MÖVcud cəMİYYƏTLƏRDƏ NƏ baş veriR?


bir  məsələnin  həlli  var



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/29
tarix28.03.2017
ölçüsü2,8 Kb.
#12720
1   ...   21   22   23   24   25   26   27   28   29

bir  məsələnin  həlli  var.  Lakin  uğurlu  iş  içün    birinci  şərt:  - 
etdiyin  işi  rasional  bəşəri  –  ictimai    dəyərlərdən  və  etikadan 
kənar etməyə haqqın  yoxdur, çünki başqası da belə etsə, sənin 

 
261 
xoşuna  gəlməyəcək.  İkinci  şərt:  -  düzgün  məqsədi,  düzgün 
plan-  fəaliyyət  addımları  təyin  et,    bu  işin  50%-ini  görməkdir.  
Üçüncü  şərt:  -  öz  gücünə,  imkanlarına  görə  özünə  məqsəd, 
fəaliyyət  seç.  Lakin  bilik  və  qabiliyyətini  artırmaqla 
imkanlarını genişləndir. 
58.
 
Varlı olmaq normal və ya kasıb həyat şəraitinə malik olmaqdan 
üstün və yaxşı deyil; hər vəziyyətin öz poblemləri var. İnsanın 
stimul və ya həyat formulası belədir:   Rahatlıq : Nayrahatlıq 
(Problemlər)  =  K.    Burada  K    əmsalı  həm  varlı,  həm  kasıb 
üçün  həmişə  eyni  qalır.  Bu  əmsal  nayrahatçılıq-dözməmək 
əmsalı  olaraq  fəaliyyət  üçün  stimul  rolunu  daşıyır.  Sən 
varlandıqca  problemlərin  azalmır,  yeniləri  çıxır,  səni  sıxan 
hisslərdən qurtara bilmirsən.Yəni kasıb özünü necə hiss edirsə, 
varlı da özünü elə səviyyədə hiss edir. Ona görə də zərurətdən 
artıq var -dövlət yığmağa çalışma, başına problem açma. 
59.
 
Əhval ruhiyyən, kefinin necəliyi özündən asılıdır. Istəsən, onu 
həmişə  yaxşı  saxlaya  bilərsən,  nə  baş  verməsindən  asılı 
olmayaraq.  Bunun  üçün  qəbul  et  ki:  a)  “nə  baş  verirsə  təbii 
qanunauyğun baş verir, nəyin varsa, nəyin yoxsa, yenə təbiidir, 
belə 
olmalıdır”,  sənin  fəaliyyətinin  və  s.  amillərin 
nəticəsidir.Və  bunlarla  sən  razısan;  b)  xüsusi  metodlarla  heç 
nəyin  səni  özündən  çıxarmağa  imkan  vermə,  şən  əhvalı  saxla; 
c)  Hesab  etsən  ki,  sənin  çox  şeyin  maşının,  böyük  evin  və  s. 
niyə    yoxdur,  bu  sənə  əzab  verəcək,  paxıllıq,  xəbislik  hissi  və 
hərəkətləri  yaradacaq,  həyatının  sonunda  başa  düşəcəksən  ki, 
boş yerə əzab çəkmisən. Hesab et ki,  sənin heç nəyin - olanlar 
da yoxdur, bu sənə rahatlıq gətirər. 
60.
 
Tənbəl olma, heç vaxt özünü məşquliyyətsiz qoyma. Hər keçən 
vaxtda bir iş gör. 
61.
 
Ağıl  ağıldan  üstündür  deyiblər,  zamana  görə  bu  deməkdir  ki, 
indiki  zamanın  zəkası  keçmişdəkindən,  gələcəkdəki  zəka  isə 
indikindən üstün olacaqdır. İndiki zamanda isə elə zəka var ki, 
səninkindən üstündür. Elə bilmə ki, sən hamıdan ağıllısan. 
62.
 
Ailədə 
kiçiklər  böyüyü  eşitməlidir.Valideynlər  ailədə 
böyükdür.  Kişi  isə  ailənin  böyüyüdür.  Atanın  himayəsində  və 
evində  yaşayanlar  onu  danışıqsız  eşitməlidirlər.  Onda  səhv 
axtarmamalıdırlar.   
63.
 
Müdrik kişilərin məsləhətinə əməl et, onlar deyiblər: “Qadın nə 
desə hə de, lakin öz bildiyin kimi et”. Onlar uzağı görmədikləri  
və və yalnız onları razı salan, yaxşı söz eşitmək istədikləri üçün 

 
262 
bu  ən  optimal  davranışdır.  Həm  onlar  razı  qalar,  həm  işin 
uğurlu olar. 
64.
 
Yadında  saxla,  sənə  pislik  və  ya  xəyanət  edənlər,  səni  ən  çox 
tanıyan  adamlar  içindən  olacaq.  Ona  görə  özünü  tanıtmağa 
çalışma,  tanıtsan  həm  dostlar,  həm  düşmənlər  çoxalacaq.  Sən 
onları düşmən kimi görməsən də, onlar görəcəklər. 
65.
 
Lakin  insanların  xoşun  gəldiklərinlə  də,  gəlmədiklərinlə  də 
kənar hədlərdə (ən pis və ən yaxşı) münasibət saxlama, hamısı 
ilə ancaq  yaxşı münasibət saxla. Bu günkü dost sabah düşmən; 
düşmən olan isə sabah dost ola bilər. Bu rollar keçicidir və real 
həyatın nəticəsidir, səndən asılı deyil. 
66.
 
Adamlardan  pulsuz,  əvəzi  ödənilməyən  köməyi  qəbul  etmə. 
Bununla  öz  azadlığını  məhdudlaşdırarsan.  Yeri  gələndə  onlar 
səndən  qeyri  -  əxlaqi,  qeyri  -  qanuni  hərəkət  etməyi  tələb 
edərlər.  Özün  isə  əvəzsis  yaxşılıq  et,  əvəzində  heç  nə  istəmə, 
adını və kimliyini demə. 
67.
 
 Sənə edilən köməyin , yaxşılığın əvəzini həmişə artıqlaması ilə 
ödə,  bu  sənə  daim  mənəvi  üstünlük  hissi  gətirəcək,  ləzzət 
alacaqsan. Bununla sən şəxsiyyətini, mərifətini sübut edirsən. 
68.
 
Həmişə  öz  çörəyini  ye,çörəyini  özün  qazan.    Sakit  yaşaya 
bilirsənsə, münaqişəyə girmə. 
69.
 
Rasional  həyat  tərzi  ilə  yaşa.  Bu  -  Rasional  sağlam  həyat, 
qidalanma; rasional  əxlaq və davranış;  ictimai qanun və qərar 
hazırlanmasında  iştirak;    öz  rasional  ağlınla  yaşamaq;  
məmurları  müşahidə  və  qiymətləndirmək;  rasional  ünsiyyət, 
nəzakət ; düzlük və həqiqəti müdafiə-etməkdir. 
70.
 
 Rasional  qidalanma  rejiminə,  sanitariya,  gigiena  tələblərinə 
əməl  et,  sağlam  həyat  tərzi  yaşa  və  həmişə  təmiz  ol.  Siqaret 
çəkmə,  narkotik  qul  etmə,  içmə,  nadir  hallarda  100  qramdan 
artıq içmə. 
71.
 
Günəşin    Yer  kürəsində  yaratdığı  ritmə  uyqun  bioloji  ritm  - 
yəni  gündəlik yatmaq, durmaq, idman, yuyunmaq, qida-rejimi, 
sağlamlığın  təmin  edilməsi    prosedurları;    iş,  bilik  və  beyin 
qabiliyyətlərinin  artırılması;  dincəlmək, ünsiyyət,   yaradıcılıq, 
yuxu;  habelə  illik  belə  fəslə  uyğun  qida,  səyatət  ,  fəslin 
nemətlərindən  istifadə,  bayram  etmək  vaxtları,    ardıcıllığı  və 
müddətini seç və bu  ritmə əməl et. 
72.
 
Hər  bir  işi  görmək  üçün  öz  düzgün  vaxtını  seç.  Istənilən  iş 
istənilən  zaman  başlasa  uğurlu  ola  bilməz.  Hər  işin,  yəni 
yazmaq,  danışmaq,  tikmək,  düzəltmək,  dincəlmək,  müzakirə, 
işləmək,  qonaq  getmək,  qonaq  qəbul  etmək      və  s.  öz  vaxtını 

 
263 
düzgün seç. Başqa sözlə, hər şeyin öz yeri, öz zamanı var. Bu, 
dünya  və  şeylərin,  hadisələrin  ümumi  qarşılıqlı  asılılığı  və 
uyğunluğu qanunudan  (həm  statikada, həm  dinamikada) çıxan 
nəticədir. 
73.
 
 Digər  xalqların  adət  -  ənənəsinə  hörmət  et.    Onlarınm  içində 
olduqda  bunlara  əməl  et.  Dəyərlər  dəyişgəndir.  Xoşun  gələn 
dəyərləri,  adətləri  qəbul  et.  Xoşun  gəlməyən  və  sənə  zərər 
verən  adətləri,  ənənələri,    habelə  məntiqi  zəruriyyət  -  əsas 
görmədiyin  adətləri  at.  Dini  dəyərləri  və  adətləri  qəbul  etmə, 
onlar  sənin  xalqının  deyil,  zorla  qəbul  etdirilmişdir.  Sən 
azadsan.    Zorakılıqla  yayılan  dinlərin  sənə  təklif  etdiyi 
dəyərlərin ictimai  olanlarını  xalqın özü  yaratmışdır və  hər  gün 
onları yenidən öz fəaliyyətində yaradırsan və onlar sənindir. Bu 
dəyərlərin müəllifi həmin dinlər deyil. 
74.
 
Ümumi    rasional  əxlaqdan  kənar,  elə  iş  görmə  ki,  sonra 
cəmiyyət  eşidəndə  utanasan.  Güman  etmə  ki,  nə  isə  gizli  qala 
bilər. Daim ürəyini sakit  yerdə  ağaca, quşa və bitkilərə  boşalt, 
bu daha  yaxşıdır, nəinki  kənar bir adama.  Etibarlı dostlar və 
müdrik məsləhətçilərlə bölüşmək xeyirlidir , lakin onlar kimdir, 
bunu tapmaq lazımdır..  İş  yerində heç bir adam  haqda bir söz 
demə, gedib çatdıracaqlar. 
75.
 
Ümumi  rasional  əxlaqa  əməl  etməlisən,  lakin  dünya–görüşün,  
şeylərə hadisələrə baxışın sənin şəxsi mülkiyyətindir, heç kəsə 
ixtiyar  vermə,  sənə  onu  dəyişdirməyə  təkid  etsin,  öz  dünya-
görüşünü, səmərələşdir .Əmin ol ki düz fikirləşirsən. 
76.
 
Gözləmə  ki,  kimsə  sənin  eybini,  səhv  danışdığını  aşkar  edib 
sənə  desin  və  ya  cəmiyyət  içində  səni  pis  etmək  üçün  istifadə 
etsin.  Sən  hamıdan  qabaq  öz    hərəkətini,  sözünü,  davranışını 
rasional  əxlaq  və  davranış  normaları  və  elmi  biliklər  xəzinəsi 
ilə  fasiləsiz  müqayisə  et,  səhvlərini  tap,  düzəlt  və  özünü 
kamilləşdir.  Sən  axı  anadan  gəlmə  belə  deyilsən,  yalnız 
öyrənmə  və  özünü  tərbiyə  ilə  mühitlə  əlaqədə  sən 
kamilləşirsən. 
77.
 
 Dini  möizələrə  qulaq  asma  və  dini  icmalara  üzv  olma,  öz 
ağlınla,  idrakınla  yaşa.  Əgər  dini  xadim  yalan  danışırsa,  bunu 
ona de, sübutlar tələb et. Yadında saxla, onun təbliğat məqsədi 
həqiqəti sənə açmaq deyil, o həqiqəti bilmir, özünün nüfuzunu 
avam  adamlar  qarşısında  qaldıraraq  gəlirini  artırmaq  istəyir. 
Sən  özün  həqiqəti  tapmağa  qabilsən,  sən  ondan  çox  bilirsən, 
ona ehtiyacın yoxdur. 

 
264 
78.
 
Cəmiyyətdə  fəaliyyət  sahələrində  -  siyasətdə,  mədəniyyətdə, 
elmdə,  musiqidə,  söhbətlərdə,  iqtisadiyyatda  həmişə  müəyyən 
zaman  davam  edən  üstün  ideyalar,  istiqamət,  dəb,  meyllər, 
düşüncə tərzi vardır. Çalış, onların qulu olmayasan və müstəqil 
düşüncədən  əl  çəkmə  və  öz  fikrini  özün  müəyyən  et,  siyasət 
adamlarının dediyinə inanma  və qulaq asma. 
79.
 
Başqalarını düz başa düş.  Hər kəsin  fikri  onun maddi, sosial, 
siyasi  vəziyyətinin,  emosiyalarının,  mənafeyinin,  dəyərlərinin, 
gəlir mənbəyinin nəticəsidir və onu əks etdirir, yəni çox zaman 
həqiqəti  əks  etdirmək üçün deyilmir. Bu amilləri nəzərə alsan, 
həm  fikir  söyləyənin  kim  olduğunu,  niyə  belə  danışdığını  və 
əsil  məqsədini  anlayarsan,  həm  də    qurduğu  tələdən  xilas 
olarsan. 
80.
 
Özünə  xoş  gəlməyən  hərəkəti  başqasına  etmə.  Və  başqasına, 
özünə  və  özününkünə  saxladığın  münasıbət  kimi  münasibət 
bəslə. 
81.
 
Pozitiv əhvalda olmağa çalış. 
82.
 
  Söz  və  fikir  birləşməsindən  (müəyyən  özünü  təlqin  edici 
cümlələrdən-duadan)  həmişə  istifadə  et.    Bu  sənin  effektiv, 
uğurlu və təhlükələrdən qorunan həyatın üçün zəruridir. Sözün 
fikirlə  verilməsi  böyük  gücə  malikdir:      İşə  başlayanda  fikrini 
topla və mərkəzləşdir, digər şeylər haqda düşünmə və ürəyində 
de-“Qoy işim uğurlu olsun, pis gözlər uzaq olsun”  
83.
 
Ancaq bir halda fikrini gizlət – əgər onu eşidənlər sənə tor qura 
bilərlərsə,    düşmənlərin  ,  gözü  götürməyənlərin  sənin  əksinə 
istifadə  edə  bilərsə.  Lakin  bu  fikri  digər  təhlükəsiz  formada 
qurub deyə bilərsən. 
84.
 
Sübutları  olmayan  şeyə,  fikrə,  ehkamlara,  miflərə  inanma. 
Bunlar  avamlıq  –elmin  olmadığı  zaman  insanları  idarə  etmək 
məqsədilə,  ideoloji  təsir  vasitəsi  kimi  uydurulmuşdur.  Lakin 
indi  uydurma  danışanların  məqsədləri  yalan  dünyagörüş 
yaratmaqla  öz  ciblərini    doldurmaq,  layiq  olmadaqları  sosial 
hörmət    qazanmaq,  hakimiyyətə  gəlməkdir.  İnsanları  isə 
uydurmalar  yox, elm, ağıl,   ümumbəşəri əxlaq və qanunlar və 
ictimai nəzarət – reaksiyanın daxil olduğu  mühit idarə edir. 
85.
 
Öz  haqlı  mənafeyini,  yəni  heç  kəsin  sənin  əlindən  almaq 
ixtiyarı  olmadığı  yaşamaq,  yaratmaq,  təhsil,  müalicə,  mədəni 
həyat,  şəxsi  mülkiyyətin,  sevmək  ,  ailə  qurmaq, varislik    və  s. 
mənafeyini  heç  vaxt  başqalarına  güzəştə  getmə.  Yalnız 
mənafeyini qoruduğun – addımlar atdığın halda həqiqət, ədalət, 
düzgünlük tapılacaq və qorunacaq. 

 
265 
86.
 
Cəmiyyət  içərisində  sən  ancaq  qarşılıqlı  əlaqələr  nəticəsində 
inkişaf  edirsən,  yəni  kiməsə  fayda  verib  fayda  alırsan,  kimsə 
sənin hesabına varlanır, sən də kimin hesabınasa varlanırsan və 
ya yaşayırsan, kiməsə xidmət edirsən, kimsə sənə xidmət edir. 
Heç  kəs  tək  başına  qazanmır,  hər  şeyi  başqalarının  iştirakı  ilə 
qazanır. Bu qazanana  məsuliyyət qoyur. 
87.
 
Qazandığını tək yemə, bu mümkün deyil, həm də ədalətli deyil. 
Sənə elə gəlir ki, təkbaşına özün qazanmısan, lakin belə deyil. 
Burada xeyli iştirakçılar var ki, sən onları görmürsən. 
88.
 
 Kimsə  sənin  üçün  vasitədir,  sən  da  kim  üçünsə  vasitəsən; 
kimdənsə artıqsan, kimdənsə zəifsən, bunu anla. Kiməsə xahiş 
edirsən,  kiməsə  əmr  edirsən,  kiməsə  dostsan,  kiməsə 
düşmənsən, kiməsə neytralsan; biri səni sayır, hörmət edir, biri 
saymır; biri nifrət edir, biri sevir. Bu qanundur. 
89.
 
 Ətraf mühitdən – təbiətdən, ictimai sistemdən, insanların hiylə, 
tələ  ,  yalan  məlumat  vermə  –  xəbərçilik,  ayaq  altı  qazmaq, 
xəyanətindən,  sadəcə  paxıllardan,  gözü  götürməyənlərdən  
qorun  və  cavab  verməyə  hazır  ol.  Harada  yaşadığını  yadında 
saxla. 
90.
 
Qeyri  -  əxlaqi  iş  üçün  başqalarına  vasitə  -  alət  olma.  Əgər 
olsan, bu iş sənə qarşı olduqda nə edərsən. Yaxşı iş, yəni əxlaqi 
iş üçün əməkdaşlıq et. 
91.
 
 Daxil  olduğun  təbii,  sosial  mühiti  və  ictimai  sistemi 
səmərələşdirənlərlə bir ol. 
92.
 
Vəzifəli  və ya daha yaşlı adamlar, qohumlar qarşısında onların 
nüfuzuna , statusuna baxıb, utanıb susma, öz fikrini gizlətmə və 
mənafeyini  qoru.    Onlar  da  adi  adamlardır,  səhv  edə,  allada, 
yalan danışa bilər, sənin həyatına zərərli, lakin özlərinə xeyirli 
olan  hərəkət  edə  bilərlər.  Mələklər  yoxdur.  Sözlərini  diqqətlə 
seç və çox nəzakətlə, arqumentlə danış, müdriklərə istinad et. 
93.
 
Çətinlik  və  uğursuzluq  sonrakı  yaxşı  vəziyyətin  başlanğıcıdır. 
Onu  analiz  edib  düzgün  yol  seçməklə  xilas  olacaqsan  -  uğur 
qazanacaqsan. Yaxşı və pis vəziyyət və belə emosiyalar həmişə 
bir  -birini  əvəz  edəcəkdir.  İnsanın  vəziyyəti  sinus  xətti  üzrə 
dəyişəndir; qalxma varsa, sonra düşmə olacaqdır və cikl təkrar 
olacaq.  Bunu  sürətli  etmə;  çalış  yavaş  –  yavaş,  qabağa 
qaçmadan və geri qalmadan, mühitə uyğun səlis edəsən. 
94.
 
Özünün ağıllı olduğunu başqalarına nə qədər az görsətsən, sənə 
yaxşı olar. 
95.
 
İnsan fəaliyyətinin məhsulu, yazdığı əsər, dediyi söz, düzəltdiyi 
əşya və s. iki əks qüvvənin (və ya  qüvvələr cəminin)qarşılıqlı 

 
266 
təsiri nəticəsidir. Biri etmək, digəri etməmək istiqamətində təsir 
edir.  Əks  qüvvənin  olmadığı  və  ya  zəiif  olduğu  halda  edilən 
hərəkət,  deyilən  söz,  yazılan  əsər  də  çox  zəif,  səhvlərlə  və 
faydasız  olur.  Ona  görə  güclü  –dəyərli  bir  iş  görəndə  əks 
qüvvəni  də  güclü  seç.  Zəiflər,  gücsüzlər, azbiliklilər içində şir 
olma;  güclülər  içində  birinci  ol,  onları  ötməyə  çalış.İnsana 
zərər ən çox öz yaxınlarından, öz icmasından gələr, çünki onlar 
səni  yaxşı  tanıyır,  zəif  cəhətlərini,  səndən  istifadə  imkanlarını 
yaxşı bilirlər. Bunu nəzərə al. Yadlara isə dini, ideoloji, siyasi, 
düşüncələrinə,  dəyərlərinə  görə  qəsdən  pislik  etməsən  onların 
sənlə  işi  yoxdur.  Çünki  onlar  sənin  haqda  zəruri  məlumata 
malik deyillər.  
96.
 
Hiyləgərlərdən,  oğrulardan,  soyğunçulardan,    aldatmaqla 
səndən  istifadə  edənlərdən,  şirin  dillə  səninlə  iş  görmək 
istəyənlərdən,  səni  ələ  salmağa  çalışanlardan,  səni  pisləməyə, 
alçaltmağa  çalışanlardan  qorun.  Həmişə  cəmiyyətdə  belə 
adamlar var. Həmişə onları lazımı qarşılamağa, cavab verməyə 
hazır  ol.  Qeyri  -    rasional  icmalarda  həmin  həyatın  yaratdığı 
belə adamlar çoxdur.  
97.
 
Bir  dəfə  səni  aldatmış  səndən  öz  xeyrinə  sənin  isə  zərərinə 
istifadə etmiş adamın tələsinə ikinci dəfə düşmə.  
98.
 
Öz uğursuzluğunda günahı həmişə  başqalarında deyil, özündə 
axtar, düşmənlərində  günah axtarma. Onlar onlara lazım olanı 
edirlər,  sən  isə  sənə  lazım  olanı  edirsən,  etməlisən,  özünü 
qorumalısan, əks hərəkətlərin qabağın almalısan.  
99.
 
Özünü qorumayan, yaşatmağa çalışmayan məhvə məhkumdur. 
Bu universal qanundur. 
100.
 
Insanların  ümidini  qırma.  Bir  iş  görmək  istəyəni  ruhdan 
salma,”uğur olsun” de. Xüsusilə, uşaqların hər bir hərəkətində 
yaxşı  cəhətləri tap, onu daha  güclü  həvəsləndir, səhvlərini də 
deməyi  unutma.  Lakin  əvvəl  özünün  düzgün  düşündüyünü, 
nümunə  olduğunu  müəyyən  elə,  daim  bu  məsələnin  üzərində 
çalış, özünü ağıllı  mülahizə, davranış etalonlarilə müqayisə elə 
və öyrən.  
101.
 
Qocalıq günahı yumaqçün deyil, qocalıq əkdiyini biçməkdir. 
102.
 
Ağıllı  adamları  ağıllılar  tez  görür.    Ağıllı,  yeni,  orijinal 
fikirlər    adətən  əvvəl  etinasız  qarşılanır,  ona  görə  ki,  adamlar 
onlara  sırınan  mövqelərdə,  adətlərdə  düşüncə  tərzində  olurlar 
və yeni ağıllı fikri  görə, qiymətləndirə bilmirlər. Ağıllı ideyanı  
qiymətləndirmək üçün ağıllı olmaq lazımdır. 

 
267 
103.
 
Yüksək  əxlaqi  və  mədəni  insanı  yalnız  özü  kimi  əxlaqi  və 
mədəni insan tez aşkar edə bilər. 
104.
 
Adətən    yaxşı  işlər,  yaxşı  davranış  gözə  görünmür,  insanlar 
bunun  belə  olmalı  olduğunu  düşünürlər,  lakin  bir  kiçik  pis  iş 
olanda  və  ya  səhv  ediləndə  onu  insanlar  tez  görürlər  və  buna 
görə  başqasına  qiymət  verirlər.  100  yaxşılıq  1  pisliyi 
bağışlamır. 
105.
 
55  yaşdan  sonra  insanın  adi  maddi  fəaliyyəti  zəifləməyə 
başlayır,  fəaliyyətin  nəticələrinə,  keçmiş  həyata  qiymət 
verilməsi  –  ruhi  fəaliyyət  -  düşünmək    artır.  İnsanı  nayrahat 
edən 
məqamların 
psixi 
kompensasiya 
edilməsi, 
əsaslandırılması  ehtiyacı  yaranır.  Bu  zaman  hisslərin  zəifliyi 
meydana  çıxır,  özünə  inam  zəifləyir.  Əgər  keçmişdə  ətraf 
mühitə  münasibətdə  insanda  güclü  özünə  inam,  qalib  gəlmə 
əhvalı  olursa,  bu  dövrdən  sonra  ətraf  mühit  qarşısında  özünə 
inamsızlıq,  iradə  zəifliyi  özünü  göstərir.  Çatışmayan  hissləri 
kompensasiya etmək zərurəti  yaranır.  Bəziləri bu zaman  məhz 
bunu  dinə  qoşulmaqla  əldə  etməyə  çalışırlar.  Daha  yaxşı  üsul, 
sağlam, möhkəm psixi əhvalı saxlamaq üçün meditasiya etmək; 
söz-fikir  formulasından-dualardan  tez  -  tez  istifadə  etmək, 
pirlərə  getmək,    səyahət  etmək,  hekayə,  şer  yazmaq,  rəqs, 
idman    etmək,  dəniz  və  çaylarda,  evdə  çimmək,  özünə  yoldaş 
tapmaq, daha çox ünsiyyət saxlamaqdır. 
106.
 
Azərbaycanda  bir  böyük  həkim-cərrah  2009-cu  ildə  burada 
yaşamaq  üçün  və  konstitusiyanı  əvəz  edəcək  üç  növ  davranış 
qaydasını məsləhət görmüşdür1. Özünü qoru. 2. Yola ver getsin. 
3. Qaç qurtar.  
107.
 
İnsanlar  arası  münasibətlərə  “niyə  belə  edirsən”  fəlsəfəsi  ilə 
yanaşma.  Onlara  təccüblənmə,  onların  sən  düşündüyün  və  düz 
hesab etdiyin davranışda olmaqlarını tələb etmə. Ən yaxşı sülhlə 
və davamlı münasibət üçün adamların hərəkətlərini sənə xoş olan 
tərzdə dəyişmək deyil, məhz sənin düşüncənə, baxışlarına uyğun 
adamla  əməkdaşlıq  etmək,  arvad  almaqdır,  yol  getmək,  birgə  iş 
görməkdir və s.  
108.
 
Bizə  tale  tərəfindən  yazılanlar  bizim  arzumuzdan  asılı  deyil. 
Biz istəməsək də nə yazılırsa onlar olacaqdır. Bu yazılma prosesi 
bizlə  bizi  əhatə  edən  (sosial  -  ailə,  iqtisadi,  siyasi,  psixoloji, 
təbiət)  mühitin  qarşılıqlı  əlaqəsi  prosesi  vasitəsilə  baş  verir. 
Demək,  aktiv  və  ağıllı  həyat  və  fəaliyyəti  daim  seçməliyik  ki, 
bizə  uğurlar  yazılsın.  Bizim  potensialımız  və  xasiyyətimiz 

 
268 
talemizin  yazılmasında iştirak edir.Yəni bu talenin  yazılmasında 
özümüz də iştirak edirik. 
109.
 
Gəlin, biz dünyaya nümunə olaq, dünya bizə yox. Habelə çalış  
sən özün başqalarına nümunə olasan. 
110.
 
Gümanlarının  içində  ən  az  ehtimal  etdiyin  vəziyyəti  diqqətlə 
araşdır və tədbir gör, məhz o ən ehtimallı ola bilər 
111.
 
Öz  valideynilərinin  ailəsində  və  şəxsi  ailəndə,  yaşadığın 
icmada,  nəsil  içində  səni  böyük  olmaq  vəzifəsi  gözləyir,  daim 
böyük  olmağa  hazırlaş  və  dərindən  öyrən.  Əgər  öz  böyük 
vəzifəni  icra  edə  bilməsən  sən  ən  böyük  nadan  olacaqsan,  daim  
zərər  verdiyin  adamlar  tərəfindən  nələtlənəcəksən.  Burada  “mən 
bilmirən, tanımıram, mənə dəxli yoxdur” sözləri keçə bilməz. 
112.
 
Mədəni  tərbiyəli  adamlar  özləri  kimi  mədəni  və  tərbiyəli 
adamlarla  dostluq  etsin,  ailə  qursun.  Adamların  böyük 
əksəriyyəti  savadsız,  elmsiz,  mədəniyyətsiz,  və  lazımı  tərbiyə 
görməmişdir.  Onlar  ictimai  yerdə  yalnız  əzbərlədiyi  nəzakət  və 
mədəni  sözlər  və  davranışlarla  özlərini  aparırlar.  Görüntü 
yaradırlar  Bu  ağıllı  adamı  aldatmasın,  onların  əsil  sifətini 
öyrənəndən,  maskasını  açandan  sonra  uyğun  olsa,  onlarla  bir  iş 
tuta bilərsən. Bu nəsihəti unutmayın. 
 
Bu  nəsihətlərdən  başqa  bir  çox  müdriklər  bir  çox  müdrik  məsləhətlər 
seçmişlər ki, onlar həyatda hər adama faydalı olardı. Məsələn, Nizami 
Gəncəvi,  Füzuli,  Ömər  Xəyyam,  Mənsur,  İbn  Sina  dünya  xalqlarının 
müdrikləri və digər əsil müdriklərin xeyli məsləhətləri vardır. 
       Platon    düzgün  davranış  üçün,  4  yaxşı  xeyirxahlıq    məziyyətini 
məsləhət  görürdü:  müdriklik  (wisdom),  mülayimlik    (moderation)  
ədalətlilik (justice) və cəsarətlilik (courage).  Habelə o, ümidi (hope), 
xeyriyyəçiliyi-  mərhəmətliliyi  (charity)  və    xəbis  məqsədlə  olmayan 
məhəbbəti qiymətli dəyər hesab edirdi. 
       Benjamin  Franklin  də xoşbəxtliyə doğru 13 faydalı məziyyəti öz 
həyatını  və inkişafını qiymətləndirmək  üçün istifadə edirdi.  Onların 
7-si  şəxsi  xarakterin  əlaməti  idi  ki,  onlar  onun  qoyduğu  məqsədlərə 
çatmaq üçün uğur şanslarını  yaxşılaşdırırdı , 6-sı  social  dəyər idi ki, 
onlar başqa adamlara münasibətdə və başqalarının sizə münasibətində 
biznes qurmaq  məsələsinə kömək edirdi: 
1. Yeməkdə və içməkdə həddi keçməmək  
2. Hər şeyinizi öz yerində saxlayın, hər işi öz vaxtında gör.  
3. Qərar vermək. Nə etməlisənsə ona qərar ver və həyata keçir 
4. Ehtiyatlılıq , qənaətcillik. Özünə və başqalarına yaxşılıq et, heç nəyi 
boş sərf etmə  

 
269 
5.  Mülayimlik  .  Ən  kənar  davranışlardan  qaç,  insanlara  layiq 
olduğundan artıq qəzəb tökmə 
6.    Çalışmaq.  Vaxtı  boş  keçirtmə,  hər  hansı  faydalı  işlə  məşqul  ol. 
Bütün faydasız hərəkətləri kəs. 
7. Təmizlik. Bdənin, paltarların, mənzilin çirkli olmasına dözmə 
8.
 
Sakitlik

Boş  şeylərdə  və  ya  adi  və  ya  labüd  bədbəxt  hadisələrdə 
əhvalınızı pozmayın. 
9.  Sükutu  saxlamaq.  Ancaq  sizə  və  başqalarına  faydalı  söhbətləri 
danışın. Boş söhbət etməyin 
10.  Səmimilik:  Zərər  vuracaq  yalan  danışmayın;  günahsız  və  ədalətlə 
fikirləşin və əgər siz danışırsınızsa, düz danışın. 
11.  Ədalət.  Heç  kəsə  qarşı    ziyan  vurmaqla  yaxud  öz  xeyrinizdən-
rüsumunuzdan  məhrum olmaq hesabına səhvə yol verməyin. 
12.  Əxlaqi  sevgi.  Şəhvətdən  yalnız  sağlamlıq  və  nəsil  artırmaq  üçün 
istifadə  edin.  Onu  heç  vaxt  zəiflərə,  özünüzün  ziyanı  və  başqasının 
rahatlığı və reputasiyası üçün etməyin. 
13. Sadəlik və təvəzökarlıq. İsusu və Sokratı yamsılayın. 
             ------------------------------------------------------ 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin