Шүбһә доғуран суаллар


Sual 30: Din ideoloji baxışdırmı? Bu məsələyə doktor  Şəriətinin münasibəti necədir?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə14/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   10   11   12   13   14   15   16   17   ...   60
Şübhə doğuran suallar

    Bu səhifədəki naviqasiya:
  • Sual 31
Sual 30: Din ideoloji baxışdırmı? Bu məsələyə doktor 
Şəriətinin münasibəti necədir? 
Cavab: “İdeologiya” kəlməsi əsasən iki mə`nada işlədilir. 
Bə`zi müasir dindar ziyalılar ideologiyaya belə tə`rif verirlər: 
“İdeologiya, əsasları tam müəyyənləşdirilmiş bir məktəbdir. Onun 
dəyərləri və məqsədləri var. İdeologiya insana öz siyasi, ictimai və 
əxlaqi baxışlarını öyrədir.” 
Digər bir qrup alimin nəzərincə, ideologiya insanın varlığını 
öz qəlibinə salan qanunlar toplusu yox, onu konkret məqsədlərə 
doğru çağıran əqidədir. 
Bu vaxtadək dinin ideologiya olub-olmaması barədə müxtəlif 
fikirlər səslənsə də, yuxarıdakı tə`riflərə əsasən, dini ideologiya 
hesab etmək zəruri görünmür. Amma ikinci baxışa əsasən, dini 
ideologiya saymaq olar. 
Doktor Şəriəti ideologiya məfhumunu dünyagörüşü məfhumu 
ilə qarşı-qarşıya qoyur. O, islamın tövhid dünyagörüşünün 
bünövrə, islam ideologiyasını bina hesab edir. Şəriəti məhz bu 
baxışına əsasən, islamın tövhid dünyagörüşü üzərində müsbət bir 
ideoloji sistem hazırlamaq istəmişdir. 
Sual 31: Lə`nət oxumaq (nifrin etmək) olar, yoxsa yox? 


18 
Cavab: Bir sıra Qur`an ayələrində lə`nət oxunması ilə 
rastlaşırıq: “Zalımlara Allahın lə`nəti olsun”
20
; “ Allah kafirlərə 
lə`nət etmişdir”
21
; “Onların əhdi pozanlarını lə`nətlədik”
22

“Şübhəsiz ki, Allah Onu və Onun peyğəmbərini incidənləri dünya 
və axirətdə lə`nətləmişdir.”
23
İslam Peyğəmbərinin (s) müəyyən şəxslərə lə`nət oxuması 
barədə rəvayətlər də vardır. Həzrət (s) sələmçiləri, ananı övladdan 
ayıranları, qadın paltarı geyən kişiləri lə`nətləmişdir.
24
İslam 
dinində nifrinin varlığını həm şiələr, həm də sünnilər qəbul edir. 
Amma daha mühüm bir sual doğur: Kimlər lə`nətlənməli, 
kimə nifrin oxunmalıdır? İstər Qur`an ayələrindən, istər 
rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, lə`nət böyük və 
ictimai günahlara aiddir. Amma cəmiyyət üçün tə`sirsiz olan olan 
günahlara görə lə`nət oxumaq qadağan olunur. 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin