Шүбһә доғуран суаллар


Sual 15: Ölümdən sonrakı həyat bütün canlılar üçündür,  yoxsa təkcə insan üçün?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə7/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   2   3   4   5   6   7   8   9   10   ...   60
Şübhə doğuran suallar

Sual 15: Ölümdən sonrakı həyat bütün canlılar üçündür, 
yoxsa təkcə insan üçün? 
Cavab: “Rum” surəsinin 11-ci ayəsində buyurulur: “Allah 
məxluqatı əvvəlcə yaradır, (öləndən) sonra yenidən dirildir.” Bu 
və digər ayələrə əsasən Allah bütün yaratdıqlarını öz hüzuruna 
qaytarasıdır. Məad, yə`ni ölümdən sonra dirilmə həm cismə, həm 
də ruha aiddir. Ruhun təkamülü baxımından insan digər 
canlılardan fərqlənir. Ona görə də ölümdən sonrakı dirçəlişdə 
insan ön pillədə dayanır və onun yenidən dirilməsi daha çox 
əhəmiyyət kəsb edir. 
Sual 16: Əgər Allah varlıq aləmini mərhəməti səbəbindən 
yaratmışsa, cəhənnəm nə üçündür? 
Cavab: Yaranışda məqsəd behişt və cəhənnəm yox, Allaha 
doğru hərəkətdir. Allahın həm rəhmət, həm də qəzəb sifətləri var. 
Behişt Allahın rəhmət sifəti, cəhənnəm isə Onun qəzəb sifətinə 
doğru hərəkətin mənzilidir. İtaət edən insan Allahın mərhəməti, 
tüğyan qoparan insan isə Onun qəzəbi ilə qarşılaşır. Demək, behişt 
və ya cəhənnəmi seçən insan özüdür. Əgər bir şəxs günəşin 
nurundan gizlənib, özünü zülmətə salırsa günəşi qınamamalıdır. 


10 
Sual 17: Başdan-ayağa günah içində olan müsəlman behiştə 
daxil ola bilərmi? 
Cavab: Rəvayətlərə əsasən günahları küfr və şirk həddinə 
çatmamış müsəlman günahları yuyulanadək əzab çəkdikdən sonra 
behiştə daxil olar. Mə`sumlar (ə) buyururlar ki, günahkar 
mö`minlər bir gün cəhənnəmdən çıxasıdırlar.
13
Amma belə bir 
və`d insanı arxayınlaşdırmamalıdır. Günahkarlığın sonu küfr və 
şirkdir. Günahkar küfr və şirklə qəfildən rastlaşır. Bu görüşdən 
sonra geriyə dönüş çətinləşir və həmin halda ölən kəs əbədilik 
cəhənnəm əhli olur. 
Sual 18: İnsan behiştdə də doğub-törəyirmi? 
Cavab: Allahın yaratdığı hər aləmin öz qanunları var. Dünya 
və axirət qanunları bir-birindən fərqlənir. Məsələn, bədən dünyada 
yanmaqla məhv olursa, axirətdə heç bir tə`sir insanı yox etmir. 
Ayə və rəvayətlərdən mə`lum olur ki, qiyamət astanasında 
dəhşətli zəlzələlər qopur, dənizlər parçalanır, dağlar uçulur, günəş 
və ulduzlar sönür, bir sözlə, dünyanın nizamı pozulur. 
Əgər Qur`anda deyilirsə ki, behiştdə pak zövcələr var, demək, 
həmin zövcələr dünya qadınlarından tam fərqlənir. Bu zövcələr 
aylıq adət kimi xüsusiyyətlərdən kənardırlar. Dünyada bu 
xüsusiyyətlərdən məhrum qadın ana ola bilmir. Behiştdə övladlar 
da dünyadakı övladlar kimi deyil. Əgər dünyada hər bir istək 
tədricən həyata keçirsə, behişt əhlinin istəyi dərhal yerinə yetir. 
Qur`an buyurur: “Orada sizin üçün istədiyiniz hər şey var.”
14
Əgər 
insanın istəyi dərhal həyata keçirsə, bətndə doqquz ay uşaq 
gəzdirmək məntiqsiz görünür. 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin