MÖVcud cəMİYYƏTLƏRDƏ NƏ baş veriR?


Rasional cəmiyyət  və müxtəlif nəzəriyyələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/29
tarix28.03.2017
ölçüsü2,8 Kb.
#12720
1   ...   21   22   23   24   25   26   27   28   29

 
Rasional cəmiyyət  və müxtəlif nəzəriyyələr 
 
Texnokratiya. 
20 
–ci  əsrdə  xeyli  texnokratik  nəzəriyyələr 
yaradılmışdır. Məsələn, H.Saymon “elmi idarə edilən dövlət”; D. Bell - 
“postindustrial  cəmiyyət”,  Z.Bjezinski  -  “texnotron  cəmiyyət”,  H. 
Skott və F. Teylor – “Ekspertlər təşkilatı” (12,  641-644) 

 
238 
Konvergeniya  nəzəriyyəsi.  P.  Aron  P.  Sorokin  və  başqaları  sosializmi 
və  kapitalizmi  birləşdirən-konvergensiya  edən  nəzəriyyə  təklif 
etmişlər.  Bu  birləşmə  elmi  texniki  tərəqqinin  nəticəi  kimi 
proqnozlaşdırılır.(12,  645-648) 
Bu  nəzəriyyələr,  şübhəsiz,  yaxşı  cəmiyyət  axtarışında  faydalı 
ideyalardır.  Məsələn,  konvergensiya  nəzəriyyəsinin  bu  günkü  icrası 
“sosial  bazar”  sistemində  maddiləşmişdir,  hansı  ki  məsələn, 
Almaniyada  və  Skandinaviya  ölkələrində  tətbiq  olunur.  Bu  da  belə 
xalqların xüsusi mədəniyyətindən irəli gəlir. Bəs başqaları nə üçün bu 
sistemə keçmirlər. Ona  görə  ki,  onların dövlət  mədəniyyəti insana bir 
varlanma –istismar vasitəsi kimi baxır. Məsələn, Azərbaycanda böyük 
neft  pulları  olsa  da  dövlət  böyük  kapitalist  rolunda  insan  həyatını 
layiqli  təmin  etmək  vəzifəsini  yerinə  yetirmir,  hansı  ki  1945  –  ci  il 
BMT  insan  hüquqları  deklarasiyasında  tələb  olunur,  lakin  ölkə  
konstitusiyasında, nə də fəaliyyətdə belə fikir yoxdur. 
       Sosializm və kapitalzmin konvergensiyası gələcəyin cəmiyyətidir. 
Rasional cəmiyyət isə onun ən yaxşı formasıdır. 
      Texnokratiya  yaxşı  gələcək  üçün  effektivlik  və  sənayedə 
rasioanlizasiya  vəd  etsə  də  hansı  məqsəd  üçün  bu  cəmiyyət 
çalışacaqdır  sualı  verilsə  yenə  də  onun  hakim  dövlət-monopolist 
kapitalizmin  mənafeyini  güdəcəyi  qətidir.    İstənilən  halda  istər 
konvergensiyavə  ya  tenokratiya  nəzəriyyələri  təkif  edildiyi  formada 
yarımçıq  və  problemi  həll  etməyən  konstruksiyalardır.  Bu 
nəzəriyyələrlə  müqayisədə 
yeganə  olaraq  Rasional  cəmiyyət 
nəzəriyyəsi  və  onu  qurulmuş  konstruksiyası  qoyulmuş  poblemi  (hər 
kəsə ləyaqətli həyat və sülh) həll etmək qabiliyyətinə malikdir.  Həmin  
təkliflərin  necə  həyata  keçirildiyini  bilmək  üçün  istənilən  ağılsız  və 
rüşvətxor  dövlətə  və  ya  normal  dövlətə  belə    sual  versək  onlar 
deyəcəklər:  bəli,  bizdə  elmi  texniki  ekspertlər  məsələləri  həll  edir, 
strategiya qurur, sərəncam, qanun hazırlayır, biz sosial bazar prinsipilə 
idarə  olunuruq,  biz  əhaliyə  qayğı  göstəririk.  Onların  yalan 
danışdıqlarını  bu  fakları  nəzərə  alsaq  -  fasiləsiz  bu  ya  digər  sənaye 
dövlətində,  inkişaf  etməkdə  və  3-cü  dünya  ölkələrində  tətillər, 
nümayişlər,  etirazlar,  habelə  etiraz  etməkdən  polislə  qarşısı  alınan 
despotik  dövlətlərdə  (Azərbaycan)  dövlətə  nifrəti  -  tez  görmək  olar. 
Tunusdə, Misirdə və digər ərəb ölkələrində 2011 il Yanvar etirazları və 
prezidenləri qovmaq faktları əyani sübutdur.   
 
Gələcək  Rasional  dünya  dövləti.  Gələcək  Rasional  cəmiyyətlər 
birliyi.  
 

 
239 
Gələcək  xoşbəxt  cəmiyyət    dünya  rasional  cəmiyyətlər  birliyinin 
yaranmasını da tələb edir, əgər bu olmasa qeyri rasional və hegemona 
xidmət edən hər hansı bir  birlikdə (məsələn, indiki UN təşkilatı kimi ) 
belə birliyin  mənfi təsiri ilə  cəmiyyətdə  problemlər olacaqdır. Bu  şərt 
bütün  varlığın  yaşama  prinsipindən  çıxır  -  yəni  təklər  hökmən  daha 
böyük çoxluğun üzvü olmalı və öz öhdəsinə düşən rolu icra etməlidir - 
bu  harmonik  və  dinc  həyatın  şərtidir.  Lakin  belə  dünya  birliyinin 
yaranması qarşısında  böyük maneələr vardır. Bunlar: 
i.
 
Mövcud dünya baxışlar, adət və ənənələr, yaşayış tərzləri   
ii.
 
Keçmişdən qalmış düşmənçilik və torpaq, çay, ərazi iddiaları 
iii.
 
Bəzi  xalqlarda  səhv  üstünlük    prinsipləri.  Onlar  hesab  edir  ki, 
məhz  onlar  ali  irqdir  və  yalnız  onlar  müəyyən  ərazidə 
yaşamalıdır 
iv.
 
Dini  baxışlar.  Hər  dinə  qulluq  edən  millət  düşünür  ki,  onlar 
yalnız  öz  dini  bazasında  inkişaf  etməli  və  bu  dini  prinsiplərlə 
yaşamalıdır.  Lakin  dini  baxışlar  hökmən  digər  dini  daşıyana 
qarşı  düşmənçilk,  ondan  uzaqlaşmağı  tələb  edir,  onu  kafir, 
dinsiz sayır . 
Beləliklə,  bu  maneələrə  qarşı  böyük  inkişaf  trendi  vardır  ki,  bu  da 
sülhün  əldə  edilməsi  və  daha  yaxşı  yaşamaq  ehtiyacı  üçün    dünya 
dövlətinin yaranmasıdır. Hazırda bu trend bəşəriyyətin zərərinə yalnız 
böyük  kapitalist  monopolistlərin  dünyada  iqtisadi    ağalığını  əldə 
etməsi  mahiyyətində  reallaşır.  Bu  trendin  effektiv  və  ağılla  həyata 
keçməsilə  bütün  maneələr  aradan  qalxmalıdır.  Bunu    yaxşı  gələcəyin 
özü tələb edir. Yeni birlik bu prinsip üzərində qurula bilər: yer kürəsi 
hamının  yaşaması  üçündür,  hamı  bərabərdir.  Bəs  yeni  rasional 
ittifaq necə təsəvvür oluna bilər? Burada hökmən: 
1.  Sərhədlər  ləğv  edilməli,  kəndlər,  şəhərlər,  millətlər,  etnik  qruplar 
özləri uyğun saydıqları bir kollektiv qanun və idarə sistemini kollektiv 
yaradıb  qəbul  etməli,  yaxud  qoşulmalıdır.  Qoşulduğu  zaman  isə  belə 
kollektiv  sistemin bərabər hüquqlu iştirakçısı olmalıdır. 2. Hər ictimai 
birlik (kənd, şəhər) qoşulduğu qanun -idarə sisteminin tələblərinə əməl 
etməli və ona vergi verməli, müdafiəsində, asayişində iştirak etməlidir, 
ondan sosial təminat almalıdır. 3. Bütün icmalar daxili asayiş üçün və 
üsyanlara  qarşı  təhlükəsizlik,  polis,  hərbi  qüvvələrini  birləşdirib  bir 
idarə yaratmalıdır.  
     Dünyada  ilk  dünya  şahlığını-dövlətini  qurmaq  ideyasını  elan  edən  
Şumer dövlətini zəbt etmiş Qədim Sarqon (b.e.ə.2400) olmuşdur (13). 
Sonralar belə ideyaları Yunan filosofu, Stoya fəlsəfə  təlimini yaradan 
Zenon,  Nizami  Gəncəvi  (12-ci  əsr),  Marks  (Dünya  sosializm  birliyi), 
İmmanuel Kant   (dünya konstitusiyasını yazmışdır)  yaratmışlar (14).   

 
240 
      Azərbaycan  filosofu  Nəsirəddin  Tusi  12  –ci  əsrdə  ideal  cəmiyyət- 
dövlət  quruluşunu  konstruksiya  edərək  sonrakı  mərhələ  kimi  dünya 
dövlətini və dünya forumunu- müzakirə məclisini təklif etmişdi. (3) 
      Zorakılıqla  dünya  dövlətini  qurmaq  istəyənlər  Hun  imperatoru 
Atilla,  Monqol  imperatoru  Çingiz  xan,  Aleksandr  Makedonskiy,  
Roma  imperatorları  və  Fransa  imperatoru    Napoleon,  Alman  füreri 
Hitler olmuşdur.  
      Rasional dünya birliyi həm nəzəri cəhətdən şeylərin  yalnız sistem 
quruluşunda  ola  bilməsi    və  yaşaya  bilməsi  tələbindən,  həm  də  
insanların başa düşdükləri real ehtiyaclar tələbindən zəruridir. Belə ki, 
hər  ayrıca  baxılan  ölkə  daha  yaxşı  və  ədalətli    və  sülh  şəraitində  o 
zaman inkişaf edə bilər ki, ümumi sistem buna imkan və şərait versin. 
      İndiki  qeyri  -  bərabərlik,  hegemonluq,  müharibə  və  qəsblər,  kasıb 
və  varlı  ölkə  faktlarının  olması  ümumi  sistemin  buna  imkan  və  şərait 
verməsidir. Bu  bəşər sisteminin  qeyri - rasional olmasıdır, çünki “hər 
kəs özünə, özgənin isə zərərinə” onun əsas prinsipidir. 
Aşağıdakı    dünya  bəşəri  sistemini  yaranması  ehtiyacları  misal  çəkilə 
bilər:  
-    yer kürəsini qoruyub daha sərfəli formada saxlamaq, 
     daha yaxşı inkişaf etmək, problemləri birlikdə həll etmək, 
-
 
əmək  və təbii resurslardan hamının və effektiv istifadə etməsi , 
-
 
xəstəliklərə , cinayətlərətə ,təbiətin dağılmasına  qarşı daha effektiv 
mübarizə,  
-
 
turizm və səyahəti idarə etmək
-
 
daimi sülhü əldə etmə, konfliktləri yox etmə, müharibə təhlükəsini 
aradan qaldırmaq, kasıblıq və qeyri - rasional idarədən xilas etmək 
və s. 
Bu  vahid  idarə  və  qanunlar  sistemində  vahid  funksiyaların  idarəsi, 
vasitələr  və  s.  müəyyən  ediləcəkdir.  Bu  istiqamətdə      BMT  , 
ümumdünya  iqtisadi  orqanlarının  yaranması,  elm  sahələrinin 
birləşməsi,  yeni  elmi  yanaşma  üsullarının  yaranması  baş  vermişdir. 
Ümumi dünya idarəsinin yaradılması ümumdünya dünyagörüşü, əxlaq 
və fərdi dünyagörüşün  ,  insanlarda  ətraf mühiti eyni  cürə   qavramağı, 
eyni  cür  dərketmə  və  təsvir  etmə  və    vahid  bəşəri  icmanın 
formalaşması  məsələlərini  həll  etməyi  tələb  edir.  Keçmişin  stereotip 
düşüncəsi,  ehkamları,  köhnə  dünyanı  saxlayan  fərdi  və  ictimai 
prinsiplər  -    “daha  çox  var  topla,  daha  çox  hakimiyyət,  daha  çox 
istismar  et,  daha  çox  yer  tut,  silahlan,  hegemon  ol,  daha  çox  istehlak 
et” - yeni  sistemin formalaşmasına qarşıdır.  
Ümum dünya idarəsi nəticə olaraq iki yol - iki tipdə yaradıla bilər: 

 
241 
1.Yuxarıdan:  dövlətlərin    bir  və  ya  bir  neçə  dövlətin  hegemonluğunu 
qəbul  etməyə  razılaşaraq  yaradılması.  Bu  halda  hegemonlar  bütün 
qalan xalqları  istismar və hakimlik edəcək. Hegemonun daxilində isə 
yenə də ən varlı təbəqə və  əksəriyyət 80% əhali - kasıb təbəqə  olacaq. 
2.  Aşağıdan,  dövlətlərin  rasionallaşaraq,  rasional  prinsipləri  qəbul 
edərək,  yeni  məna alaraq  dövlət  iradəsinin cəmiyyətin özünə  məxsus 
olması əldə ediləndən sonra bir - birilə könüllü razılığa gələrək ümumi 
idarə  yaratmaları.  Bu  halda  ədalətli,  bərabər  ümumi  dünya  cəmiyyəti 
əldə  edilir.  Ümumbəşəri  məsələlərin  idarəsi  dünya  dövlət  idarəsinə 
tapşırılır,  yerli  məsələlər  isə  milli  dövlətlərə.  Konfliktlər  kəsilir. 
Dövlətin klassik mahiyyəti və funksiyaları dəyişilir.  
Ümumi  Rasional  dünya  dövləti,  ehtimal  ki,  aşağıdakı  prinsiplər 
əsasında qurulacaqdır: 
1. Tələb olunur ki, hər bir millət və etnik qrup bir ərazidə muxtariyyat 
forması alsın, onlar istəməsə də, bu verilsin. 
2.  İnsanların istədikləri ərazidə yaşamasına icazə verilsin. 
3.  Eyni  əmək  hüquqları,  eyni  nizamlayıcı  qanunlar,    eyni  insan 
hüquqları və sosial hüquqlar tətbiq edilsin. 
4.  Hüquqlara  nəzarətin  eyni  sistemi  -  məhkəmə  polis  və  prokurar  - 
istifadə edilsin. 
5.  Dünya  təbii  sərvətləri  bütün  insanların  yaşaması  üçün  bərabər 
istifadə edilsin. 
6.  Bütün  məhsullar,  nemətlər  iştirakçılara  bərabər  bölünsün,  habelə 
bütün  xəstələrə,  işsizlərin  saxlanmasına  ,  təhsilə  ,  səhiyyəyə      və 
gələcək inkişafın təmin edilməsinə sərf edilsin. 
7.  Hegemonluq  və  üstünlük  başqasının  ərazisini  tələb  edən  millətlərə, 
qanunlarda  və  icrada  ayrı  seçkilik  salan  millətlərə  və  adamlara, 
qruplara qarşı  vahid hərbi qüvvələr, vahid məhkəmə yaradılsın. 
8.  Bütün vəzifələr azad konkurs üzrə tutula bilsin. 
9.  Bərabər təhsil, səhiyyə və biznes imkanları hamıya verilsin. 
10.  Bütün  əmək  resurslarından  maksimum  istifadə  etməklə  vahid 
təhsil, səhiyyə, mənzil  proqramları hazılansın və hamıya aid edilsin. 
     Lakin  dünya  birliyi  birinci  mərhələdə  bu  prinsiplərin  hamısının 
tətbiqi  ilə  qurulması  mümkün  olmayacaqdır,  çünki  dominantlıq  və 
eqoizm  mane  olacaqdır.  Əvvəl  vahid  mədəniyyətin  və  dünyagörüşün 
formalaşması  təlim  edilməsi,  yayılması  və  başa  düşülməsi  lazım 
gələcəkdir, sonra tədricən bir-  bir  eyni  funksiyanın  birləşdirilməsi  və 
idarəsilə dünya idarəsi yaranacaqdır və genişlənəcəkdir. 
 
Rasional  cəmiyyət  konstruksiyasının  və  həyat  tərzinin  həyata 
keçirilməsi planı  

 
242 
 
1.  Rasional  insanın  yetişdirilməsi  proqramının  hazırlanması  və 
sınaqdan çıxarılması və periodik təkmilləşdirilməsi. 
2. Qanun və qərar qəbulu proseduları və iştirak mexanizminin  a) qeyri 
-  elektronik  ;  b)  elektronik  və  c)  avtomatik    versiyalarının  
hazırlanması, sınanması və fasiləsiz periodik təkmilləşdirilməsi.  
3.  Qanun  və  qərar  qəbulu  proseduları  və  iştirak  mexanizminin  tədrisi  
proqramının  –  təlim  kursunun  yaradılması  ,  təlimi  və  öyrənilməsinin 
təşkil edilməsi  planı və icrasının təşkili.  
4.  Rasional  həyat  tərzinin  bilavasitə    və  uzaqdan    (  internetlə)  təlim 
proqramınin - kursunun yaradılması və təlim planı, icrasının təşkili.  
5.  Yaradıcı  ağıl    fəlsəfəsinin  təlim  proqramının  hazırlanması,  internet 
səhifəsi və bilik mənbələrinin siyahısı,  təlimin təşkili.  
6.  Yaradıcılıq  metodlarının  və  nəzəriyyəsi  poqramının  hazırlanması, 
təlimi, internet səhifəsi  
7.  Rasional  cəmiyyət  nəzəriyyəsinin  öyrənilməsi  proqramının 
yaradılmsaı və təlimi, internet səhifəsi və biliklərin müəyyən edilməsi. 
8.  Gələcəyin  araşdırılması  (Futurologiya)  metodları  və  nəzəriyyəsi 
kursunun yaradılması və təlimi. 
9.  Ölkə,  şəhər,  region,  kənd,  qəsəbə  üzrə  qərar  qəbulu  mexanizmləri; 
qərar  qəbulunun  etik  prosedurları  və  rasionallıq  kriteriyalarının  tərtibi 
və  kütləvi  öyrənilməsi,  müzakirəsi  və  daha  səmərəli  variantın  qəbul 
edilməsi;  seçkilərin  ləğv  edilməsi;  rasionallıq  prinsipinin  hər  bir 
fəaliyyətdə faktlarla aktiv öyrənilməsi və əməl edilməsi; 
10. Fikirlərin azad deyilməsi  və  müzakirəsinə olan qadağanların ləğvi 
və  buna  praktiki  imkanların  yaradılması;  demək  olar  ki,  bütün 
dövlətlərdə  hakim  sinif  bəzi    müəyyən  həqiqətlərin  deyilməsinə  və 
müzakirəsinə  qadağan  qoymuşdur;    rasional  əxlaq  və  davranış, 
ünsiyyət normalaının yaradılması və kütləvi öyrənilməsi; 
11.  Rasional  təhsil  və  tərbiyə  proqramının  yaradılması.  Rasional 
insanın parametrlərinin müəyyən edilməsi və məktəblərdə, bağçalarda, 
ailədə,  universitetlərdə    hazırlanması;xüsusi  təlim  poqramı  və 
metodlarının yaradılması; 
Təklif  olunan  layihədə  İnformasiya  texnologiyaları  insanların 
həyatında  rasionallığın  əldə  edilməsində,  şəxsi  və  ictimai  qərarlar 
qəbulunda məlumat bazası kimi əhəmiyyətli vasitə rolunu oynayır. Bu 
vasitə qərarların qəbulunun avtomatlaşdırılmasını, məlumat axtarışı və 
məlumatın  emal  edilməsinə  də  imkan  verməlidir.  Hesab  edilir  ki, 
informasiya  texnologiyaları  belə  bir  vasitə  kimi  sosial  sistemi  tam 
dəyişən və birbaşa demokratiyaya imkan yaradan, bununla effektivliyi 
və  rasionallığı  artıran  inqilabi  rol  oynayacaqdır.  Yeni  rasional  insan 

 
243 
yetişdirməyə  imkan  verəcəkdir.  Təklif  olunan  yeni  nəzəriyyə  həddən 
artıq yaxşı keyfiyyətlərə malikdir. Məsələn, burada hakimiyyət, hakim 
vəzifələr  yoxdur  ki,  insanlar  onu  tutmaq  üçün  mübarizə  etsinlər,  min 
dənə ouyndan çıxsınlar. Bütün insanlara idarəetmə qərarı yaratmaqda, 
qanun  yaratmaqda  və  icra  etməkdə  bu  imkan  verilir.  Mübarizəyə, 
saxtakarlıq  etməyə,  aldatmağa,  zorakılığa,  yalan  vədlər  verməyə 
ehtiyac qalmır. 
 
Rasional cəmiyyət icmasinin tipik nümunəsi.  Göstərişlər.  
 
Rasional Cəmiyyət ideyasının məqsədi 
1.  Yerli  icmaların  -  etnik  icma,  kənd,  şəhər,  milli  dövlətlərin 
rasionallaşdırılması  və    addım  -  addım  son  olaraq  rasional  cəmiyyət 
quruluşuna  çevrilməsi,  başqa  sözlə  insanların  birlikdə  arzu  etdiyi 
həmişəlik  sülh,  konfliktlərin  olmaması,  effektiv  inkişaf  və  hər  kəsin 
normal  yaşamaq  səviyyəsinə  malik  olması,  hamıya  yaradıcılıq  və 
qabiliyyətləini inkişaf etdirmək və tətbiq etmək imkanının verilməsi.  
     Rasional  cəmiyyət  ictimai  sistemi  belə  mənanı  verir  ki,  burada-
cəmiyyətin  təşkilı    quruluşu  rasionaldır,  yəni  onun  idarə  və 
qanunvericiliyi tam və birbaşa –ictimaidir; cəmiyyət özü - özünü idarə 
edir, həm qanunu verir, həm idarə qərarı (sərəncam, müxtəlif layihələr,   
qiymətləndirmə,  tapşırıq,  plan,  strateqiya,  resursların  bölünməsi  və 
istifadəsi, məhsulun və gəlirin bölünməsi və s.) verir.  Bilavasitə icranı 
isə  yenə  də  cəmiyyət  içindən  kriteriyalara  uyğun  arzu  edən  ictimai 
qiymətləndirməni  keçən  və  yüksək  qiymət  alanlar,  əgər  arzu  edənlər 
çox olduqda  və qiymətləri eyni olduqda püşk atma ilə icra vəzifələrinə 
təyin edilirlər. 
2. Yeni rasional insan tərbiyəsi və yetişdirilməsi. 
3.  Yeni  iqtisadi    və  sosial  prinsip,  rasional  dövlətin  vətəndaşlar 
qarşısında borcu və vəzifələrinin müəyyən edilməsi 
4. Rasional  əxlaq və davranış, effektiv inkişaf və maddi rifah, mədəni 
ehtiyacları ödəyən effektiv idarəetmə,  təbiətə layiq münasibət, insana 
hörmət və s. məsələlərin həlli. 
5.  Zəruri  olaraq  cəmiyyətin  qanunlarının,  idarə    məqsədini  və 
planlarının layihə və inkişaf istiqamətlərinin tam cəmiyyətin öz fikri və 
məqsədi olmağını,  cəmiyyətin iradəsinin əks etdirməsini əldə etmək . 
6.  Dünyada  tam  sülhün  və    razılığın,  millət  və  etnosların  bir  -  birinə 
hörmət  hissinin  əldə  edilməsi;  konfliktlərin  bu  əsasda  kökünün 
kəsilməsi və dünya sülhü yaratmaq.  

 
244 
     Bu  məqsədin  əldə  edilməsi  üçün  addımlar:  -  milli  dövlətlərin 
ümumi  rasional  Dünya  dövləti  formasında  birləşdirilməsi  və  müyyən 
funksiyaların idarə və nəzarətini dünya dövlətinə verməsi , 
- Yer planeti torpaqlarının ümumbəşəri olmasaını elan etmək və hər bir 
insana seçdiyi yerdə yaşamaq imkanı vermək 
-  konfliktdə  olan  ölkələrin  dünya  dövləti  yaranana  qədər  və  sonra 
federativ  dövlət  formasında  ittifaq  yaratmaları  və  mübahisə 
ərazilərindən  bərabər  istifadə  etmək;  vətəndaşlarına  sərbəst  bərabər 
yaşaması  imkanları  vermək  və  onlardan  hər  birinə  həmin  ərazidə 
müstəqil  müəsisə  yaratmaq  imkanı  vermək.  Əhaliyə    və  müəsisələrə 
isə  hansi  dövlətin  qanunu  və  müdafiəsi  altında    yaşamaği    və  kimə 
vergi verməyi müəyyən etmək hüququ vermək  
- “mənim” və ya “bizim qrup, bizim sinif” anlayışını qüvvədən salmaq 
“ümumi    cəmiyyət,  bəşəriyyət,  hamı”  anlayışının  öyrənilməsinə 
çalışmaq. 
-  bərabərlik,  ədalət,  əməkdaşlıq,  dostluq  ,  sülh  dəyərlərinin  həyata 
keçməsinə çalışmaq 
    İnsanların müxtəlifliyi  və buna görə də müxtəlif cürə başa düşməsi, 
habelə  konfliktlərin  də  baş  verməsinin  bir    səbəbidir.  Lakin  bu  həll 
edilə biləndir.  
       Rasional  qanun  və  qərar  qəbulu  sistemi  və  vahid  proseduralrın,  
prinsiplərin    məhz  bir  məqsədi  insanların    eyni  anlayış  və  dillə  fikir 
söyləyə bilməsi və anlaması, eyni mövqeni formalaşdırmaqdır. Habelə 
bu  üsul  ilə  fikir  deyilməsi,  qərar,  sərəncam,  müqavilə  və    ümumi 
məsələnin həllinin tapılmasında  effektivlik və düzlük əldə edilir. 
       Qanunlar  belə  rasional    icmanın  yaradılmasına  mane  olmur, 
maraqlı  adamlar  internet,  email,  elan  vasitəsilə  və    ya  birbaşa 
ünsüyyətdə  olaraq  bir-  birlərini  tapır  və  belə  icmaya  üzv  olmaq 
arzularını  bildirirlər.  İcmada  əbədi  qoyulmuş  qaydalar  və  normalar 
yoxdur.  İcma    dialoq    prosedurlarına  uyğun  olaraq  özləri  özlərinə 
konstitusiya  yazır.  Özləri  toplantı  gündəliyini  yazır,  özləri  hansı 
məsələni  necə  həll  etməyi  müəyyən  edirlər.  Burada  hər  kəs  bərabər 
hüquqludur;  heç  kəs  üstün  deyil.  Hər  kəs  ancaq  öz  adından  danışa 
bilər;  heç  kim,  heç  kimi  təmsil  etmir;  burada  rəhbər  yoxdur,  texniki 
icraçı  var.  Bu  vəzifəni  qadınlara  vermək  məsləhətdir.  Rasional 
cəmiyyətə  keçmək  üçün  əvvəl  kiçik  rasional  icmalar,  klublar, 
dərnəklər  yaradılmalıdır  ki,  onlar  böyüyərək  və  birlşərək  bütöv 
cəmiyyəti əhatə etsinlər. 
        Belə  icma  mövcud  qanunlar  əsasında    kənd  ,  qəsəbə,  şəhərlərdə 
böyük regionlarda ölkə miqyasında  yaradıla bilər. Və aşağıdakı sxem 
nümunəvi ola bilər ki, hər bir qrup istədiyi hədlərdə istifadə edə bilər. 

 
245 
       İnsanlar ancaq birgə əməkdaşlıq vasitəsilə yaşamaq ehtiyaclarını - 
problemlərini  həll  edə  bilərlər.  İnsanları  məhz  icmaya  üzv  olmaq, 
onların ümumi maraqları -ehtiyacları cəlb edə bilər.  
       Beləliklə,  Rasional İcma  (klub, birlik, dərnək, tayfa,  kənd, şəhər 
və  s.)  aşağıdakı  qrup    maraq  və  fəaliyyətləri  əhatə  etməklə  yaradıla 
bilər: 
1   Qrup. Rasional ümumi bəşəri əxlaq və etik dəyərlər. 
İİ  Qrup. İntellektual fəaliyyət 
İİİ  Qrup. Rasional Həyat tərzi 
1V  Qrup.  Bilavasiə  rasional  İcma  həyatı  və  onun  daxil  olduğu  yerli 
icma (kənd   , şəhər, ölkə, dünya) həyatı 
V  Qrup. Mədəni həyat, adət və ənənələr, mərasimlər 
Vİ  Qrup. Əmək və yaradıcılıq   
     Yaradılacaq icma öz ümumi fəaliyyəti üçün bu mövzu qruplarından 
birini, bir neçəsini və ya hamısını seçə bilər. Ən yaxşısı hamısını əhatə 
edən  icma  yaratmaqdır,  bu  rasional  cəmiyyətin  bütün  sahələrinin 
tətbiqi - tam rasional icma deməkdir. 
İcma öz fəaliyyəti üçün bina, otaq, yer arendaya götürür, tikir və ya alır 
və  buna  İCMA  EVİ  adı  verir.  Lazımı  avadanlıq  ,  komputerlə  təchiz 
edir.  Möhkəmlənəndən  sonra  Rasional  icma  özünə  xüsusi  arxitektura 
layihəsi  ilə  böyük  icma  evi  tikir  -  burada  toplantılar,  mədəniyyət  və 
məlumat  mərkəzi,  kitabxana,  təhsil,  təlim  kursları,  idman,  sağlamlıq 
tədbirləri,  insan  beyninin  qabiliyyətlərinin  artırılması  təlimləri, 
dialoqlar, müzakirələr aparılır; mədəni tədbirlər, konsert , rəqs, elmi - 
texniki  yaradıçılıq  həyata  keçirilir.İnsanlara  öz  həyatlarını  yaxşı 
qurmaq  problemlərini  həll  etmək  üçün  psixoloji  futuroloji,  hüquqi 
məsləhətlər  verilir  İcma  müxtəlif  fəaliyyətlər  təşkil  edərək  icma 
kassasına  pul  toplayırlar  və  bunu  icma  işlərinə  sərf  edirlər.  İcma 
ümumi  ehtiyaclarını  və  idarəsini  həyata  keçirmək  üçün  hökmən 
maliyyə mənbəyi yaratmalıdır. Bunun üçün onlar birləşib gəlir gətirən 
bir  istehsal  və  xidmət  yaradırlar,  ondan  alınan  xalis  gəlir  inkişafa 
ayrılan  hissəni  çıxmaqla  birbaşa  icmanın  kassasına  daxil  olur.  Bu 
tədbir icmanın başqa adamlardan pul, kömək xahiş etməkdən xilas edir 
və  icma  müstəqil  ola  bilir.  Əksər  fəaliyyət  könüllülük  əsasında 
keçirilir. 
     İcmanın  işinə  hər  qısa  dövr  2,  6,  və  ya  12  ay  ərzində  könüllü 
razılaşma və ya püşk atılma ilə bir nəzarətçi – katib  növbə  ilə nəzarət 
edir  və  nəzarətçilərin  növbətçilik  cədvəli  əvvəldən  müəyyən  edilir. 
İcmanın  işinə  ümumi  nəzarət  və  ekspert  rəyi  vermək  üçün  bilikli 
adamlardan  ibarət  könüllü  Məsləhət  Şurası  yaradılır.  Şura  hər 
əhəmiyyətli  məsələ  barədə  öz  rəyini  hazırlayır  və  elan  edir.  Qərarları 

 
246 
isə bütün üzvlər birlikdə qəbul edir. Ümumi  əmlakı və maliyyəni ildə 
2  dəfə  yoxlayan    2  nəfər  mütəxəssis  təyin  olunur.      Burada  hökmən 
ümumi  məqsəd  və  istiqamət,  gələcək  araşdırılır  və  uyğun  fəaliyyət 
planlaşdırılır, cari məsələlərə reaksiya verilir. 
Nəzarətçi  icmanın  əvvəldən  qəbul  etdiyi  və  zəruri  olan  kriteriyalara 
uyğun  adam  olmalıdır  və  bu  uyğunluğu  həmin  adam  praktikada  – 
indiki və keçmiş faktlarla nümayiş etdirməlidir.  Bu, icmanı bu adamın 
istədiyi kimi idarə etməsi demək deyildir.  
Nəzarətçinin təqribi vəzifələri: 
-
 
o  ancaq  ümumi  icma  toplantısının,  qərarlarının,  fikrinin  icrasına 
nəzarət edir, 
-
 
ona tapşırılan işi özü də icra edir,  
-
 
 icmanın  (özünün  iştirakı  ilə)  təklif  edilmiş,  hazırlanmış 
fəaliyyətlərin planını, icrasını təşkil edir, yada salır, uçot aparır, 
-
 
məsələ barədə tam razılığ əldə edilənədək müzakirələri təşkil edir. 
Məsələnin  həlli    icmada  ümumi  qəbul  olunmuş  qərar  qəbulu 
qaydalarına uyğun olaraq aparılır, 
-
 
vahid  elmi  dialoq  -  problem  həlli  prosedurasının  öyrənilməsi  və 
əməl  edilməsinə  nəzarət  edir  ki,  üzvlər  hamısı  eyni  qayda  və 
terminlər  üzrə  məsələni  həll  edə  bilsinlər,  izafi  mübahisə 
yaranmasın.  
Sual : Rasional cəmiyyət icması necə həyata keçəcəkdir? -   İnsanların 
əməkdaşlıq vasitəsilə daha yaxşı yaşamağı və problemlərini həll etməsi 
aydın  həqiqətdir. Əsasən gənclərdən ibarət  3-10 adam  və  ya istənilən 
arzu  edənlər    ümumi  maraq  və  ya  peşə  uyğunluğuna  görə  könüllü 
Rasional  cəmiyyət  icması  yaratmaq  istəyirlər,  onun  nizamnaməsini 
yazıb  ölkədəki  qanuna  uyğun  rəsmi  dövlət  qeydindən  keçirirlər.  Və 
yaxud    qeydən  keçmiş  belə  bir  icmanın  filialı  kimi    fəaliyyət 
göstərməyi  razılaşdırırlar-bu  asan  və  daha  çox  məsləhətdir.                                                          
Bu  icmanı  1)  kiçik  ölçülü  ilkin    icma  sayca  hər  hansı  bir  inzibati 
ərazidə əhalinin 1-5 % - inədək  miqdarında  2) 20-30 % miqdarında və 
3)  60-70%  -i  miqdarında  və  çox  olmaqla    üç  inkişaf  mərhələsinə 
bölmək  olar.  İcma  böyüdükcə  və  üzvlər  onun  nəzəri  və  praktiki 
həyatını  öyrəndikcə,    icma  hərtərəfli  dinamik  olaraq  inkişaf  edir  və 
yetişir-kamilləşir. Hər mərhələdə icma fərqli olur.  
     2-ci  mərhələyə  çatdıqda  dövlətin  qanunları  və  idarəetməsinin  bir 
hissəsi  Rasional cəmiyyətin prinsip və metodlərı ilə müəyyən edilir. 
Lakin  buna  qarşı  güclü  müqavimətləri  elm  və  ağılla,  təbliğatla  dəf 
etmək  lazım  gəlir.  Çünki  istismarçı  və  zorakılığa  arxalanan  və  onu 
tərifləyən və «əsaslandıran» təbliğat maşınına malik olan hakim sinif 
öz  mövqeyini  könüllü  tərk  etmək  istəmir,  onları  ifşa  edənlərə  qarşı 

 
247 
maneələr  yaradır. Belə ki,  Rasional düşüncə –Rasional qərar qəbulu 
sistemi vasitəsilə rəy, qərar , qiymət həmişə və hökmən adi –mövcud 
qayda ilə hazırlananlardan daha düzgün,  daha rasional və ədalətlidir.                                                                                                                       
       3-cü  mərhələdə  tam  rasional  cəmiyyət  dövlət  quruluşu  yaranmış 
olur. Və cəmiyyətin rasional pinsiplərlə təşkili və idarəsi cəmiyyətdə 
yüksək  savadlılığın,  elmin  geniş  yayılması  ,  lazımi  məlumatların 
hamıya  çatmasının,  aşkarlığın    saxlanmasından  asılı    olacaqdır. 
Qanun və ictimai idarəetmədə güzəştlərin yol verilməzliyi, icraçıların 
səhv  etdikdə  azad  olunması  və  məsuliyyətə  cəlb  edilməsi,  hamıya 
bərabər  baxılması    zəruri  amil  olacaqdır.  Hamının  ictimai  icra 
vəzifələri tutmaq, qanun və qərarların hazırlanmasında iştirak imkanı 
olacaqdır
 
İlkin Rasional cəmiyyət icmasının  ümumi xarakterik xüsusiyyətləri     
                      
1.   İcma bir ailə kimi yaşayır və əxlaq kodeksinə əməl etməyə çalışır. 
Bu o deməkdir ki:  
   Hər  kəs  digərinə  qayğı  və  lazımı  kömək  etməlidir.    Hər  adam  digəri 
üçün  yad  deyil  –ailə  üzvüdür.        Münasibətlərdə    sui  istifadə  etmək, 
yoldaşı  aldatmaq,  özünü  artıq  hesab  etmək  ,  digərinin  malını 
mənimsəmək,  başqasına  zərər  vurmaq  və  s.  ola  bilməz.  Prinsiplər: 
bərabərlik,  dostluq,  ailəçilik,  qarşılıqlı  hörmət,  xeyirə  -  şərə  yaramaq, 
özünə xoş olmayanı başqasına etməmək.  
 İcmada əxlaq və etikaya  əməl etmək  əsas meyardır. 
2.      Periodik  olaraq,  həftədə  azı  bir  dəfə  toplantı  keçirilir  .  İcmanın 
himni  yazılır  və  hər  toplantıda  birlikdə  xorla  oxunur.  Toplantıda  hər 
hansı  birgə  əməkdaşlıq,  maraq  məsələsi  müzakirə  olunur,  ünsiyyət 
edilir,  kimi  nə  nayrahat  edir  -  deyir  və  məsləhətləşmə  aparılır, 
məsələləri  necə  həll  etmək,  kimə  nə  köməyi  etmək,  icmanın  inkişafı, 
ümumi fəaliyyət üçün pul toplanması və s. məsələlər həll edilir. İcma 
üzvləri yeni biznes açmaq, iştirak etməyi və idarə etməyi çox asan həll 
edə  bilər, çünki üzvlər bir  - birinə inanır.   Birgə  biznesin   xalis  gəliri 
icma  fonduna  verilir.  Yalançı  və  hiyləgər  adamlar  icmaya    qəbul 
edilmir, lakin belə xasiyyət-davranış göstərməyə meyli olanlar bundan 
özləri  könüllü  imtina  edirlər.  Belə  ki,  belə  davranış  tez  aşkar  olur  və 
icmanın  tənbehinə  -  etirazına  rast  gəlir.  Burada  insanlar  mövcud  
cəmiyyətlər  kimi  adətən  hər  şeyə  göz  yuman  ,  hər  bir  görünən  səhv 
hərəkət və davranışa «nə işimə qalıb deyən» adamlar deyil.  
3.  İcmada  savadlı  adamların  olması  lazımdır  -  psixoloq,  müəllim, 
futurist, sosioloq, filosof, hüquqşünas, komputer mütəxəssisi və s. - bu 
adamlar  üzvlərə lazımı məsləhətlər verirlər. Toplantıda onlar icmanın 

 
248 
nəzəriyyəsi,  dünyabaxışları  haqda  söhbətlər  edir,  suallara  cavab  verir, 
Rasional  cəmiyyət  ideyasını  təbliq  edirlər.    Hər  toplantıda  rasional 
cəmiyyət  nəzəriyyəsi  və  praktikasına  aid  bir  məsələ    müzakirə  edilir, 
fikirlər irəli sürülür, bunun üçün mövzu və mühazirəçi əvvəldən təyin 
edilir. İnternet səhifə yaradırlar və cəmiyyət haqda məlumat yayır, yeni 
üzvlər qəbul edirlər. 
4.    İcmanın  fəaliyyətinin    əsas  xarakteri  odur  ki,  onlar  rasional 
düşünür,  hər  bir  işin  rasional,    yəni  effektiv,  məqsədəuyğun,  ağıla, 
əxlaqa və mənəviyyata, humanizmə uyğun olmasına çalışırlar. Üzvlər 
bir  -  birinin xeyir işində  iştirak edir. Eyni  zamanda  yas və  bədbəxtlik 
olduqda  mənəvi  dayaq  olurlar.  Şəxsi  və  ümumi  problemlərini 
təkbaşına yox, birlikdə həll edirlər. 
5.    İcma  özü  xeyir  və  yas  mərasimlərinin  yeni  rasional  qaydasını  və 
ssenarisini qəbul edir. Belə ki, bu məsələlər indi çox pis vəziyyətdədir,  
yəni konkret olaraq nə dini əsası, və  yaxud ictimai səbəbi  yoxdur. Bu 
adət və ənənələri heç vaxt cəmiyyət toplaşıb qəbul etməyib. O adət və 
ənənə zərərlidirsə,  dəyişdirilir. Toylarda , şənliklərdə hədsiz içki deyil, 
az  miqdarda  içki  verilə  bilər.  Dini  ehsanlar  vermək  adəti  ləğv  olunur 
və yasların dinin təbliği yerinə çevrilməsinə icazə verilmir. Bunlar yas 
evinə  ancaq  zərər  verir.  Bunun  əvəzinə  ölünün  basırılmasının  üçüncü 
günü ev sahibi  başsağlığına gələnlər üçün ancaq çay, halva və pirojna 
tipli  qidalardan  ibarət    çay  stolu  aça  bilər.  Yasların  mollaların  və  ya 
digər  dini  vəzifəlilərin  müftə  yemək  və    gəlir  mənbəyinə  və  təbliğat 
yerinə    çevirməsinə  qəti  yol  verilmir.    1-ci  başlanğıc  Rasional 
icmalarda  yasda  ölü sahibinin  razılığı ilə onun mənsub olduğu  dini 
kitabdan  lazımı  ayələr  oxuna  bilər.  lakin  məclisi  idarə  etmək,  zəruri 
izahatlar vermək üçün   yas sahibi məclisə molla deyil,  bilik və əxlaq 
sahibi  olan  müəllimi,  filosofu,  psoxoloqu,  elmi  adı  olan  şəxsi  dəvət 
edir.    Yasda  mərhumun  yaxşı  işləri  haqda  söhbətlər  edilir.  Əsərləri, 
kitabları, düzəltdiyi, yaratdığı şeylər və ya onların şəkilləri  göstərilir.  
İcma üzvləri və qohumlar sonrakı yaxın bir necə həftədə bir  iki dəfə 
yas  yerinə    çay  stoluna  lazım  olan  ərzaqla  və  digər  zəruri  qida 
məhsulları  ilə  razılaşıb  gedirlər  (lakin  bu  məcburi  deyil,  hamı  öz 
düşüncəsinə görə hərəkət edir).  
     Yasda  əsas  etik  qanun:  yas  sahibinə  zərər  vermək  və  onu  xidmət 
etməyə vadar  etmək deyil,  ona mənəvi  və  maddi kömək  etməkdir  ki,  o 
itkini az, arxasında isə kömək hiss etsin. Bu vəzifəni  yerinə  yetirmək 
üçün  rasional  icma  və  yas  sahibinin  yaxın  qohumları  ölünün 
basırılması  işini  və  xərclərini  birgə  edirlər.  İcma  bu  məsələnin  sadə  
yeni qaydalarını  razılaşdırıb qəbul edir. Ən yaxşısı, yasları təşkil edən 
idarə yaradılır. Rasionallığa uyğun olmayan təmrinlərdən imtina edilir. 

 
249 
6. İcmada yuxarıda qeyd edilən 6 qrup fəaliyyətlər həyata keçirilir. Bu 
fəaliyyət    üzvlərin    1)  əxlaq  və  etik  normalara  əməl  etməsi  2)qərar 
qəbulunda  iştirakın  etik  tələbləri,  3)  Qərar  qəbul  etmənin  rasional 
proseduru, 4) qərarların əxlaqi - etik meyarları, 5) qərarların keyfiyyət 
meyarları çərçivəsində aparılır. 
7. Verilən təklif və qəbul edilən  həllər qəbul olunmuş meyarlara cavab 
verməlidir.  Məsələn  nəyi,  nə  üçün,  hansı  miqdarda,  nə  vaxt  etmək? 
Əxlaqa  uyğundurmu?  Qanuna  uyğundurmu?    Bərabərlik  prinsipi 
pozulmur  ki?    Hansı  xeyir  və  zərərlər  ola  bilər;  Zərərin  qarşısı 
alınırmı?  və  necə?  Prioritetdirmi?  Rasionaldırmı?  Başqa  həll  yoxmu? 
Daha  yaxşı  yol  yoxmu?  İcra  etmək  mümkündürmü?  Köməksiz, 
yaşamaq imkanından məhrum, icmadan kənarda qalan varmı?  Və sair 
suallara cavab verməlidir. 
8. Rasional icmanın  əsas etik dəyərləri : 
 Rasionallıq,  bərabərlik,  icmanın  vahid  ailəçiliyi,  insana  hörmət, 
qarşılıqlı  kömək,  əməkdaşlıq,  icmanın  bərabər  iştiraklı  özünüidarəsi,  
əxlaqi davranış və etikanın aliliyi , icma üzvünün birinin digərinə zərər 
vurmaması,  xoşuna  gəlməyəni  etməməsi,  hər  adamın  özünə  xoş 
gəlməyəni  digərinə  etməməsi,  başqa  icma  və  millətlərə  yaxşı  gözlə 
baxılması .  
    Lakin  icma  üzvünün  səhvini  tapıb  demək,  izahat  almaq  hər  kəsin 
borcudur. Hər bir üzv digərinin hərəkətindən narazı olduqda bunu açıq 
həmin  adama  deyir,  gizlətmək  daha  zərərli  olardı,  lakin  cavabla  razı 
olmadıqda  icma  yoldaşlarına  deyir  və  bu  müzakirə  olunur.  Hər  tərəf 
icmanın  prosedurlara  uyğun  əsaslandırılmış  qərarla    razılaşmalıdır. 
Sübut  olunan    səbəb  göstərmədən    razılaşmamaq  icma  əxlaq  və 
davranış prinsiplərindən,  ümumi qərara gəlmək prinsiplərindən imtina 
etmək  deməkdir.  Və  belə  razılaşmayan  tərəf  ona  vaxt  verilərək 
anlamasa, icmadan azad olunmalıdır.  
9.  Rasional  Cəmiyyət  icması  formal  və  insanın  istədiyini  etmək, 
istədiyi  kimi  yaşamaq  cəmiyyəti  deyil.  Burada  icma  üzvü  olarkən 
insan  cəmiyyətin  prinsip  və  qaydalarını  qəbul  edərək  hər  bir  üzvlə 
müqavilə bağlamış olur ki, hamı həmin cürə davranacaqdır və bu onun 
normal və təhlükəsiz həyatını, effektiv işini, hüquqlarını təmin edir. Bu 
müqavilə  rasional  birgə  yaşayış  və  əməkdaşlıq  müqaviləsidir. 
Müqavilənin  əsas prinsipi  heç kəsin  heç kəsə zərər vurmaması,  mane 
olmaması  və  başqalarının  xoşuna  gəlməyən  davranışda  olmaması  və 
digər  -  əxlaq,  kollektiv  qanun    yaratma  və  idarəolunma,  ümumi 
əmlakın,  torpaq  və  təbii  sərvətlərin  istifadəsi,  ünsiyyət  tələbləridir. 
Belə dəqiq və insanların bütün həyatını əhatə edən sistemdə ikiüzlüyə, 
baş girələməyə, aldatmağa,  yaltaqlanmağa, özünü kiminsə qulu hesab 

 
250 
etməyə  ehtiyac  yoxdur.  Çünki  bütün  sistem  məhz  hamının  bərabər 
hüquqlu  ictimai  mülkiyyətə  və  onun  xeyrinə;    bərabər  hüquqlu    eyni 
qiymətli  insan  kimi  qəbul  etməklə  konstruksiya  edilmişdir.  Sistem 
mövcud  sistemlər  kimi  bir  qrupu  daha  yaxşı  vəziyyətdə,  nemətlərdən 
üstün istifadə imkanları  verməklə deyil,  hər adama eyni bütün maddi 
texniki iqtisadi imkanlar, hansı şəxsi imkanlar verirsə,  həmin imkana 
malikdir.  Burada  “çox  qışqırana  çox  məmə  verilir”    çox  “ağlayan 
günahsızdır  “prinsipi  işləmir.    İqtisadiyyatda  istismar  tamam  ləğv 
edilir.  “İstismar  etməmək”-  əxlaq  prinsiplərinə  daxil  edilib.    Burada 
lobbilərə,  partiyalara,      çox  əldə  etmək  üçün  hay  -  qışqırıq  salanlara, 
daha  hiyləgər  davranışa  yer  yoxdur.  Rasional  prinsiplər  və  onları  
sübut  və  faktlarla  həqiqi  informasiya  ilə  həyata  keçirən  cəmiyyətin  
qarşısında  belə  oyunlar  keçə  bilməz.  Çünki  saxtakar  və  zorakılıqla, 
yalanla vəzifə tutmaq, daha çox əldə etmək istəyən adam rasional əks 
arqumentlərlə  qarşılaşacaqdır.    Ona  gərə  hər  kəs  çalışacaqdır  ki, 
düzgünlüklə yaşasın və düz danışsın.   
10.  İcmada  qəbul  olunmuş  əxlaq  və  etik  normalara  və  fəaliyyətə,  
ümumi  məsələ  həll  etmək  qaydalarına  nəzarəti  icma  özü  edir.  Hər 
hansı  razılaşdırılmış  qaydanı  pozan  üzv  başa  salınır,  düzgün    yol 
göstərilir. Səhv etmiş adam səhvini boynuna alıb üzr istəməlidir. İcma 
əxlaq və fəaliyyət qaydalarına əməl etməyən üzvlükdən azad olunur. 
11.  İcma  üzvləri  icmaya  yeni  üzvlər  cəlb  etməklə    və  yaşadıqları 
ərazidə daha rasional həyat tərzi, ictimai qayda əldə etməklə, rasional 
idarəetmə  məqsədinə çalışırlar.  
 Üzvlər  yerli  ərazi  idarəetmə  idarələrində  vəzifə  tutur,  seçkilərdə  yer 
almaq üçün çalışır və ərazini kəndi , şəhəri , ölkəni bütövlükdə böyük  
rasional  icmaya  çevirməyi  qarşılarına  məqsəd  qoyurlar.  Bunun 
nəticəsində  əhali  daha  rasional  qanunlar,  idarə  qərarları,  məhkəmə 
sistemi,  yüksək  inkişaf  ,  insana  hörmət    və  hər  bir  insanın  rifahının 
təmin  edilməsini  əldə  edirlər  və  bütün  pisliklərdən  xilas  olurlar.  Bu 
yolda onlar qarşılıqlı kömək və  müdafiə, məsləhətləşmə, əməkdaşlıq, 
ailəçilik,  əxlaq və etikaya əməl etmək  prinsiplərindən istifadə edirlər. 
İlkin  İcmada  iştirak  edərək  icmanın  köməyindən  istifadə  edərək  
dövlətin  idarələrində,  parlamentdə  vəzifələr  tutaraq  icmadan  çıxmağa 
yol  verilmir.  Belə  adam  öz  vəzifəsindən  istifadə  edərək  Rasional 
cəmiyyət  prinsiplərini,  qərar  qəbul  etmə  sistemini  istifadə  edir  və 
təbliğ  edir.  İcma  işlərində  iştirak  edir  və  öz  köməyini  edir.  Rasional 
İcma bəzi adamların varlanması, vəzifələr tutması üçün deyil. İcmadan 
kömək  alıb  işlərini  qaydaya  salandan  sonra    həmin  adamın  icma 
işlərindən  imtina  etməsinə    mənəvi  haqqı  yoxdur.  Bu  halda  icma 
vasitəsilə    əldə  etdiyi  yeni  maddi  və  vəzifə  statusunun  əvəzi 

 
251 
ödənməlidir. İcmanın hər bir üzvü sosial siyasi  mövqeyindən (qeyri - 
rasional  dövlətdə)  pul  imkanlarından  istifadə  edərək  icmanın  mədəni 
tədbirlər,  Rasional  cəmiyyət  ideologiyasını  təlim  və  təbliğat  etməyə, 
icmanı  genişləndirməyə  ,  kitabxana  -  məlumat  mərkəzi  yaratmağa, 
təhsil, səhiyyəyə kömək, əxlaq və etikaya əməl etməyə və bütün icma 
məsələlrinə kömək etmək məqsədi olmalıdır. 
12.  Rasional  icma  rasional  dövlət  yaradılana  qədər  öz  icma  daxili 
fəaliyyətini üzvlər arası münasibətləri qəbul etdikləri rasional əxlaq və 
davranış  prinsiplərinə  əsasən  nizamlayırlar.  Rasional  olmayan  dövlət  
orqanlarına  və  qanunlarına  əsaslanmırlar.  Öz  məsələlərini  dövlət 
hüququ  mühavizə  orqanları  vasitəsilə  həll  etmirlər.  İstəsələr  hətta 
özlərinə xüsusi kodeks -  icma qanunları yarada bilərlər. 
13. Bir böyük ərazidə yaşayan icma üzvləri şəxsi bizneslərini: istehsal, 
xidmət,  ticarəti  birləşdirib    rəqabət  olmadan  birlikdə  planlaşdırmaqla 
daha  effektiv  idarə  edir  və  nəticədə  artıq  xalis  gəlirlərini  bir  fonda 
toplayaraq  icma  ərazisini,  həyat  şəraitini  yaxşılaşdırmaq    və  üzvlərin 
mədəniyyətlə, yaradıcılıqla məşqul olmalarına kömək edirlər. 
 
Rasional cəmiyyət haqda son söz 
 
 
      Hələ  ki,  hər  bir  icma  və  cəmiyyətin  –  dövlətin    rasional  ictimai 
quruluşu  qanun  və  qərar  vermə  mexanizmi  yaradılmayıb,    habelə 
dünya  rasional  dövlətlər  birliyi  və  onun  idarəsi  yaradılmayıb  bütün 
sülh,  harmoniya,  təbiətə  qayğı,  ədalət,  dialoqa  çağırış  danışıqları  elə 
boş  sözlər  olaraq  qalacaqdır.  Hələ  ki,  cəmiyyətləri  qruplar  və  tək 
diktatorlar  idarə  edəcəkdir,  ədalətsizlik  və  səhv  idarə  davam  edəcək. 
Hələ ki, insanlar öz icmalarında  kənd, qəsəbə, şəhər, regon, dövlət iş 
kollektivlərində  Rasional  qərar  qəbulu  metodlarını  öyrənməmişlər  və 
tətbiq  etmirlərsə,  rasional  həyat  yaşamırlarsa,  gələcəyi  araşdırıb 
düzgün  məqsədlər  və  planlar,  icra  layihələri  yaratmırlarsa,    onlar 
əzablardan, ədalətsizlikdən xilas ola bilməyəcəklər.  
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin