Шүбһә доғуран суаллар


Sual 10: Müharibələrlə və fəsadla dolu dünyada ümidsizliyə  qapılmamaq olarmı?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə5/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   2   3   4   5   6   7   8   9   ...   60
Şübhə doğuran suallar

Sual 10: Müharibələrlə və fəsadla dolu dünyada ümidsizliyə 
qapılmamaq olarmı? 
Cavab: Əvvəla, insan nə üçün yaşadığını bilməlidir. Dünyada 
baş verənlər yalnız düzgün hədəfi olmayan insanları 
bədbinləşdirir. Ləzzət və şəhvət üçün yaşayan bir insan, əlbəttə ki, 
bədbin olasıdır. Əslində isə həyatımızın bir hissəsi olan ləzzət və 
şəhvət həyat idealı deyil. Ümumiyyətlə, qeyd olunan ümidsizlik 
həyatın ölümlə bitdiyini güman edən insanlara aiddir. 
Ölümdən sonrakı həyata inam insanı yaranış məqsədi ilə tanış 
edir və bütün ümidsizliklərin üstündən xətt çəkir. 
Bunu da qeyd etməliyik ki, elə dünyadakı müharibə və 
fəsadları törədənlər də axirət həyatına inanmayanlardır. 
Sual 11: Cansız cəsəd qəbirdə necə əzab çəkə bilər? 
Cavab: Qəbir əzabı həm cismə, həm də ruha aiddir. Amma 
bu cism adi cismdən fərqlənir. Maddi bədəni tərk edən ruh “bərzəx 
bədəni” adlanan bir bədənə daxil olur. İnsan yatdığı vaxt ruhun 
maddi bədənlə əlaqəsi son dərəcə zəifləyir və o, bərzəx bədəninə 
oxşar bədənlə hərəkət edir. Həmin bədən görür, eşidir, danışır, 
ağrını hiss edir. Yuxuda insanın hərəkəti bərzəx bədəninin 
varlığına sübutdur. Ruh bədəni tərk etdikdən sonra bərzəx 
dünyasına daxil olur. Amma torpaq qəbir və cansız ruh arasındakı 
əlaqə kəsilmir. Qəbir ziyarəti, qəbir üstə oxunan dualar həmin 
əlaqəyə əsaslanır. Qəbir əzabı dedikdə torpaqda basdırılmış 
cəsədin yox, bərzəx bədəninin əzabı başa düşülür. Amma 
qəbirdəki cəsədlə əzab çəkən bərzəx bədəni arasında zəif də olsa 
əlaqə var. 
Sual 12: Bərzəx bədəni maddidirmi? 
10
“Mücadilə”, 19. 



Cavab: E`tiraf etməliyik ki, dünyəvi elmlər belə suallar 
qarşısında tam acizdir. Əslində insan təfəkkürü bir çox həqiqətlər 
qarşısında kəsərsizdir. Uyğun məsələlər haqqında yalnız az saylı 
övliyalar mə`lumata malikdirlər. Amma Qur`an ayələri və 
rəvayətlərdən bə`zi qənaətlərə gəlmək olar. 
Əvvəla insan heç bir dünyada bədənsiz olmur. Ruh varsa
onun gəzdiyi bədən də var. Amma dünya ilə bərzəx aləmi, bərzəx 
aləmi ilə axirət dünyası arasında fərqlər var. Hər aləmin öz 
xüsusiyyət və qanunları olduğundan, həmin aləmdə də ruhu 
daşıyan bədən səciyyəvi xüsusiyyətlərə malikdir. 
Rəvayətlərdə bildirilir ki, bərzəx bədəni dünyəvi bədənə 
oxşayır. Amma bu bədən daha kamildir. Qiyamət bədəni isə 
bərzəx bədənindən üstündür. Bərzəx bədəninin də forması, çəkisi 
və ölçüsü var. Dünyasını dəyişmiş insan başqa bir ölü ilə 
rastlaşdıqda onu tanıyır. Bir sözlə, dünyəvi bədənə oxşayan bərzəx 
bədənini dünyəvi bədən tipində maddi hesab etmək olmaz. 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin