Шүбһә доғуран суаллар


Sual 13: Doğrudurmu ki, ölülər cümə günü azad edilir?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə6/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   2   3   4   5   6   7   8   9   ...   60
Şübhə doğuran suallar

Sual 13: Doğrudurmu ki, ölülər cümə günü azad edilir? 
Cavab: Rəvayətə görə, bərzəxdəki ruhlar ləyaqətlərindən 
asılı olaraq dünya işlərindən xəbər tutur, hətta ailələrinə baş 
çəkirlər. Bu iş hər gün baş verə bilər. Amma cümə günü xüsusi 
qeyd edilir. 
İshaq ibn Əmmar imam Kazimdən (ə) “mö`minin ruhu 
ailəsini ziyarət edirmi”, deyə soruşur. İmam (ə) buyurur: “Bəli. Bu 
iş onların fəzilətlərindən asılıdır. Kimi hər gün, kimi həftədə bir 
dəfə ailəsini ziyarət edir. Ən azı hər cümə günbatan vaxt bu 
ziyarət baş tutur. Mö`minlə gələn mələk onu qəmgin edəsi 
səhnələri gizləyir.”
11
İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən də mö`minin ruhu 
öz ailəsini ziyarət edir. O yalnız yaxşı səhnələri görür, xoşagəlməz 
səhnələr isə ondan gizlədilir.”
12
Sual 14: Dünyasını dəyişmiş insanın ruhu yeni doğulmuş 
uşağa keçə bilərmi? 
11
“Üsuli-kafi”. 
12
“Üsuli-kafi”. 



Cavab: “Tənasüx” adlanan bu məsələ ciddi elmi mübahisə 
mövzularından biridir. Ruhun bir bədəndən o birinə keçməsi, 
ölmüş insanın başqa bir şəkildə dünyaya qayıtmasının 
mümkünlüyü çoxlarını düşündürür. 
Tənasüx iki növdür: ruhun maddi bədəndən maddi bədənə 
keçməsi və ruhun maddi bədəndən “misali” qəlibə düşməsi. 
Misali bədən insanın dünyada öz əməlləri ilə yaratdığı bir 
qəlibdir. 
İslam dini maddi tənasüx məsələsini qəbul etmir. Ayə və 
rəvayətlərə əsasən hər bir varlıq təkamül yolu keçdiyi kimi, ruh da 
daimi hərəkətdədir. Bədəndən ayırılmış ruhun özünə uyğun 
olmayan yeni doğulmuş bədənə keçməsində ziddiyyət mövcuddur. 
Ruh o bədəndə ola bilər ki, bu bədən onun təkamül pilləsinə 
uyğun gəlsin. Əgər İslam ruhun bərzəx bədəninə keçməsini qəbul 
edirsə, demək bərzəx bədəni ruhun təkamül səviyyəsinə uyğun bir 
bədəndir. Demək, tənasüxün ikinci növü bizim üçün məqbuldur. 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin