Шүбһә доғуран суаллар


Sual 3: Deyirlər, Allahı tanımaq üçün insan əvvəlcə özünü  tanımalıdır. İnsan özünü necə tanıya bilər?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə2/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   2   3   4   5   6   7   8   9   ...   60
Şübhə doğuran suallar

    Bu səhifədəki naviqasiya:
  • Sual 4
Sual 3: Deyirlər, Allahı tanımaq üçün insan əvvəlcə özünü 
tanımalıdır. İnsan özünü necə tanıya bilər? 
Cavab : Həzrət Əli (ə) buyurur: “Özünü tanıyan Allahını 
tanımışdır”
1
Əvvəlcə qeyd edək ki, insan Allahı ya təfəkkür, ya da 
“hüzuri” yolla tanıya bilir. Hüzuri tanışlıq iki növdür. Birinci növ 
hüzuri tanışlıq əvvəlcədən insanın daxilində qoyulmuş fitri 
tanışlıqdır. “Rum” surəsinin 30-cu ayəsində buyurulur:”Üzünü 
Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut.” 
1
“Qurərul-hikəm”. 



Hüzuri tanışlığın ikinci növü elə bir elmdir ki, Allah bu elmi 
yalnız layiq bəndələrinə əta edir. Qur`anda oxuyuruq: “Beləcə, 
İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, əminliklə 
inananlardan olsun.”
2
Bəli, insan özünü tanımaq üçün fitrətin nə olduğunu 
anlamalıdır. Fitrət isə müxtəlif üsullarla dərk olunur. Cəmiyyəti və 
tarixi öyrənmək, daxili meyllərlə tanış olmaq, vicdanın səsini 
dinləmək, səmavi kitaba və buyuruqlara müraciət etmək fitrətlə 
tanışlıq üsullarındandır. İnsan elmi şəkildə öz vücudunu 
öyrənməli, bu vücudda fəaliyyət göstərən qüvvələrlə tanış olmalı, 
nəfsini paklaşdırmalı, ayələr və rəvayətlər vasitəsi ilə suallarına 
cavab tapmalıdır. 
Sual 4: Nə üçün öz fitrətimi tanımağa maraqsızam? 
Cavab: Əsasən, dörd səbəb göstərə bilərik: 
1. Unutqanlıq, qəflət (nisyan). Qur`an buyurur: “Allahı 
unutduqları üçün Allah tərəfindən özləri unutdurulmuşlara 
oxşamayın.”
3
Bu və ya digər ayələrdən aydın olur ki, kafirlər də ilk əvvəl 
Allahı tanımışlar. Amma küfrə düşdükdən sonra Onu yaddan 
çıxarmışlar. 
2. Dünyaya vurğunluq. “Ənkəbut” surəsinin 65-ci ayəsində 
oxuyuruq: “Onlar gəmiyə mindikdə səmimiyyətlə Allaha üz tutar, 
quruya çıxdıqdan sonra ona şərik qoşarlar.” Demək, başqa 
şeylərdən ümidini üzən insan öz fitrətinin səsini dinləyib Allaha üz 
tutur. Amma ətrafındakı dünya ne`mətləri onu yuxuya verir. 
3. Rifah və asayiş. Allah-təala buyurur: ”Sizə Allahın əzabı 
gəlsə və ya qiyamət qopsa, Allahdan başqasınımı çağıracaqsınız? 
Əgər doğru danışsanız, yalnız Allaha yalvaracaqsınız.”
4
Ayədən 
mə`lum olur ki, bəlaya düşmüş insanın fitrəti oyanır. Kübar həyat, 
ifrat rahatlıq insan fitrətini yuxuya verən əsas amillərdir. 
4. Şeytanla dostluq. “Nisa” surəsində oxuyuruq: “Şeytan dedi: 
“Onları hökmən azdıracaq, puç xülyalara düçar edəcək, 
heyvanlarının qulaqlarını kəsməyə və Allahın yaratdıqlarını 
2
“Ən`am”,75. 
3
“Həşr”,19. 
4
“Ən`am”, 40-41”. 



dəyişməyə vadar edəcəyəm.” Allahın yerinə şeytanı özünə dost 
tutan şəxs aşkar ziyankardır”
5

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin