Шүбһә доғуран суаллар


Sual 34: Cinlər necə mövcudlardır?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə16/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   12   13   14   15   16   17   18   19   ...   60
Şübhə doğuran suallar

    Bu səhifədəki naviqasiya:
  • Sual 35
Sual 34: Cinlər necə mövcudlardır? 
Cavab: Cinlər insanın gözünə görünməyən varlıqlardır. 
Qur`anın bir sıra ayələri onların varlığını təsdiq edir. Hətta 114 
surədən biri “Cinn” adlanır. Ayə və rəvayətlərə əsasən, onların 
bə`zi xüsusiyyətlərini sadalamaq olar: 
1. Cinlər oddan xəlq olunub. 
2. Cinlər insandan əvvəl xəlq olunub. 
3. Cin də insan kimi Allah qarşısında vəzifəlidir. 
4. Cinlərin bir qismi mö`min, bir qismi isə kafirdir. 
25
Əllamə Təbatəbai “Din tə`limi”, s. 148-153. 
26
M.F.Axunduv “Kəmalüddövlə məktubları”. 
27
Əli Şəriəti “İctihad və əbədi inqilab nəzəriyyəsi”. 


20 
5. Onlarda da kişi və qadın cinsi var, doğub törəyirlər. 
6. Cinlər də ölür. 
7. Cinlər sürətlə hərəkət edir. 
8. İnsan cini özünə tabe edə bilər. 
9. Mö`min cinlər İslam Peyğəmbərinə (s) və imamlara xidmət 
edir. 
10. Bir çox cinlər İslam Peyğəmbərinə (s) iman gətirmişlər. 
Sual 35: Freyd Allahı real varlıq yox, insanın daxili ehtiyacı 
kimi qəbul edir. Ona necə cavab verilməlidir? 
Cavab: Məşhur Avstriya psixoloqu Ziqmund Freyd (1856-
1939) Allaha e`tiqadın insandakı qorxudan yarandığını bildirir. 
Belə bir baxışın kökləri çox qədimdir. Məsələn, Lukretsinin 
şe`rlərində oxşar fikirlərlə rastlaşırıq. 
Əvvəla, Allaha inamın qorxu səbəbindən yaranması sübuta 
yetirilməmiş bir ehtimaldır. Ümumiyyətlə, qorxu iki səbəbdən 
yaradır: mə`lumatsızlıq və zəiflik. Freydin deməyindən belə çıxır 
ki, insan kifayət qədər mə`lumatlanıb güclənməklə qorxudan 
uzaqlaşsa, Allaha inam da puça çıxacaq. Belə ki, qorxaqlar Allaha 
inanmalı, qorxmayanlar isə inanmamalıdırlar. Səthi müşahidələr 
belə bir müddəanı rədd edir. 
Zəif bir nöqtə də var. Tutaq ki, kimlərsə Allaha qorxu 
səbəbindən inanır. Məgər bu münasibət Allahın varlığını inkar 
edirmi?! Əgər bir alim şöhrət qazanmaq üçün elmi ixtira edirsə
onun ixtirası faydalı ola bilməzmi?! 
Tarix şahiddir ki, peyğəmbərlər ən şücaətli insanlar olmuşlar. 
Əksinə, elə bu gün də saysız-hesabsız qorxaq insanlar Allahın 
varlığına inanmırlar. 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin