14
Qur`anın mahiyyət baxımından e`cazkarlığı onda heç bir
ziddiyyətin olmamasıdır. İnsan tərəfindən yazılmış ən dəyərli
kitablarda belə kifayət qədər ziddiyyət olduğu halda, Qur`anda bu
günədək zərrəcə ziddiyyət qeydə alınmamışdır.
Qur`anın nazil edildiyi həzrət Məhəmməd (s) ona görə
e`cazkardır ki, yazıb-oxumağı bacarmadığı halda, ən incə zövqləri
riqqətə gətirən ayələr söyləmişdir.
Qur`an təhrifdən qorunmuş yeganə kitabdır. 1400 il ərzində
bir belə təcavüzlər qarşısında onun dəyişməzliyi düşündürücüdür.
İlahi vəhy ən kiçik xətalardan uzaqdır. Vəhyin mahiyyətinə
varıb, onun faydaları ilə tanış olan insan uyğun iddianı e`tiraf
etmək məcburiyyətindədir. Müxtəlif dönəmlərdə hansısa vəhyə
e`tiraz
edənlər
cəmiyyətdəki
problemlər
burulğanında
boğulduqları an həmin vəhyin həqiqət olduğunu qəbul etmişlər.
Əql hökm edir ki, Allahın kəlamını insanlara çatdırmaq üçün
seçilmiş şəxs günahkar ola bilməz. Axı kim razı olar ki, sifariş
göndərdiyi şəxs günahkar olsun?!
Dostları ilə paylaş: