Шүбһә доғуран суаллар


Sual 40: Kamil imana çatmağın yolu nədir?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə19/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   15   16   17   18   19   20   21   22   ...   60
Şübhə doğuran suallar

Sual 40: Kamil imana çatmağın yolu nədir? 
Cavab: İmam Sadiq (ə) buyurur: “Allah-taala imanı yeddi 
əsas üzərində qərar vermişdir: ehsan və xeyirxahlıq, düzlük, 
yəqinlik, razılıq, vəfadarlıq, elm, dözüm. Sonra bu paylar xalq 
arasında bölünür. Allahdan yeddi pay alan fərd kamil imana sahib 
olur…
59
Bəşər tarixində hər yeddi payı alıb, yəqin mərhələsinə çatmış 
insanlar çox azdır. Onlardan bir çoxunun dərəcəsi yalnız 
ölümündən sonra mə`lum olmuşdur. Hazırkı dövrdə belə insanlara 
misal olaraq Qum şəhərində yaşayan Ayətullah Behcəti göstərmək 
olar. Belə bir məqama çatmaq üçün isə dərin elm və bilik əsasında 
nəfsi tərbiyə etmək lazım gəlir. 
Sual 41: Rəvayətlərə əsasən, zinadan doğulmuş şəxs nə 
kamala çata bilər, nə behiştə gedə bilər. Bu şəxsin zinada heç bir 
günahı olmadığı halda, nədənsə məhrum edilməsi Allahın 
ədalətinə uyğundurmu? 
Cavab: Həzrət Əli (ə) buyurur: “Ədalət hər işi öz yerinə 
qoymaqdır”.
60
Bu tə`rifə əsasən, ilahi ədalət bütün mövcudların ali 
məqsədə uyğun xəlq edilməsindən ibarətdir. Beləcə, bizim 
yaşadığımız maddi dünya da varlıq aləminə hakim olan nizama 
tabedir. İxtilaflar, dəyişkənlik, hərəkət, tə`sir və əks tə`sir bu 
aləmin xüsusiyyətlərindəndir. 
Lakin insan bu dünyada bir sıra tə`sirlərə müqavimət 
göstərmək xüsusiyyətinə malik olan bir varlıqdır. Zinadan 
58
“Səfinətul-bihar”,.s. 1,s. 37. 
59
“Üsuli-kafi”, c.3,s. 83. 
60
“Nəhcül-bəlağə”, h, 437. 


25 
doğulmuş insan öz irsi nöqsanları ilə mübarizə apara bilər. Sözsüz 
ki, təbii meyllərlə mübarizə güclü müqavimət tələb edir. Amma 
Allah-taala bu sahədə müqavimət göstərib, müvəffəq olan 
insanları ikiqat mükafatlandırır. Valideynin günahı övlada tə`sir 
etsə də, bu övladın qarşısında iki yol var. O, təbii nöqsanlarına 
qarşı çıxıb, doğru yolu da seçə bilər. Allah yalnız bu seçim 
imkanını verdikdən sonra insanı sorğuya çəkir. Belə ki, iradəyə 
malik insan doğru yola yönəlməyə borcludur. Seçim imkanına, 
iradəyə malik insanın günaha görə cəzalandırılması Allahın 
ədalətinə zidd deyil. 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin