Шүбһә доғуран суаллар


Sual 8: Nə üçün bə`zi insanlar kor, kar və lal yaradılmışdır?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə4/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   2   3   4   5   6   7   8   9   ...   60
Şübhə doğuran suallar

Sual 8: Nə üçün bə`zi insanlar kor, kar və lal yaradılmışdır? 
Cavab: Əvvəla, Allah bütün yaratdıqlarını ən gözəl şəkildə 
yaratmışdır. Amma yaranışa gözəllik verən ondakı nizam, qayda-
qanunlardır. Bu qanunlara qarşı yönəlmiş istənilən bir hərəkət 
insan üçün faciə ilə nəticələnir. İnsanları vaxtında mənzilə 
çatdırmaq üçün müxtəlif nəqliyyat vasitələri fəaliyyət göstərir. 
Əgər bir şəxs relslərin üzərinə çıxıb, qatarın altında qalırsa, bu 
faciə nəqliyyat şəbəkəsinin ünvanına yazılmamalıdır. 
Bəli, maddi dünyamızda hökm sürən qanunlar ona qarşı 
çıxanları cəzalandırır. Hər şeyi gözəl yaratmış Allah, faciələr 
törətmir və bütün fəlakətlər bəşəriyyətin azğınlığından doğur. 
Bununla belə, insanın düşdüyü çətinliyin arxasında sınaq məqsədi 
də ola bilər. İmam Riza (ə) buyurur: “Mö`minin xəstəliyi onun 
günahlarını yuyur. Bu xəstəliklər kafir üçün əzab və lə`nətdir.”
7
Sual 9: Dinin əsaslarına inanaraq, dini göstərişlərə əməl 
etməli olduğumu bilirəm. Amma inam məsələsində şübhəyə 
düşdüyümdən əmələ münasibətdə süst olmuşam. Nə edim? 
Cavab: Bilməlisiniz ki, dinə münasibətdə yaranan şübhələrin 
banisi şeytandır. Şeytana qarşı bir neçə yolla mübarizə aparmaq 
olar. 
Rəvayətlərdə buyurulur: “Əgər şeytana baş qoşmasanız, ona 
maraq göstərməsəniz, bir daha sizə tərəf qayıtmaz.”
8
Demək, insan 
əlindəki işə məşğul olub, şeytanın pıçıltılarına məhəl qoymasa, 
ondan yaxa qurtara bilər. 
“Furqan” surəsinin 77-ci ayəsində buyurulur: “De ki, əgər 
duanız olmasa Allahım sizə e`tina etməz.” İnsan şeytandan 
amanda qalmaq üçün Allaha üz tutmalı, Əhli-beytdən kömək 
istəməlidir. 
Şeytan qafil insanları ovladığından daim Allahı zikr etməli, 
Onu yaddan çıxarmamalıyıq. İmam Sadiq (ə) buyurur: “Qəflət 
şeytanın ovlağı, bütün bəlaların köküdür.”
9
7
“Səvabul-ə`mal”. 
8
“Fürue Kafi”. 
9
“Misbahül-şəriə”. 



Unutmaq olmaz ki, qəfləti doğuran da şeytandır.
10
Yuxarıda deyilənlərə əməli münasibət göstərsəniz, uyğun 
şübhələrdən uzaqlaşmaq olar. 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin