiyyətin iqtisadi, sosial prinsiplərinə uyğunluq, insan
hüquqlarının təmini,
- insanın təməl hüquqlarının ödənməsi: su, sanitariya, kanalızasiya,
təhsil, sağlamlığın, yaradıcılığın təmini, mədəniyyətlə – ədəbiyyat,
musiqi, rəsm , kitabxana, ictimai toplantı binaları və s. - məşğul
olmaq imkanı və şəraiti, sağlam həyat şəraiti - yol, kommunikasiya
imkanı-telefon, poçt,və s.
- cəmiyyətin ehtiyacı olan istənilən biznes və məşğuliyətin təmin
edilməsi,
- rasional cəmiyyətin iqtisadi idarəetmə, təhsil, insana , ailəyə şərait
yaradılması prinsiplərinə uyğunluq,
-
əmək haqlarının maksimum və minimum hədləri arasında təmini,
-
bütün işsizlərin, əmək qabiliyyətini tam və qismən itirmiş
adamların, uşaq və şagirdlərin /tələbələrin uyğun olaraq bütün
198
həyatı boyu işlə və ya maddi müavinətlə təmini və ya kifayət qədər
təqaüd verilməklə yeni peşə, ixtisas, əlavə bilik, ixtisasını artırma
təlimləri vermək,
-
qiymətlərin maya dəyərindən aşağı olmaması (zəruri halda dövlət
kompensasiya verir) və ümumi mənafeyə uyğun - minimal
gəlir(rentabellik) və satış faizlərinin olması.
Müzakirə və son qərarın qəbulu
58. Rasionallıqın ölçülməsi və etiraf edilməsi.
59. Təklif verən sübutun onun hazırladığı eksperimentin vasitəsilə və
ya tədqiqatın köməyilə edilməsini tələb edə bilər. Habelə müzakirədə
belə təklif verilə bilər. Bu halda belə tədqiqatı və eksperimentin
aparılması sözsüz qəbul edilir və icra edilir. Nəzəri razılaşmayanlar
eksperiment nəticələrini qəbul etməlidirlər.
60. Etiraz və əks təkliflər, arqumentlər və sübutlarla düzgünlüyü
əsaslandırılmalıdır ki, təklif hansı nəticələr verəcək və bu bütün
kriteriyalar üzrə qəbul edilirmi?
61.Verilən ideyalar, təkliflər bütün iştirakçılar tərəfindən qəbul
olunanadək müzakirə olunur və dəyişdirilir, sonra son versiya hamı
tərəfindən tam razılaşmaqla qəbul olunur.
62. Sübutsuz etiraz və ya razılaşmamaq sayılmır. Əgər iştirakçı yox
demək üçün əsas göstərə bilmirsə, onun baxılan qərarla razı olduğu
qəbul edilir. Habelə etiraz arqumenti - sosial, iqtisadi, təbiət
qanunlarına, rasionallığa, həqiqətə, keyfiyyət kriteriyalarına uyğun
deyilsə - yenə sayılmır.
63. Əgər iştirakçı etirazını əsaslandıra bilmirsə, lakin ideyanı, baxışı
qəbul etmirsə, onda o iştirak etməmiş sayılır.
64. Əgər ideyanın, qərarın, baxışın, qiymətin düzlüyü müəyyən edilə
bilmirsə nə lehinə, nə əleyhinə sübutlar idraka cavab vermirsə və
kifayət deyilsə, onda həmin ideya, baxış fərziyyə kimi qəbul edilir,
lakin həmişə müzakirə obyekti kimi qalır, sübutlar axtarışı davam
etdirilir.
65. İdeya, baxışın, qərarın müzakirə və qəbulu üç roundda keçirilir, hər
roundda qəbul edilmiş son versiyalar elan edilir; lakin istənilən zaman
kimsə digər sübut və arqumentlər tapsa, məsələ yenidən yeni
versiyada müzakirəyə qoyulur.
İİİ Hazır qanun və qərarların, ideya və baxışların əxlaq və etik -
meyarları
-
əxlaq və etik normalara uyğun olmalıdır,
199
-
rasionallıq meyarlarına cavab verməlidir,
-
aid olduğu ərazi, dövr üçün universal olmalı,
-
həqiqəti əks etdirməli həmin ərazi və insanlar üçün və gələcək
insanlar üçün daha çox rasional, məqsədəuyğun, təbiət, ictimai,
iqtisadi qanunlarla əsaslandırılmış olmalıdır,
-
digər insanların, qonşuların həyatının pisləşməsinə, işsizliyə səbəb
olmamalıdır qərar nəticəsində insanların mənafeyinə zərər gəlirsə
bu kompensasiya olunmalıdır,
-
real ehtiyacların ödənməsinə, problemlərin universal həllinə
xidmət etməlidir,
-
humanizm prinsiplərinə cavab verməli,
-
insan və ailə həyatını dağıtmağa – boşanmaya səbəb olmamalı və
uşaqların tərbiyəsini və həyatını pisləşdirməməlidir,
-
insanları emiqrasiya etməyə, qaçqın və köçgün olmağa məcbur
etməməlidir,
-
insanın həyatının yaxşılaşdırılmasına, probleminin həllinə
yönəlməsi,
-
gələcək nəsillərin mənafeyinə, inkişafına zərər vurulmaması və
onların daha yaxşı vəziyyətinə xidmət etməsi,
-
təbiətə zərər vurulmaması və bərpası,
-
bərabərlik prinsipi – işlə təminatda maddi rifahın yaradılmasında,
bizneslə məşğul olmaqda, kredit almaqda, torpaq , dövlət yardımı
almaqda , eyni işə, vəzifələrə eyni əmək haqqı verilməsi , eynu
həyat şəraiti, təhsil, sağlamlıq təminində, mədəniyyətdən istifadədə
və s.,
-
insanlara eyni kriteriyaların tətbiqi ilə eyni mühakimə olunmaq və
qiymətləndirilmək imkanları ,
-
insanların azadlığını məhdudlaşdırmamaq: söz , mətbuat, yığıncaq
etiraz nümayişləri ,
-
istənilən adamın qərar və qanun qəbulunda iştirak imkanının əldə
edə bilməsi :- təhsil, məlumat, tədqiqat aparmaq, sorğu keçirmək,
-
ictimai qanun və qərarlar insanları müxtəlif sənədlər, məktublar,
fikirlərini bildirməkdə formal tələblər qoyaraq çaşdırıb onları sosial
yardım və dövlətin öhdəçiliklərini yerinə yetirməkdən məhrum
edə bilməz.,
-
vətəndaşın müraciət etməməsi və ya hansısa məlumatı veməməsi
dövlətə öz borcunu sosial yardım etmək və s. icra etməməsinə əsas
vermir,
-
dövlətin vəsaitləri dövlət icraçılarının təriflənməsi üçün, onlara -
kitab, mahnı şeir, yazılması, heykəl qoyulması, mətbuata və
nəşriyyatlara, şəxslərə mükafat kimi verilə bilməz.,
200
-
xalqın malı və əmlakı ilə hər hansı dövlət xadiminin adına fond
yaradıla bilməz,
-
ölkədə təhsil, səhiyyə, mənzil imkanlarına malik olmayan
insanların olması şəraitində hamıya minimal şəraitin yaradılmadığı
halda xalq əmlakı hesabına böyük əyləncələr, yalnız varlı sinfə
xidmət edəcək obyektlər tikilə və avadanlıqla təchiz edilə bilməz.
Bütün ictimai səhiyyə, mədəniyyət, idman, təhsil obyektləri kifayət
qədər olmalı, hər bir kəs üçün azad olmalıdır.
Qeyd : istənilən konkret şəxsə, qrupa aid qərar əksinin sübutu
olmadıqda, habelə belə hüququ olan başqalarına da bu imkanı vermirsə
- bu diskriminasiya sayılır - qəbul edilə bilməz. Eyni hüququ olan
başqalarının olmadığı sübut edilməlidir.
Rasional həyat tərzi
Giriş. Rasional həyat tərzi ən ümumi təsvir etdikdə material həyatın
və psixi əhvalın rasional təmini prosesindən və fəaliyyətdən ibarətdir
İnsanın həyatı ritmik dəyişilən gecə gündüz zamanlarında keçən və
Yer kürəsinin müxtəlif coğrafi ərazilərində fərqli olan həyatdan
ibarətdir.
Heyvan ehtiyac hiss etdiyi qədər yeyir və artıq yemir, artıq su içmir;
istədikləri zaman erkək və dişilər növün təbii qaydalarına görə cinsi
əlaqədə olur; növünün adətinə görə müəyyən zamanda gecə ya gündüz
yatır, müəyyən qayda ilə qida tapır.
Uşaqlar da doyduqdan sonra yemir, artıq su içmir, lakin tam şüuru
yetişmiş 20 yaşı keçmiş insan məhz şüurlu olduğu üçün özünə ya
məhdudiyyətlər qoyur, ya da tam azadlıq verir - artıq yeyir, artıq içir,
nəyi nədən sonra yeməyi, nəyi içməyi, nə qədər içməyə əhəmiyyət
vermir; siqaret çəkir, narkotik, alkoqol qəbul edir; nə vaxt necə
işləməyi, nə vaxt, necə dincəlməyə, hansı metodla məsələni həll
etməyə əhəmiyyət vermir, nəyi etmək, nəyi etməmək məsələsini həll
edə bilmir. Bütün bunlar insanın xəstələnməsinə , cəmiyyətdən
uzaqlaşmasına, əsəbi, nayrahat psixikaya malik olmasına, ətraf mühit
və ailəsində problemlər yaratmağa, ailələrin dağılmağına səbəb olur.
Bir az utanıb səsini çıxarmayanın haqqı tapdanır, insan bəzən səhv ailə
qurur və necə davranmağı bilmir, nəticədə ailə dağılır. Axı bunları
insan qəsdən bilə - bilə edir. Belə çıxır ki, ağıl nə qədər insana düz yol
göstərirsə, o qədər də insana zərər vurur; insan nə qədər ağıllıdırsa, o
qədər də axmaqdır, başqa sözlə, ağıl nə qədər yaxşıdırsa, o qədər də
bəladır. Burada dərin həqiqət var. Bu fikri daha ağlabatan formada belə
demək lazımdır-insanın bir məsələdə - sahədə nə qədər ağlı çoxdursa
201
(çoxalırsa), digər məsələdə -sahədə azdır (azalır). Görünür, insanın
aktiv ağıl həcminin həddi vardır - faktlar da bunu sübut edir -
idmançının ağlı az olur, alim başqa sahədə elə axmaq şeylər danışa və
edə bilər ki, heç dəlinin də ağlına gəlməz. Toya gedən insan öz ağlına
görə istədiyi qədər yeyir, istədiyi qədər içir və əvəzində dəhşətli gecə
keçirir.
İnsanlara elə gəlir ki, nə qədər çox yesən və ardıcıllığa, zamana
baxmadan hər şeyi yesən (habelə istədiyini geysən), nə qədər çox mal
alsan o xoşbəxtlikdir. Ancaq şüuru yetişməmiş saydığımız uşaqlar və
şüursuz saydığımız heyvanlar belə eləməzdilər. Əlbəttə, onlarda şüur,
habelə idrak var, olmasaydı, onlar yaşamağı öyrənə bilməzdilər.
İnsan həmişə keçmiş ağlı, hissləri (meyli, həvəsi) və reallığın
imkanları, təklifləri arasında qalır, bu üç amil içərisində qərar qəbul
etməli olur. Hansına üstünlük veməli - sualı yaranır. Rasionallığın
elementlərini biz uşaqlarda və heyvanlarda görürük. Rasio latınca
ağıl –idrak (разум) deməkdir. Rasional, rasionallıq rasionallaşdırma
isə - idrakı- ağıllı, məqsədəuyğun , effektiv, daha məntiqi , daha
xeyirli və ən optimal variant deməkdir.
Rasional həyat tərzi anlayışının mənasını açmaq üçün hökmən
dünya və şeylərin sistemik quruluşu nəzəriyyəsindən istifadə
etməliyik. Nəzəriyyəyə görə heç bir şey özbaşına ətraf mühitin
şərtlərini ödəmədən, mühitin içində özünə layiq yer tutmadan və onun
tələblərinə əməl etmədən uzun müddət effektiv yaşaya bilməz. Məhz
ətraf mühitlə düzgün əlaqədə və asılılıqda insan yaxşı və sağlam
yaşaya bilər. O mühitin elementidir. Təbii evolyusiya nəticəsində və
təbii səbəblər nəticəsində insan doğulan andan, onun sağlamlığını
(fiziki), fəaliyyətini (intellektual), əhvalını (hissi) idarə edən bioloji
ritmlər işə düşür. Fiziki ritm - 23 gün, intellektual ritm - 33 gün, hissi
ritm – 28 gün sikli ilə təkrar olur. Doğulan da onlar sıfır vəziyyətində
olur, sonra artma istiqamətində inkişaf edir. Ritmin ortasında ən
yüksək həddə olur, sonra yenməyə başlayır, ritmin sonunda yenə sıfıra
yaxınlaşır. Ritmlə qalxma istiqamətində artdıqca insanın psixi halı,
intellektual qabiliyyəti- özünü idarəsi və fiziki sağlamlığı yaxşılaşır,
azaldıqca isə pisləşir, ritm başa çatdıqdan sonra isə yenidən qalxma baş
verir. Bu prinsipə görə hər insanın istənilən zaman ritmin hansı
hissəsində olduğu hesablanmaqla tapıla bilər və o özünə lazımı
davranış seçə bilər. İnsan öz mühitini yaradır və orada yaşayır, habelə
gələcəyi də nəzərə almağa məcburdur, əks halda uzun müddətə yaxşı
yaşaya bilməz. İnsan yaşadığı ərazinin təbiətinin ritminə uyğun,
verdiyi qida imkanlarına uyğun, təbii ehtiyaclarını təbiətin qoyduğu
tələblər, imkanlar çərçivəsində, qaydada ödəməlidir. İnsan üçün,
202
demək, ən optimal yaşayış vasitəsi könüllü olaraq təbii ərazinin
yetişdirdiyi bitki, heyvan və balıqla qidalanmaqdır. Həmin ərazinin
gecəsində yatmalı, gündüzündə işləməlidir. Hər adamın həyatı
planetin həmin ərazisinə uyğun olmalıdır. Məsələn, Hindusun acı və
bibərli yeməyi həmin ərazi üçün rasionaldır, başqa ərazilərdə başqa cür
qida rasionaldır. Təkcə qidalanmaq deyil, iş və sosial həyatda iştirak,
biliklər, təhsil prosesi, yaradıcılıq , mədəniyyət həyatın tərkib
hissələridir. İnsanın yaxşı sağlam həyatı, çox yaşaması, öz nəslinə
yaxşı miras qoyması üçün məhz insanın bütün həyat dövrü və müxtəlif
fəaliyyətləri rasional - ağıllı olmalıdır. Onun bütün fəaliyyətləri –
qidalanmaq, yatmaq, idman, dincəlmək, işləmək, yaratmaq, oxumaq və
s hamısı bir - biri ilə əlaqədardır və insanın yaxşı yaşamasına xidmət
edir – hamısı insan həyatıdır.
Rasional həyat tərzi insanın olduğu mühitlə əlaqədə və onun
şərtlərini ödəməklə daha ağıllı, daha optimal həyat deməkdir.
Nəticə:
Rasional həyat tərzi təbiətin ritminə uyğun olaraq təbii qidalarla
qidalanmaq və su içmək, ehtiyaclarını rasional qayda və rejimlə
ödəmək, təbii qocalma və orqanizmin mənfi dəyişiklərini zəruri
diaqnostika vasitəsilə aşkar etmək və rasional qidalanma rejimi və
təbii bitkilərlə bərpa etməklə bədənin sağlamlığını saxlamaq, rasional
iş rejimi, rasional ünsiyyət, rasional idarə, qanun hazırlanması, birgə
əməkdaşlıq, yaradıcı effektiv həyat tərzidir. Dövlətin ilk vəzifəsi məhz
hər bir insana rasional həyat yaşamağa imkanlar, şərait , azadlıq
yaratmaqdır.
Qeyd edirəm ki, həyat tərzi bəzi fəlsəfi təlimlərə görə eyni zamanda
mədəniyyət anlayışını əks etdirir. Ona görə Rasional həyat tərzi, habelə
Rasional Mədəniyyət adlandırıla bilər. Aşağıda rasional həyat tərzi
konsepsiyasının bütün elementləri təsvir olunur.
Rasional həyat tərzi, rasional mədəni həyat. Konsepsiya.
Rasional həyat tərzi anlayışı aşağıdakı 12 həyat və fəaliyyət sahələrini
əhatə edir:
1. Rasional sağlam həyat tərzi
-
qidalanma , hərəkət, idman. Rasional qayda və rejimlə təbiətin
ritminə və insanın bioloji ritminə uyğun olaraq təbii qidalarla
və düzgün qidalanmaq və təbii təmiz su içmək. Dini tələbləri
optimallıq və məqsədəuyğunluq prinsipinə uyğun gəlmədiyi
üçün rədd etmək
203
-
təbii qocalma və orqanizmin mənfi dəyişiklərini requlyar
diaqnostika ilə rasional qidalanma rejimi və təbii qidalarla
bərpa etmek.
-
təbii cinsi ehtiyacların düzgün icrası , bədənin sağlamlığını
saxlamaq, müalicə
-
orqanizmin periodik təmizlənməsi. Sanitariya və gigiyena
-
gecə yuxusu
-
ruhun -psixikanın rahatlanmasının əldə edilməsi
-
meditasiya, özünü təlqin və inandırma metodlarından istifadə;
söz və fikir gücündən özünü müalicə və aktiv sağlam əhvalın
saxlanması üçün istifadə
2. Rasional yaradıcı həyat tərzi. Məşğul olduğun sahədə və ya əlavə
sevdiyin: elm sahələrində (fəlsəfə, bilogiya, zooloqiya, psixologiya..)
və tətbiqində, texnikada, peşə və bacarıqlar sahəsində yeni kəşvlər,
ixtiralar, metodlar, növlər, üsullar, biliklər, modellər, nümunələr,
əsərlər yaratmaq, ifa və icra etmək.
3. Rasional iş, əmək fəaliyyəti
-
iş rejimi ( başlamaq qaydası, fasilələr, yorğunlğu azaltmaq,
diqqətin cəmlənməsi, iş fasilələrində zəruri idman və əyləncə
oyunları),
-
kollektivdə davranış və zəruri xoş sosial mühit,
-
peşə qabiliyyətinin və biliklərinin artırılması,
-
iş funksiyasının icrasında, məsələ həllində rasional metod və
prinsiplərdən istifadə,
-
iş mədəniyyəti, işin rasional təşkili,
-
iş yerinin rasional təşkili, avadanlıq, rənglər,
4. Rasional istirahət. Dincəlməyin rasional forması və qaydalarını
müəyyən edilir və buna uyğun olaraq iş qüvvəsi, həvəs, enerji , rahatlıq
bərpa edilir.
5. Rasional ünsiyyət.
6 . İctimai – mədəni həyat, birgə edilən mərasimlər. İctimai tədbirlərın
(iclaslar, discussiyalar, problem həlli iclasları , ictimai mərasimlər –
toy, ad günü, qonaqlıq , yas, dəfn və yada – salma) rasional
prosedurları, ssenariləri, modelləri yaradılır və tədbilər bunlara uyğun
aparılır.
7. İctimai yerdə və fəaliyyətdə rasional əxlaq, nəzakət və davranış və
etiket tələblərinə əməl edilməsi. Rasional əxlaq, davranış nəzakət və
etiket qaydaları yaradılır və əməl edilir: İş kollektivində, qonaqlıqda,
toy, ad günləri, bayram, iclas, rəsmi qəbul, konsert, idman , oyun
yarışı, nəqliyyat, küçədə, icma daxilində .
8. Rasional ailə qurmaq və rasional ailə həyatı.
204
9. Rasional özünü - tərbiyə və uşaq və gənclərin tərbiyəsi
10. İctimai idarədə iştirak. Rasional ictimai qanun və qərar
hazırlanması prosesində birgə iştirak və əməkdaşlıq
-
prosesin öyrənilməsi (qərar qəbulu sistemi: prosedurlar,
kriteriyalar və iştirak mexanizmi,
-
rasional idarə sistemi (dövlət)
-
fikir, ideya təklif etmə qaydalarının öyrənilməsi
-
iştirak prosesi
11. İctimai İcraçıların qiymətləndirilməsi. İctimai İcraçılara (dövlət
məmur və qulluqçularına) İctimai müşahidə və qiymət verilməsi
prosesində iştirak
12. Həyat boyu hər insanın təlimi, təhsil prosesi:
- şəxsi peşə haqda biliklərin genişləndirilməsi, yeni bacarıqların
öyrənilməsi
- ictimai qanun və qərar hazırlanmasında iştirak üçün yeni bilik və
bacarığın əldə edilməsi;
- Rasional fəlsəfə, iqtisadiyyat, sosiologiya, psixologiya və idarə etmə
elmlərini; analiz, qiymət vermə metodları, və yeni texniki vasitələri
öyrənmək
Qeyd: Rasional həyat tərzi nümunələri, normaları məsələn, əxlaq və
etik, nəzakətli davranış normaları, rasional qərar qəbul etmə
posedurları və s. avtomatik olaraq insanların onu əməl edəcəkləri
demək deyil. Bilmək hələ əməl etmək deyil. İnsanlar öz davranışlarını
çox mürəkkəb amillər əsasında öz ağılları çərçivəsində bilik və
normaları, reallığı, gələcək nəticələri nəzərə alaraq seçməyə çalışırlar.
Çalışırlar, lakin həmişə az ya çox dərəcədə səhv edirlər. Yaşadıqca
fasiləsiz öyrənirlər. Onlar hər bir addımlarının rasional formalarını və
üsullarını bilməsələr, habelə hansı addımı atmağı seçə bilməsələr,
daha çox səhv etmiş olardılar və bu onların şəxsi həyatını və insanlar
arası münasibətləri daha çox pisləşdirərdi. Məhz bilməmək, həqiqətən,
mövcud problemlərin - bəşər sisteminin, müxtəlif dövlətlərin qeyri -
rasional quruluşda olması;, müharibələrin, kasıblıqdan, xəstəlikdən,
hüquqsuzluqdan əzab çəkməyin, təbiətin dağıdılması, israfılığı,
silahlanma və cinayətkarlığın - səbəblərindən biridir.
Problemlərin digər səbəbi bilmək istəməməkdir. Özündə yaxşı
yaşamaq üçün, istəmək həvəsi yaratmaq üçün hər insan özünü və
mühitini dərk etməlidir. Ancaq bundan sonra o tapdığı problemləri həll
etmək istəyəcəkdir, yəni rasional həllini bilmək istəyəcəkdir. Özündən
asılı problemləri o, öz fəaliyyətilə həll etmək istəyəcək, lakin ümumi
mühitdən yaranan problemləri məhz ictimai mühiti səmərələşdirməkdə
başqaları ilə birlikdə iştirak etməklə həll etmək istəyəcəkdir. Özü -
205
özünü və mühiti dərk etmək isə həmişə asan deyi. Bunu hər adam
ekspertlə, mütəxəssislə məsləhətləşməklə asan edə bilər.
Bu nöqteyi nəzərdən rasional: həyat tərzi, qərar və qanun
qəbuletmə sistemi, əxlaq, rasionallıq kriteriyaları, idarədə iştirak
mexanizmi və s. insanlara daha rasional yaşamaq, rasional seçim
etmək, problemlərini həll edəcək amil olacaqdır. Nəticədə ümumbəşəri
problemlər həll ediləcək, əbədi sülh yaranacaq, konfliktlər kəsiləcək,
insanlar daha xoşbəxt yaşayacaqlar.
Rasional Həyat Tərzinin bəzi sahələrinin izahı.
Bu sahələrin hər birinin rasional yaradılması, təsviri, istifadəsi, inkişafı
sisteminin hazırlanması zəruri məsələdir. Lakin mən müəyyən
imkanlar məhdudiyyəti çərçivəsində yalnız bəzi sahələr haqda, bəzi
tələblər haqda özümün düşündüyüm qısa izahatı verməyi qərara aldım.
Gələcəkdə bu mövzunun tam işlənməsini və inkişafını sizin öhdəsinizə
buraxıram. Yaddan çıxartmayaq ki, ictimai ideya həm bütün cəmiyyət
tərəfindən, həm də gələcək nəsillər tərəfindən, hər bir insan tərəfindən
irəli sürülməli, dərk edilməli, müzakirə olunmalı və qəbul edilməlidir.
Rasionallıq məhz bunu tələb edir. Heç bir ideya ehkam deyildir.
Rasional həyat tərzinə daxil olan ictimai idarə sistemi və onda iştirak
yuxarıda təsvir olunmuşdur. Aşağıda isə digər bəzi elementlər təsvir
olunur.
Rasional həyat tərzində rasionallığın ən ümumi tələbləri
- hər bir fəaliyətdə ölçülərin öyrənilməsi və ölçülərə-hədlərə əməl
edilməsi,
- hər bir hərəkətin - qidalanma, iş, dincəlmək, təbii və gündəlik
ritmlərlə, fəsillərlə uyğun olması,
- hər bir işi ehtiyaca görə icra etmək,
- ailənin qurulmasında, arzuların icrasında, qidalanmada , işləməkdə
zorakılığa yol verilməməsi,
- hər bir işin icrasında onun variantlarının ən optimalını əxlaq
normalarını pozmadan, seçmək,
- başqaları ilə ünsiyyətdə aldatmağa cəhd etməmək, bu geci - tezi aşkar
olacaqdır,
- başqaları ilə münasibətdə rasional əxlaq və davranış qaydalarına,
habelə ,
- ünsiyyət qaydalarına əməl etmək ,
- nayrahatçılıq yaradan hərəkət, davranış, sözlərin, pis vərdişlərin ləğv
edilməsi,
206
- nəzakətli davranış qaydalarına əməl etmək,
- insanlar içində üzündə xoş təbəssüm saxlamaq,
- insanlarla münasibətdə onun pislik etmək barədə ona pislik arzu
etmək haqda düşünməmək,
Bədənin uzun ömürlülüyünü və sağlamlığını üçün aşağıdakı həyat tərzi
məsləhət görülür:
- təbii həyat tərzini saxlamaq, təbiətlə yaxın olmaq və onun
görünüşünü hiss etmək və həz almaq,
- ərazinin verdiyi təbii qidalarla qidalanmaq və təbii təmiz su içmək,
- gündəlik hərəkətdə olmaq, fiziki iş olmadıqda hər səhər və iş arası
idman etmək,
- düzgün və rasional qidalanma - orqanizmdə turşu və qələvi balansını
saxlamaq, maddələr mübadiləsini normal getməsinə nəzarət etmək,
qidaları müəyyən edilmiş qaydada, qarışdırmadan qəbul etmək, artıq
yeməmək və artıq maye qəbul etməmək,
- xəstələndikdə təbii üsullarla qida maddələrini və rejimini dəyişməklə
və bitkilərlə, təbii müalicəvi sularla və maddələrlə müalicə olunmaq;
bunlar bəs etmədikdə dərman və cərahiyyədən istifadə etmək,
- qidanı ehtiyaca görə qəbul etmək
- ildə bir dəfə tibbi yoxlamadan keçmək
Rasional əxlaq kodeksi
Əxlaq insanların cəmiyyət daxilində və ya cəmiyyətlərin digər
cəmiyyətlər mühitində optimal davranış tərzidir ki, bu zaman birinin
hərəkəti digərinin yaşamaq və inkişaf etmək məqsədlərinə, qəbul
edilən formada icra edilərək mane olmur və bütün çoxluq təkin
fəaliyyətilə razılaşır. (Bax hissə 1)
Əxlaq, davranışların amplitudasını - son hədləri azaldır. Məlumdur ki,
zaman üzrə davranışların qrafikini çəksək, sinusoid alarıq (bax
hissə1). Bu sinusoid düzgün sabit sinusoid deyil; yaşa görə, dövrə görə
o çox qeyri - səlisdir; yaşa dolduqca sinusoidin amplitudası və dalğa
uzunluğu azalır, o düzəlməyə çalışan xətt formasına düşür. Bu prinsip,
habelə xalqlara, cəmiyyətlərə, kollektivlərə - bütöv bəşər sisteminə
aiddir. İnsan davranışında getdikcə kəskin amplitudalar (hədlər,
sıçrayışlar) – azalır, bu xətt düzəlməyə başlayır, şübhəsiz, nə vaxtsa
yenidən (mühitin keçid nöqtələrində) artmağa başlayır. Bu həyatdır.
Bunu dərk etmək lazımdır və davranış hədlərinin “ qızıl orta” ətrafında
getməsinə çalışmalıyıq. Hər insanda bu çox fərqlidir. Ona görə biz
hamımız könüllü öz səhvlərimizi boynumuza almalı, insanilik
göstərməli, digər adamda görünən səhvin bizim özümüzün də edə
207
biləcəyimizi anlamalıyıq, müqəddəslərin olmadığını anlamalıyıq.
Oğurluq və qətlərin siqaret, narkotik qəbulunun, içginin, cinayətlərin
qarşısını almaq üçün ailədə, küçədə ictimai yerdə necə davranmaq,
necə yşamaq haqda məktəblərdə təlim verilməlidir. Bunlar hamısı
konkret situasiyaların nəticəsidir ki, hamının başına gələ bilər
Zaman keçdikcə insanların biliyi və təcrübəsi – şüuru artır, nəticədə
o, öz keçmiş həyatını qiymətləndimək üçün yeni mövqeyə malik olur.
Bu zaman, insan hökmən hansısa səhvi etməsini aşkar edir. Bu səbəbə
görə insan səhvsiz ola bilməz, həyatda həmişə onun yeni ağlı bu səhvi
aşkar edəcəkdir. 50 yaşdan sonra, adətən insanın özünü
qiymətləndirməsi dövrü gəlir - peşmançılıq, təssüf, günahlarının,
səhvlərin əzabını çəkmək, yaxşılıqlara aldığı pisliklərin yada düşməsi-
psixi hayrahatçılıq dövrü başlayır
.
İnsan öyrənə - örənə yaşayır, yaşaya - yaşaya öyrənir.
Səhvlərin səbəbi stereotip düşüncə, köhnə yaddaş, bir hadisə haqda
biliyi başqalarına da aid etmək, səhv anlamaq, imkanları və gücü səhv
hesablamaq, psixi emosiyalar, şəxsi meyl, həvəslər, yanılmaq,
illuziyalar və sair ola bilər.
Qiymət verərkən isə əvvəl özümüzə qiymət verib, sonra başqasına
qiymət verməliyik. Bu işdə bütün davranışları nəzərə alaraq qiymətini
verməliyik, əgər bəzilərini hesaba almasaq, bu qiymət səhv olacaq.
Nəticədə biz görəcəyik ki, insanın bütün davranışı(daha çox), mühitin
onu idarə etməsi, mühitə reaksiyadır. Demək, əxlaqi davranış üçün a)
mühiti dəyişmək və rasional etmək, b) əxlaqı və rasionallığı öyrənmək
- təkmilləşmək lazımdır. Bu hər iki amilə Rasional cəmiyyət ciddi
əhəmiyyət verir.
Əxlaq iki formada özünü göstərir 1) hərəkətlə - buna davranış və 2)
fikir bildirməklə - sözlə, yazı, mimika ilə - buna ünsiyyət deyilir.
Əxlaqın əsasında xeyirxahlıq, yaxud bədxahlıq; yaxşı – pis anlayışları
durur. Rasional əxlaq kodeksi əxlaqi davranış normalarını əhatə edir.
Bütün əxlaq normaları cəmiyyətin məhsuludur. Əxlaq normaları ayrı -
ayrı şəxslər tərəfindən, habelə hakimiyyət tərəfindən fikir, nümunə
formasında yaradılır, cəmiyyət isə seçir- ya qəbul edir, yaşadır, ya
imtina edir. Bəzən, cəmiyyət ona təlqin edilən istəmədiyi əxlaq
normasını saxlayır, çünki hakimiyyət və ictimai sistem bunu məcbur
edir. Aşağıda insan icmalarında ancaq özü - özünü idarə edən
cəmiyyətin ən ümumi əxlaq normaları verilir. Burada dövlət və bazar
iqtisadiyyatında iş verənlərin və dövlət məmurlarının əxlaq normaları
nəzərdə tutulmur, belə ki, onların real etik prinsipləri cəmiyyətdən
funksiyalarının müxtəlifliyinə görə fərqlidir. Onlar üçün daha geniş,
əlavə normalar vardır.
208
Burada, habelə təbiətə münasibət, həkimlik, elmi, bədii
yaradıcılıq, iqtisadi idarəetmə, dövlətlər və icmalar arası normalar
verilmir. Bunlar ayrıca hazırlanmalıdır.
Hesab edilir ki, icma və ya cəmiyyət müxtəlif əlaqələrlə, asılılıqla
bağlı insan birlikləridir. İcma və cəmiyyətlər müxtəlif millətlərdən və
dünyagörüşlü insanlardan, dini və ya qeyri - dini insanlardan ibarət ola
bilər. Əxlaq normaları ehkam deyil, hər bir cəmiyyət xüsusi normalar
yarada bilər və təkmilləşdirə bilər. Lakin onlar tezi - geci inkişaf
tendensiyasına uyğun olaraq insanların getdikcə artan əlaqələrini
qaydaya salan yeni rasional normalar qəbul etməli olacaqlar.
Rasional cəmiyyətdə əxlaq kodeksi, etik davranışlar, ünsiyyət
qaydaları cəmiyyətin təşkili, sosial, iqtisadi prinsipləri, qanun və qərar
qəbulunda iştirak mexanizmi, prosedurlar və kriterityalar, rasional
həyat tərzi, cəmiyyətin ümumi dəyərlərini əks etdirir. Hər bir icma,
cəmiyyət müstəqil olaraq özünə kodeks hazırlayır və qəbul edir
Rasional insanın öz icması və digər icmaların üzvlərinə
münasibətdə
qısa rasional əxlaq və etik dəyərlər kodeksi nümunəsi.
1.
İcma üzvlərinin ailə üzvləri kimi qarşılıqlı münasibəti
saxlaması; hər kəsin digərinə qayğı göstərməsi, probleminin
həllinə yardım etməsi
2.
Rasional ünsiyyət qaydalarına əməl et (ümumi və hər bir
fəaliyyət sahəsinə aid)
3.
Kömək et –kömək etsinlər
4.
Tərbiyəli, ağıllı, əxlaqlı insan ən hörmətli varlıqdır.
5.
Səmimilik və aldatmamaq, səhv etdikdə üzr istəyib səhvi
düzəltmək
6.
Başqalarına özünə istədiyin kimi münasibət saxla
7.
Yoldaşlara və qrup üzvlərinə inanmaq və etibar etmək
8.
Eqoizm və paxıllıq hisslərini başqalarının zərəri hesabına təmin
etmə
9.
Başqalarına zərər vermə
10.
Başqasına qarşı zorakılığa yol vermə, nəzakətlə davran
11.
Hər kəs cəmiyyətdə özünü başqası ilə bərabər hüquqlu
saymalıdır.
12.
Birgə fəaliyyətdə bərabər iştirakdan əldə edilənləri bölmək
qərarı versəniz bərabər bölgü prinsipinə əməl etməli.
13.
Humanistlik. İnsanlara qarşı rəhmdillik, xeyirxahlıq, çətinliyi
olanlara kömək et, başqaların səhvlərini bağışla.
209
14.
Ümumi əmlaka sərəncamı rasionallıq kriteriyalarından istifadə
etməklə vermək və birgə fəaliyyəti bərabər iştirakla icra etmək
15.
Ümumi əmlak və təbii sərvətlərin xeyri bərabər bölünməlidir,
bir hissəsi isə ümumi ehtiyaclara sərf edilməlidir.
16.
Kollektiv: mənafe, təhlükəsizlik, həyat vasitələri, fərdi
mənafedən üstün təmin olmalıdır.
17.
Özünə xoş gəlməyən hərəkəti başqasına qarşı etmə.
18.
Başqaları ilə elə rəftar et ki, sənə də elə rəftar etsinlər.
19.
Səhv etdikdə onu anlayandan sonra hərəkətini dayandır, etiraf
et və üzr istə, vurduğun zərəri ödə.
20.
Fiziki çətinliyi olan adama hərəkət etməkdə kömək et.
21.
Başqa xalqları, etnosları, ölkələri qəsb etmək, öldürmək üçün
döyüşə getmə.
22.
Hər xalqın, millətin, etnosun və insanın necə yaşamağı, hansı
həyat tərzi seçməsi konstitusiasını necə yazması və hansı dini
qəbul etməsi və etməməsi öz işidir. Başqalarının bu məsələlərə
zorla təsir etməsi və məcbur etməsi yolverilməzdir.
23.
Özündən zəyifləri sözlə aldadıb özünə qulluqçu etmə, malını,
pulunu alma.
24.
Öz işini özün gör, başqasına buyurma . Öz əməyinlə yaşa.
25.
Başqasını istismar etmə. İstismar əvəzi ödənilmədən və düzgün
qiymətləndirilmədən işlətməkdir.
26.
Yaxşılığın və xidmətin əvəzini yaxşılıqla ödə və unutma.
27.
İcma qarşısında hər kəs öz borcunu düzgün icra etməlidir.
28.
Ümumi mənafeyə aid işləri birlikdə gör və bunu özün təşkil et,
başqasını gözləmə.
29.
Oturmaq istədikdə yeri əvvəlcə özündən yaşlılara təklif et.
Dostları ilə paylaş: |