Шүбһә доғуран суаллар


Sual 73: Hər hansı dini vəzifənin vacib olması üçün qüvvə  şərt deyilmi?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə40/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   36   37   38   39   40   41   42   43   ...   60
Şübhə doğuran suallar

    Bu səhifədəki naviqasiya:
  • Sual 74
Sual 73: Hər hansı dini vəzifənin vacib olması üçün qüvvə 
şərt deyilmi? 
Cavab: Şəhid Mütəhhəri bu barədə buyurur: “Əmr be mə`ruf 
üçün digər bir şərt qüvvədir. Yə`ni gücsüz şəxs əmr be mə`ruf 
etməməlidir. Başqa sözlə, qüvvəni hədərə vermək olmaz. Bə`ziləri 
yanılaraq deyir: “Qüvvəm olmadığı üçün filan işi görə bilmirəm. 
İslamda da deyilir ki, gücün çatmayan işi görmə. Demək, bu iş 
mənə vacib deyil!” 
Belə bir münasibətə cavab olaraq deməliyik ki, xeyr, İslam 
başqa söz deyir: “Get, güc qazan.” Yə`ni nə qədər ki gücsüzsən
bir işə əl vurma. Amma nəticə əldə etmək üçün qüvvə əldə 
etməlisən.” 
Bu vəzifəyə görə güc qazanmaq o qədər mühümdür ki, bə`zən 
haram iş vacib olur. Məsələn, zalım hökumətdə vəzifə sahibi 
olmaq haram olduğu halda, əmr be mə`ruf üçün güc qazanmaq 
məqsədi ilə belə bir vəzifəni qəbul etmək olar. İmamların (ə) 
göstərişi ilə bə`zi şəxslərin belə vəzifələri qəbul etməsi barədə 
tarixi faktlar var. 


58 
Bu vəzifə o qədər dəyərlidir ki, İslamın həyatı ondan asılı 
bildirilir. Belə mühüm bir vəzifəni yalnız təsadüfən qüvvə əldə 
etdikdə yerinə yetirmək rəvadırmı?!
142
Sual 74: Əmr be mə`ruf tə`sirsiz olacaqsa, artıq əziyyətə nə 
ehtiyac var? 
Cavab: Qeyd etdik ki, imamların sözü və rəftarı şər`i hökm 
üçün dəlildir. Əmr be mə`rufun tə`sir ehtimalı iki növdür: Birbaşa 
tə`sir ehtimalı və gələcəkdə tə`sir ehtimalı. Bu iki ehtimaldan hər 
hansı biri əmr be mə`rufu vacib edir. 
Belə bir ehtimal ola bilər ki, pozucu bir müəssisənin xalq 
arasında ifşa edilməsi bir müddət sonra öz tə`sirini göstərə bilər. 
Müəssisənin öz işini dayandırmamasına baxmayaraq, onun 
tə`sirinin zəifləyəcəyi ehtimal olunarsa əmr be mə`ruf vacibdir. 
Müasir dünyamızda əsarət buxovundan çıxa bilməmiş 
millətlər düşmənə qarşı mənfi ictimai fikir yaratmaq üçün 
çalışırlar. Bu yolda qanı axıdılanlar öz işlərinin nə vaxtsa səmərə 
verəcəyinə ümid edirlər. 
İlahi insanlar da qətlə yetiriləcəklərini bilsələr də, İslamın, 
tövhidin və ümmətin nicatı üçün cihad edir, xalqın oyanışı üçün 
sə`y göstərirlər. 
İmam Hüseyn (ə) əmin idi ki, onun qiyamı İslamı hifz edəcək, 
müsəlman xalqları qəflət yuxusundan oyadacaq. İmam bilirdi ki, 
hiyləgər əməvilər onu qətlə yetirməklə öz iç üzlərini açacaqlar. 
Kərbəla faciəsi İslam dünyası üçün təkan oldu. Bu faciədən xəbər 
tutan bütün xalqlar din düşmənlərinə qarşı mübarizəyə qalxdılar. 
Tarix sübut etdi ki, Kərbəla faciəsi bəşəriyyətin yaddaşında 
silinməz iz qoyub. Burada şəhid Mütəhhərinin bə`zi sözlərini 
xatırlamaq yerinə düşər:” “Əmr be mə`rufun digər bir şərti tə`sir 
ehtimalıdır. Yə`ni bu vəzifə namaz kimi mütləq əmr deyil. Bizə 
deyirlərsə ki, namaz qılmalısınız, bu namazın tə`sirləri barədə 
soruşmağa dəyməz. Amma əmr be mə`ruf və nəhy əz münkər 
tədbirlə yerinə yetirilməlidir. Bu işdə nəticə əsasdır. Necə ki, işin 
qazancı ona qoyulan xərcdən çox olmalıdır. 
Şiəlikdə "təqiyyə" adlanan inanc da var. Təqiyyə əmr be 
mə`rufun taktikasıdır. Yə`ni müdafiə silahından istifadə, zərbə 
vurub, əks-zərbədən qaçmaq.” 
142
“Həmaseyi Hüseyni”, c. 1 s. 304-312. 


59 
Tə`sir ehtimalı bu deyil ki, ehtimal olmadığı üçün evdə 
oturasan. 
Bu 
ehtimal 
işdə yoxlanılmalı, araşdırılmalıdır. 
Araşdırma aparmayanın ehtimalı əsassızdır. 


60 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin