12
Hər hansı bir işə məcbur edilən insan bu işin məs`uliyyətini
daşımır. Məcburi işə görə tövbə də zəruri deyil.
Sual 22: İslam Peyğəmbərinin (s) me`racı (göyə qalxıb qeyb
aləmini müşahidə etməsi) elmi və əqli baxımdan necə sübut
olunur?
Cavab: Me`rac hadisəsinin isbatında ağıl acizdir. Bu
vaxtadək kimsə belə bir iddiada olmamışdır. Me`rac məsələsi
nəqli yolla sübuta yetir. Yə`ni Qur`an ayələri və rəvayətlər həzrət
Peyğəmbərin (s) me`racını qəti şəkildə bəyan edir.
Amma me`racın ağıla sığıb-sığmadığı təbii bir sualdır. Ruhun
və cismin xüsusiyyətlərini
diqqətlə nəzərdən keçirsək, me`rac
hadisəsini mümkün hesab edərik.
Peyğəmbərin (s) me`racı üç hissə olub: Məscidül-həramdan
(Kə`bə)
Məscidul-əqsayadək (“İsra” mərhələsi), Beytül-
müqəddəsdən (Məscidul-əqsa) bərzəx aləminədək (“Me`rac”
mərhələsi) və səmalardan ötməklə qeyb aləminin müşahidəsi.
(“Ə`rac” mərhələsi)
Həzrət Peyğəmbər (s) Məkkədən
Beytül-müqəddəsə hərəkəti
əksər alimlərin nəzərincə ruhani və cismani olmuşdur. Nəzərə
alsaq ki, insan ruh və bədəndən ibarətdir, insanlıq
ruha aiddir,
bədən bir vasitədir, cism ruha tabedir,
güclü ruh hər işə qadirdir,
onda ağıl İsra hərəkətini inkar etməz. İmam Sadiq (ə) buyurur:
“Niyyət güclü olanda bədən heç bir iş qarşısında aciz olmur.”
18
Həzrət İsanın həvarilərinin suyun üstü ilə yeriməsindən söhbət
düşərkən İslam Peyğəmbəri (s) buyurdu: “Əgər yəqinlikləri daha
çox olsaydı, hava ilə də gedə bilərdilər”
19
Ruhun gücü hesabına
cismin hərəkəti “teyyül-ərz” adlanır. Belə insanlar haqqında
kifayət qədər mə`lumatlar var.
Amma bu hərəkətin dərəcəsi
bədənin ruha tabeçilik dərəcəsindən asılıdır. İslam peyğəmbərində
(s) bu tabeçilik ən yüksək dərəcədə idi. Bu günki dünyamızda
ruhun gücünə havada dayanan təriqətçiləri görənlər Peyğəmbərin
(s) me`rac səfərinə şübhə etməməlidirlər.
Me`rac səfərinin ikinci və üçüncü mərhələləri haqqında iki
baxış var: kimi bu səfərləri ruhani,
kimi isə həm ruhani, həm də
cismani hesab edir.
18
“Biharul-ənvar”, c. 70,s, 210-212.
19
Həmin mənbə.
13
Bir sözlə, insan öz ruhunu maddi bağlılıqlardan, dünya
həvəslərindən xilas edə bilsə Allaha doğru hərəkət edə bilər.
Dostları ilə paylaş: