Шүбһә доғуран суаллар


Sual 32: Şiəliyə sübut varmı?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə15/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   11   12   13   14   15   16   17   18   ...   60
Şübhə doğuran suallar

Sual 32: Şiəliyə sübut varmı? 
Cavab: Şiəlik əqidəsinin sübutu üçün həm əqli, həm də nəqli 
dəlillər kifayət qədərdir. 
Əqli dəlil: Əgər bir qrup ləyaqətli insan dövlət idarəçiliyini öz 
üzərinə götürməsə, cəmiyyət qısa bir vaxtda problemlər girdabına 
yuvarlanar. İslam dini də öz həyatını davam etdirmək üçün 
ləyaqətli aparıcılara ehtiyaclıdır. Həzrət Peyğəmbər (s) dünyasını 
dəyişdikdən sonra dinin qorunması üçün xalqa imam tə`yin 
olunması labüddür. Din alimləri nə qədən saleh və təqvalı olsalar 
da, mə`sum deyillər. Əgər Allah tərəfindən tə`yin olunmuş 
mə`sum imamlar olmazdısa, həqiqi İslamı qorumaq mümkünsüz 
olardı. Alimlər bilməyərəkdən də olsa, səhvlərə yol verdiklərindən 
bir bu qədər məzhəb yaranmışdır. Peyğəmbərin (s) gətirdiyi dini 
yalnız mə`sum imamlar olduğu şəkildə davam etdirə bilir. 
Nəqli dəlil: Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir sıra 
rəvayətlərdə ilahi canişinlər haqqında danışılır. İstər şiə, istər 
sünni mənbələrində belə bir hədis nəql olunur: “İmamlar on iki 
nəfdir və onların hər biri Qüreyşdəndir.” Məşhur bir rəvayətdə 
20
“Hud”, 18. 
21
“Əhzab”, 64. 
22
“Maidə”, 12. 
23
“Əhzab”, 57. 
24
“Mizanul-hikmə” 


19 
həzrət Peyğəmbər (s) Cabir Ənsariyə buyurur ki, imamlar on iki 
nəfərdir.
25
Sual 33: Bə`ziləri dəyərli dini əsərlər müəllifi olan doktor 
Şəriətini İslam dinini qılınclayan Mirzə Fətəli Axundova 
bənzətmişlər. Guya onların hər ikisi islami protestantlıq ideyasını 
müdafiə etmişdir. Bu həqiqətdirmi? 
Cavab: Protestantlıq xristianlığın üç məzhəbindən biridir və 
özünə qədər olan dini ayinləri kobudcasına rədd edir. 
“Protestantlıq” “yeniçilik”, “geriyə qayıdış”, “keçmişin inkarı” 
mə`nalarında da işlədilir. 
Mirzə Fətəli Axundov yazır: “Protestantlıq Allahın haqlarını, 
bəndəlik vəzifələrini tam aradan götürən, yalnız insan haqlarını 
tanıyan bir məzhəbdir”.
26
Bəli, bu şəxs islami protestantlıq 
dedikdə, dinin ictimai həyatdan kənarlaşdırılmasını nəzərdə tutur. 
Doktor Əli Şəriəti isə islami protestantlıq dedikdə həqiqi 
İslama qayıdışı nəzərdə tutur. Axundovun tam əksinə olaraq
Doktor Şəriəti dini, qatqılardan təmizləmək, ona əvvəlki həyatını 
qaytarmaq uğrunda mübarizə aparır. Şəriətinin nəzərincə İslamı 
durğunluqdan qurtarıb, onun zamanın tələblərinə cavab verəcək 
hökmlərini üzə çıxaracaq əsas iş “ictihad”, yə`ni İslama vaqif 
amillərin aktual hökmləridir.
27

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin