Sual 5: Bir olan Allahı (tövhid) və ölümdən sonrakı həyatı
(məad) anlamaq mümkündürmü?
Cavab: Bundan ötrü bir neçə yol var və bu yolların ən
mühümü insanın özü haqqında düşünməsidir.
Qur`an buyurur: “Biz öz qürət nişanələrimizi həm ətraf
aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik.”
6
Bəs insan özü haqqında nə düşünə bilər? Bu düşüncələri iki
qismə bölmək olar. İnsan ilk əvvəl öz vücudunun xüsusiyyətlərini
düşünməlidir.
Biz kimik? − ilk sual bu olmalıdır. Azca araşdırmadan sonra
görəcəyik ki, insan təkcə maddi cismdən ibarət deyil. İnsanı başqa
yaranmışlardan fərqləndirən onun cismi yox, ruhudur.
Düşüncələrin ikinci qismini insanın “öz” aləminə, ruhunun
dönəcəyi Allaha doğru səfər təşkil edir.
Bu düşüncələri səfərə çıxan dənizçinin düşüncələri ilə
müqayisə etmək olar. O, əvvəlcə gəmi ilə, sonra isə gedəcəyi yol
ilə tanış olur.
Demək, tövhid və məadla tanışlıq yolu insanın “mən”-indən
keçir.
Sual 6: Allah insanın ibadətinə möhtacdırmı? Belə
olmasaydı, nə üçün Allah elçilər göndərməli idi?
Cavab: Əgər imkanlı bir şəxs möhtac bir insana kömək
etmək istəyirsə və bu köməyi çatdırmaq üçün vasitə seçirsə, onu
möhtac hesab etmək olmaz.
Biz insanlar Allahın hidayətinə, yə`ni bizi doğru yola
yönəltməsinə möhtacıq. Bu hidayət peyğəmbərlər vasitəsi ilə
həyata keçirilir. İnsanı dəyərli edən onun təkamülüdür. Təkamül
isə ibadət vasitəsi ilə gerçəkləşir.
Sual 7: Allah özü kimisini vücuda gətirə bilərmi?
Cavab: Allahın qadir olması o demək deyil ki, O, ikinci bir
Allahı yaratmalıdır. Bə`zi işlərin qarşısını alan acizlik yox,
5
Ayə. 119.
6
“Fussilət”, 53.
6
məntiqsizlikdir. Allah faydasız iş görməz. Əgər desək ki, Allah
“2”-ni “3”-dən böyük edə bilməz, doğru olmaz. Çünki bu iş
Allahın hikmətinə ziddir.