11
Mə`sumluq (günahsızlıq) insanın öz ixtiyarındadır.
Əgər bu
xüsusiyyət vergi olsaydı hansı əsasla imamlar ideal
seçilməlidilər?! Qur`an buyurur: “Əgər
yer üzündə gəzib
dolaşanlar mələklər olsaydı, şəksiz, onlara mələk peyğəmbər
göndərərdik.”
16
Ayədən
məlum olur ki, yer üzündə yaşayan
insanlara onların özləri kimi peyğəmbər göndərilmişdir.
Allah peyğəmbər və imamların başqalarından üstünlüyünü
əvvəlcədən bildiyi üçün onlara öz elmindən verərək başqaları üçün
nümunə etmişdir.
17
Biz şiələr mə`sum bildiyimiz on dörd nəfəri (Həzrət
Məhəmməd (s), həzrət Fatimə (ə) və on iki imam.) yalnız
günahdan yox, həm də ən kiçik nöqsanlardan pak bilirik.
Günahdan uzaqlıq isə bütün çalışanların
çata biləcəyi bir
məqamdır.
Sual 20: Mə`sumlar dünya malını sevməyiblər,
yoxsa bu
sevgiyə qalib gəliblər?
Cavab: Mə`sumlar (ə), sonra isə övliyalar yalnız Allahı
sevdiklərindən qəlblərində dünya məhəbbətinə yer qalmayıb.
Dünyaya bağlılıq insanı qəflətdə saxlayıb, onu Allahdan
uzaqlaşdırdığı üçün mə`sumlar və övliyalar öz dualarında bu
bağlılıqdan uzaqlıq istəmişlər.
İmam Hüseyn (ə) Ərəfə günü belə dua edir: “Allahım, məni
dünya bağlılıqlarından qoru”. İmam Səccad (ə) belə dua edir: “Ey
Rəbbim, qəlbimizi zikrinə,
dilimizi şükrünə, bədən üzvlərimizi
itaətinə məşğul et”. Mə`sum imamların (ə) duaları bizə öyrədir ki,
insan daim dünya bağlılığından qorxmalı və bu tələyə düşməmək
üçün Allahdan yardım istəməlidir.
Dostları ilə paylaş: