Шүбһә доғуран суаллар


Sual 36: Allahın birliyinə sübut varmı?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə17/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   13   14   15   16   17   18   19   20   ...   60
Şübhə doğuran suallar

    Bu səhifədəki naviqasiya:
  • Sual 37
Sual 36: Allahın birliyinə sübut varmı? 
Cavab: Tövhidin bütün dəlillərini sadalamaq üçün hazırda 
imkan 
olmadığından 
yalnız 
bir 
dəlili 
xatırlamaqla 
kifayətlənəcəyik. Bu dəlili anlamaq üçün iki nöqtəyə diqqətli 
olmaq lazım gəlir: 
−Hər bir yaranışa səbəb olmalıdır. 
−Kainat vahid nizamlı quruluşa malikdir. Bu iki nöqtəni 
nəzərə alaraq belə bir nəticəyə gəlirik ki, keçmiş, hazırkı və 
gələcək hadisələrin toplumuna şamil olan nizam bir yaradıcı 


21 
tərəfindən qurulmuşdur. Əgər ikinci bir yaradıcı olsaydı, 
yaranmışlar arasında əlaqə olmaz, onlar vahid nizama itaət 
etməzdilər. 
Sual 37: Necə olur ki, insanlar Allaha münasibətdə kafir
münafiq, müsəlman, mö`min kimi təbəqələrə bölünürlər? 
Cavab: Qur`ani kərimdə tanıma, tanışlıq haqqında ətraflı 
danışılmışdır. Müxtəlif ayələrdə Allahı tanıma, bu tanımanın 
maneələri açıqlanır. Bildirilir ki, hiss yolu ilə, təqlidçiliklə, kor-
koranə, zənn və gümana əsasən tanışlıqlar mövcuddur. Eləcə də
bu yolda həvəsbazlığın, tələskənliyin, ifratçılığın, təəssübün, kinin 
böyük maneə olduğu bildirilir. 
Həqiqi Allahı tanımaq üçün insana mane olan əsas amillərdən 
biri mənfi şəkdir. Bəli, müsbət şəkk də mövcuddur. İnsanın öz 
əvvəlki biliklərinə zidd hadisələrlə qarşılaşdığı vaxt şəkki təbiidir. 
Əgər bu şəkk doğru istiqamətdə yönəldilərsə, insanı ən uca 
məqam olan “yəqin” məqamına qaldırar. 
İnsanı mə`rifətdən, həqiqətlə tanışlıqdan məhrum edən 
şəklərdən biri düşüncə zəifliyindən doğan, axtarışdan çəkindirən 
şəkk xəstəliyidir. 
Bə`ziləri isə özünü fövqəladə ağıllı göstərmək üçün bütün 
deyilənlərə şəkk edir. Belə bir şəkk peşəkar şəkdir. Onların 
məqsədi lazımı dəlillər əldə etmək deyil. Əsrimizdə belələri 
“skeltik” adıyla tanınır. 
Mənfi şəkk qəlb və dilin Allahı inkar etməsinə gətirir. 
Qur`anda beş növ zənn və gümandan danışılır: həqiqətə zidd 
zənn; həqiqətə uyğun zənn; günah zənn; həqiqəti aça bilməyən 
zənn; məhkum edilmiş zənn. Nəfs istəklərindən doğan zənn heç 
bir dəlillə kifayətlənmir və insanı cəhalətə aparır. 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin