16
cəmiyyətdəki ixtilaflar daha da artır. Çünki qanunu hazırlayan
şüurun dərinliyində şəxsi mənafe istəyi hər şeydən güclüdür.
Böyük bir cəmiyyət üçün qanunlar hazırlayan
qrup öz məhdud
təfəkkürünü aşıb milyonların mənafeyini dərk edə bilmir. Ona
görə də hakimiyyətə gələn digər qrup dərhal qanunları dəyişməyə
başlayır. İnsanın yaratdığı qanunların tez-tez dəyişməsi
cəmiyyətdəki inkişafla yox, təbəqələrarası ziddiyyətlərlə bağlıdır.
Bəli, bəşəri qanunlar hamını qane etmək gücündə deyil.
İncə bir nöqtəyə diqqət yetirin. İnsanı şüur idarə edir.
İxtilaflar da şüurdan doğur. Əgər qanun
şüurdan yan ötüb, yalnız
hərəkətləri tənzimləyirsə, ixtilaflar sonadək həll ola bilərmi?
İxtilaf yaradan maşın (insan şüuru) tam gücü ilə işləyirsə,
cəmiyyət ixtilafdan yaxa qurtara bilərmi?
Demək, qanun ilk əvvəl insanın
daxili hisslərini
tənzimləməlidir. Belə qanunlar isə yalnız dində öz əksini tapır.
Allahdan qorxan bir cəmiyyətin polisə, məhkəməyə, zindana
ehtiyacı qalmır.
Sual oluna bilər ki, nə üçün dinin hakim olduğu cəmiyyətlərdə
ixtilaf yaranır? Unutmayaq ki,
dinin qəlblərə hakim olduğu
cəmiyyətlərdə heç bir ixtilaf nəzərə çarpmaz. Əgər cəmiyyət
şəhvət və günah girdabındadırsa, əlbəttə ki,
dinin özündən imtina
edəcək.
Dostları ilə paylaş: